Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3488/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı MMMC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı MMMC-nin cavabdeh Çimnaz İdris qızına qarşı yaşayış sahəsinə görə mütləq (məcburi) pul ödənişi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 Bakı şəhəri N.Nərimanov rayonu Heydər Əliyev pr. 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 912 manat pul məbləğinin, həmçinin cavabdehdən 30 manat dövlət rüsumunun tutularaq MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, MMMC Ədliyyə Nazirliyindən 03 yanvar 2019-cu il tarixində rəsmi qeydiyyatdan keçərək, hüququ şəxs kimi fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. Hər bir sahə mülkiyyətçisi ona məxsus sahənin hər kv/m-ni 20 qəpiyə vurmaqla alınan pul məbləğini, Binanın ümumi xərclərinin təmin edilməsi məqsədilə ödəməyə bocludur. Bunun ardınca keçirilmiş MMMC iştirakçılarının ümumi yığıncağında da 23 sentyabr 2018-ci il tarixində keçirilmiş Binanın sahə mülkiyətçilərinin ümumi yığncağının qərarlarını yerinə yetirərək qərara alınmışdır ki, binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (Lift xidməti idarəsi, Sanitariya-Təmizlik və Kommunal Xidmətlər İdarəsi və s.) həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədilə binanın hər bir sahə mülkiyyətçisi ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini, hər ay MMMC-yə ödəməyə borcludur. İstər Binanin ümumi sahə mülkiyətçilərinin, istərsə də MMMC-nin qərarlarının mövcudluğuna baxmayaraq, bəzi Bina sakinləri (bundan sonra- Cavabdehlər) onlara məxsus yaşayış və qeyri- yaşayış sahəsinə görə mütləq (məcburi) olan pul ödənişlərini ödəməkdən yayınırlar. Belə ki, onlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinin ölçüsünü 0,20 (20 qəpik) yə vurmaqla alınan pul məbləğini MMMC-yə qərəzli olaraq ödəmirlər. Binanın sahəsi 95 kv/m olan 21 saylı mənzilinin keçmiş sahibi X8 mənzili X1. Aslanova Çimnaz mənzildə yaşadığı müddətdə heç bir ödəniş etməmiş və MMMC-yə 48 aylıq borcu yaranmışdır. Ev satılan günə qədər cavabdeh X8 haqda heç bir məlumat əldə edə bilməmişlər. Yəni, köhnə ev sahibinə dair heç bir müqavilə və sənəd MMMC-yə təqdim edilməmişdir. X5 qalan borc 95kv/m olan yaşayış sahəsi üçün 912 manat təşkil edir. (95 kv/m x 20 qəp. x 48 ay = 912 manat) Cavabdehin öhdəsinə düşən mütləq (məcburi) pul vəsaitini MMMC-yə qərəzli olaraq köçürməməsi Binanın digər sahə mülkiyyətçilərinin haqlı narazılıqlarına səbəb olur. O səbəbdən ki, cavabdeh digər bina sakinlərinin pul vəsaiti hesabına təmirli, abad, təmiz bütün kommunikasiya vasitələri işlək vəziyyətdə olan Binada yaşamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMMC-nin nümayəndəsi X9 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı MMMC-nin nizamnaməsinin surətindən görünür ki, çoxmənzilli binalarda yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri cəmiyyətin üzvü ola bilərlər. Nizamnamənin 2.2.1-ci bəndinə əsasən yaşayış binalarının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanılması; 2.2.2-ci bəndinə əsasən yaşayış binalarının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması cəmiyyətin fəaliyyət növlərinə daxildir. İddiaçı MMMC-nin xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (lift xidməti idarəsi, sanitariya-təmizlik və kommunal xidmətlər idarəsi və s.), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədi ilə, binanın hər bir sahə mülkiyyətçisi ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəməlidir; xx.xx.2023-cü il tarixli aktda qeyd olunur ki, N.ünvan 2 ünvanında yaşamış X2 olduğu yaşayış sahəsinə görə xx.xx.2022-ci il tarixinə qədər "xxxx" MMMC-yə mütləq (məcburi) pul ödənişləri üzrə 48 aylıq 912 manat kommunal borcu yaranmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X13 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli texniki pasportda Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 70,72, 21 saylı mənzilə dair hüquq subyekti olaraq X8 qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 70,72, 21 saylı mənzil X3 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 23 sentyabr 2018-ci il tarixdə MMMC-nin ümumi yığıncağı Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncağında qəbul edilmiş qərarlar üzrə protokol tərtib edilmişdir. Ümumi yığıncağın qərarları 94 səs çoxluğu ilə qəbul edilmişdir. Həmin protokolun 5-ci bəndinə görə binanın hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri qərara alınmışdır. Cavabdeh MMMC iştirakçılarının ümumi yığıncağında binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (lift xidməti idarəsi, sanitariya-təmizlik və kommunal xidmətlər idarəsi və s.), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədilə, yuxarıda qeyd edilən əsalara baxmayaraq, yaşayış sahəsinə görə mütləq (məcburi) olan pul ödənişlərini etməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 140.3cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cü maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğlər xx.xx.2018-ci il tarixdə MMMC-nin ümumi yığıncağının Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin 94 səs çoxluğu ilə qəbul edilmiş, hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri öhdəliyinin icra edilməsini nəzərdə tutulan mütləq pay haqqıdır. Mütləq pay haqqının məbləği ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X5 912 manat məbləğində borc İddiaçı MMMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu tələb edildiyindən, 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X5 912 manat məbləğində borc və 30 manat dövlət rüsumu İddiaçı MMMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3488/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3488/2023
06.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver