Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3455/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı hesablanmış orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətdən gəlir vergisi qismində əsassız olaraq çıxılmış 3103,06 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ARDNŞ-nin xx.xx.2021 -ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. SOCAR ilə Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsi ( ANQSİHİRK ) arasında bağlanmış 2020-2023-cü illər üçün X1 tələbinə uyğun olaraq İddiaçı orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik işdənçıxma müavinəti ödənilmişdir. Lakin, müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur. İddiaçı dəfələrlə cavabdeh təşkilata müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunvericilikdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat müxtəlif bəhanələrlə müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddiaya yazılı etiraz təqdim edərək bildirdi ki, SOCAR ilə İddiaçı arasında bağlanmış 27 sentyabr 2011-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı SOCAR-ın Baş ofisinin Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin Sağlam iş şəraitinin təşkili şöbəsinin rəis müavini vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı işəgötürənə müraciət edərək 30 dekabr 2021-ci il tarixdən pensiya yaşına çatmağı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsini və SOCAR ilə Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020-2023-cü illər üçün X1 tələblərinə uyğun olaraq işçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Bundan sonra SOCAR-ın 30 dekabr 2021-ci il tarixli SOCAR**********00070020B00356 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Eyni zamanda işəgötürən (SOCAR) ilə işçi (İddiaçı) arasında əmək müqaviləsinə xitam verilməsi il əbağlı Razılaşma imzalanmışdır. Həmin razılaşmanın 1.3-cü bəndinə əsasən, İddiaçı imzası ilə ona ödənilən müavinətdən qanunvericiliyə uyğun olaraq vərginin tutulmasına razılıq vermişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçinin əmək müqaviləsinə xitam verilərkən işçinin təminatı kimi, bir neçə hallarda işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur, lakin işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilərkən hər hansı işdənçıxma müavinətinin ödənilməsi müəyyən edilməyib. Buna baxmayaraq SOCAR-da işləyən şəxslərin maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə işçi pensiya yaşına çataraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etdikdə, yuxarıda qeyd edilən X1 tələblərinə uyğun olaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi müəyyən edilmişdir. İddiaçı əmək müqaviləsinə ƏM-nin 69.3 maddəsi ilə xitam verilərkən ona yuxarıda qeyd edilən Sazişin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinət ödənilərkən işəgötürən tərəfindən qanunvericiliyin və tərəflər arasında imzalanmış yuxarıda qeyd edilən razılaşmanın tələblərinə uyğun olaraq işçinin gəlir vegisi tutulmuş və ödənişlər aidiyyəti üzrə aparılmışdır. Göründüyü kimi iddiaçının iddia etdiyi məbləği SOCAR öz hesabında deyil, dövlət bücəsinə köçürmüşdür. Buna səbəb isə Azərbaycan Respublikası vergi qanunvericiliyin tələbidir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə görə hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. Lakin bu iş üzrə ödənilmiş müavinətin vergidən azad olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Hesab edir ki, İddiaçı SOCAR-a qarşı olan bu tələbi tamamilə əsassızdır. İddiaçı qanunvericiliklə bu mübahisələrlə bağlı müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, əlavə edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı əmək müqaviləsinə 30 dekabr 2021-ci il tarixdə xitam verilmişdir. SOCAR-ın əmək kitabçalarının və əmək kitabçasına əlavə içliyinin uçotu və hərəkəti kitabında aparılmış qeydlərə əsasən, İddiaçı əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçasını götürmüşdür. Məlum olduğu kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçıya əmək kitabçası 30 dekabr 2021-ci il tarixdə verilmişdir, İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında (İSM) iştirak edilməsi ilə barədə arayışdan göründüyü kimi, o 15 avqust 2023-cü il tarixdə ərizə ilə Mediasiya təşkilatına müraciət etmişdir. Əmək kitabçası ona rəmi verildiyi tarixdən 1 il səkkiz aydan artıq vaxt keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmiş, bununla da mübahisələrlə bağlı müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə2 məhkəmənin hazırlıq iclasında iştirak etmiş, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində çıxış edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə əmək pensiyasına çıxdığına görə ləğv edilib, ona orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinətinin ödənildiyi qeyd olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İddiaçı arasında bağlanmış 27 sentyabr 2011-ci il tarixli 870 nömrəli əmək müqaviləndən aydın olur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətiin Baş Ofisində Sağlamlı və Əməyin Təhlükəsizliyi İdarəsinin sağlam iş şəraitinin təşkili şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi tərəflərin razılığı ilə 27 sentyabr 2011-ci il tarixdən 1 il müddətinə 27 sentryabr 2012-ci il tarixinədək bağlanmışdır. Əmək haqqı 1170 manat təşkil edir. 30 dekabr 2021-ci il tarixli SOCAR**********00070020B00356 nömrəli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilməsinə, SOCAR və Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020-2023-cü illər üçün X1 tələblərinə uyğun olaraq işçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdənçıxma müavinətinin ödənilməsinə dair göstəriş verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İddiaçı arasında 30 dekabr 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair müqavilənin 2.1-ci bəndində qeyd olunur ki, işəgötürən bu razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə bağlanmış əmək üqaviləsinə xitam verildiyi təqdirdə işçi orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 10332,23 manat işdənçıxma müavinəti hesablamağı və həmin müavinətdən Azərbaycan Respublikasının vergi qanunverciliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. Haqq-hesab vərəqəsinin məzmunundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasına çıxdığına görə hesablanmış orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində müavinət 14512,25 manat və bu müavinətdən tutulmuş gəlir vergisinin 3873,49 manat olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 18 avqust 2023-cü il tarixdə verilmiş cavab məktubunda İddiaçı yaşa görə əmək pensiyasına çıxdığına görə hesablanmış orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin 14512.25 manat, bu müavinətdən tutulmuş gəlir vergisinin məbləğinin 3378,06 manat olduğu qeyd olunur. xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyəqədər həlli üçün mediatora müraciət etmiş və 50 manat məbləğində mediator xərci ödəmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətiin Baş Ofisində Sağlamlı və Əməyin Təhlükəsizliyi İdarəsinin sağlam iş şəraitinin təşkili şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 30 dekabr 2021-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilməsinə, SOCAR və Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020-2023-cü illər üçün X1 tələblərinə uyğun olaraq işçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdənçıxma müavinətinin ödənilməsinə dair göstəriş verilmişdir. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdənçıxma müavinətdən qanunsuz olaraq vergi tutulduğunu bildirir və tutulmuş bu məbləğin ona ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin : 3.7-ci bəndinə görə, kollektiv saziş-müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır. 7.1 -ci maddəsinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1 -ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 7.3-cü maddəsinə görə, kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bifər. 12-ci maddəsinə əsasən kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına daxildir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlardan aydın olur ki, “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" ARDNŞ ilə Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişi bağlanmışdır.Bu saziş Əmək Məcəlləsinin 3.7-ci bəndində nəzərdə tutulmuş işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır. Həmin sazişə əsasən işçiyə pensiya yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə işdən çıxdığı halda müstəsna hal kimi işəgötürən tərəfindən onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi zamanı verginin işçidən tutulması heç bir halda tərəflər arasında bağlanmış kollektiv sazişin məqsədinə uyğun gəlmir. Belə ki, qeyd edilən kollektiv saziş işçi üçün əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddiməişət və digər münasibətləri nəzərdə tutur. Eyni zamanda ƏM-in 7.1 -ci maddəsinin tələbinə görə də həmin qanunvericilikdə işçilərin hüquq və təminatlarının minimum səviyyəsi müəyyən olunmuş, başqa sözlə, işəgötürən tərəfindən öz təşəbbüsü ilə işçilər üçün daha geniş təminatlar müəyyən oluna bilər. Belə olan halda, yəni işəgötürənin öz təşəbbüsü ilə işçilər üçün əlavə təminatlar verildikdə bununla bağlı ortaya çıxa biləcək vergi və ya sair maliyyə yükünün işçinin üzərinə qoyulması həm əmək qanunvericiliyinin, həm də hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Hazırkı işin halları baxımından işçiyə ödənilmiş müavinətdən verginin tutulması üçün əsasların həqiqiətən olduğu halda isə, bu işçidən yox, həmin sazişi bağlamış əmək müqaviləsinin güclü tərəfi olan və həmin maliyyə və vergi yükü ilə bağlı riskləri görən işəgötürəndən tutula bilər. Nəzərə alınmalıdır ki, sazişi bağlamaq işəgötürənin hüququdur. Məhkəmə cavabdehin iddiaya etirazında iddia müddətinin ötürülməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının hazırkı tələbinə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti şamil olunmur. Çünki, iddiaçı cavabdeh qurumla əmək münasibətində olmuş olsa da, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ödənilən qeyd olunan müavinət artıq onun mülkiyyəti hesab olunurdu. Mülkiyyətçilərin hüquqlarının hər cür pozuntularını aradan qaldırılması ilə bağlı tələblərə isə iddia müddəti tətbiq edilə bilməz, bu cür tələb həm də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür. «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya maljkdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. («İatridis Yunanıstana qarşı», şikayət №31107/96, b.54, AİHM 1999-11; «Beyeler İtaliyaya qarşı», şikayət №33202/96, b.100, AİHM 2000-1) Avropa Məhkəməsi bir çox sonrakı qərarlarında da ərizəçilərə müəyyən məbləğlərdə pulun ödənilməsindən (məsələn əmək haqqı, pensiya və sair) imtina hallarını da Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məsələn: AİHM xx.xx.2012-ci il tarixli Qərarında («Burdov Rusiyaya qarşı») Çernobıl qəzasının iştirakçısı kimi ərizəçiyə təyin olunmuş kompensasiyanın ödənilməməsini onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmişdir. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, hazırkı iş üzrə iddiaçının ona ödənilməmiş əmək haqqı tələbi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və onun «mülkiyyəti» hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə isə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) tələblərə iddia müddəti şamil edilmir. Qeyd olunanara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən İddiaçı xeyrinə 3103,06 (üç min yüz üç manat altı qəpik) manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3455/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3455/2023
31.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver