Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3460/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu X3 ev 5A mənzil 13 ünvanında yerləşən mənzilə istifadə hüququnun olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu X3 ev 5A mənzil 13 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, Bakı şəhəri Nərimanov rayonu X3 ev 5A 13 saylı ünvanda yerləşən mənzili 2016-ci ildə almışdır.. xx.xx.2016-ci il də həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəli çıxarışla onun mülkiyyətinə keçmişdir. Onu da qeyd edir ki, alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən ev sahibinin qızı Cavabdeh notarial ərizə verərək evin satılmasına etiraz etmədiyini və satışdan əldə olan gəlirdən 8000 manat pulu götürdüyünü öz imzası ilə təsdiq etdi. Evin mülkiyyətçisi və cavabdeh tezlikcə evdən qeydiyyatdan çıxacaqlarını bildirərək onu arxayın etdilər ki, bir daha belə bir problem çıxmayacaq. O, həmin şəxslərin sözünə etibar etdiyi üçün bir daha bu məsələ ilə maraqlanmadı və düşündü ki, cavabdehdə digər ailə üzvləri kimi verilən vədinə əməl edəcək. Lakin sonradan ona məlum olub ki, Cavabdeh hələdə Bakı şəhəri Nərimanov rayonu X3 ev 5 A 13 saylı mənzildə qeydiyyatdadı. Bunu bildiyi vaxtdan dəfələrlə cavabdehin anası və həyat yoldaşı ilə danışsa da heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəldi. 'Təsdiq olunmuş surəti hazır ki, iddia ərizəsinə əlavə edilən xx.xx.2016-cı il tarixli 7E- 5238 nömrəli ərizədəndə görünür ki, Cavabdeh evin satılmağına etiraz etməmiş və bu günə qədər evdə yaşamır. Bu isə onun qeydiyyatının formal olduğunu və mənzildə heç bir hüqunun olmadığını bir daha sübut edir. Cavabdeh, Cavabdeh hazırda yaşayış yerinin olduğuna görə onun hal hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov Rayonu X3 cv 5A mənzil 13 ünvanında yerləşən mənzilə istifadə hüququ olmadığından bu hal məhkəmə qaydasında tanınmalı və bu əsasla mənzildə olan qeydiyyatı silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehməhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən iddiaçı tərəfin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı, RX seriyalı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov rayonu X3 ev 5A 13 saylı mənzil xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. AN-İ № ******* saylı xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən “Satıcı” X1 Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov rayonu X3 ev 5A 13 saylı mənzili “Alıcı” İddiaçı mülkiyyətinə vermişdir. xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, Mən, Cavabdeh Bakı şəhəri, Nərimanov Rayonu, X3, Ev 5a, Mənzil 13, Yeni Qaydalarla: Baki Şəhəri, Nərimanov Rayonu, X3, 53, M1, m1 saylı ünvanda yerləşən mənzilin satilmasıina etiraz etmirəm. Həmin mənzilin satışı ilə əlaqədar 8 000 (səkkiz min manat) məbləğində pulu alıcıdan aldım. Qeyd edirəm ki, gələcəkdə bu mənzil ilə əlaqədar heç bir iddia irəli sürməyəcəm və maddi tələbim olmayacaq. Yazılanlar sözlərim əsasında yazıldı və imzamla təsdiq edirəm. Hazırda cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. (xx.xx.2020-ci il tarixli, ******* saylı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış). İddiaçı tələbini cavabdehin mənzildə qeydiyyatda qalmasını onun mülkiyyət hüquqlarının pozulması ilə əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu X3 ev 5A mənzil 13 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməlidir. Belə ki, cavabdehlərin göstərilən mənzildən pasport qeydiyyatından çıxarılması məsələsi məhkəmənin səlahiyyətinə aid deyildir, ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu X3 ev 5A mənzil 13 ünvanında yerləşən mənzilə istifadə hüququna istifadə hüquqlarına xitam verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3460/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3460/2020
12.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver