Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3449/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxslər Xızı rayon Dövlət Notariat ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, 08 iyun 2017-ci il tarixdə vəfat etmiş X5nun mülkiyyətində olmuş Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən, sahəsi 3,10 ha torpaq sahəsinin 1/6 hissəsi Ərizəçi tərəfindən miras olaraq faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 14 iyun 2017-ci il tarixdə ürəyin hipertenziya xəstəliyindən ölmüşdür. Çıxarışdan görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən, sahəsi 3,10 ha torpaq sahəsinin 1/6 hissəsi mərhum atası Ə.Ağayevin mülkiyyətində olmuş və ondan miras qalmışdır. Həmin torpaq sahəsindən atasının sağlığında və ölümündən sonra da Ərizəçi istifadə etmiş və mirası faktiki qəbul etmişdir. Bu halı digər vərəsələr olan Maraqlı şəxs3 və X8 da təsdiq edə bilərlər. Mərhum atasından qalmış miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi və torpaq sahəsinə dair çıxarışın alınması üçün 26 iyul 2024-cü il tarixdə Xızı rayon dövlət notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin Xızı rayon Dövlət Notariat Ofisinin notariusu Toğrul Rəhimovun 26 iyul 2024-cü il tarixli, 17 saylı məktubu ilə vərəsəlik işinin açılması mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən də miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin mahiyyətinə uyğun izahat verib, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 ərizəyə etiraz etməmiş, bildirmişdir ki, mirasqoyan onun atasıdır. Mərhum atasına məxsus olmuş Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən sahəsi 3,10 ha torpaq sahəsinin 1/6 hissəsindən imtina etdiyini, həmin sahədən qardaşı Ərizəçi tərəfindən miras olaraq faktiki qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 ərizəyə etiraz etməmiş, bildirmişdir ki, mirasqoyan onun atasıdır. Mərhum atasına məxsus olmuş Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən sahəsi 3,10 ha torpaq sahəsinin 1/6 hissəsindən imtina etdiyini, həmin sahədən qardaşı Ərizəçi tərəfindən miras olaraq faktiki qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1993-cü il tarixdə Xızı rayonunda doğulmuşdur. X5, anası X2r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayeva (Əliyarova) Aygün Əli qızı xx.xx.1991-ci il tarixdə Xızı rayonunda doğulmuşdur. X5, anası X2r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə Xızı rayonunda doğulmuşdur. X5, anası X2r. Xızı rayon dövlət notariat ofisinin 26 iyul 2024-cü il tarixli məktubunun məzmunundan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən müvafiq müddət ötürüldüyündən imtina olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən, sahəsi 3,10 ha olan torpaq sahəsi X7 1/6 hissə payda mülkiyyətindədir. Bu barədə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qeydiyyata alınmışdır. Eyni zamanda həmin torpaq sahəsi üzərində Maraqlı şəxs3, Maraqlı şəxs2, X4, X7, X1 hər birinin 1/6 hissə payı var. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin qənaətinə görə, iddia tələblərinə düzgün hüquqi qiymət verilməsi, ilk növbədə vərəsələr tərəfindən mirasın qəbul edilib-edilmədiyi məsələsinin aydınlaşdırılmasından asılıdır. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür; 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun; Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Bu mənada məhkəmə hesab edir ki, vərəsəlik hüququ üzrə müddətin üzürlü sayılmaqla uzadılması məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Yuxarıda da göstərildiyi kimi, mərhum X6 qalmış miras əmlak barədə Ərizəçi vərəsə olması özünə çatası miras payından imtina etmədiyi, həmin torpaq sahəsindən təyinatına uyğun istifadə etdiyi, işin mübahisəsiz halıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, işin hallarından mirasqoyanın qanun üzrə vərəsələrinin miras kütləsinə daxil olan əmlakı idarə etmələri, ondan istifadə etməsi mirası qəbul etdikləri qənaətinə gəlməyə imkan verir. X9 vəfat etdikdən sonra ərizəçi birinci dərəcə vərəsə kimi digər vərəsələr ilə birgə miras əmlaka faktiki sahiblik etməyə və onun idarə edilməsində iştirak etməyə başlamışdır. Eyni zamanda digər vərəsələr - Maraqlı şəxs2 və Maraqlı şəxs3 da mərhum atalarına məxsus Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən sahəsi 3,10 ha torpaq sahəsinin 1/6 hissəsindən imtina etdiklərini, miras əmlakın qardaşları - Ərizəçi tərəfindən qəbul olunmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpası tələbi ilə bağlı qeyd edir ki, ərizə təmin edilməli, X6 miras qalmış əmlakın ərizəçi tərəfindən qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi üzürlü hesab edilməklə uzadılmalıdır. Belə ki, ərizəçinin birinci növbəli vərəsə kimi miras almaq hüququ qanunvericiliklə müəyyən edilmiş müddətlərdə mirası qəbul etməməsi nəticəsində yaranmışdır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçılar mirasının açıldığı məqamda miras əmlak onların istifadəsində olmuş və mirasqoyanın vərəsələri tərəfindən qeyri-rəsmi üsulla qəbul olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə isə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. Ərizəçinin atasının mirasını vaxtında qəbul etməməsi üzrlü səbəblərdən baş vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən, sahəsi 3,10 ha torpaq sahəsinin 1/6 hissəsinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3449/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3449/2024
03.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver