Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3378/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən hakim Ədilova Solmaz İmran qızı, Ərizəçi “nikah və doğum akt qeydinin bərpa olunması” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi “nikah və doğum akt qeydinin bərpa olunması” barədə ərizə ilə müraciət edərək, atası X1 ilə anası X2 xx.xx.1950-ci il tarixdə Ermənistanın Mehri rayonunun Lehvaz kəndində bağladıqları nikah akt qeydinin və onun xx.xx.1963-cü ildə Ermənistanın Mehri rayonunun Lehvaz kəndində anadan olmağı barədə doğum akt qeydinin bərpa edilməsi və müvafiq şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göründüyü kimi, ərizəçi ərizəsində bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirmişdir. Hesab edirəm ki, ərizəçinin atası X1 ilə anası X2 xx.xx.1950-ci il tarixdə Ermənistanın Mehri rayonunun Lehvaz kəndində bağladıqları nikah akt qeydinin və onun xx.xx.1963-cü ildə Ermənistanın Mehri rayonunun Lehvaz kəndində anadan olmağı barədə doğum akt qeydinin bərpa edilməsi ilə bağlı ərizələrə hazırda bir icraatda baxılması qeyri-mümkündür. Belə ki, hazırda ərizəçi bir ərizə ilə iki ayrı-ayrı hüquqi faktın təsdiqlənməsini xahiş edir. Göstərilənlərə əsasən, hesab edirəm ki, ərizəçi hər bir halda hüquqi faktların təsdiqi ilə bağlı ayrı-ayrılıqda ərizə ilə məhkəməyə müraciət etməlidir. Belə ki, nəzərə alınmalıdır ki, xüsusi icraat qaydasında baxılan işlər üzrə vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilən zaman məhkəmənin müxtəlif araşdırma və tədqiqat metodları mövcud olur. Sadalanan səbəblər isə ərizəyə Azərbaycan Respublikası MPMnin tələblərinə əsasən səmərəli, hərtərəfli və tam baxılmasını çətinləşdirir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə hesab edirəm ki, ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.7, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “nikah və doğum akt qeydinin bərpa olunması” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3378/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3378/2020
18.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver