Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3377/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin cavabdehlər “xxxxxxx” ASC-nin təsisçisi Cavabdeh1 və Cavabdeh2 qarşı şirkətin ASC-yə qaytarılması və maddi zərər tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC cavabdehlər “xxxxxxx” ASC-nin təsisçisi Cavabdeh1 və Cavabdeh2 qarşı şirkətin ASC-yə qaytarılması və maddi zərər tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Bu da öz növbəsində hazırki iddiaya Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alıb, hesab edirəm ki, hazırki iddia ərizəzi qüvvədə olan mülkiprosessual qanunvericiliyin tələblərinə, o cümlədən məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən (məhkəmə aidiyyəti pozulmaqla) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilmişdir və bu səbəbdən əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya hazırki tələblə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 24-cü, 31-cu, 151-152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin cavabdehlər “xxxxxxx” ASC-nin təsisçisi Cavabdeh1 və Cavabdeh2 qarşı şirkətin ASC-yə qaytarılması və maddi zərər tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-yə məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə, hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3377/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3377/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver