Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3385/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Ərizəçi X9 və onun nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə cəlb edilməklə) “nikahın qeyd edilmə faktının tanınması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə cəlb edilməklə “nikahın qeyd edilmə faktının tanınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 ilə Ərizəçi arasında olan, 10 aprel 1960-cı ildə, Ermənistanın Respublikasının Qafan Rayonun Levnadzor qəsəbəsində qeydə alınmış nikah akt qeydi bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o xx xxx 1941-cü ildə Azərbaycan Respublikasının Zəngilan rayonun anadan olmuşdur və orada yaşamışdır. Ermənistanda yaşayan Azərbaycanlılara qarşı törədilən hadisələrlə əlaqədar yaşadıqları yerlərdən didərgin düşərək Azərbaycana gəlmişlər. Bu zaman evdən, əmlakdan və lazımi olan sənədləri, o cümlədən nikah haqqında şəhadətnaməni Ermənistan Respublikasında qoymuşlar. Hazırda Ərizəçi nikah haqqında şəhadətnaməsi yoxdur. Nikah haqqında şəhadətnamənin olmaması Ərizəçi müvafiq işlərində əlaqədar maneçilik törədir. X4 20 aprel 2020-ci il tarixdə vəfat edib, əri ilə Ərizəçi nikahı 10 aprel 1960-cı ildə, Ermənistanın Respublikasının Qafan rayonun Levadzor qəsəbəsində qeydə alınmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək bildirmişdir ki, ərizəçi X9 onun anası, mərhum X10 isə atasıdır. Valideynlərinin rəsmi nikahı 10 aprel 1960-cı ildə qeydə alınmışdır. Birgə nikahdan altı uşaqları beş qız, bir oğlan uşağı dünyaya gəlmişdir. Va lideynləri Ermənistandan didərgin düşmüşlər, sənədlərinin dəqiq nə vaxtda itirildiyindən məlumatları yoxdur. Müxtəlif sənəd məsələlərinin həllində anasının nikah şəhadətnaməsinin olmaması onlara maneə törədir. Məhkəmədən ərizəni təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi bildirmişdir ki, mərhum X10 ilə 10 aprel 1960-cı ildə ailə həyatı qurmşdur. Birgə nikahdan 6 uşaqları dünyaya gəlmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X16 ifadə verərək bildirdi ki, o X10 və Ərizəçi övladıdır. X10 həmişə onlarla birlikdə yaşamışdır və Ərizəçi ilə rəsmi nikahda olmuşdur. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirdi ki, o X10 və Ərizəçi qonşusu olmuşdur. X10 həmişə Ərizəçi ilə birgə yaşamışdır və onunla rəsmi nikahda olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZE seriyalı 02379734 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1937-ci il tarixdə Ermənistan, Qafan rayonunda doğulmuşdur və evli olmuşdur.ünvan 1 ünvanına qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1941-ci il tarixdə Azərbaycan, Zəngilan rayonunda doğulmuşdur. Bakı şəhəri, V.Əmirsəyyadov küçəsi D1, ev 1-ə qeydiyyatdadır. 30 saylı Mənzil Kommunal İstismar Sahəsinin 027756 saylı arayışından görünür ki, X9 həqiqətən V.Əmirsayadov küçəsində yaşayır. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən X18 ünvanlanmış xx.xx.2022-ci il tarixli 106 nömrəli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının bərpası bu cür qeydlərin həqiqət olduğunu təsdiq edən sənədlər əsasında məhkəmə qaydasında müəyyən edilir. X10 vəfat etdiyindən nikah haqqında akt qeydinin bərpa edilməsi tərəflərindən mümkün olmadığı üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri səbəbindən ölmüşdür. İ-ЗЖ 851248 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1965-ci ildə doğulmuşdur və atası X10, anası Ərizəçi qeyd olunmuşdur. AZ №1886233 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 23 may 1970-ci ildə doğulmuşdur; atası X11, anası X6r. İV-ЖГ 237023 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 mart 1976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur; atası X10, anası X6r. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X1 Roza Fəriş qızı ilə rəsmi nkaha daxil olmuş və birgə nikahlarından övladları olmuşlardur. Bigə təsərrüfat aparmış, birlikdə yaşamışlar. X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Nikah haqqında şəhadətnamənin Ermənistanda qalması səbəbindən nikah akt qeydinin bərpa olunması mümkün olmamışdır. Ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X10 ilə Ərizəçi arasında bağlanmış xx.xx.1960-cü il tarixli nikahın qeyd edilmə faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X10 ilə Ərizəçi arasında xx.xx.1960-cü ildə Ermənistan Respublikasının Qafan rayonunun Levnadzor qəsəbəsində nikahın qeydə alınması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3385/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3385/2022
07.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver