Məhkəmə qərarları › İş №2(005)-3448/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3448/2021

08.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3448/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firidun oğlunun ona münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə dəftərxana vasitəsilə 29.06.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, mülki işin baxılması üçün aidiyyatı üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, Cavabdeh Firudun oğlu ünvan 1 ünvanında olan Yasamal Rayon Polis İdarəsində qeydiyyatdadır. Məhkəmə iclasında İddiaçı mülki işin baxılması üçün aidiyyatı üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını tədqiq edib belə qənaətə gəlir ki, mülki iş icraata ərazi aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edildiyindən mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə” informasiya sitemindən çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh Firudun oğlunun rəsmi qeydiyyatı ünvan 1 ünvanındadır. Azərbaycan Respublikası MPM-nin: 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyatının dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyatı ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.4-cü maddəsinə əsasən aidiyyatı haqqında məsələ qalxdıqda hakim işin aidiyyatı üzrə göndərilməsi haqqında əsaslandırılmış qərardad çıxarır. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə olduğu təqdirdə məhkəmə mülki işin aidiyyəti üzrə baxılması üçün Cavabdeh rəsmi olaraq qeydiyyatda olduğu ünvan üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair 2(005)- 3448/2021 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan o rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar