Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3487/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “verilmiş pul məbləğinin qalığının, ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı “verilmiş pul məbləğinin qalığının, ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın əvəzinin tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 630 (altı yüz otuz) manat məbləğində qalıq borcun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və hüquq xidmət olaraq 80 (səksən) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı müvafiq kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X13 iddiaçı şəxsin mərhum atası ilə birlikdə işləmişdir. 2017-ci ildə atası ilə X13 arasında tikinti materialları ilə bağlı alış-verişi olmuşdur. Həmin dövrdə onların evində maddi imkanları yox idi. Atası onun qardaşına təklif irəli sürmüşdür ki, qardaşının zəhmət haqqısı ilə Bakı şəhəri, Dərnəgül yolunda yerləşən tikinti malları mağazasından nağd olaraq 940 (doqquz yüz qırx) manat məbləğində divar təmizləyən sərt parça (şkurka) alaraq versin. Atası cavabdeh X6 940 (doqquz yüz qırx) manat dəyərində nisyə divar təmizləyən sərt parça (şkurka) vermişdir. X13 atası ilə razılaşmışdır ki, qısa müddətdə materialın dəyəri olan pul məbləğini ödəyəcəkdir. Lakin cavabdeh X13 bu günədək nisyə aldığı materialın pulunu tam ödəməmişdir. Dəfələrlə atası və qardaşı cavabdeh X3 müvafiq pul vəsaitini tələb etmişlər. Cavabdeh X13 ayrı-ayrı vaxtlarda 20 (iyirmi) manat və 30 (otuz) manat olmaqla, cəmi 310 (üç yüz on) manat məbləğində pul vəsaiti ödəmişdir. Cavabdeh X13 halhazırda Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmli küçəsi, 42 nömrəli evin yarım zirzəmisində tikinti materialları mağazasında satıcı işləyir. Hazırda cavabdeh X4 iddiaçı şəxsə 630 (altı yüz otuz) manat məbləğində borcu vardır. Məsələnin həlli ilə bağlı o, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş tətqiqatçısı, polis mayoru X7 xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən onun ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan cinayət işi başlanması rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X7 xx xxxxxx 2020-ci il tarixli 093-62572Z nömrəli məktubunda onun müvafiq məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Müvafiq kiçik iddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş, xx xxxxxxxx 2020-ci il tarixdə icraata qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)-3487/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X6 qarşı “verilmiş pul məbləğinin qalığının, ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın əvəzinin tutulması” tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, İddiaçı dediklərini inkar edərək, iddiaçı şəxsin atası ilə onun arasında ticarət münasibətlərinin olduğunu, həmin dövrlərdə də ona borclu qaldığını və qalmış olan borcu tamamilə ödədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında ifadə verən şahid X5 bildirmişdir ki, onun bacısı, yəni hazırkı iş üzrə İddiaçı 2017-ci il tarixdə Şamil adlı şəxsin satıcı işlədiyi “Caspian Plaza”nın qarşısında özünə məxsus mağazanın qarşısında atasından nisyə olaraq sonradan ödəmə şərti ilə 910 (doqquz yüz on) manat məbləğində divar təmizləyən şkurka almışdır. Bir müddət sonra Şamil adlı şəxs tərəfindən həmin puldan 310 (üç yüz on) manat məbləğində olan hissəni ödəmiş, yerdə qalan 630 (altı yüz otuz) manat məbləğində qalıq borc isə bu günədək ödənilməmişdir. Bununla bağlı onun bacısı tərəfindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X14 xx xxxxxx 2020-ci il tarixdə aparılmış araşdırma nəticəsində hazırkı məsələnin mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri 19 nömrəli notariat kontorunun xüsusi notariusu X12 tərəfindən 7E-15809 nömrəli reyestr ilə təsdiq edilərək verilmiş xx xxxx 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 tərəfindən İddiaçı müvafiq səlahiyyətlər verilmiş, həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər, etibarnamə 20 il müddətinə verilmiş və xx xxxx 2037-ci il tarixədək qüvvədədir; 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X8 oğlu tərəfindən 7E-42981 nömrəli reyestr ilə təsdiq edilərək verilmiş xx xxxx 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 tərəfindən İddiaçı müvafiq səlahiyyətlər verilmiş, həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər, etibarnamə 3 il müddətinə verilmiş və xx xxxx 2020-ci il tarixədək qüvvədədir; Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 020790 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X2 xx xxxxx 2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 353 nömrə ilə qeyd edilmişdir; Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X7 xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən və məzmunundan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı 2017-ci ildə Şamil adlı şəxsin satıcı işlədiyi “Caspian Plaza”nın qarşısında özünə məxsus mağazanın qarşısında atasından nisyə olaraq sonradan ödəmə şərti ilə 910 (doqquz yüz on) manat məbləğində divar təmizləyən şkurkanı alması, sonradan Şamil adlı şəxs tərəfindən həmin puldan 310 (üç yüz on) manat məbləğində olan hissəsini ödəməsi, yerdə qalan 630 (altı yüz otuz) manat məbləğində qalıq borcu bu günədək ödəməkdən boyun qaçırması barədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ünvanladığı ərizəsi araşdırılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27ci Polis Bölməsinə göndərilərək xx xxxxxx 2019-cu il tarixdə müvafiq bölmənin baş təhqiqatçısı, polis mayoru X7 icraatına daxil olmuşdur. Araşdırma zamanı izahatı alınan vətəndaş İddiaçı ərizəsində göstərdiyi xüsustaları təsdiqləyərək oxşar izahat vermişdir. İzahatı alınan vətəndaş Cavabdeh İddiaçı dediklərini inkar edərək, sonuncunun atası ilə aralarında ticarət münasibətlərinin olduğunu, həmin dövrlərdə ona borclu qaldığını və qalmış olan borcu tamamilə ödədiyini bildirmişdir. Bununla da aparılmış araşdırma zamanı vətəndaş İddiaçı ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır; Nərimanov RPİ tərəfindən xx xxxxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1970ci il tarixdə Qazax rayonu, Orta Salahlı kəndində anadan olmuş Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 2017-ci il tarixdə Şamil adlı şəxsin satıcı işlədiyi “Caspian Plaza”nın qarşısında özünə məxsus mağazanın qarşısında atasından nisyə olaraq sonradan ödəmə şərti ilə 910 (doqquz yüz on) manat məbləğində divar təmizləyən şkurka almış, sonradan Şamil adlı şəxs tərəfindən həmin puldan 310 (üç yüz on) manat məbləğində olan hissəsi ödənilmiş, yerdə qalan 630 (altı yüz otuz) manat məbləğində qalıq borc isə ödənilməmişdir. Bununla bağlı iddiaçı şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, müvafiq məsələnin araşdırılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X14 xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar çıxarmışdır. Müvafiq ərizə üzrə aparılmış araşdırma zamanı İddiaçı izahatı alınmış və sonuncu ərizəsində göstərdiyi xüsustaları təsdiqləmişdir. Cavabdeh ərizədə yazılanları təkzib edərək, onun iddiaçı şəxsin atası ilə aralarında olan ticarət münasibətlərinə əsasən qeyd edilən dövrdə ona borclu qaldığını və qalmış olan borcu tamamilə ödədiyini bildirmişdir. Bununla da aparılmış araşdırma zamanı İddiaçı ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmçinin, qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı mövcud sübutlar, işdə iştirak edən şəxsin izahatı və şahid ifadəsi ilə öz hüquqi təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi 630 (altı yüz otuz) manat məbləğində pul vəsaitinin qaytarılması hissəsində təmin olunmalı və Cavabdeh İddiaçı xeyrinə 630 (altı yüz otuz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddia tələbinin “hüquq xidmət olaraq 80 (səksən) manat məbləğində pul vəsaitinin tutulması” hissəsi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, həmin hüquqi xidmətin həqiqətən ödənilməsini təsdiq edən sübutu İddiaçı məhkəməyə təqdim etməmiş və ya edə bilməmişdir. Bu baxımdan da iddia tələbi “hüquq xidmət olaraq 80 (səksən) manat məbləğində pul vəsaitinin tutulması” hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsinin borc məbləğinin tutulması hissəsi əsaslıdır, iddiaçı iddiasının həmin hissəsini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını nəinki məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 630 (altı yüz otuz) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 630 (altı yüz otuz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3487/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3487/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver