Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3391/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Quliyeva Nigar Ülfət qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon 38 saylı notariat ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə “birinci növbə vərəsə kimi tanınma” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon 38 saylı notariat ofisinə qarşı “birinci növbə vərəsə kimi tanınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh kimi göstərilmiş 24 oktyabr 2019-cu ildə vəfat etmiş mərhum X3 birinci növbə vərəsəsi kimi tanımağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı miras qoyan X3 birinci növbə vərəsəsidir. O, miras qoyanın arvadıdır. Bu hal Nərimanov rayon Qeydiyyat şöbəsində 03 mart 2018-cı il tarixdə 19 saylı nikah qeydə alınmışdır. Nikahın bağlaması haqqında şəhadətnamə ilə öz təsdiqin tapmışdır. İddiaçı onların birgə nikahı zamanı mərhum ərinin evinə gəlin gedib və həmin evdədə iki övladları dünyaya gəlmişdir. Həmçinin əri X6 24 oktyabr 2019-cu ildə vəfat etmiş və ölümün qeydi 5 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində 29 oktyabr 2019-cu ildə 1369 sayla qeyd edilmişdir əri Rafiqin vəfatından sonra miras mənim adıma keçməlidir. Əri vəfat etməmişdən qabaq iddiaçı X2 cavabdeh kimi göstərilmiş X6 və İddiaçı qarşı Nərimanov rayon məhkəməsində mülkiyyətdəki payın naturada ayrılması, kompensasiya ödəməklə mülkiyyət və istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan sonra məhkəmə vaxtı mərhum əri yuxarıda göstərilən vaxta vəfat etmişdir. Buna baxmayaraq məhkəmədə işə baxılaraq iddia təmin edilməklə iddiaçı tərəfindən biz cavabdeh kimi göstərilmiş X4 15000 (on beşmin) manat məbləğində kompensasiya ödəməklə İddiaçı və X6 və onların azyaşlı övladları Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 45 saylı evin, 38 saylı mənzilinən istifadə hüququna xitam verilməsini qət etmişdir. Bundan sonra qanunu qüvvəsin almış məhkəmə qətnaməsi icra və probasiya şöbəsinə icra olunmasından ötəri icra vərəqəsi verilmişdir. İcra vərəqəsinə uyğun icra məmuru tərəfindən ərinin vəfatından sonra İddiaçı və az yaşlı övladlarını yuxarıda qeyd edilmiş ünvandan çıxarılıb və əvəzində isə 15000 manat məbləğində kompesasiya pulu onlara ödənilməmiş və icra və probasiya şöbəsinin depozitinə qoyulmuşdur. İddiaçı həmin pulu vərəsəlik olmadan ala bilmir. İddiaçı vərəsəlik üçün notariusa müraciət edib. Ancaq İddiaçı məhkəməyə müraciət etməyi məsləhət görülüb. İddiaçı təyinatı üzrə istifadə edərək mirası şəksiz qəbul etdiyini sübut edib. Həmçinin həmin mirasla bağlı ailədə heç bir narazılıq və mirasla bağlı mübahisə yoxdur. Faktın təsdiqi ona vərəsəlik şəhadətnaməsi almaqdan ötrü zəruridir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə göndərərək iddiaçının mirası qəbul etmə müddətinin buraxılmasını üzrlü hesab edərək bərpa edib, İddiaçı mərhum əri X5 birinci növbə vərəsəsi kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdeh Bakı şəhəri Nərimanov rayon 38 saylı notariat ofisinin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilib qətnamə qəbul edilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o üzrlü səbəb təqdim etmədən məkhəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4 və 184.5-ci maddələrinə əsasən, məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən belə qənaətə gəlir ki, iddia tələbi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. O da qeyd olunmalıdır ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinə dair mübahisəyə məhkəmədə baxıla bilməz. Belə ki, iddiaçı hazırki tələbi ilə - vərəsəlik şəhadətnaməsi alması üçün müvafiq notariat ofisinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon 38 saylı notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) “birinci növbə vərəsə kimi tanınma” tələbinə iddia ərizəsi üzrə icraata xitam verilməli, eyni zamanda iddiaçıya vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq ərizə ilə müvafiq notariat ofisinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 260.0.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon 38 saylı notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) “birinci növbə vərəsə kimi tanınma” tələbinə mülki işin icraatına xitam verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3391/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3391/2021
16.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver