Məhkəmə qərarları › İş №2(005)-3381/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3381/2024

29.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3381/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi, X2 iştirakları ilə, Ərizəçi (Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində göstərilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində göstərilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində doğulması barədə faktın müəyyən edilməsi və ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1969-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 288 saylı orta məktəbi, 1991-ci ildə Bakı şəhəri 68 saylı orta texniki peşə məktəbini bitirmişdir. xx.xx.1999cu il tarixdə yaşadığı mənzili satdıqdan sonra yeni mənzilə köçərkən bir neçə sənədini, o cümlədən doğum haqqında şəhadətnaməni və keçmiş Azərbaycan SSR pasportunu itirmişdir. Bu səbəbdən yeni şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Hazırda şəxsiyyət vəsiqəsi almaq üçün müvafiq orqan tərəfindən doğum haqqında şəhadətnamə istənilir. Təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə müraciətinə Nərimanov rayon Qeydiyyat İdarəsinin cavab məktubunda 16 yaşına çatmış şəxslərə doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün yalnız şəxsiyyəti təsdiq edən sənədlər təqdim edildikdən sonra verilə biləcəyi bildirilmişdir. Daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.1969-cu il tarixli, 832 nömrəli doğum aktı qeydinin ona aid olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun böyük bacısıdır. Bacısı xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Bacısı ilə Yasamal rayonunda yaşamışlar. Ordan köçən zaman bacısı sənədlərini itirmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun qızıdır. Qızı xx.xx.1969-cu il tarixdə, səhər 4 radələrində Bakı şəhərində doğulmuşdur. Qızı Yasamal rayonundakı mənzilini satmış və ordan köçən zaman sənədlərini itirmişdir. İş materiallarında olan: Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 81 nömrəli məktubundan görünür ki, Ərizəçi təkrar şəhadətnamə istənilməsinə dair ərizəsinə baxılmış və şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilmədiyindən müraciətinin icrasından imtina edilmişdir; Б seriyalı, 473862 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə Bakı şəhəri 68 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1991-ci il tarixdə biritmişdir; Azərbaycan SSR Mənzil-Kommunal Təsərrufat Nazirliyinin 401 nömrəli şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Tədris-Kurs Kombinatında oxumuşdur; Səkkiz illik təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, 1969-cu il təvəllüdlü Ərizəçi 288 saylı orta məktəbə daxil olmuş və 1985-ci ildə bitirmişdir; xx.xx.1999-cu il tarixli, 093722 nömrəli alqı-satı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Ərizəçi mənzili X1; Nərimanov rayon Qeydiyyat şöbəsini tərəfindən məhkəmə sorğusu əsasında göndərilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş və doğum akt qeydi kitabında 832 nömrə ilə qeydiyyat aparılmışdır. X9 Vinyaminovic, anası X5 kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçi şəxsiyyət vəsiqəsini alınması üçün müraciət etdikdə ondan doğum haqqında şəhadətnamə tələb edilmiş, bu səbəbdən o, qeydiyyat şöbəsinə müraciət edərək, doğum haqqında şəhadətnaməsinin təkrar verilməsini xahiş etmiş, lakin şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədiyindən xahişinin icrasından imtina edilmişdir. Ərizəçi bir sıra sənədləşmə işlərində çətinlik çəkmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin adı ilə (Ərizəçi) doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyindən ərizə təmin edilməli, Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli, 832 nömrəli doğum akt qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.5-ci, 308-ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli, 832 nömrəli doğum akt qeydinin hazırda ərizəçi olan xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli, 832 nömrəli doğum akt qeydinin hazırda ərizəçi olan xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar