Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3456/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X1 oglunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili-Vəkil İbrahim oğlunun, Cavabdehin nümayəndəsi- Korkmaz Deryanın iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilmə və icarə haqqı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilmə və icarə haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında olan 04.11.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, ödənilməmiş 15000 (on beş min) manat məbləğində icarəhaqqının cavabdeh “Zedetan" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə onun arasında 04.11.2020-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinə əsasən, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 121,6 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh MMC-yə 04.11.2021-ci il tarixinə qədər icarəyə verilmişdir. Bunun müqabilində isə icarəçi hər ay 2000 (iki min) manat məbləğində icarə haqqını ona ödəməli idi. Daha sonra cavabdehə 17.02.2021-ci il tarixində məktubla müraciət edilmişdir. Həmin məktuba əsasən, 2021-ci ilin mart ayından etibarən icarə haqqı 5000 manat məbləğində müəyyən edilmişdir. 07.05.2021-ci il tarixli məktubla cavabdehə ikinci dəfə yazılı müraciət edilmişdir. Bu məktubla cavabdeh 04.11.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə qabaqcadan xəbərdar edilmiş, ondan icarə obyektini təhvil vermək və aylardır ödəmədiyi icarə haqqını ödəməsi tələb olunmuşdur. Buna baxmayaraq, cavabdeh hələ də hər hansı ödəniş etməmiş və icarə obyektini ona təhvil verməmişdir. 04.11.2020-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. 07.05.2021-ci il tarixli pretenziya məktubu ilə cavabdeh 04.11.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə 1 ay əvvəlcədən xəbərdar edilmişdir. Həmçinin, cavabdehdən 11.06.2021-ci il tarixində icarə obyektini təhvil vermək tələb olunmuşdur. Cavabdeh 1 ay qabaqcadan dəfələrlə şifahi və yazılı şəkildə xəbərdar edilsə də, o, hələ də icarəyə verilən qeyri-yaşayış sahəsində faktiki olaraq öz fəaliyyətinə davam edir və icarə obyektini mənə geri verməkdən boyun qaçırır. Odur ki, 04.11.2021 -ci il tarixli icarə müqaviləsinə məhkəmə qaydasında xitam verilməlidir və icarə obyekti cavabdehdən alınaraq mənə təhvil verilməlidir. Cavabdeh MMC 2020-ci ilin dekabrayından bəri icarə haqqını ödəməmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2227/2021-ci il tarixli 24.05.2021- ci il qətnaməsi ilə Cavabdehndən 04.11.2020-ci il tarixli icarə müqaviləsi üzrə 8000 (səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, məhkəmənin qətnaməsi ilə cavabdehdən 4 ayın icarə haqqı tutulmuşdur. 07.05.2021-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-dən borclu olduğu icarə haqqı bir daha tələb olunmuşdur. Cavabdeh yazılı müraciəti poçt vasitəsi ilə alsa da, buna məhəl qoymamışdır. Odur ki, cavabdehdən ödəniş etmədiyi digər ayların da icarə haqqı məhkəmə qaydasında tutulmalıdır. Cavabdeh aprel və may aylarının icarə haqqını ona ödəməmişdir. Həmçinin, faktiki olaraq icarə obyektindən istifadə edərək onu həmin əmlakdan əldə edilən gəlirdən məhrum etdiyinə görə ondan iyun ayı üçün müəyyən olunan icarə haqqı da tutulmalıdır. 17.02.2021-ci il tarixli pretenziya məktubu ilə icarə haqqı 5000 (beş min) manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən də, Cavabdeh MMC-dən ödəniş etmədiyi hər ay üçün 5000 (beş min) manat olmaqla, ümumilikdə 15000 (on beş min) manat məbləğində pul onun xeyrinə tutulmalıdır. Hesab edir ki, iddia tələbi tam əsaslıdır və tam həcmdə təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil İbrahim oğlu iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Korkmaz Derya iddia tələbini qəbul etməyərək, iddiaya aşağıdakı qaydada etiraz təqdim etmiş və bildirmişdir ki, İddiaçı cavabdeh Zedetan MMC ilə 04.11.2020-ci il tarixli icarə müqaviləsi bağlamışdır. Həmin icarə müqaviləsinə əsasən, iş üzrə cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini hər ay 2000 azn ödəməklə icarəyə götürmüşdür. Lakin sonra İddiaçı icarə haqqı bir ay 5000 manat olmaqla 3 ayın icarə haqqını yəni 15000 manatı tələb etmişdir. Bildirir ki, artıq bir ildən çoxdur ki, ölkədə covid-19 pandemiyasina görə karantin rejiminin tətbiq edilməsi ilə bağlı onlara maddi və hətta mənəvi ziyan dəymişdir. Bu dövrdə sahibkarların bir-birinə dəstək olmalı, Ölkə başçısının sahibkarlara olan töhfələrini dinləyərək, ölkə iqtisadiyyatım bu dövrlərdə stabil qalması prinsipi ilə Zedetan MMC bütün ödənişlərini və hətta icarə obyekti karantin rejimi ilə əlaqədar bağlı olduğu müddətlərdə sözügedən obyektin icarə haqqı vaxtı-vaxtında vermişdir. Pandemiya dövründə müqavilə üzrə icarə haqqı 2000 (iki min) manat olmasına baxmayaraq, iş üzrə İddiaçı icarə haqqını birdən 3000 (üç min) manat qaldıraraq 5000 (beş min) manat etmək istəmişdir. Bu birinci növbədə sahibkara sonrada ölkə iqtisadiyyatına vurulan ən ağır zərbələrdən biridir. Həmçinin Cavabdeh MMC xarici investisiyalı kafe və yəməkxana üzrə fəaliyyət göstərən şirkətdir. Xarici investisiyanın qorunması haqqında qanuna və Pandemi dövründə ictimai iaşə obyektlərinin respublikada bağlanması səbəbindən faktiki olaraq fəaliyyət göstərməmiş və gəlir əldə etməmişdir. Buna baxmayaraq icarə haqqı ödənmişdir. Ancaq icarəyə verən qeyri-qanuni olaraq həyatın real axışına uyğun olmayaraq icarə haqqını iki yarım dəfə qaldırmaq isdəyir. Ölkədə infilasiya yoxdur, iqtisadi krizis yoxdur, devalyasiya və ya hərhansı bir iqtisadi-ekonomik böhran yoxdur. İcarə haqqını qaldırması üçün heçbir əsas yoxdur. Sözügedən qətnamədə hətta iddia ərizəsində də 8000 (səkkiz min) manat hansı ilin və hansı ayların 2000 min manatdan 4 aylıq icarə haqqı olduğu əsas olmadan və hansı aylar olduğu qeyd edilməmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, Nərimanov Rayon Məhkəməsinin bildirişləri onlara gəlib çatmamışdır və bu səbəbdən də onlar məhkəmədə çıxış edə bilməmişlər. Buna görə də Apellyasiya şikayəti vermişlər. İş üzrə İddiaçı-nın onlara göndərdiyi ərizəyə cavab olaraq da qeyd edilmişdir ki, icarə haqqı ilə bağlı heç bir gecikmələri olmayıb. Dəfələrlə İddiaçı icarə haqqının hesaba göndərilməsi ilə bağlı fiziki şəxs hesabına bağlı olan bank rekvizitlərini onlara göndərmələrini xahiş və tələb etsələr də İddiaçı bununla bağlı heç bir hərəkət etməmişdir. Buna görə də İddiaçı icarə haqqını nağd şəkildə ödəmişlər. İcarə haqqını ödədiklərinə dair qəbz nə onlarda, nə də ki, İddiaçı əlində yoxdur. İddiaçı bundan sui-istifadə edərək hərəkət edərək qanunsuz və əsassız varlanmaq niyyətindədir. Pandemiya dövründə işləmədikləri halda icarə müqaviləsində göstərilən məbləği yəni 2000 manatı tam şəkildə ödəmiş ki, sahibkara ciddi ziyan dəyməsin. Lakin İddiaçı pandemiya ilə bağlı məhdudiyyətlər tam ortadan qalxmadan iddiaçı icarə haqqını 5000 azn etmək istəyir. 04.11.2020-ci il tarixdə tərəflər arasında bağlanan müqavilənin heç bir bəndində icarə haqqının “dəyişdirilməsi haqqında” (məbləğin qaldınması və ya endirilməsi) qeyd edilməmişdir və buna görə də mübahisə predmenti olan icarə haqqının dəyişdirilməsi yalnız sözügedən icarə müqaviləsi üzrə tərəflər razılığa gəldikdə ola bilər. İcarə haqqının birdən-birə 5000 azn edilməsi yəni 3000 azn qaldırılması ölkə iqtisadiyyatına vurulan zərbələrdən biridir. Qeyd edilənlərə əsasən icarə haqqının qaldırılması üçün heçbir əsas olmadığından icarə haqqının qaldırılması barədə iddiaçının tələbinin rədd edilməsini, icarə haqqı borcu kimi, icarəyə verənə sadəcə 6-cı və 7-ci ayların icarə haqqı ödənilmədiyindən borc kimi 15.000 AZN deyil 4.000 (dörd min) AZN borcun qət edilməsini, icarə müqaviləsi 04.10.2021-ci il tarixində bitdiyindən icarə müqaviləsinin həmin vaxta kimi 3 (üç) ay daha qüvvədə olmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı-icarəyə verən ilə Cavabdeh adından Tanrıverdi Zeynalın əvəzinə Korkmaz Deryaicarəçi arasında bağlanmış 04.11.2020-ci il tarixli icarə müqaviləsinin surətindən və məzmunundan görünür ki, ‘icarəyə verən" ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 121.6 kv/m olan qeyriyaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni icarəyə verir. (1-ci bənd). DƏDRX tərəfindən 27.11.2017 tarixdə İddiaçı verilmiş **********32-05301-083004 reyestr nömreli. 11170879C6 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasan tam mülkiyyət üzrə. 121.6 kv/m: (2-ci bənd). İcarə müddəti 04.10.2021 il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif ireli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. (3-cü bənd). İcareyə verilen sahənin istifadəsinə görə: -“icarəyə götürən* Cavabdeh “icarəyə verən” İddiaçı aylıq 2000 manat icarə haqqı ödəyir; (4-cü bənd). İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış ərizənin məzmunundan görünür ki, Cavabdeh MMC-nin icarə borcu 6000 manat təşkil edir. Həmçinin icarə haqqının növbəti aydan 5000 manata qaldırıldığı barədə məlumatlandırmışdır. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış ərizənin məzmunundan görünür ki, aralarında olan 04.11.2020-ci il tarixli icarə müqaviləsinə 11.06.2021-ci il tarixindən xitam veriləcəkdir. Bu səbəbdən də, həmin tarixə qədər icarə obyektin təhvil verilməsi, qeyd olunan şərtlərə əməl edilmədiyi təqdirdə barənizdə müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2227/2021 saylı, 24.05.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh “Zedetan" Məhdud Məsuliyyətli Cəmiyyətindən 04.11.2020-ci il tarixli icarə müqaviləsi üzrə 8000 (səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi İddiaçı ilə Cavabdeh MMC arasında ünvan 1 ünvanında yerləşən, sahəsi 121,6 kv.m. olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə, 1 il müddətinə 04 noyabr 2020ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilə üzrə aylıq icarə haqqı 2000 manat müəyyən edilmişdir. Hazırda iddiaçı Cavabdeh MMC arasında olan 04.11.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, ödənilməmiş 15000 (on beş min) manat məbləğində icarəhaqqının cavabdeh “Zedetan" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh MMC icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, mart, aprel və may aylarının icarə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bundan əlavə iddiaçı müqavilə üzrə aylıq icarə haqqının 5000 manata qaldırıldığını və buna dair qarşı tərəfə ərizə ünvanlıyaraq xəbərdarlıq edildiyini bildirərək, üç ay üçün 2000 manatdan deyil, 5000 manatdan icarə haqqının hesablanmasını, ümumilkdə 15000 manat Cavabdeh MMC-dən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, müqavilə müddəti bitmədiyindən, həmçinin Cavabdeh MMC-nin müqavilə üzrə icarə haqqının 5000 manat müəyyən ediməsinə razılığına dair hər hansı bir sübut olmadığından məhkəmə hesab edir ki, icarə haqqı müqavilə bağlanarkən razılaşdırılmış 2000 manatdan hesablanaraq, üç ay üçün ümumilikdə 6000 manat müəyyənləşdirilməlidir. Həmçinin tərəflər arasında bağlanmış 04.11.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04.11.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilsin. Cavabdeh MMC-dən 6.000 (altı min) manat icarə haqqı tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3456/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3456/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver