Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3378/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi1 70% payla, Ərizəçi2 30% payla “İlham” Müstəqil Kooperativinin üzvləri olması faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, kooperativin üzvünun pay haqqı nizamnamə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.2-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 110-1.3. Kooperativin pay fondunun və mütləq payın həcmi, mütləq və əlavə payların ödənilmə qaydası, əmlakla (əmlak hüquqları ilə) ödənilən payların qiymətləndirilmə qaydası nizamnamə ilə müəyyənləşdirilir. Qiymətləndirməyə bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məşğul olan şəxslər cəlb edilə bilər. 110-1.4. Əgər ikinci və sonrakı illərin sonunda kooperativin xalis aktivlərinin dəyəri pay fondunun dəyərindən az olarsa, kooperativ üzvlərinin ümumi yığıncağı pay fondunun azaldığını elan etməyə və onu qanunvericilikdə müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. 110-1.5. Kooperativ üzvlərinin ümumi yığıncağının qərarı ilə pay fondu artırıla və ya azaldıla bilər. Pay fondunun miqdarı kooperativin xalis aktivlərinin miqdarından artıq olmamalıdır. Kooperativin pay fondunun miqdarı onun xalis aktivlərinin miqqdarından artıq olduqda kooperativin pay fondu göstərilən fərq məbləğində mütləq pay haqlarının proporsional azaldılması yolu ilə azaldılmalıdır. 110-1.6. Kooperativin pay fondunun artırılmasına mütləq pay haqları miqdarının artırılması ilə yol verilir. İddia ərizəsinəəlavə edilmiş 24.03.1996-cı il tarixli “İlham” Müstəqil Kooperativin nizamnaməsindən görünür ki, “İlham” Müstəqil Kooperativ qanunla müəəyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və təsisçi kimi X2, X3 və X4 qeyd edilmişdir. İddia ərizəsinəəlavə edilmiş “İlham” Müstəqil Kooperativ üzrə 1998-ci il tarixli təsis müqaviləsindən görünür ki, kooperativin fəaliyyəti zamanı əldə olunan gəlir təsiscilərin arasında X1 70% və X5 30% miqdarında bölünmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizədə tələb olunan Ərizəçi1 70% payla, Ərizəçi2 30% payla “İlham” Müstəqil Kooperativinin üzvləri olması faktının tanınması kooperativin nizamnaməsi və ya kooperativ üzvlərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilir. Bu səbəbdən mülki işə məhkəmə qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə Ərizəçiləryə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi1 tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona qaytarılsın. Ərizəçilər Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3378/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3378/2021
30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver