Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-342/2020 10.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və cavabdeh SOCAR Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh SOCAR Cavabdehnə qarşı sağlamlığa vurulmuş zərərin əvəzi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X12 cavabdeh SOCAR Cavabdehnə qarşı, maraqlı şəxs İddiaçı cəlb edilməklə, sağlamlığa vurulmuş zərərin əvəzi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, o, maraqlı şəxs İddiaçı ilə nikahları 1985-ci il tarixdə Zəngilan rayonu VVAQ şöbəsində rəsmi qeydə alınaraq ailə qurmuş, birgə nikahdan üç uşaqları anadan olmuşdur -1986-cı il təvəllüdlü Babayev Elçin liman oğlu, 1988-ci il təvəllüdlü Elvin liman oğlu və 1990-cı il təvəllüdlü X15. Məlum hadisələrlə əlaqədar olaraq Zəngilan rayonundan məcburi köçkün düşərək Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi ev 2B,mənzil 106-da yaşamışlar. Oğlu X21 və qardaşı Elvin ailə qurduqdan həm mənzil şəraitinin darısqallığı, həm də iş yeri tapa bilməmələri üzündən olan maddi vəziyyətləri daha da çətinləşmişdir. Belə ki, peşə xəstəliyindən əziyyət çəkən İddiaçı 2015-ci ilin aprel ayından etibarən fasiləsiz olaraq müalicələr və total endoprotezləşmə əməliyyatına zərurəti çoxdan yaranmışdır. İki övlad atası X31in kirayə etdiyi evin və atasının müalicələrini rəsmiləşdirmək üçün qohumlardan hal hazıra kimi 67000 manat məbləğində pul borc etmişlər. Halbuki, qanunvericiliyə uyğun olaraq həyat yoldaşı Babayevə "X28 Tresti tərəfindən daha çox ödəncləri vardır. Lakin “X28'lrestinin rəhbərliyi süni əsaslarla bu günə kimi verilməsindən imtina etmişdir. Əri İddiaçı və o, hər ikisi Qarabağ müharibəsi veteranlarıdır. 1994-cü ildən etibarən ARDNŞnin Xəzər dənizində yerləşən «Günəşli» Yatağında mövcud X29 özüllərində neft və qaz quyularının işlərində fasiləsiz olaraq çalışdığı 21 il zamanının çox hissəsini ən ağır işlərdə çalışmışdır. Cavabdeh trest 2007-ci ildə təşkil edilmiş, həyat yoldaşını işə qəbul edən idarə ləğv edilərək qazma sahələri trestinin balansına verilmişdir, İddiaçı dənizdə işlədiyi müddətdə peşə xəstəliyinə tutularaq 2-ci qrup əlil olmuşdur. Hazırkı iş üzrə maraqlı şəxs olan əri İddiaçı işlədiyi müddətdə peşə əmək qabiliyyətinin 50% itirməsi və 2-ci qrup əlil olması sənədlərlə təsdiq edilir. Səbail rayon Məhkəməsi xx xxxxxx 2016-cı il tarixdə 2(009) -5487/2016 saylı qərardad qəbul edərək iddiadan imtinanı qəbul etmiş və işin icraatına xitam vermişdir. Cavabdehin hesabından ərinə çatası məbləğlər ər-arvadın birgə mülkiyyəti olduğundan o, iddia verməkdə subyektiv hüquqa malikdir. Məhkəmədən cavabdehdən xeyrinə maraqlı şəxs olan əri İddiaçı əmək peşə xəstəliyi ilə əlaqədar 2016cı ilin may ayından başlayaraq hər ay üçün 927 manat olmaqla 29 ay üçün cəmi 26883 manatın, 48167 manat məbləğində birdəfəlik sığorta pulunun, 2016-cı ilin may ayından başlayaraq aylıq və birdəfəlik ödənişin gecikdirilməsinə görə hər ay üçün 491 manat olmaqla cəmi 14239 manat olmaqla faiz məbləğinin və 10000 manat dəymiş ziyanın, cəmi 99289 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra X12 və İddiaçı məhkəməyə vəsatətlə muraciət edərək, X8 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişlər. Məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli iclasında vəsatət təmin edilmişdir. Daha sonra iddiaçı tələbinə dəqiqləşmə təqdim edərək, cavabdehdən xeyrinə maraqlı şəxs olan əri İddiaçı əmək peşə xəstəliyi ilə əlaqədar 2016-cı ilin may ayından başlayaraq hər ay üçün 927 manat olmaqla 41 ay üçün cəmi 38007 manatın, 102227 manat məbləğində birdəfəlik sığorta pulunun və mənəvi ziyana görə 10000 manat məbləğində pulun, cəmi 150234 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, cavabdehdən xeyrinə maraqlı şəxs olan əri İddiaçı əmək peşə xəstəliyi ilə əlaqədar 2016-cı ilin may ayından başlayaraq hər ay üçün 927 manat olmaqla 52 ay üçün cəmi 48204 manatın, 102227 manat məbləğində birdəfəlik sığorta pulunun və mənəvi ziyana görə 10000 manat məbləğində pulun, cəmi 160431 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdi və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh SOCAR Cavabdeh nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və X20 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.3-cü bəndinə görə, TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydaların 2.10-cu bəndinə görə, istehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adma X5 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədikağız daşıyıcıda və ya elektron formada Xidmətə təqdim edir. Xidmət qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 1.1-ci bəndinə görə, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq aktaəsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Hazırki iş üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetnin yuxarıda qeyd edilən Qərarları ilə təsdiq edilmiş Qaydaara uyğun olaraq müvafiq Qurumun peşə xəstəliyi nəticəsində əmək qabiliyiyyətinin itirilməsini (peşə əmək qabiliyyətinin itirlmə müddətini, dərəcədini (faizini), əlillik dərəcəsinin) müəyyən edilməsi təsdiq edən hər hansı qərar təqdim edilməmişdir. İddiaçı tərəfindən peşə əmək qabiliyyətinin itirlmə müddətini, dərəcəsini (faizini), əlillik dərəcəsinin müəyyən edilməsini təsdiq edən qüvvədə olan qərar yoxdur. Hətta İddiaçı başqa bir məhkəmə işi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş qabiliyyətinin müəyyən edilməsi üçün "X28" Tresti tərəfindən müvafiq sorğu məktubunun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Yalnız həmin qətnamə qanuni qüvvəsini aldıqdan və icra edildikdən sonra İddiaçı peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin itirilib-itirilməməsi məsələsinə baxıla bilər. Başqa sözlə, hazırki iş üzrə İddiaçı peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin itirilməsinin (peşə əmək qabiliyyətinin itirlmə müddətini, dərəcəsini (faizini), əlillik dərəcəsinin) müəyyən edilməsi barədə Azərbaycan Respublikasının Əmək və X20 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin X2 qüvvədə olan qərarı yoxdur. Bundan başqa, hesab edir ki, İddiaçı "X28" Trestində işlədiyi müddətdə peşə xəstəliyinə tutulması mümkün deyil. Belə ki, İddiaçı təmirçi-çilingər işlədiyi dövrdə Səhiyyə Nazirliyinin xx.xx.1998-ci il tarixli 13 saylı əmrinin 1-ci əlavəsinin 1.29-cu bəndinə əsasən zərərli faktorlarla təmasda olduğu üçün (doymuş-doymamış kabrohidrogenlər) məcburi dövrü tibbi müayinələrdən keçmiş və işə yararla olması barədə arayış verilmişdir. Dövrü müayinələr zamanı peşə xəstəliyinə şübhə olduğu təqdirdə işçi xəstəliyin profili üzrə müalicə profilaktika müəssisəsinə göndərilir və ya işçinin yüngül işə (ixtisas dərəcəsi nəzərə alınmaqla) keçirilməsi üçün tədbirlər görülür. Bundan başqa, İddiaçı işlədiyi dəniz obyektlərində istehsalatın zərərli amillərini müəyyən etmək məqsədilə 2014-cü ilin may ayında aparılmış iş yerinin attestasiyasının nəticələrində zərərli istehsalat amilləri yol verilən hədd daxilində olmuşdur. İş yerində olan mövcud şərait İddiaçı qeyd olunan xəstəliyin yaranmasına səbəb ola bilməzdi. Bundan başqa, İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2002- ci il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş "Siyahı"sında “birinci dərəcəli iki tərəfli qonartroz, diz oynağının varus deformasiyası" diaqnozu yoxdur. Bundan başqa, İddiaçı 10000 manat maddi və mənəvi zərərin ödənilməsini xahiş etsə də, vurulmuş maddi və mənəvi zərərin nədən ibarət olması və nədə ifadə olunması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki iş materiallarında olan Azərbaycan Respublikası Əmək və X20 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il arayışından görünür ki, İddiaçı İİ dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri Klinikasının xx xxxxxx 2016-cı il tarixli X6 görünür ki, İddiaçı hər iki diz oynağının (birincili) İİİ dərəcəli qonartrozu, hər iki diz oynağının varus deformasiyası diaqnozu qoyulmuşdur. İş materiallarında olan X7 xx xxxxxxxx 2009-cu il tarixli Epiqrizindən; Azərbaycan Respublikası Əmək və X20 Nazirliyi yanında Dövlət X23 və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli Rəyindən görünür ki, İddiaçı ikitərəfli qonartroz diaqnozu qoyulmuşdur. İş materiallarında olan AT-İ ******* №-li nömrəli əmək kitabçasından müəyyən edilir ki, İddiaçı xx xxxxxxx 1994-cü il tarixində ARDNŞ-nin Bayıl Limanı adına X30 İdarəsində (buidarə sonralar ləğv edildi) buruq avadanlıqlarının təmiri üzrə Xəzər dənizində yerləşən “Günəşli yatağında mövcud X29 Özüllərində çilingər peşəsinə təyin olunmuşdur. 1998-ci ilin avqust ayından həmin yataqda yerləşən 15 saylı DDSÖ-də qazma avadanlıqlarının istismarı üzrə çilingər peşəsində çalışmışdır. İdarə ləğv edilsə də, işçi heyyəti ilə, o cümlədən onunla, 2007-ci ildən təşkil olunmuş X28 Tresti tərəfindən əmək müqaviləsi bağlanmış və əmək fəaliyyətini həmin idarədə davam etmişdir. İş materiallarında olan 3 X32 Xəstəxanasının xx.xx.2016-cı il tarixli ambulator, stasionar xəstənin tibb vərəqəsindən çıxarışdan görünür ki, İddiaçı hər iki diz oynağının İİİ dərəcəli qonartrozu, hər iki diz oynağının varus deformasiyası diaqnozu qoyulmuşdur. Essensial hipertoniya İİ mərhələ. İş materiariallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X20 Nazirliyi yanında Dövlət X23 və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, **********2 saylı məktubundan görünür ki, SOCAR-ın Cavabdeh əməkdaşı İddiaçı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi (88 nömrəli forma) ilə xx.xx.2016-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən müayinə edilmiş və beş il müddətinə peşə xəstəliyi səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y.Axundov adına METTPİ-nun peşə xəstəlikləri klinikasının xx xxxxxx 2016-cı il tarixli çıxarış epikrizi əsasında “peşə xəstəliyi” müəyyən edilmişdir. İddiaçı sağlamlığın peşə ilə əlaqədar pozulması barədə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi-Profilaktika İnstitutu tərəfindən verilən tibbi rəyi təqdim etmiş və həmin rəy əsasında “peşə xəstəliyi” səbəbi ilə əlillik dərəcəsi müəyyən edilmişdir. Lakin işəgötürən müəssisə tərəfindən sorğu məktubu təqdim edilmədiyinə görə peşə əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2011-ci il tarixli, 0175-11№-li müqavilədən görünür ki, “Sığortaçı” adlanacaq “X33” ASC-nin İdarə Heyətinin sədri X16 şəxsində, digər tərəfdən bundan sonra müqavilənin mətni üzrə “Sığortalı” adlanacaq “ARDNŞ-mn X28” Trestinin Müdiri X17 şəxsində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari sığorta müqaviləsi bağlamışlar. İş materiallarına əlavə edilmiş “X33” ASC-nin xx xxxx 2016-cı il tarixli PHS-**********6 saylı məktubdan görünür ki, baş vermiş hadisə ilə əlaqədar Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixində məktub daxil olmuşdur. Təqdim edilmiş sənədlər əsasında tam və hərtərəfli araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, V.Y.Axundov adma METTPİ peşə xəstəlikləri klinikasının xx.xx.2016-cı il tarixli xəstəlik tarixindən çıxarışına əsasən iddiaçı xx.xx.2016-xx.xx.2016-ci il tarixləri arasında klinikada fasiləsiz olaraq “hər iki diz oynağının İİİ dərəcəli qonartrozu” diaqnozu ilə müalicə olunmuşdur və xəstəliyin peşə mənşəli olduğu təsdiq olunmuşdur. xx.xx.2016-cı tarixində isə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən sizə peşə xəstəliyi ilə bağlı İİ dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Lakin əlilliyin təyin olunması üçün əsas götürülmüş tibbisənədlərdə (V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri klinikasının xx.xx.2016-cı il tarixli xəstəlik tarixindən çıxarışı və xx.xx.2016-cı il tarixli X3 göndəriş sənədi) peşə xəstəliyinin xx.xx.2009-cu il tarixində başladığı göstərilmişdir. “X33” ASC ilə Cavabdeh arasında imzalanmış 0175/11 nömrəli sığorta müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixindən etibarən sığorta təminatına daxil edilmişdir. Bu isə xəstəliyin təminatda olduğu dövrdən əvvəl yarandığını deməyə əsas verir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq “X33” ASC tərəfindən baş vermiş hadisəyə görə sığorta ödənişi həyata keçirilə bilməz. Əlavə olaraq qeyd edilmişdir ki, bu barədə Cavabdehnə sığorta ödənişinin verilməsindən imtina ilə bağlı məktub göndərilmişdir. Göründüyü kimi, İddiaçı ərizəsində 1994-cü ildən etibarən ARDNŞ-nin Xəzər dənizində yerləşən «Günəşli» Yatağında mövcud X29 özüllərində neft və qaz quyularının çalışmışdır. Ağır iş şəraiti nəticəsində onda peşə xəstəliyi yaranmışdır. Peşə əmək qabiliyyətinin 50%-ni itimiş, İİ qrup əlillik dərəcəsi almışdır. Əmək qabiliyyətinin itirilməsi peşə xəstəliyi ilə əlaqədar olduğundan hazırda məhkəməyə müraciət edərək, ona xəstəliyi ilə əlaqədar ona birdəfəlik sığorta pulunun, onun gecikdirilməsinə görə faiz məbləğinin və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və X20 Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.3-cü bəndinə görə, TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydaların 2.10-cu bəndinə görə, istehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adma X5 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənəd kağız daşıyıcıda və ya elektron formada Xidmətə təqdim edir. Xidmət qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 1.1-ci bəndinə görə, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Həmin Qaydaların 1.3-cü bəndinə görə aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən X2 (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. Həmin Qaydaların 1.5-ci bəndinə görə TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), əlillik dərəcəsini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə aşağıdakıları qeyd etməti zəruri bilir. İdiiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının əsası kimi peçə xəstəliyi nəticəsində əmək qabiliyyətinin 50 faizinin itirilməsini göstərmiş və bunun təsdiqi kimi iddia ərizəsinə Azərbaycan Respublikası Əmək və X20 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il arayışını əlavə etmişdir. Arayışda iddiaçının əmək qabiliyyətinin itirilmə dərəcəsi 50 faiz göstərilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 2.10-cu bəndində istehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilmə qaydası 2 formada – müəssisə tərəfindən verilən sorğu və ya məhkəmə qərarı əsasında müəyyən edilmiş və başqa forma nəzərdə tutulmamışdır. İşin mübahisəsiz halları ilə müəyyən edildi ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayış nə müəssisə tərəfindən verilmiş sorğu, nə də ki, məhkəmə qərarı əsasında verilmişdir. Bu hallara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, sözügedən arayış mötəbər sübut hesab edilə bilməz və sübutlar siyahısından çıxarılmalıdır. Bütün deyilənlərə əsaslanaraq, məhkəmə İddiaçı cavabdeh SOCAR Cavabdehnə qarşı maddi ziyanın tutulması barədə iddiasını əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X27 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X27 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və X27 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən ona mənəvi zərərindəyməsi təsdiq edilmədiyindən, həmçinin əsas tələb üzrə iddia sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh SOCAR Cavabdehnə qarşı sağlamlığa vurulmuş zərərin əvəzi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-342/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-342/2020
10.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver