Məhkəmə qərarları › İş №2(005)-3395/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3395/2020

11.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3395/2020 11.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum haqqında akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs kimi qeyd etməklə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1963-cü il tarixdə, Ermənistanın, Quqark rayonun Hallavar kəndində anadan olması, atasının " X4" anasının “X10” olması barədə doğum akt qeydinin bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bildirir ki, X4 onun atasıdır. xx.xx.1963-cü il tarixdə o, Ərizəçi Ermənistan SSR-nin Quqark rayonun Hallavar kəndində anadan olmuşdur. Nəzərə çatdırmaq istəyir ki, atası X4 xx.xx.1990-cı ildə Göygöl (Xanlar) rayonun Mirzik kəndində vəfat etmişdir. Doğum şəhadətnaməsində atasının ata adı "Maşey" kimi, ana qrafasında "Abdullayevə" Mustafayeva" kimi qeyd edilmişdir. X1 anası X11 ilə xx.xx.1974cü ildə rəsmi nigahları pozulmuşdur. Bu səbəbdən də anası X2 familyasını götürmüşdür. Doğum akt qeydinin bərpa olunması ilə əlaqədar Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir, lakin akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə sonuncu imtina etmiş və məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə müraciət edərək, işlərinin çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmək imkanlarının olmadığı üçün işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DYİ seriyalı ******* nömrəli Daimi Yaşamaq üçün İcazə Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan xx xxxxx 1996-cı il tarixli 152 saylı nikahın bağlanması haqqında akt qeydinin surətindən görünür ki, Ərizəçi ilə Bədəlova Hicran Hüseyn qızının nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxx 1996-cı il tarixdə 152 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Bədəlova soyadı verilmişdir. Ərizəçi xx.xx.1963-cü il tarixdə Quqark rayonu, Hallavar kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1974-cü il tarixdə verilmiş, İ-СЛ № 265302 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X11 arasında rəsmiləşdirilmiş nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında vətəndaş vəziyyəti aktları qeydiyyatı kitabında xx.xx.1974-cü il tarixində 14 nömrə ilə qeyd aparılmışdır. Nikah pozulduqdan sonra ərə Mustafayev, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1990-cı il tarixdə verilmiş, İİİ-ЖГ № 470687 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1990-cı ildə infaktdan ölmüşdür. İş materiallarında olan AZE seriyalı 16721669 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1931-ci ildə Ermənistan, Quqark rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020ci il tarixli 92 saylı məktubundan görünür ki, Sizin doğum haqqında şəhadətnamədə düzəliş edilməsi barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Ermənistan Quqark rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli 29 saylı doğum haqqında şəhadətnamədə ata qrafasında “Mamoy” ata adı Maşey kimi, ana qrafasında “Abdullayevə” soyadı “Mustafayeva” qeyd edilmişdir. Akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadığından, Maraqlı şəxs tərəfindən verilmiş imtinadan aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edirik. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi xx.xx.1963cü il tarixdə Ermənistan SSR, Quqark rayonu, Hallavar kəndində doğulmuşdur. X9 Maşey, anası isə X6r. Ərizəçi bildirir ki, Ermənistan Quqark rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli 29 saylı doğum haqqında şəhadətnamədə ata qrafasında “Mamoy” ata adı Maşey kimi, ana qrafasında “Abdullayevə” soyadı “Mustafayeva” qeyd edilmişdir. Bu səbəbdən də hazırda vətəndaşlıq alması üçün onun doğum haqqında şəhadətnaməsində ata və ana qrafasındakı yol verilmiş yalnışlığın düzəldilməsi üçün onun doğum akt qeydləri bərpa olunaraq yeni doğum haqqında şəhadətnamə verilməlidir. Belə ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə, Ermənistanın, Quqark rayonun Hallavar kəndində anadan olması, atasının "X4" anasının “X10” olması barədə doğum akt qeydinin bərpa edilməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli Plenum Qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında xx xxxxxxx 2003-cü il tarixli, 145 № li Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.4-cü bəndinə əsasən, Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğvi qaydalarını müəyyən edən Əsas müddəalar”ın 1 -ci bəndinə əsasən, Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin müddəaların 13-cü və 14-cü bəndlərinə görə isə, "vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir”. 16-cı bəndə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bu kontekstdə məhkəmə qeyd edir ki, bu kimi hallar aidiyyəti orqan tərəfindən verilmiş (rəsmiləşdirilmiş) sənədlərlə təsdiq olunur. Lakin iş materiallarında olan sənədlərlə ərizəçinin doğum akt qeydinin bərpası deyil, doğum akt qeydindəki ata və ana qrafasındakı adlardakı qeydlərin düzgün olmaması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Nə qədər ki, ərizəçinin doğum haqqında şəhadətnaməsi mövcuddur, bu barədə akt qeydinin bərpa edilməsinə zərurət yoxdur. Belə ki, mövcud olan sənədin bərpasından söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən "qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz” və bu baxımdan məhkəmə hesab edir ki, ərizəçi qeyd edilən faktın müəyyən edilməsi üçün kifayət qədər sübut təqdim etməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki mühakimə icraatı fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının və qanunla qorunan mənafeyinin müdafiəsi vəzifəsi yaranmış mübahisəni iddia icraatı qaydasında bilavasitə həll etməklə yerinə yetirir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin həyata keçirilməsi ya qeyri-müəyyən və ya həyata keçirilməsi mümkün olmur. Belə halda mülki mühakimə icraatı qaydasında hüquqi faktların müəyyən edilməsinə, fiziki şəxsin və əmlakın hüquqi vəziyyətinin müəyyən edilməsinə zərurət yaranır ki, belə işlərə xüsusi icraat qaydasında baxılır. Belə kateroriya işlərdən biri də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərdir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlər üzrə icraatın məqsədi vətəndaşlıq vəziyyəti aktlarında olan səhvləri, qeyri-dəqiqliyi, natamamlığı aradan qaldırmaq, həmin aktlardakı məlumatların həqiqətə uyğun olmasına nail olmaqdır. Aktda qeydlərin düzgün olmaması vətəndaşların subyektiv hüquqlarının həyata keçirilməsinə maneələr yarada bilər. Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəyə həmin hüquqmüəyyənedici sənədi verən orqanın aktı bərpa etmək iqtidarında olmaması haqqında sübut əlavə etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Göründüyü kimi ərizəçinin təsdiq edilməsini istədiyi faktla bağlı sənədi (doğum haqqında şəhadətnaməsinin əsli) mövcuddur, lakin həmin sənəddə ata və ana qrafasındakı adlarda yalnışlıq olduğunu iddia edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin ərizəsinin təmin edilməsi üçün Mülki Prosessual Məcəllənin 308-ci maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər mövcud olmamışdır; müvafiq sənəddəki məlumatların ərizəçini qane etməməsi isə həmin məlumatların faktın təsdiqi institutu vasitəsilə təkzib edilməsinə yol aça bilməz. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi tələbə uyğun gələn qanuni əsasın tapılmasından və ərizəçinin məhkəməyə bildirdiyi faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmədə hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının mümkün olmadığı halda, əgər həmin faktları təsdiq edən sənədlərin digər qaydada qəbul edilməsi və ya itirilmiş sənədlərin bərpa edilməsi digər vasitə ilə qeyri-mümkündürsə, yalnız bu halda müəyyən edir. Buna görə də Ərizəçi “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi rədd olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar