Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-34/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İlk iddia üzrə İddiaçı, Cavabdeh2 nümayəndə və vəkilləri Vəkil4 və Vəkil3, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh1, X6 qarşı, Maraqlı şəxs cəlb edilməklə ”qeyriqanuni tikililərin sökülməsi və əmlaka dair qeydiyyat sənədlərinin ləğv edilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sarıyev X20 Əli Alqulu oğlu, X6 qarşı ”qeyri-qanuni tikililərin sökülməsi və əmlaka dair qeydiyyat sənədlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquq və azadlıqlarının, qanuni mənafelərinin bərpası məqsədilə qeyd etdiyi qeyri-qanuni tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda yaşadıqları fərdi yaşayış evi 1989-cu il tarixdə almışlar. Həmin tarixdən ailə üzvləri ilə birlikdə qeyd etdiyi ünvanda yaşayırlar. İlkin iddia üzrə cavabdehlərin sözügedən ünvandakı evlərini rəhmətlik atası X24 öz halal pulu ilə alib və cavabddehlərə hədiyyə edib. İddiaçı bildirir ki, qonşuları yaxın qohumlarıdır. O qeyd edir ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ailələrinin heç bir qaydada icazəsi olmadan, onların çoxsayli xahişlərini, narazılıqlarını nəzərə almadan gediş-gəliş yolunda və gediş-gəliş yolunun üstündə qeyri-qanuni yeni tikililər tikir, yaşayiş pəncərələrinin önündə heç bir ara məsafəsi saxlamadan ikimərtəbəli yeni tikililər tikməklə İddiaçı ailəsini təbii havaya, təbii işığa həsrət qoyublar, yollarını, evlərini qaranlıq ediblər, yollarını kəsərək yolu dar cığır edib, həyətlərinə pəncərə açıb, kanalizasiya quyusunun üzərindəki tualetlərini sökərək, tualetin yerində mağaza inşa edib bizneslə məşğuldur. Halhazırda kanalizasiya xətləri Cavabdeh1 tərəfindən zəbt edildiyindən İddiaçı ailəsi məcbur olub öz həyətində şambo (quyu) qazaraq tualet inşa edərək istifadə edirlər. İddiaçı bildirir ki, tualetin şambosu (quyusu) dolduğundan üfunət qoxusundan, həşaratlardan həyətlərində oturmaq mümkün deyil. O, qeyd edir ki, ötən il 2020-ci ilin iyununda pandemiya dövründə ilkin iddia üzrə cavabdehin oğlu X40 gediş-gəliş yolunun üstündə yeni tikililər tikərkən sakitcə ona yaxınlaşaraq yolun üstündə tikinti işlərinin aparılmaması xahişini etdikdə cavabdehin övladları X40 və X41 qardaşları İddiaçı üstünə hücum çəkərək onu təhqir etmiş, Quliyev Piri onun qarın nahiyəsinə bıçaqla cızaraq onu öldürəcəyini demiş, hər ikisi İddiaçı döymək istəyəndə qonşular neqativ halın baş verməsinin qarşısını almışlar. İddiaçı bildirir ki, X40 gediş-gəliş yolunda heç bir qaydada icazələri olmadan qeyri-qanuni ev tikmiş və ona məxsus evin həyətinə pəncərə açmış və İddiaçı bu halın qarşısını almaq istəyərkən Pirinin qardaşı X41 onun üstünə hucum çəkərək çənə nahiyəsinə bir-neçə yumruq zərbələri vurmuş, çənəsi bir ay şiş vəziyyətdə qalmışdır. İddiaçı qeyd edir ki, ilkin iddia üzrə cavabdehin oğlu X26 qardaşı X27 Dövlət Təhlükəsizlik Xidmətinin keşmiş sədri vəzifəsində işləmiş cənab Mədət Quliyevlə və kollektiv işçilərlə birgə şəkilini ona göstərərək,qardaşının vəzifəli olduğuna görə ona hədə-qorxu gəlmişdir. İddiaçı qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh2 onun ailəsindən heç bir qaydada icazə almadan ona məxsus yaşayış evinin pəncərəsinin önündə heç bir ara məsafəsi saxlamadan qeyri-qanuni ikimərtəbəli ev tikdirmişdir. Cavabdeh2 sözügedən tikintini sökməsi barədə çoxsaylı xahişlər etsələr də, heç bir nəticəsi olmamışdır. O, bildirir ki, Cavabdeh2 oğlu X2 qeyri-qanuni tikintinin pəncərəsindən çəkdiyi siqareti, yediyi mağaza yeməklərinin plastik qablarını sözügedən pəncərənin önünə atıb və nəticədə pəncərənin önü zibillik olub, pəncərəni zibilliyə görə aça bilmir. İlkin iddia üzrə iddiaçı qeyd edir ki, evlərini neçə dəfə təmir etmişlər, pəncərələrinin önündə ilkin iddia üzrə cavabdeh Esmiralda xanım ev tikdiyindən evləri təbii havasız,təbii işıqsızdır deyə evləri rütubətdir, divarlar göyərib, oboylar qopub yerə tökülür, sağlamlıqlarına çox böyük zərər vurulub. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək hüquq və azadlıqlarının, qanuni mənafelərinin, sağlamlıqlarının, mülkiyyət hüquqlarının bərpası məqsədi ilə qeyd etdiyi İddiaçı məxsus fərdi yaşayış evinin pəncərəsinin önündə heç bir ara məsafə saxlamadan ilkin iddia üzrə Cavabdeh2 qeyri-qanuni zəbt edərək inşa etdiyi ikimərtəbəli evin birinci mərtəbəsindəki hamam, tualet, həyət və birinci mərtəbəyə aid olan dəmir darvazalı qapı, ikinci mərtəbəsindəki hamam, tualet, kolidor və 1 otaq ev tikintilərinin ilkin iddia üzrə cavabdeh Fərruxova Ramiz qızının öz maliyyə hesabına sökülməsi, boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi; ilkin iddia üzrə Cavabdeh1 İddiaçı fərdi yaşayış evinin ümumi istifadəsində olan torpaq sahəsinin gediş-gəliş yolunda qeyri-qanuni zəbt edərək inşa etdiyi tualet, mətbəx, dam, dəmir pilləkən, 1 otaq ev, 1 otaq evinin 2 metrə artırılması və ona bitişik daş pilləkən, həmin yolun üstünü qeyri-qanuni zəbt edərək inşa etdiyi dəmir balkon, tualet, hamam, mətbəx, kolidor tikililərinin ilkin iddia üzrə Cavabdeh1 öz maliyyə hesabına sökülməsi, boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi; ilkin iddia üzrə Cavabdeh1 ümumi istifadələrində olan tualetin və onun kanalizasiya sistemini söküb ləğv edərək, yerində qeyri-qanuni zəbt edərək inşa etdiyi mağaza və 1 otaq evin sökülməsi; ilkin iddia üzrə Cavabdeh1 tərəfindən qeyri-qanuni olaraq sökülən, ləğv edilən tualetin və onun kanalizasiya xəttinin tez bir zaman ərzində əvvəlki yerində qanuni şəkildə ilkin iddia üzrə Cavabdeh1 öz maliyyə hesabına yenidən inşa olunaraq əvvəlki vəziyyətinə gətirilməsi, bərpa olunması; ilkin iddia üzrə Cavabdeh1 ümumi istifadələrində olan torpaq sahəsinin gediş-gəliş yolunda qeyriqanuni zəbt edərək inşa etdiyi mətbəxə (3 m2) dair həmin yolun üstünü qeyri-qanuni zəbt edərək inşa etdiyi eyvana (39 m2) dair, Cavabdeh1 qeyri-qanuni sökdüyü ümumi istifadələrində olan tualetə (2 m2) dair və onun kanalizasiya xəttinin yerində zəbt edərək qeyri-qanuni inşa etdiyi mağazaya (6.60 m2) dair, dəhliz (2.40 m2) dair, 1 otaq evə (19.30 m2) dair və ümumi istifadələrində olan torpaq sahəsinin gediş-gəliş yolunda 1 otaq evin (15.50 m2) 2 metrə artırılmasına dair Maraqlı şəxsin Cavabdeh1 adına xx.xx.2002-ci il tarixli seriya ÖM-114599 nömrəli Qeydiyyat Vəsiqəsinin yə qeydiyyat vəsiqəsinə aid olan Reyestr nömrəsi xx.xx.2002-ci il tarixli, inventar nömrəsi 414 olan Texniki pasportun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilmiş qanunsuz tikililərin və hasarın onun hesabına sökülməsi qeyd edilən ünvana əvvəllər mövcud olmuş gedişgəliş yolunun bərpa edilməsi vəzifəsinin onun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sarıyev X20 Əli Alqulu oğluna və qeyrilərinə qarşı qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyri-qanuni tikililərin sökülməsi xahiş olunmuşdur. Cavabdeh1 qeyd edir ki, iddia ərizəsi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddia ərizəsi üzrə tələbi İddiaçı ünvan 2 ünvanında inşa etdiyi qanunsuz tikililərin sökülməsi barədədir. O bildirir ki, həmin ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. O qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qeyd edilən ünvanda ona məxsus yaşayış evinə demək olar ki, bitişik, qanunsuz tikililər tikmiş, əvvəllər mövcud olmuş əsas gediş-gəliş yolunu bu tikililərlə kəsmiş, eyni zamanda bu tikililərlə ümumi istifadədə olan yola çıxışı kəsmiş, həmin yolu zəbt edərək qeyriqanuni inşa və hasarlama işləri aparmışdır. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qarşılıqlı iddia üzrə iddiaçının tələblərinin əsassız və qanunsuz olduğu üçün rədd edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, illkin iddia üzrə Cavabdeh1 1988-ci il qaçqınlıq dövründə həyat yoldaşı və uşaqları ilə birgə Bakı şəhərinin Türkan kəndinə köç edərək çətin həyat şəraitində yaşamışlar. O bildirir ki, Cavabdeh1 və yaxın qohumların xahişlərinin çoxluğunu nəzərə alaraq, ünvandan göründüyü kimi cavabdehin sözügedən ünvanda yaşadığı evi İddiaçı rəhmətlik atası cavabdehə və bacısına rəhmi gələrək İddiaçı fərdi yaşayış evinin bir hissəsini onlara hörmət məqsədilə ayırıb vermişdir. Hər dəfə qanunsuz ümumi istifadədə gediş-gəliş yolunda olan torpaq sahəsində tikinti işləri apararkən ilkin iddia üzrə cavabdehə bildirilib ki, heç olmasa, evə giriş-çıxışa yol saxla. Artıq iş o yerə gəlib çıxıb ki, istifadə etdikləri tualeti söküb yerində mağaza tikmişlər. İddiaçı bildirir ki, məcbur qalaraq şəhər yerində şambodan istifadə edirlər, amma şambo dolduğundan, ikinci şambo qazaraq istifadə edirlər və bu səbəbdən həyətdə oturmaq mümkün deyil. İlkin iddia üzrə Cavabdeh1 tərəfindən ümumi istifadə tualetlərinin sökülməsinə hətta qonşuları tərəfindən mənfi fikir bildirilib. İddiaçı bildirir ki, ilkin iddia üzrə Cavabdeh1 Covid-19 Koronovirusun yayılmasına səbəb olan və qanunlara zidd olan Baki şəhərinin mərkəzində tualetlərini söküb, kanalizasiya sistemini özbaşına ləğv edib və yerində mağaza inşa edərək sahibkarlıqla məşğul olur, tikinti işləri aparır. İlkin iddia üzrə Cavabdeh1 oğlu X40 ümumi istifadə gediş-gəliş yolunun üstündə 2020-ci il tarixdə iyun ayında pandemiya şəraitində balkon tikmişdir ki, hər dəfə gəlib keçdikdə başlarına zir-zibil tökülmüşdür. Həmçinin ilkin iddia üzrə Cavabdeh1 ümumi istifadə gediş-gəliş yolunun üstündə mətbəx, kolidor, hamam, tualet inşa etmiş və həmin ümumi istifadə yolunun üstündə inşa etdiyi mətbəx və koridora çıxarış da alıb. İddiaçı bildirir ki, onun mülkiyyətindən heç kəsə ziyan vurulmur və ümumi istifadə gediş-gəliş yolunda onun mülkiyyətinə məxsus olan tikinti yoxdur. Şəxsi mülkiyyətində olan evi ilə cavabdehlərin təbii havasını, təbii işığını kəsməmiş, ümumi istifadə gediş-gəliş yolunu zəbt etməmişdir. O qeyd edir ki, ümumi istifadə gediş-gəliş yolunu və həmin yolun üstünü birmənalı şəkildə özbaşına tikintilər inşa edərək daraldan, zəbt edən, başlarına zir-zibil tökən, ona məxsus yaşayış pəncərəsinin önündə ara məsafəsi saxlamadan ikimərtəbəli ev inşa edən, təbii havanı, işığı kəsən, huquq və azadlıqlarını, mülkiyyət hüquqlarını, qanuni manefələrini pozan, ailəsinə mənəvi və maddi ziyan vuran ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2dır. İlk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 Mürsəl oğlu İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə münasibətdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 məxsus olan mübahisəli tikililər 25 il bundan əvvəl həmin vaxt mülkiyyətçi olan ilkin iddia üzrə iddiaçının atası Nurəli Kəlbiyevin aldığı kompensasiyanın müqabilində vermiş olduğu razılıq əsasında tikildiyindən, həmin vaxtdan tikililərə dair mübahisə edilmədiyindən, ilkin iddia üzrə iddiaçı atasından miras qalmış evi qəbul edərkən tikililər artıq mövcud olduğundan və qonşu təsirinə dözmək vəzifəsini miras passivi kimi qəbul etdiyindən, mübahisəli tikilinin sökülməsi həm Cavabdeh2 evinin, həm də qonşuların, o cümlədən ilkin iddia üzrə iddiaçının özünün evinin qəzalı vəziyyətə düşməsinə səbəb ola biləcəyindən, ilkin iddia üzrə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən İddiaçı iddiasının əsassız hesab edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, aşağıdakılara əsasən Cavabdeh2 münasibətdə iddianı əsassız hesab edirlər: 1.Mübahisəli tikili 25 il bundan əvvəl ilkin iddia üzrə iddiaçının atasının notarial razılığı ilə inşa edilmişdir və hazırki iddia verilənədək hər hansı mübahisə olmamışdır. ünvan 3 ünvanında Cavabdeh2 məxsus evdə ilkin idda üzrə iddiaçının sökülməsini tələb etdiyi tikililər 25 il bundan əvvəl tikilmişdir. Həmin tikililərin 25 il əvvəl tikilməsi evin 1997-ci il tarixli texpasportu, həmin küçənin uzun müddətlik sakinləri olan qonşuların aktı təsdiq edir. Tikililərin uzun müddət bundan əvvəl tikilməsi ekspert rəyi alınması ilə də təsdiq edilə bilər. İddiaçı məxsus ev həmin vaxt mərhum atası Nurəli Kəlbiyevə məxsus olmuşdur. İlkin idda üzrə iddiaçının atası Nurəli Kəlbiyev Cavabdeh2 əri Şair Kəlbiyevin qardaşı olmuşdur. Cavabdeh2 və əri Şair Kəlbiyev tərəfində iddiaçının evinin pəncərəsinin önündə mübahisə etdiyi tikililər inşa edilərkən ilkin idda üzrə iddiaçının atası Nurəli Kəlbiyevlə ara məsafəsi razılaşdırılaraq müəyyən edilib. İlkin idda üzrə iddiaçının atası X21 09 may 2000-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsində evinin həyətyanı sahəsində qardaşı X16 1997-ci il tarixdə ev tikməsinə razılıq verməsinin müqabilində qardaşından 2.200 ABŞ dolları məbləğində pul aldığını və tikintiyə görə gələcəkdə heç bir narazılığının və iddiasının olmayacağını qeyd etmişdir. Həmin vaxt ilkin idda üzrə iddiaçı hələ yetkinlik yaşına çatmamışdı. Həmin vaxtdan hazırki iddia verilənədək nə mərhum Nurəli Kəlbiyev, nə də İddiaçı mövcud tikililərlə bağlı hər hansı mübahisə etməmişlər. 2. İlkin idda üzrə iddiaçı atasından miras qalmış evi qəbul edərkən tikililər artıq mövcud idi və qonşu təsirinə dözmək vəzifəsini mirası passivi kimi qəbul etmişdir. İlkin idda üzrə iddiaçının atasının mülkiyyətçi olan zaman 09 may 2000-ci il tarixli notarial ərizə ilə 2.200 ABŞ dolları alması müqabilində üzərinə götürdüyü gələcəkdə heç bir narazılığının və iddiasının olmayacağı barədə vəzifə miras passivi kimi ilkin idda üzrə iddiaçıya da keçmiş sayılır. İlkin idda üzrə iddiaçı mirası qəbul edib faydalandığı kimi, miras qoyanın əmlakla bağlı vəzifəsini də olduğu kimi qəbul etmişdir və buna riayət etməlidir. 3. Mübahisə edilən tikili Cavabdeh2 məxsus evlə eyni damın altında tikilmişdir və uzun müddətdir inşa edilmiş tikili olduğu üçün sökülməsi həm Cavabdeh2 evinin, həm də qonşuların, o cümlədən ilkin idda üzrə iddiaçının özünün evinin qəzalı vəziyyətə düşməsinə səbəb ola bilər. Qeyd edilən bu hal iş üzrə ekspert rəyi alınmaqla müəyyən edilə bilər. İş üzrə verilmiş xx.xx.2021-ci il tarixli 10/5366 nömrəli ekspert rəyi ilə mübahisəli tikililərdən yalnız hamam, sanitar qovşaqlarının ara məsafəsi saxlanmadan tikildiyi qeyd edilmişdir. Həmin tikililərin sökülməsi bütövlükdə iş üzrə tərəflərin hər üçünün evinin qəzalı vəziyyətə düşməsinə səbəb ola bilər. 4. İlkin idda üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Göründüyü kimi iddiaçının atası olan evin əvvəlki mülkiyyətçisi Nurəli Kəlbiyev 1997-ci ildə mübahisəli tikililər tikilərkən bundan məlumatlı olmuş, 09 may 2000-ci il tarixdə verdiyi razılıq ərizəsi ilə məlumatlı olmasını təsdiq etmiş, lakin 25 il müddət keçməsinə baxmayaraq, nə Nurəli Kəlbiyev, nə də onun oğlu olan hazırki iş üzrə iddiaçı tikililərin sökülməsi tələbini irəli sürməmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 həm iddia müddətinin ötürüldüyü, həm də ilk iddia əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, AR Konstitusiya Məhkəməsinin “AR MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, 2000-ci ilin dentybrın 1-dən əvvəl yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə 1964-cü il 11 sentyabr tarixdə qəbul olunmuş AR MM-nin 73-cü maddəsi, həmin dövrdən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə isə AR MM-nin 373-cü maddəsində göstərilən iddia müddətləri tətbiq edilir. AR MM-nin 373.1-ci maddəsi ilə ümui iddia müddəti on il kimi müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçının mübahisələndirdiyi tikililər ötən əsrin 70-90-cı illərində tikilmişdir. Qeyd edilənləri nəzərə alaraq ilk iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə Cavabdeh2 nümayəndə və vəkilləri Vəkil4 və Vəkil3 iddianın Cavabdeh2 aid hissədə əsassız hesab edilərək rədd edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianın Cavabdeh1 aid hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş ekspertlər X29 və X12 ekpert rəyini müdafiə etdilər. Mülki iş üzrə məhkəmə icraatına maraqlı şəxs qismində cəlb edilmiş Bakı Şəhəri Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhəkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, ekspertlərin fikirlərini dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, yerində müayinə etməklə, qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddialar təmin olunmamalıdır. Belə ki,iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.1993-cü il tarixli Müqavilənin surətindən məlum olur ki, X21 ünvan 4 ünvanında yerləşən 2 otaqlı 26.3 kv.m yaşayış sahəsindən 17.5 kv.m yaşayış sahəsini Cavabdeh2 bağışlamışdır. - Azərbaycan Respublikasının Bakı şəhəri, İcra Hakimiyyətinin Aparatının yanında Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsinin Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki 1-ci Şimal şitilliyi, ev 89-da yerləşən 2 otaq y/s 26,3 kv.m və 17,5 kv.m Cavabdeh2 adına xüsusi mülkiyyət qeydiyyat alınmışdır. - AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3-da yerləşən fərdi yaşayış evi İddiaçı 3 otaq y/s-51.7 kv.m, k/s-6.0 kv.m payda, 1 otaq y/s 26,3 kv.m k/s 17,5 kv.m isə Cavabdeh2 paylı xüsusi mülkiyyətlərindədir. Bu barədə xx.xx.2016-cı il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. - AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3-da yerləşən 110 kv. yaşayış sahəsindən ibarət 7 otaqlı fərdi yaşayış evi Cavabdeh1 Əliqulu oğlunun xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2002-cı il tarixdə qeydiyyat aparılmışdır - AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi küçəsindəki köhnə tipli 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin yerləşdiyi məhəllədaxili sahələrdə, müraciət müəllifinin yaşadığı evin pəncərəsinin bilavasitə qarşısında, eləcə də həmin evə keçid hissəsindəki dalanda uzun müddət öncə müvafiq icazə sənədləri olmadan kiçik həcmli yardımçı tikililər inşa edilmiş və artırma işləri aparılmış, göstərilən ünvanda yeni tikinti aparılması faktı aşkar edilməmişdir. - Nərimanov Rayon MKTB-nin İddiaçı ünvanlanan xx.xx.2020-ci il, xx.xx.2020ci il və xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, əməkdaşları tərəfindən yerində baxış zamanı yaşadığı ünvanda qonşuları Şair Kəlbiyev və Piri Quliyev tərəfindən müxtəlif vaxtlarda yaşadıqları özbaşına tikilmiş evin yaxınlığında ümumi istifadə üçün nəzərdə tutulmuş yerlərdə əlavə tikinti işlərinin aparıldığı müşahidə edilmişdir. Son baxış zamanı yeni tikinti işlərinin aparılması faktı müəyyən edilməmişdir. - Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal Şitilliyi küçəsinin uzun müddətlik sakinləri olan X22, X8, X17, X23, X7 və X13 imzaladıqları xx.xx.2022-ci il tarixli aktda göstərmişlər ki, həqiqətən də qonşuları X6 məxsus olan ünvan 11 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisi və son tamamlama işləri 25 il bundan əvvəl həyata keçirilmişdir. - Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal Şitilliyi küçəsinin uzun müddətlik sakinləri olan X8, X17, X7, X30 51 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə təsdiqlənən ərizələrində bildirmişlər ki, qonşuları X6 məxsus olan ünvan 11 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisi və son tamamlama işləri 25 il bundan əvvəl həyata keçirilmişdir. - 27 saylı Notariat Kontoru tərəfindən xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X21 xüsusi mülkiyyətində olan evini İddiaçı bağışlamışdır. - 2(005)-3765/2021 saylı mülki iş üzrə 17 yanvar 2022-ci il tarixli 10/5366 № №-li ekspert rəyinə əsasən, X14 tərəfindən inşa edilmiş tikilinin İddiaçı məxsus ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşmədiyi; X14 tərəfindən inşa edilmiş tikilinin ünvan 11 ünvanında tərəflərin ümumi istifadəsində olan həyətyanı torpaq sahəsinin üzərinə düşdüyü; İddiaçı məxsus ünvan 11 ünvanında yerləşən evin gediş-gəliş yolunda X5 inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2 mərtəbəsində hamam, sanitar qovşağı İddiaçı məxsus yaşayış evinin pəncərəsindən 0.50-0.60 sm ara məsafəsində inşa olunduğu nəzərə alınaraq, İddiaçı məxsus ünvan 11 ünvanında yerləşən yaşayış evinin havalandırılması, işıqlandırılması rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi; İddiaçı məxsus ünvan 11 ünvanında yerləşən evin gediş-gəliş yolunda X5 inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam, sanitar qovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağı arasında ara məsafə 2.10 m (7.0 x 0.3) əvəzinə 0.50-0.60 m saxlanıldığından dövlət şəhərsalma norma və qaydalarının 69.5.2-1-ci maddəsinə əməl edilmədən inşa olunduğu müəyyən edilmişdir. - 2(005)-163/2022 №-li mülki iş üzrə 02 dekabr 2022-ci il tarixli 10/5968 №-li ekspert rəyinə əsasən, Cavabdeh1 və X14 tərəfindən inşa edilmiş tikililərin İddiaçı məxsus ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşmədiyi, cavabdeh X14 tərəfindən inşa edilmiş tikilinin (1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağı, balkon və 1 otaq) texniki pasportda qeyd olunan həyətyanı sahədə və özünün istifadəsində olan 5 və 6 saylı tikililərin üzərində inşa edildiyi; Cavabdeh1 istifadəsində olan tikililərin özünə məxsus texniki pasportda qeyd olunan tikililər olduğu, texniki paspotda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, metal konstruksiyalı balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağının (balkonda inşa edilən) isə ümumi istifadədə olan sahədə tikildiyi; Cavabdeh1 istifadəsində olan texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağına (balkonda inşa edilən) dair hər hansı icazə sənədi, memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmadığından (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) həmin tikililərin inşasının və aparılmış yenidənqurma işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və şəhərsalma norma qaydalarına uyğun olmadığı; X5 istifadəsində olan həyətyanı sahədə inşa edilmiş tikililərin (1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağı, balkon və 1 otaq) İddiaçı məxsus fərdi yaşayış evinə bitişik inşa edilməsini, texniki pasportda qeyd olunan 6 saylı tikiliyə bitişik inşa edilmiş sahəsi 4,6 kv.m və 3,8 kv.m olan tikililər (texniki pasportda qeyd olunmayan əlavə tikili), 5 saylı tikiliyə bitişik inşa edilmiş sahəsi 10.5 kv.m olan tikili (texniki pasportda qeyd olunmayan əlavə tikili), 5 və 6 saylı tikilinin üst mərtəbəsində yerləşən tikililərin, eyni zamanda yuxarıda qeyd olunan tikililərin texniki pasportda qeyd olunmadığını, həmin tikililərə dair hər hansı razılaşdırma və ya icazə sənədinin mövcud olmadığını (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edər müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadığı; X5 istifadəsində olan həyətyanı sahədə inşa edilmş 1-ci mərtəbədəki hamam, sanitar qovşağı və ikinci mərtəbədə yerləşən hamam, sanitar qovşağı, digər tikililərin İddiaçı məxsus yaşayış evinin texniki pasportunda qeyd olunan 4 saylı tikilinin pəncərəsinin qarşısında həmin evə bitişik inşa edilməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi; Cavabdeh1 istifadəsində olan tikililərin İddiaçı məxsus yaşayış evinin qapı və pəncərə boşluqlarından aralıda yerləşməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərmədiyi; Cavabdeh1 inşa etdiyi tikililərin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş 1992-ci il tarixli Texniki Pasportda qeyd olunan tikililər ilə eləcə də torpaq sahəsi ilə üst-üstə düşmədiyini nəzərə alaraq, cavabdeh tərəfindən İddiaçı məxsus hər hansı tikilinin sökülmədiyi müəyyən olunmuşdur. İlkin iddia üzrə iddiaçının iddia etdiyi sanitar qovşağı tikilisi ilkin iddia üzrə cavabeh Cavabdeh1 Əliqulu oğlunun adına tərtib olunmuş xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 11 saylı tikilidir. Faktiki vəziyyətdə həmin 11 saylı tikilinin arakəsmə divarları sökülərək dəhliz kimi istifadə edilir. ünvan 8 ünvanında X6 məxsus evdə İddiaçı tərəfindən mübahisə edilən İddiaçı evinin pəncərəsinin qarşısıncakı tikilinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin “GoogleEarth” xəritə proqramında mövcud olan illər üzrə peyk görüntülərindən görünür ki, X5 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 2008-ci il tarixdən həmin ərazidə mövcud olmuşdur. - 2(005)-34/2023 №-li iş üzrə 05 iyun 2023-cü il tarixli 10/2752 №-li ekspert rəyinə əsasən, Cavabdeh1 və X14 tərəfindən inşa edilmiş tikililərin İddiaçı məxsus ünvan 9 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşmədiyi; X14 tərəfindən inşa edilmiş tikilinin (birinci mərtəbədəki hamam sanitar qovşağı və ikinci mərtəbədə yerləşən hamam, sanitar qovşağı və digər tikililər) texniki pasportda qeyd olunan həyətyanı sahədə və özünün istifadəsində olan 5 və 6 saylı tikililərin üzərində inşa edildiyi müəyyən edilir. Cavabdeh1 istifadəsində olan tikililərin özünə məxsus texniki pasportda qeyd olunan tikililər olduğu, texniki paspotda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağının (balkonda inşa edilən) isə ümumi istifadədə olan sahədə tikildiyi; Cavabdeh1 istifadəsində olan, texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağına (balkonda inşa edilən) dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və :ikinti ərazisinin baş planı bölmələri əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmadığından (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) həmin tikililərin inşasının və aparılmış yenidənqurma işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının və şəhərsalma norma qaydalarına uyğun olmadığı; X14 tərəfindən inşa edilmiş 1-ci mərtəbədəki hamam sanitar qovşağı və 2-ci mərtəbədə yerləşən, sanitar qovşağı və digər tikililər, texniki pasportda qeyd olunan 6 saylı tikiliyə bitişik inşa edilmiş sahəsi 4,6 kv.m və 3,8 kv.m olan tikililər (texniki pasportda qeyd olunmayan əlavə tikili), 5 saylı tikiliyə bitişik inşa edilmiş sahəsi 10,5 kv.m olan tikili (texniki pasportda qeyd olunmayan əlavə tikili), 6 və 6 saylı tikilinin üst mərtəbəsində yerləşən tikililərin İddiaçı məxsus fərdi yaşayış evinə bitişik inşa edilməsini və sözügedən tikililərə dair hər hansı razılaşdırma və ya icazə sənədi mövcud olmadığını (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadığı; X14 tərəfindən inşa edilmş 1-ci mərtəbədəki hamam, sanitar qovşağı və ikinci mərtəbədə yerləşən hamam, sanitar qovşağı, balkon və 1 otağın İddiaçı məxsus yaşayış evinin texniki pasportunda qeyd olunan 4 saylı tikilinin pəncərəsinin qarşısında həmin evə bitişik inşa edilməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi; Cavabdeh1 istifadəsində olan tikililərin, eləcə də 13 saylı tikilinin İddiaçı məxsus yaşayış evinin qapı və pəncərə boşluqlarından aralıda yerləşməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə təsir göstərmədiyi; Cavabdeh1 ümumi istifadədə olan torpaq sahəsində inşa etdiyi tikililərin, o cümlədən 11 saylı ayaqyolu tikilisinin İddiaçı məxsus hər-hansı tikilinin sökülərək üzərirdə inşa edilmədiyi; Cavabdeh1 adına tərtib edib edilmiş, xx.xx.2002-ci il tarixli Texniki pasportda olan 11 saylı sanitar qovşağı tikilisinin İddiaçı istifadəsində olan torpaq sahəsində inşa edilmədiyi; İddiaçı iddia etdiyi sanitar qovşağı tikilisinin Cavabdeh1 Əliqulu oğlunun adına tərtib olunmuş xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 11 saylı tikili olduğu, faktiki vəziyyətdə həmin tikilinin arakəsmə divarları sökülərək dəhliz kimi istifadə edildiyi müəyyən olunmuşdur. Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 11 saylı 2 kv.m sanitar qovşağı, 12 saylı 6.6 kv.m, 10 saylı 2.4 kv.m, 3 saylı 19.30 kv.m, 8 saylı 3 kv.m, 13 saylı 39 kv.m və 9 saylı 15.5 kv.m tikililərin Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli, ÖM seriyalı, 114599 nömrəli qeydiyyat vəsiqəsində qeyd olunmadığı müəyyən edilir. (Qeydiyyat vəsiqəsində evin sadəcə ümumi sahəsi göstərilmişdir. Hər hansı tikili göstərilməmişdir.) İlkin layihə və icazə sənədləri mülki iş materiallarında olmadığından, Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 12 saylı, 10 saylı, 8 saylı, 3 saylı, 13 saylı tikililərin memarlıq və şəhərsalma norma və qaydalarına uyğun tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Lakin, həmin tikililərin Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda göstərildiyi müəyyən edilir. Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda olan 9 saylı tikilinin 0.9 m. hissəsinin genişləndirilərək İddiaçı məxsus ünvan 10 mənzilin torpaq sahəsinin gediş-gəliş yolunda inşa edildiyi müəyyən edilir. ünvan 10 ünvanda X6 məxsus evdə İddiaçı tərəfindən mübahisə edilən İddiaçı evinin pəncərəsinin qarşısındakı tikilinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin “GoogleEarth” xəritə proqramında mövcud olan illər üzrə peyk görüntülərindən görünür ki, X5 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 2008-ci il tarixdən həmin ərazidə mövcud olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X11 müvafiq mütəxəssis rəyi təqdim olunmadığından, ünvan 10 ünvanda X6 məxsus evdə İddiaçı tərəfindən mübahisə edilən İddiaçı evinin pəncərəsinin qarşısındakı tikilinin sökülməsinin bütövlüklə evin qəzalı vəziyyətə düşməsinə səbəb olub-olmaması barədə tədqiqat aparmaq mümkün olmamışdır. İddiaçı tərəfindən inşa edilmiş tikililərin Cavabdeh1 məxsus ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilir. İddiaçı tərəfindən ünvan 12 ünvanında inşa edilmiş tikililərin ona məxsus texniki pasporta uyğun inşa edildiyi müəyyən edilir. İlkin layihə və icazə sənədləri mülki iş materiallarında olmadığından, İddiaçı tərəfindən ünvan 12 ünvanında inşa edilmiş tikililərin memarlıq və şəhərsalma norma və qaydalarına uyğun tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Lakin, İddiaçı tərəfindən ünvan 12 ünvanında inşa edilmiş tikililərin ona məxsus texniki pasporta uyğun inşa edildiyi müəyyən edilir. İddiaçı tərəfindən ünvan 12 ünvanında inşa edilmiş tikililərin Cavabdeh1 məxsus ünvan 12 ünvanında yerləşən mənzilin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə mənfi təsir göstərmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına əsasən yuxarıda sadalanan maddələrdə göstərilən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərinin həyata keçirilməsi dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. - 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. - 171.1-ci maddəyə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. - 171.2-ci maddəyə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. - 171.3-ci maddəyə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: - 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. - 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir. İşin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında qohumluq münasibəti olmaqla uzun müddətdir ki, eyni hüquqi ünvanda, bir-birindən təcrid olunmuş şəkildə yaşamaqla qonşudurlar. İddiaçı ilə Cavabdeh2 paylı mülkiyyətçilərdir. Cavabdeh1 isə eyni ünvanda adına ayrıca mülkiyyət sənədi mövcuddur. Hazırda tərəflər (Cavabdeh1 İddiaçı) bir-birilərinə qarşı iddia ilə müraciət edərək qeyri-qanuni tikililər inşa edilməsi ilə təbii havanın, işığı kəsilməsində, huquq və azadlıqlarının, mülkiyyət hüquqlarının, qanuni manefələrini pozulmasında, əvvəllər mövcud olmuş əsas gediş-gəliş yolunu zəbt edərək qeyri-qanuni inşa və hasarlama işləri aparmaqda günaşlandırırlar. İddiaçı qeyri-qanuni tikililər inşa edilməsi ilə təbii havanın, işığı kəsilməsində, huquq və azadlıqlarının, mülkiyyət hüquqlarının, qanuni manefələrini pozulmasında həmçinin Cavabdeh2 da cavabdeh sayır. İşin materiallarından görünür ki, ünvan 3 ünvanında sökülməsi tələb edilən tikililər 1995-1997-ci ildən əvvəl tikilmişdir. Həmin tikililərin 1995-1997-ci ildən tikilməsi evin texniki pasportlarda öz əksini tapmışdır. Belə ki, 1992-ci ilin mart ayında Cavabdeh2 adına texniki pasport vertlmiş və texniki pasportun vərəqlərində 1997-ci ilin avqust ayında ona dəyişiklik edilmişdir. Bu dəyişiklik tikiliyə əlavə edilmiş İV №-li tikinti ilə bağlıdır. Texniki pasportun “Tikintilərin və qurğuların xarakteristikaları” adlı sonuncu vərəqində İV №-li tikilinin “hamam, ayaqyolu” olduğu və 1995-ci ildə tikildiyi öz təsdiqini tapır. İşin materiallarından görünür ki, daha sonra görünür ki, 1992-ci ilin mart ayında həmçinin X9 adına, xx.xx.2002-ci ildə isə Cavabdeh1 Əliqulu oğlunun adına 1-ci Şimal Şitilliyi ev 89 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İlk iddiaçının tələblərindən göürünür ki, Cavabdeh2 və Cavabdeh1 ailələrinin heç bir qaydada icazəsi olmadan, onların çoxsayli xahişlərini, narazılıqlarını nəzərə almadan gediş-gəliş yolunda və gediş-gəliş yolunun üstündə qeyri-qanuni yeni tikililər tikir, yaşayiş pəncərələrinin önündə heç bir ara məsafəsi saxlamadan ikimərtəbəli yeni tikililər tikməklə İddiaçı ailəsini təbii havaya, təbii işığa həsrət qoyublar, yollarını, evlərini qaranlıq ediblər, yollarını kəsərək yolu dar cığır edib, həyətlərinə pəncərə açıb, kanalizasiya quyusunun üzərindəki tualetlərini sökərək, tualetin yerində mağaza inşa edib bizneslə məşğuldur. Hal-hazırda kanalizasiya xətləri Cavabdeh1 tərəfindən zəbt edildiyindən İddiaçı ailəsi məcbur olub öz həyətində şambo (quyu) qazaraq tualet inşa edərək istifadə edirlər. İlk iddia tələblərində sökülməsi tələb edilən tikililərlə bağlı məhkəmə tərəfindən 3 dəfə məhkəmə tikinti texniki ekspertizalar təyin edilərək keçirilmiş və hər dəfə ekspertizalar zamanı mübahisələndirilən bütün tikililərə dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri əks etdirən razılaşdırılmış ilkin layihə sənədi mövcud olmaması xüsusilə qeyd edilmişdir. Həmçinin də ekspert rəyləri ilə Cavabdeh1 və X14 tərəfindən inşa edilmiş tikililərin İddiaçı məxsus ünvan 9 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşməməsi, daha sonra İddiaçı tərəfindən ünvan 12 ünvanında inşa edilmiş tikililərin ona məxsus texniki pasporta uyğun inşa edilməsi müəyyən edilmişdir. Lakin ilkin layihə və icazə sənədləri mülki iş materiallarında olmadığından, ekspertlər tərəfindən İddiaçı tərəfindən ünvan 12 ünvanında inşa edilmiş tikililərin memarlıq və şəhərsalma norma və qaydalarına uyğun tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq ekspertizalar zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 11 ünvanında yerləşən evin gediş-gəliş yolunda X5 inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2 mərtəbəsində hamam, sanitar qovşağı İddiaçı məxsus yaşayış evinin pəncərəsindən 0.50-0.60 sm ara məsafəsində inşa olunmaqla sonuncunun yaşayış evinin (4 saylı tikilinin pəncərəsinin qarşısında həmin evə bitişik inşa edilməsini nəzərə alaraq) havalandırılması, işıqlandırılması rütubətin tənzimlənməsinə mənfi təsir göstərir və bu tikililər dövlət şəhərsalma norma və qaydalarının 69.5.2-1-ci maddəsinə əməl edilmədən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edər müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadan inşa olunmuşdur. Bundan əlavə, ekspert rəylərindən aydın olur ki, Cavabdeh1 istifadəsində olan tikililərin özünə məxsus texniki pasportda qeyd olunan tikililər olmaqla, texniki paspotda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, metal konstruksiyalı balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağının (balkonda inşa edilən) isə ümumi istifadədə olan sahədə tikilmiş, onun istifadəsində olan texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağına (balkonda inşa edilən) dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmadığından həmin tikililərin inşasının və aparılmış yenidənqurma işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və şəhərsalma norma qaydalarına uyğun olmamışdır. Lakin ekspertizalar müəyyən etmişdir ki, Cavabdeh1 istifadəsində olan tikililərin İddiaçı məxsus yaşayış evinin qapı və pəncərə boşluqlarından aralıda yerləşməsi nəzərə alınaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərməməsi, Cavabdeh1 inşa etdiyi tikililərin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş 1992-ci il tarixli Texniki Pasportda qeyd olunan tikililər ilə eləcə də torpaq sahəsi ilə üst-üstə düşməməsi nəzərə alaraq, cavabdeh tərəfindən İddiaçı məxsus hər hansı tikilinin sökülmədiyi müəyyən olunmuşdur. İddiaçı iddia etdiyi sanitar qovşağı tikilisi Cavabdeh1 Əliqulu oğlunun adına tərtib olunmuş xx.xx.2002-ci il tarixli Texniki Pasportdaöz əksini tapsa da (11 saylı tikili) faktiki vəziyyətdə həmin həmin tikilinin arakəsmə divarları sökülərək dəhliz kimi istifadə edilməsi müəyyən edilmişdir. Başqa sözlə, Cavabdeh1 Əliqulu oğlu öz adına olan texniki pasportla əksini tapmış tikilini sökərək oranı dəhliz kimi istifadə edir, ki, bununla da İddiaçı hər hansı hüququnun pozması faktı müəyyən edilməmişdir. Lakin bununla belə ekspertiza zamanı Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda olan 9 saylı tikilinin 0.9 m. hissəsinin genişləndirilərək İddiaçı məxsus ünvan 10 mənzilin torpaq sahəsinin gediş-gəliş yolunda inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə ekspertiza rəyləri ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən məhkəmə iclasında rəylərini müdafiə edərək sualları cavablandırmış ekspertlərin izahatlarını, eləcə də araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəylərinin hər üçünün sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasını nəzərə alır. Beləliklə də, məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından qeyd edilən rəyləri hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəylərdə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyrimüəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. Məhkəmə ekspertiza rəylərinə qiymət verərək ilk iddia üzrə Cavabdeh2 münasibətdə hesab edir ki, onun inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2 mərtəbəsində hamam, sanitar qovşağının İddiaçı məxsus yaşayış evinin pəncərəsindən 0.50-0.60 sm ara məsafəsində inşa olunduğu nəzərə alınaraq, sonuncuya məxsus ünvan 11 ünvanında yerləşən yaşayış evinin havalandırılması, işıqlandırılması rütubətin tənzimlənməsinə mənfi təsir göstərməsi və rəylərdə sadalanan qanunvericilik normalarına əməl edilmədən inşa olunması faktları mövcud olsa da, ilk iddia Cavabdeh2 münasibətdə rədd edilməlidir. Belə ki, ilk iddiaçı sökülməsini tələb etdiyi qeyd edilən tikililərin hansı tarixlərdə inşa edilməsini dəqiq göstərməməklə yalnız 2020-ci ilin iyununda pandemiya dövründə bu tikintilərlə bağlı qarşı tərəfin övladları ilə aralarında münaqişəli vəziyyət olmasını qeyd etməklə kifayətlənmişdir. 27 saylı Notariat Kontoru tərəfindənxx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X21 xüsusi mülkiyyətində olan evini İddiaçı bagışlamışdır. Tərəflərin izahatlarından məlum olur ki, X21 bağışlama müqaviləsindən bir müddət sonra vəfat etmişdir. Müəyyən edilmişdir ki, X1 hazırda oğlunun qaldırdığı iddialar üzrə Cavabdeh2 qarşı qanunsuz tikililər və digər pozuntularla bağlı hər hansı formada iddia qaldırmamışdır. Bu halın müəyyən edilməsi tərəflərin inşa etdikləri (texniki pasportda əksini tapan və tapmayan) tikililərin həqiqətən də 2016-cı ildən xeyli əvvəllər inşa edilməsinə dəlalət edir. Bu faktı mübahisəli evin yerləşdiyi küçədə yaşayan qonşular, ilk iddiaçı tərəfindən mübahisə edilən Cavabdeh2 məxsus tikilinin 1997-ci ildən əvvəl tikildiyini tərtib etdikləri xx.xx.2022-ci il tarixli “Akt”la və Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizə ilə təsdiq etmişlər. Həmçinin, ekspert rəylərində də mübahisə predmeti olan tikililərin nə vaxt tikilməsi müəyyən edilməmiş, konkret olaraq göstərilmişdir ki, “ünvan 14 ünvanda Cavabdeh2 məxsus evdə X31 tərəfindən mübahisə edilən İddiaçı evini pəncərəsinin qarşısındakı tikilinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin, “Google Earth” xəritə proqramında mövcud olan illər üzrə peyk görüntülərindən görünür ki, Cavabdeh2 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 2008-ci il tarixdən həmin ərazidə mövcud olmuşdur”. Bununla bağlı suala aydınlıq gətirməsi üçün xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı zamanı ekspertlərə verilmiş sualı onlar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmiş kadastrportalı.az internet saytında 2008-ci ildən əvvələ aid peyk görüntüləri bizə təqdim edilmədiyi üçün həmin tikilinin 2008-ci ildən mövcud olması ilə cavablandırmışlar. İşin bu halları məhkəməyə iddiaçının mübahisəli tikilinin bir neçə il bundan əvvəl tikilməsi ilə bağlı dəlilləri tam əsassız və işdə olan sübutlarla tam təkzib olunması qənaətinə gəlməyinə kifayət qədər əsas verir. Məhkəmə həmçinin ekspertiza rəylərində gösğtərilən bəzi diqqətə layiq mühüm məqamlara da qiymət verilməsini zəruri sayır. Belə ki, məhkəmənin qənaətinə görə mübahisə edilən Cavabdeh2 məxsus tikililərin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 Noli qərarı ilə təsdiq edilmiş” Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına” və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (2013-cü il yanvarın 1-dən qüvvəyə minib) 69-cu maddəsinin tələblərinə uyğun olmadığı müəyyən olunmamasına” dair ekspertiza rəylərində göstərilənlər həmin qeyd olunan qanunvericilik normalarından əvvəl mövcud olan tikililərə şamil oluna bilməz. Belə ki, hər iki qanunvericilik aktı qəbul edildikdən sonra inşa edilmiş tikililərə aid olduğundan və iddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh2 məxsus tikintisi 1995-1997-ci illərə təsadüf edən tikililərni də həmin qanunvericilik aktları qəbul edilməzdən illər əvvəl artıq mövcud olduğu üçün tikililərin sözügedən norma (2013-cü il yanvarın 1-dən qüvvəyə minib) və qaydalara (2000-ci ildən qüvvədə olmuş) uyğun olub-olmamasını müəyyən etmək hazırki iş üzrə artıq heç bir hüquqi əhəmiyyət kəsb etmir. Bundan əlavə, sonuncu ekspertiza rəyində göstərilmişdir ki, “Fövqəladə hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X11 müvafiq mütəxəssis rəyi təqdim olunmadığından, tikilinin sökülməsinin bütövlüklə evin qəzalı vəziyyətə düşməsinə səbəb olub-olmaması barədə tədqiqat aparmaq mümkün olmamışdır.” Göründüyü kimi, mübahisəli tikinin sökülməsinin X6 məxsus evin dayanıqlığı baxımdan hansı təhlükəli nəticələrə gətirib çıxaracağı məsələsi araşdırılmamış qalması yuxarıda qeyd edilən mütəxəssis rəyi alınmadığı üçün ekspertizanı aparan şəxslərdən asılı olmamışdır. Məhkəmə buna dair mütəxəsis rəyi olmasa da, hesab edir ki, Cavabdeh2 məxsus mübahisəli tikililərin inşa edilməsinin üzərindən 26 ildən çox vaxt keçməsi, ümumilikdə də evin 50 ildən çox müddətdir ki, tikilməsi nəzərə alınaraq, ilk iddianın Cavabdeh2 aid hissəsinin təmini evin qəzalı vəziyyətə düşə biləcəyi ehtimalı istisna deyildir. Lakin bütün bünlara baxmayaraq məhkəmə hesab edir ki, ilk iddianın Cavabdeh2 aid hissəsi yuxarıda göstərilənlərdən əlavə hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair təqdim edilmiş ərizə əsasında rədd edilməlidir. Cavabdeh2 iddiaçının atası X9 ünvan 15 ünvanındakı evimin həyətyanı sahəsində qardaşı X16 tikdiyi evi 1993-cü ildə həmin qardaşının həyat yoldaşı Cavabdeh2 bağışlaması, onun həyətyanı sahəmdə ev tikdiyi üçün Cavabdeh2 bağışladığı evin müqabilində, qardaşı X18 xx.xx.2000-ci il tarixdə 2.200 ABŞ dolları almasına dair xx.xx.2000-ci il tarixli ərizəsinə istinad edərək hazırki iş üzrə iddia müddətinin keçməsini əsaslandırmağa çalışsa da, məhkəmə bu ərizəni sübut növü kimi qiymətləndirmir. Belə ki, əvvəla həmin sənədin əsli olması müəyyən şübhələr yaradır və ilk iddiaçı sözügedən ərizədə göstərilənləri inkar edərək heç bir bağışlama və pul alma hallarının olmamasını israrla təkzib edir. Məhkəmə qeyd edilən ərizəni sübut kimi deyil, cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hal olaraq qiymətləndirir və hesab edir ki, bu dəlil ilk iddianın Cavabdeh2 qarşı iddianın əsassız olmasını tam təsdiq etməsə də, iddia onun evinin 1997-ci ildən əvvəl mövcud olması barədə digər sübutlarla təsdiq edilməsi, ekspert rəyi ilə də 2008-ci ildən, yəni peyk görüntülərinin təqdim edildiyi vaxtdan da həmin tikilinin mövcud olduğu tam sübuta yetirilməsi, bununla da ilk iddiaçı tərəfindən də iddia müddətinin buraxılması əsası ilə rədd edilməlidir. İşin materiallarından görünür ki, Cavabdeh2 nümayəndəsi hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən ümumi müddəti 10 il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə ilk iddianın Cavabdeh1 aid hissəsinə də qiymət verərək aparılmış ekspertizalar nəticəsində onun istifadəsində olan tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərməməsi, həmin tikililərin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş 1992-ci il tarixli Texniki Pasportda qeyd olunan tikililər ilə, eləcə də torpaq sahəsi ilə üst-üstə düşməməsi və beləliklə də, cavabdeh tərəfindən İddiaçı məxsus hər hansı tikilinin sökülmədiyi müəyyən olunması bu qənaətə gəlməyə əsas verir ki, bu halların Cavabdeh1 tərəfindən İddiaçınnun subyektiv hüququnun pozulması faktlarının olmasını təkzib edir. Lakin məhkəmə göstərilənlərlə yanaşı ekspertiza rəyində Cavabdeh1 evinə aid Texniki Pasportda olan 9 saylı tikilinin 0.9 m. hissəsinin genişləndirilərək iddiaçıya məxsus ünvan 10 mənzilin torpaq sahəsinin gediş-gəliş yolunda inşa edilməsinin də müəyyən edilməsinə baxmayaraq hesab edir ki, bu müəyyən ediliş hal Cavabdeh1 qarşı olan iddiasının «qeyri-qanuni tikililərin sökülməsi» hissəsinin gediş-gəliş yolunda inşa edilmiş tikilinin sökülməsi hissəsində təmin edilməsi üçün əsas vermir. Belə ki, iş materiallarından göründüyü kimi bu tikilinin də son on ildə tikilməsinə dair ilk iddiaçı konkret və mötəbər sübutlar təqdim edə bilməmiş, bu hal isə cavabdeh tərəfin tikililərin uzun müddət əvvəl inşa edilməsinə dair etirazının dəlillərini inandırıcı olmasını bir daha təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddiaçı tərəf Cavabdeh1 qarşı münasibətdə də iddia müddətini ötürmüşdür. Məhkəmə həmçinin bu qənaətə gələrkən ilk iddia üzrə Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiqinə dair ərizəsini də nəzərə alır. Məhkəmə bu qənaətə gələrkən İddiaçı məxsus ünvan 10 mənzilin torpaq sahəsinin gediş-gəliş yolunda inşa edilmiş tikilinin də Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda əksini tapmış 9 saylı tikilinin 0.9 m. hissəsinin genişləndirilməsi yolu ilə həyata keçirilməsini, başqa sözlə, bu tikilinin 2002-ci il və ya ondan əvvəl inşa edilərək texniki pasporta əlavə edioməsini nəzərə alır və qeyd etməyi zəruri sayır ki, 20 ildən artıq bu mövcud vəziyyətdə yaşayaraq hazırda ilk iddiaçının sözügedən və digər tikililərin sökülməsi və sair tələbləri cavabdehlə aralarında yaranmış qərəzli və münaqişəli mübahisələrin nəticəsidir. Cavabdeh tərəfin izahatlarından görünür ki, ilk iddiaçının atasının sağlığında mövcud tikililər inşa edilmiş və heç bir narazılıq olmamışdır. Yalnız son illərdə ilk iddiaçının onlara qarşı yaranmış qərəzli münasibətin nəticəsində illərlə istifadədə olan tikililərin qanuniliyini mübahisələndirməyə başlayıb. Halbuki, bu tikili ona maneə yaradırdısa, inşa edilən vaxtı bunu mübahisələndirərdi. Məhkəmə işin araşdırılmış halları baxımından hesab edir ki, iddiaçıya məxsus ünvan 10 mənzilin torpaq sahəsinin gediş-gəliş yolunda 0.9 m. hissəsinin genişləndirilməklə cavabdehin evinə aid Texniki Pasportda olan 9 saylı tikilinin inşa ediməsi ilə ilk iddiaçının hüquqlarının subyektiv hüquqlarını pozmasına dair iddia dəlilləri kifayət qədər mötəbər sübutlarla əsaslandırılmaması və bu tikilinin sökülməsi ilə tərəflər arasında yaranmış mübahisəli vəziyyətə tamamilə son qoyulmaması əsası ilə təmin edilməsi mümkün sayıla bilməz. Məhkəmə ilk iddianın digər, yəni, Maraqlı şəxsin Cavabdeh1 adına xx.xx.2002ci il tarixli seriya ÖM-114599 nömrəli Qeydiyyat Vəsiqəsinin yə qeydiyyat vəsiqəsinə aid olan Reyestr nömrəsi xx.xx.2002-ci il tarixli, inventar nömrəsi 414 olan Texniki pasportun ləğv edilməsi hissələrinə də qiymət verərək hesab edir ki, bu tələblər təsas tələbdən irəli gələn tələb olduğundan onların qanuniliyinə hüquqi qiymət vermək zərurəti yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, ilk iddiaçının Cavabdeh1 münasibətdə tikililərin sökülməsinə dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Buna görə məhkəmə digər iddia tələbləri üzrə əlavə araşdırılmasına lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda Cavabdeh1 da qarşılıqlı iddia tələblərinin də əsassız olmasında da nəticəsini də nəzərə alır. Belə ki, qarşılıqlı iddiaçının İddiaçı qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddiasının dəlilləri ekspertiza rəyində göstərilənlərə əsasən tam təkzib olunmuşdur. Başqa sözlə, İddiaçı tərəfindən inşa edilmiş tikililər ilə Cavabdeh1 subyektiv hüququnun pozulması faktı öz təsdiqini tapmamışdır. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertlər X19, X10, X29, X12 tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi, bilə-bilə yalan rəy verməsi müəyyən olunmadığından, ilk iddia üzrə İddiaçı ekspertlər barədə xüsusi qərardad çıxarılması barədə vəsatətləri də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun: - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin -Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Beləliklə də, məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, X6 qarşı, Maraqlı şəxs cəlb edilməklə ”qeyri-qanuni tikililərin sökülməsi” tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ”qeyri-qanuni tikililərin sökülməsi” tələbinə dair idda ərizəsi təmin edilməməlidirlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu səbəbdən də məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 50 %-i, yəni 100 manat pul ilkin iddia üzrə İddiaçı, 50%-i, yəni 100 manat pul ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 oludan və X3 tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, X6 qarşı, maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə ”qeyri-qanuni tikililərin sökülməsi, qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ”qeyri-qanuni tikililərin sökülməsi” tələbinə dair idda ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat məbləğində pulun 50 %-i, yəni 150 manat pul ilk iddia üzrə İddiaçı, 50%-i, yəni 150 manat pul ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və X3 tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-34/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-34/2023
24.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver