Məhkəmə qərarları › İş №2(005)-3474/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3474/2021

14.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3474/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X2, Cavabdeh4 ona məxsus ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil order əsasında İddiaçı məxsusdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X3, Cavabdeh4 1993-cü ildən etibarən Laçın rayonundan məcburi köçkün olaraq gəlmiş və ona məxsus ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildə məskunlaşmışdırlar. Bildirmək istəyir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X3, Cavabdeh4 1993-cü ildən etibarən ona məxsus yaşayış evindən özbaşına istifadə etdiyindən o, öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. O,0 cavabdehlərdən evdən çıxmalarını tələb etmişdir. Lakin bunun heç bir nəticəsi olmadı. Ona görə də mən məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahat verərək, onlara başqa yaşayış yeri veriləcəyi təqdirdə iddiaçının ərizədə qeyd etdiyi mənzildən çıxarılmağa razı olduqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh5, X3 və Cavabdeh4n, müstəqil tələb irəli sürməyən 3-cü üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 29 aprel 1993-cü il tarixli qərarına əsasən verilmiş 30.04.1993-cü il tarixli, 38 saylı orderin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzili İddiaçı məxsusdur. Mülki işin materiallarında olan 114 sayı MKİS tərəfindən verilmiş 282 saylı, 06.06.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilində cavabdehlər yaşayırlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla b i l ə r. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, qeyd edilən mənzil iddiaçının mülkiyyətində olmasa da iddiaçı şəxsə verilmişdir. Cavabdeh şəxslər onun iddia etdiyi kimi müvafiq mənzildə məskunlaşmışlar. Bununla bağlı müvafiq orqanlara müraciət edən iddiaçı müraciətinin mülki xarakterdə olması ilə bağlı qeyd edilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, qeyd edilən mənzil iddiaçı şəxsə məxsusdur. Cavabdehlərin həmin mənzildə məskunlaşmaları onun qanunla qorunan hüquqularının pozulması ilə nəticələnmişdir. Buna görə də, cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən həmin Qanun Azərbaycan Respublikasında məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin məskunlaşdırılması, sosial müdafiəsi tədbirlərinin və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir. Həmin Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (öz səlahiyyətləri daxilində: Nazirlər Kabineti, Qaçqınların və X4 üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1-ci maddəsinə əsasən məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları (Qaçqınların və X4 üzrə Dövlət Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə) məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 №-li qərarı ilə təsdiq olunmuş «Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası»nın 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Həmin normalar tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər («Akimova Azərbaycana qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin (Birinci Bölmə) 2007-ci il 27 sentyabr tarixli qərarı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə həmin normaya istinad edərkən, həmçinin aşağıdakıları nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsi «Akimova Azərbaycana qarşı» işi üzrə 2007-ci il 27 sentyabr tarixli qərarında bir daha xatırlatmışdır ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və həmin maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Məhkəmə həmin Qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, iddia olunan mənzil cavabdehlərin sahibliyindədir, lakin, cavabdehlərin həmin mənzilə hüquqlarını, mənzilin onların sahibliyində olmasının qanuniliyini təsdiq edən sübut işdə yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilindən çıxarılmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X3 və Cavabdeh4 başqa yaşayış sahəsinə köçürülmələrinin təmin olunması Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X3 və Cavabdeh4 başqa yaşayış sahəsinə köçürülmələrinin təmin olunması Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar