Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3377/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı qızının, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 18 fevral 2016-cı il təvəllüdlü X5, 20 noyabr 2017-ci il təvəllüdlü X4 və 20 noyabr 2017-ci il təvəllüdlü X7 adlı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış evində yaşamasına və həmin ünvanda yerləşən yaşayış evinə bitişik qarajdan istifadə edilməsinə maneələr yaradılmasının Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh O Cavabdeh ilə 04 aprel 2015ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və nikah “Səadət Sarayı"-da 04.04.2015-ci il tarixdə 340 nömrə ilə qeyd edilərək onlara AZ-İ № 034975 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan 18 fevral 2016-cı il təvəllüdlü X5, 20 noyabr 2017-ci il təvəllüdlü X4 və 20 noyabr 2017-ci il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Aralarında olan münasibətlərin pozulmasına görə nikah formal xarakter daşıyır. 2019-cu ilin oktyabr ayından ayrı yaşamağa başlamış və o hal-hazırda ünvan 2 ünvanında övladları ilə birlikdə yaşayır. Qeyd edir ki, cavabdeh və onun qohumları və anası onun həmin mənzildə yaşamağına maneə yaradırlar. Belə ki, iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir və övladlarının onunla qalmasını Məhkəmədən xahiş etmişdir. Həmin işin nəticəsindən asılı olmayaraq övladları onunla qalır və atalar onlarla maraqlanmır və əksinə onların həmin ünvanda yaşamağına maneələr yaradır. Dəfələrlə həmin ünvanda qapı qırılaraq onun əşyaları çölə çıxarılmış və kilid dəyişdirilərək həmin ünvanda yaşamağına maneə yaradılmışdır. 2019-cu il və 2021-ci ilin mayında bu hadisələr baş vermiş və o, Polis İdarəsində şikayət ərizəsi yazmışdır və “102” qaynar xəttinə də zəng etmişdir. Cavabdehin atası və anası dəfələrlə gəlmiş, onu təhqir etmiş və qonşuları və onu narahat etmişdir. Onun 3 övladı həmin ünvanda qeydiyyatdadırlar və onları himayəsində saxlamaq üçün tək yaşayış yeri oradır. Övladlarının həm təhsili, həm gələcək inkişafı, həm də yaxşı şəraitdə böyümələri üçün həmin ünvanda onların anaları ilə qalması labüddür. Ataları həmçinin uşaqlar ilə maraqlanmadığını və onların yalnız ananın himayəsində qalmasını əsas götürülsə həmin ünvanda uşaqlarını öz himayəsində saxlamaqda haqlıdır. Həmçinin həmin evə bitişik qaraj mövcuddur və həmin qarajdan istifadə etməyinə cavabdeh mancəçilik yardır. Qeyd edim ki. qarajda cavabdeh avtomobil təmiri ilə məşğul olaraq yüksək səs küyə səbəb olur və həmin qarajdan ünvanda yaşayan olaraq istifadə edə bilmir. Axşamlar ümumiyyətlə həmin səs-küy evdə yaşayışa maneə yaradır və həmin səsküydən uşaqları körpə olduğundan əziyyət çəkirlər. Həmin qarajda istifadə olunacaq övladlarının və onun əşyaları və ərzaq məhsulları vardır və o, ümumiyyətlə qaraja keçərək övladlarının və özünün əşyaları və ərzaq məhsullarından istifadə edə bilmir və onları evə gətirə bilmir. Cavabdeh ümümiyyətlə həmin qaraja daxil olmağına imkan vermir. Məhkəmə iclasında İddiaçı qızının, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun surətdə çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X1 məhkəmə ərizə təqdim edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ASAN 5 tərəfindən 12.08.2018-ci il tarixdə verilmiş AZE seriyalı 18917393 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 18.02.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş X2 yaşayış yeri ünvan 2 ünvanı göstərilmişdir. Atası Cavabdeh, anası İddiaçıdir. ASAN 5 tərəfindən 12.08.2018-ci il tarixdə verilmiş AZE seriyalı 18917394 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 20.11.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 yaşayış yeri ünvan 2 ünvanı göstərilmişdir. Atası Cavabdeh, anası İddiaçıdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09.07.2021-ci il tarixli, **********51 №-li sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, ev 3A, 18 A saylı mənzilinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 08.06.2021-ci il tarixdə verilmiş ******* №-li arayışından görünür ki, X5 Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, ev 3A, 18 A saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 08.06.2021-ci il tarixdə verilmiş ******* №-li arayışından görünür ki, X7 Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, ev 3A, 18 A saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 08.06.2021-ci il tarixdə verilmiş ******* №-li arayışından görünür ki, X4 Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, ev 3A, 18 A saylı mənzildə qeydiyyatdadır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı qızı Cavabdeh oğlu ilə rəsmi nikaha girərək evlənib ailə qurmuşdur. Həmin vaxt cavabdeh tərəfindən bir ailə üzvü kimi daimi yaşamaq üçün ünvan 2 ünvanda yerləşən yaşayış evinə köçürülmüş və həmin vaxtdan da cavabdehlə birlikdə yaşamaqla birgə təsərrüfatı aparmışlar. Birgə nikahdan 18 fevral 2016-cı il təvəllüdlü X5, 20 noyabr 2017-ci il təvəllüdlü X4 və 20 noyabr 2017-ci il təvəllüdlü X7 anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadırlar. Qeyd edilən ev özbaşına tikilidir. Hazırda tərəflər arasında münasibətlər pozulmuş və nikah formal xarakter almışdır. Cavadeh və onun qohumları tərəfindən İddiaçı mənzildən və qarajdan istifadəyə maneələr yaradılır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, qeyd edilən ünvanda yerləşən yaşayış evində yaşamasına və həmin ünvanda yerləşən yaşayış evinə bitişik qarajdan istifadə edilməsinə maneələr yaradılmasının Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi Mülki Məcəllənin 180-cı maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Məhkəmə qeyd edir ki, İddiaçı qeyd edilən mənzilə Cavabdeh ilə rəsmi nikah daxil olduqdan sonra gəlin köçmüş və tərəflər həmin mənzildə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə nikahdan anadan olmuş uşaqları 18 fevral 2016-cı il təvəllüdlü X5, 20 noyabr 2017-ci il təvəllüdlü X4 və 20 noyabr 2017-ci il təvəllüdlü X7 da Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, ev 3A, 18 A saylı mənzildə qeydiyyata alınmışlar. Məhkəmə hesab edir ki, cavabdehin hazırda iddiaçı və birgə nikahdan anadan olmuş uşaqlarının həmin mənzildə yaşamasına və həmin ünvanda yerləşən yaşayış evinə bitişik qarajdan istifadə edilməsinə yaradılan maneələr qanunsuzdur. Bu səbəbdən iddia tələbi Cavabdeh münasibətdə təmin edilməlidir. İddiaçı iddia ərizəsində həmçinin üçüncü şəxslər tərəfindən də yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi üçüncü şəxslərin dairəsi qeyrimüəyyən olduğundan bu hissədə təmin edilə bilməz. Cavabdeh qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək iddiaçını və azyaşlı uşaqlarını evdən məhrum etmək istəyir. Onların mənzildən və qarajdan istifadə hüquqlarına maneələr yaratmaqla məhdudyyətlər qoyur. Ona görə cavabdehin bu hərəkətinin qarşısı alınmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 18 fevral 2016-cı il təvəllüdlü X5, 20 noyabr 2017-ci il təvəllüdlü X4 və 20 noyabr 2017-ci il təvəllüdlü X7 adlı övladları ilə birlikdə ünvan 4 ünvanında yerləşən yaşayış evində yaşamasına və həmin ünvanda yerləşən yaşayış evinə bitişik qarajdan istifadə edilməsinə maneələr yaradılması Cavabdeh qadağan edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüquq, həm də borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər arasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 18 fevral 2016-cı il təvəllüdlü X5, 20 noyabr 2017-ci il təvəllüdlü X4 və 20 noyabr 2017-ci il təvəllüdlü X7 adlı övladları ilə birlikdə ünvan 5 ünvanında yerləşən yaşayış evində yaşamasına və həmin ünvanda yerləşən yaşayış evinə bitişik qarajdan istifadə edilməsinə maneələr yaradılması Cavabdeh qadağan edilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3377/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3377/2021
03.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver