Məhkəmə qərarları › İş №2(005)-3490/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3490/2024

07.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3490/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X8 Xidməti və X4 cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X8 Xidməti və X4 cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Futbol+Qəzeti Redaksiyası” MMC qəzetinin Baş Redaktorunun xx.xx.2024-cü il tarixli işdən azad olunmağı haqqında əmrin qanunsuz hesab olunaraq ləğv edilməsi, 18 ay müddətində məzuniyyətdə olmadığına görə kompensasiyanın ödənilməsi, həmin vəzifəyə işə bərpa və hər ay 500 manat hesablamaqla aylıq əmək haqqının ödənilməsi və əmək müqaviləsinə uyğun olaraq işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yazıb məlum edir ki, 2015-ci ildən qəzet və saytlarda publisistik yazılar, tarixi araşdırmalar və digər mövzularla bağlı məqalələrlə çıxış edir. 2018-ci ilin yayından isə "Yeni Sözçü” qəzetində müxbir kimi işə başlamış, bununlada jurnalist karyerasına qədəm qoymuşdur. 2018-22-ci illərdə “Yeni Sözçü”, “GundemXeber.az”, “AtaTv.az”, İxaTv.az (hazırda “qerar.az”) saytlarında müxbir, xüsusi müxbir vəzifələrində çalışmış, “Ədalət” qəzetində isə köşə yazarı kimi dərc olunmuşdur. 2022-ci ildə “X2”nin nəzdindəki Media Məktəbini birinciliklə bitirmiş, həmin il mayın 5-də «Futbol+Qəzeti Redaksiyası” MMC qəzetində vakansiya müsabiqəsində uğurla keçərək adı çəkilə mətbu orqana işə qəbul olunmuşdur. İşə qəbul zamanı adı çəkilən qəzetin baş redaktoru Mahir Rüstəmov (yazılarında Mahir Rüstəmli imzasıyla tanınır) onun savadından, jurnalist təcrübəsindən, bacarığından, işçi keyfiyyətlərindən razı qalaraq onu işə götürmüş və ştata salmamaqla yanaşı dövlətin təyin etdiyi minimum əmək haqqından (345 manat) daha az məbləğlə maaş verməyə başlamışdır. İddiaçı bildirir ki, halbu ki, işə qəbul zamanı ondan əmək haqqının miqdarını dəfələrlə soruşsa da, hər dəfəsində “yaxşı olacaq, narazı qalmayacaqsan ifadələriylə” yola verirdi. Bildirir ki, 2022-ci ilin may-dekabr aylarında 200-320 manat arası əmək haqqı alırdı. Bu müddət ərzində baş redaktordan dəfələrlə işini rəsmləşdirməsini xahiş edib, tələb etsə də, hər dəfə o qulaq ardına vurur və ya yola verirdi. Buna rəğmən adı çəkilən qəzetin vəsiqəsini və PFL-in akreditasiyasıyla təmin olunmuş ölkə çempionatının oyunlarına, o cümlədən rayonlara ezamiyyətlərə göndərilirdi. İşinin öhdəsindən layiqincə gəlir, bacardığı qədər qəzet rəhbərliyinin tələblərini yerinə yetirir və alternativ təkliflər, kreativ yaradıcılıqla daha çox mətbu orqanın nüfuzunu qaldırmaq üçün fəaliyyətlər göstərmişdir. Buna baxmayaraq, baş redaktor Mahir Rüstəmov dəfələrlə onun hüquqlarını pozmuş, onu istismar etmiş, onunla əmək müqaviləsi bağlamamış, bu azmış kimi siyasi, ictimai, sosial, tarixi mövqeyimə də dəfələrlə təzyiqlər göstərmişdir. Belə ki, o hər zaman elm, idman, incəsənətin və digər bu kimi sahələrin siyasətə, milliyətçilik, şovinistlik mətbəxinə salınmasının qəti əlehdarı olmuşdur. Bu mövqeyini də həm işə qəbulda, həm də Rusiya-Ukrayna müharibəsi zamanı dəfələrlə bildirmişdir. Hətta, Mahir bəy rəsmi dövlət bayramlarından olan 9 May faşizm üzərində qələbə gününü dəfələrlə aşağılayıb, bunu Rusiyanın, Putinin bayramı kimi təqdim etdiyini vurğalayanda da ona qarşı müxalif olmuşdur. Hər zamanda bu səpkidə yazılarıyla çıxış edib, dünyadakı rus idmançılarına qarşı diskriminasiyaları, o cümlədən çempionatımızın klubu “Sabah”ın rusiyalı baş məşqçisini də dəfələrlə siyasi yöndən yanaşıb. Bildirir ki, hər zaman da bunu iclaslarda ona aşılamağa çalışsa da, onun bu mövqeyi ilə razılaşmadığını dəfələrlə bildirmiş, həmçinin «Futbol+Qəzeti Redaksiyası” MMC-dakı köşə yazıları, tənqidlərində dəfələrlə idmanın siyasətdən, siyasətin də idmandan uzaq olmasını dəfələrlə bildirmişdir. 2023-cü ilin yanvar-may aylarında əmək haqqı 320-420 manat təşkil etsə də, baş redaktor onu bu müddət ərzində də rəsmi ştata keçirməkdən boyun qaçırdı. 2023-cü il mayın 16-da Mahir Rüstəmov yenidən, (bu dəfə daha kəskin şəkildə) onun siyasi, ictimai mövqeyinə müdaxilə etməklə yanaşı, şərəf, ləyaqətini də aşağıladı. O bildirir ki, artıq bıçağın sümüyə dirəndiyini anladı və vergi orqanlarına, məhkəməyə şikayət edəcəyini bildirib işdən çıxıb getdi. İyunun axırında VÖEN-ini aktivləşdirib, asan imza əldə etdikdən sonra «Futbol+Qəzeti Redaksiyası” MMCda müqavilə əsasında işə davam etsə də, nə ona müqavilə təqdim olundu, nə də bu kimi şərtlər bildirildi. 2023-cü ilin iyunundan 2024-cü ilin yanvarına kimi «Futbol+Qəzeti Redaksiyası” MMC qəzetində məhsuldar işləməyə başladı. Hətta yazılarını, reportajlarını, müsahibələrini, köşə yazılarını, təhlil, analizlərini 1 gün öncədən verir, redaksiyada olduğu müddətdə isə maksimum 3 saata işlərini yekunlaşdırıb gedirdi. Mahir Rüstəmli materialları hamıdan tez atıb, operativ işlədiyinə, çoxlu sayda təkliflər dediyinə görə onu dəfələrlə də tərifləyib. İşi rəsmləşdirildikdən sonra əmək haqqı rəsmi olaraq 500 manat oldu (400 manat bank hesabına köçürülür 100 manat isə əlbəəl alırdı). 2023-cü ilin noyabrına kimi daxili şöbənin veteran işçiləri, o cümlədən 17 ildən çox daxili şöbə redaktoru Kənan Həsənov da əmək haqqı və şəraitsizlikdən dolayı işdən ayrıldı. Daxili şöbədə yeganə təcrübəli jurnalist (ümumi 6 illik praktika, onun da 1,8 ili idman “futbol+ da vardı) o qaldı. Onun işçi yükü bir qədər artmasına rəğmən, yenə də yazıları, tapşırıqları hamıdan tez verir, son 3 ayda isə (2023 noyabr, dekabr, 2024 yanvar) hamıdan çox təkliflər verməklə əlavə mövzular işləyirdi. Bunu da baş redaktor görüb və qiymətləndirib. Dekabrda isə redaksiyaya heç bir yerdə işləməmiş və imzası olmayan daha 2 işçi götürüldü (təbii ki, qeyri-rəsmi). Bildirir ki, dekabrın 31-dən yanvarın 2-si aralığı istirahət etdiyindən saytda gedən yazılardan xəbərsiz idi. Yanvarın 3-də redaksiyanın vatçap qrupundan öyrəndi ki, feysbuk sosial şəbəkəsində “onside.az” futbol səhifəsində xx.xx.2023-cü il tarixdə saytda gedən “Neftçi”nin baş məşqçisi ermənini yaxşı sayır - belə olarmı?” adlı yazının getdiyindən xəbərdar oldu. Həmin yazıyla tanış olduqdan sonra “Orxan” adlı müəllifin idman, futbol prinsiplərinə sığmayan, həmçinin idmanı siyasətə qarışdıran, savadsız, təşviqat xarakterli təşviqat olduğunu gördü. Məhz adı çəkilən onside.az səhifəsində, həmçinin “Futbol +” qəzetinin feysbuk səhifəsində bu yazıya görə oxucuların mütləq əksəriyyətinin ünvanına kəskin tənqid, aşağılama, təhqirlər yazdığını gördü. Bu barədə redaksiyanın vatçap qrupundan yazıyla bağlı mövqeyini bildirdiməklə yanaşı Mahir Rüstəmliyə oxucuların onları haqlı olaraq qınadığını, aşağıladığını vurğuladı. Baş redaktor isə buna reaksiyası belə oldu: “O, yazını mən yazmışam, fikirimi də hər yerdə, hamının qarşısında müdafiə etməyə hazıram”. Bildirir ki, bir neçə uzun səs atmaqla baş redaktorun və onun təqlid edən “gənc həmkar”larının yanlış mövqedə olduqlarını, belə ucuz populizm, psevdovətənpərvərliyin yaxşı hal olmadığını deməyinə rəğmən Mahir Rüstəmli əcəb etdiyini və doğru yazdığını bildirdi. Bundan sonra o da bu yazıya alternativ yazı yazıb, onunla eyni fikirdə olmadığını və söyüş, təhqirlər haqq etmədiyini vurğuladı. Elə yanvarın 3-ü gecədən bu səpkidə məqalə qələmə almağa başladı. Ayın 5-də “demotiya.com” saytında «Futbol+Qəzeti Redaksiyası” MMCun psevdovətənpərvərliyi” başlıqlı yazısı dərc olundu. X6 futbolu siyasətə qarışdırmasını, yersiz həssas, məqamlıqdan danışmasını və s. bu kimi halları faktlarla tənqid etmişdir. Həmçinin incəsənətin, kinonun, ədəbiyyatın, həmçinin futbolun siyasətə qarışdırmağın zərərlərində danışmış və buna faktlarla nümunələr gətirmişdir. O bildirir ki, yanvarın 7-də, bayram bitdikdən sonra ilk iş günü iclasda bir daha Mahir Rüstəmlinin “məşhur” yazısının düzgün olmadığı, həm qəzetin, həm də ölkəyə bunun zərərli olduğunu bir daha vurğuladı. Yanvarın 8-də isə Mahir Rüstəmlini tənqid etdiyi yazını kağız formatında özünə təqdim etdi. O, isə bunu vecinə də almayıb, “mənə sənin yazın maraqlı deyil” dedi. Yanvarın 7-15 arası qəzet üçün məhsuldar işləməyinə, hamıdan əvvəl artıqlamasıyla yazılar atmağa davam etdi. Hətta bu müddət ərzində Mahir Rüstəmli kollektiv içində operativ işlədiyinə və hamıdan çox materiallar atıb, əlavə təkliflər verdiyinə görə onu bir daha təriflədi. Yanvarın 15-də səhər işə gələn zaman Mahir Rüstəmli “fövqəladə iclas” keçirdi. Özü də iclasa xarici şöbəni və qəzet-sayt işinə yaxından-uzaqdan heç bir aidiyyatı olmayan, redaksiyada çay dəmləmək, təmizlik, yemək işinə baxan Günel (bu şəxs 11 ildi qanunsuz əsaslarla çalışır və ona görə vergi ödənilmir) adlı əməkdaşı da dəvət etdi. İlk dəfəydi belə hal baş verirdi. Sən demə iclas onun xx.xx.2024-cü ildə dərc olunmuş məqaləsinə görəymiş. Yığıncağa dəvət olunan 6 nəfərdən 3-nün yazıdan ümumiyyətlə xəbərsiziydilər və orda yazılandan bir hərf belə oxumamışdılar. Qondarma “iclas”da Mahir Rüstəmli məqalənin orasından-burasından nələrisə oxuyub, kontekstdən çıxararaq güya onun və qəzeti təhqir etməyini, baş redaktor və işçilərin işçi nüfuzunu aşağılamaq kimi təşviqat, təbliğat kimi qələmə verdi. O, yazısında təhqir, aşağılamanın olmadığını faktlarla sübut etdikdə isə Mahir Rüstəmli yazısına heç bir dəxli olmayan, aylarla, hətta bir il öncə səsləndirdiyi siyasi, ictimai, sosial, tarixi mövqelərini qabartmağa başladı. Qısası yazısında təhqir, aşağılama, söyüş olmadığı və məqaləyə dəxli olmayan mövzuları da ora əlavə etməklə ona yazının saytdan çıxarmalı və üzr istəməli olduğunu, ya da işdən qovulacağını bildirdi. Mən ona bir daha yazında təhqir, aşağılamanın olmadığını, amma istəsə onunla birgə yenidən yazını gözdən keçirib redaktə etməyə hazır olduğunu bildirsə də, o buna məhəl qoymadı və qondarma “iclas” da üzünə qarşı adamlar qoymaq və “səs verdirmək”lə onu işdən qovdu. Onu da xüsusi vurğulayır ki, onun işdən qovulmağına səs verən 2 əməkdaş 1 aydı qazetdə çalışır, əvvəllərdə heç bir yerdə imzaları olmayıb və onların da heç birinə pisliyi dəyməyib. Həmçinin səs verən bir nəfər isə yuxarıda qeyd etdiyi kimi ümumiyyətlə qəzet işinə aidiyyatı olan şəxs deyil. Bu cür “səsvermə”, donosbazlıqla ham jurnalist etikasından uzaqdı, həm işdən çıxarılma haqqında qanunun müdəalarına ziddi, həm jurnalistin, əməkdaşın şərəf ləyaqətini aşağılamaq, həm də Azərbaycan Respublikasım Konstitusiyasından başlayaraq, Media haqqında qanunlar, əmək məcəlləsi, işəgötürənin və işşilərlə bağlı qanunların, o cümlədən ölkə başçısının göstəriş sərəncamlarına, həmçinin X5 müdəalarına əsasən jurnalistin tənqidi yazı yazmasına görə işdən qovulması yolverilməzdi. «Futbol+Qəzeti Redaksiyası” MMC dakı vergi özbaşınalıqları və işçilərin qanunsuz işlədilib, istismar olunmasıyla bağlı Vergi Departamentliyinə şikayət etmişdir. Adı çəkilən qəzetdə qanunsuz çalışmış və hazırda çalışan şəxslər: Onlara görə bir sıra tanıdıqlarını və rəsmi çalışmayan şəxslərə görə vergi ödənilməyib, DSMF-yə məcburi ödənişlər həyata keçrilməyib, əmək müqaviləsi bağlanmayıb. İddiaçı bildirir ki, işdən çıxarılma haqqında əmrini aldıqdan sonra məhkəməyə iddia ərizəsi verməyi qət etmişdi. Mahir Rüstəmliyə dəfələrlə işdən çıxma haqqında əmrini verilməsini istəsə də, müxtəlif bəhanələrlə vaxtı uzatdı və əmrin sürətini ona vermədi. Yalnız xx.xx.2024-cü il tarixində işdən çıxarılma haqqında əmri ona təqdim etdi. Əmrlə tanış olduqdan işinə xitam tarixi 22 yanvar 2024-cü il tarix qeyd olunmuşdu. İşdən çıxma haqqında əmrdə nə vaxt işə qəbul edilməyi, hansı vəzifədə olmağı, əmək haqqı, ailə vəziyyəti, şəxsiyyət vəsiqəmin inisialları, fəaliyyətim zamanı aldığım xəbərdarlıq, məzəmmət, töhmət, şiddətli töhmət və s. bu kimi cəzalar, eləcə də qanunda göstərilmiş digər müdəalardan heç nə göstərilməyib. Göstərilənlərə baxmayaraq cavabdeh 01 iyul 2023-cü ildə Xidməti müqavilə tərtib edərək onu işdən azad etmişdir. Həmin “Xidməti müqavilə”nin bir nüsxəsi işlədiyi müddətdə ona təqdim olunmayıb. İşdən çıxarılma haqqında əmri aldıqdan sonra dərhal qanunsuz işdən azad edilməyi və 13 ay qanunsuz işləməyilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (şikayətin surəti əlavə edilir) xx.xx.2024-cü il tarixdə şikayət bildirmiş, orda ondan izahat alıb, şikayət yazdırsalar da, amma 3 aydan çoxdu cavab verilməyib. Həmçinin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Əmək Müffətişliyi Xidmətinə rəsmi şikayət təqdim etmiş, (şikayətin surəti əlavə edilir) həmin dövlət orqanı bu günədək ona rəsmi cavab verilməmiş, təkrar müraciətinə cavab olaraq bildirilir ki, aprelin 15-nə kimi araşdırma aparılıb cavab veriləcək. Amma hələ də susqunluq davam edir. xx.xx.2024-cü il tarixdə iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdə cavabdehlə aralarında müqavilə bağlanması, «Futbol+Qəzeti Redaksiyası” MMC qəzetinin baş redaktorunun xx.xx.2024-cü il tarixli onun işdən azad olması ilə bağlı natamam əmrin qanunsuz hesab olunaraq ləğv edilməsi, 18 ay müddətində məzuniyyətdə olmadığına görə kompensasiyanın ödənilməsi, xx.xx.2024-cü il tarixdən başlayaq məhkəmənin verəcəyi yekun qərara kimi olan müddətdə məcburi işburaxmaya görə hər ayı 500 (beş yüz ) manat hesablanmaqla əmək haqqının ödənilməsi, X11 (PFL) tərəfindən təyin olunan və jurnalistlərə rayon oyunlarının getməsi üçün verilən ezamiyyət pullarının və Mahir Rüstəmli tərəfindən 2022-2023-cü illərdə kəsilən həmin ezamiyyət pullarının hissələrinin cəmi - 830 manat (səkkiz yüz otuz manat) ezamiyyət pullarının ona ödənilməsi, müxbir vəzifəsinə bərpa olunmaq, hazırkı qanunvericilikdə olan əmək müqaviləsinə əsasən onunla müddətsiz əmək müqaviləsinin bağlanması, qanunsuz işlədilmə, istismarçılıq, qanunsuz işdən çıxarma və digər bu kimi əməlləri görə rəsmi olaraq ondən üzr istənilməsi və bu barədə «Futbol+Qəzeti Redaksiyası” MMC qəzetində və saytında üzürxahlıq yazısının dərc olunması, həmçinin rəsmi qaydada, əmək müqaviləsinə uyğun olaraq işə bərpa olunduqdan sonra Mahir Rüstəmimin ona qarşı qanunsuz əməllərə, istismarçılığa, konstitusiyon hüquqlarının məhdudlaşdırılmaması və onu mənəvi repressiyalara məruz qoymayacağı barədə iltizam verməsi , qanunsuz işlədilmə, istismarçıiıq, qanunsuz işdən çıxarma, vergidən yayınma, barəsində yalanlar yaymaq, böhtan atmaq, işçi nüfuzuma zərbə və digər bu kimi əməllərə görə Mahir Rüstəmliyə qanunvericilikdə nəzərdə tutulmuş qayadada məsuliyyətə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə məhkəməyə hazırlıq iclasında sizdən əvvəlki hakimin təklifi ilə tərəflər barışığa dəvət edildi. O, bu çağırışa kəskin etiraz etdi və qeyd etdi ki, onun həm işçi, həm vətəndaş kimi hüquqları kobud pozulmaqla yanaşı həm də işçi nüfuzuna da xələl gətirilib və qarşı tərəf işimə xitam verilən natamam əmrdə onu qanunsuz olaraq işdən qovmaqla nəinki, Əmək Məcəlləsinin, həmçinin ona qarşı Azərbaycan Respublikasının Konstitusiyasının, Cinayət Məcəlləsinin və Media haqqındakı müxtəlif qanunvericiliklərin müdəalarım pozmuşdur. «Futbol+Qəzeti Redaksiyası” MMC qəzetinin baş redaktoru X3 (əsasən Mahir Rüstəmli kimi tanınır) 22 yanvar 2024-cü il tarixli müqavilənin müddətinin uzadılmaması haqqında qanunsuz və natamam qərarda işlədiyi müddətdə onu dini, etnik ayrı-seçkiliklə bağlı şüarlar səsləndirdiyini, qəzet və saytdakı gənc həmkarlarında hədə-qorxu, təhdid dilində danışdığını və onları aşkarca təhqir etdiyini, ictimai yerdə davranış qaydalarını pozduğunu, redaksiya daxilində intizam qaydalarını pozduğunu və qəzet haqqında tənqid yazdığına görə müqavilə müddətinin uzadılmaması vurğulanır. Hələ bu azmış kimi 7 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Mətbuat Şurasının sədri Rəşad Məcidə onun barəsində həqiqəti əks etdirməyən yalanlar, böhtanlar, qarayaxmalarla zəngin şikayət bildirib. Həmin şikayətdə onu ləkələyən ən böyük nüans belədir: “İlk imkandaca ölkədən qaçıb getməyi jurnalist həmkarları arasında təşviq edir. Mənə bildirdiyinə görə, ötən il ərzində dəfələrlə mühacirət məqsədilə ayrı-ayrı səfirliklərə viza almaq üçün müraciət edib”. İddiaçı bildirir ki, bu ifadə birbaşa onu mətbuat camiyasında, dövlət və ölkə qarşısında ləkələmək və imicinə zərbə vurmaqdır. Mahir Rüstəmlidən səsləndirdiyi bu ifadəni sübut etməsini tələb edir. Barəsində yazılan bu tip böhtan və qarayaxmalarla bağlı şikayət məzmununu yalnız sentyabrın 17-də (israrlı tələblərimdən və sonda Mətbuat Şurasından faktları gizlətməsiylə bağlı məhkəməyə müraciət edəcəyini bildirdikdən sonra) əldə edə bilmişdir. Bu böhtanla tanış olduqdan sonra 3 gün əsəb-stress keçirmiş. Halbuki, iddiaçı heç vaxt mühacirətə getməklə bağlı nə Mahir Rüstəmli, nə “Futbol+Qəzeti Redaksiyası” MMC-də çalışan bir kimsəylə söhbət etmiş, nə də bu barədə əməllərə yol vermişdir. Ona 2023-cü ilin əvvələrində Polşada işləmək üçün rəsmi iş dəvəti gəlib. Həmin işdə Krakov şəhərində yerləşən quşçuluq fabrikində sulayıcı idi. Amma Polşa səfirliyi 2 dəfə viza müraciətinə imtina cavabı verdi və o iş dəvəti üzrə təyinat yerinə gedə bilməməmişdir. Ondan başqa heç bir xarici ölkədən iş dəvəti almamış, nə də bu səbkidə özünün təşəbbüsləri olmamışdır. Dediklərini sübuta yetirəcək rəsmi sənədləri də var, hansı ki, məhkəməyə təqdim olunub. Bundan başqa Mahir Rüstəmli ona qarşı qarayaxma, şər, böhtan kompaniyasını davam etdirərək əvvəlcə xx.xx.2024-cü il tarixə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə barəsində güya onu təhqir etməyilə bağlı xüsusi ittiham qaydasında şikayət etdi. Adı çəkilən məhkəmə qeydiyatı üzrə işi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərdi. Sonuncu məhkəmədə aprel - sentyabr aylarında (6 ay ərzində) Mahir Rüstəmli 3 dəfə onun barəsində Cinayət Məcəlləsinin 148-ci(Təhqir) maddəsinə əsasən xüsusi ittiham qaydasında iddia ərizəsiylə müraciət etsə də, hər dəfəsində məhkəmə onun iddiasında dəlil-sübutların olmadığına və Cinayət Prosessual Məcəllənin tələblərinin pozulmasına görə qarşı tərəfin iddia ərizəsi icraata qəbul edilməkdən imtina olundu. Həmin iddia ərizələrində də ona qarşı böhtanlar, şər, ləkələr yaxması ilə “zəngin”dir. Qarşı tərəf onu qanunsuz işdən çıxarması bəs deyilmiş kimi, həm də öz hüquqlarını bərpa üçün mübarizə aparmağının qarşısını almaq üçün qarayaxma kompaniyaları aparır. Eyni zamanda da qarşı tərəfin qanunsuz, özbaşınalıq, vergidən yayınma, dövlətin qanunlarını aşkarca pozmaq, saymamazlıq kimi əməllərinin üzə çıxarmağını ləngitmək üçün əllərindən gələni edirlər. Bildirir ki, artıq 11 aydır ki, onun qanuni hüquqlarını bərpa etməyinə əngəllər törədilir və hər dəfəsində qarşı tərəf müxtəlif bəhanələrlə məhkəmələri uzatdırır. Həmçinin hər hazırlıq iclasında barəmdə həqiqəti əks etdirməyən şayilər, böhtanlar atdıqlarına görə o da məcbur olub, onların əməllərinin yalan olduğunu sübut etmək üçün faktları toparlayara məhkəməyə əlavə və yeni iddialarla müraciət məcburiyyətində qalır. Bildirir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə verdiyi iddia ərizəsində, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli iddia ərizəsinə əlavələrdə 1 il 6 ayda (18 ayda) “Futbol+Qəzeti Redaksiyası” MMC –də çalışdığı zaman Mahir Rüstəmlinin ona qarşı qanun pozuntuları, özbaşınalıqları, istismarçılıq, qanunsuz işlədilməyi və qanunsuz işdən çıxarılmağı ilə bağlı geniş vurğulamışdır. Qarşı tərəfin vəkili əvvəlki məhkəmə proseslərində qondarma iclas protokolu, guya redaksiyada aylarla işə gəlməməyilə bağlı davamiyyət dəftəri (möhürsüz, sənədsiz) təqdim etməsinə və işə aidiyyatı üzrə guya Bakı Kommersiya Məhkəməsinin baxması iddiasıyla çıxış etmişdir. Bu da təbii ki, qarşı tərəfin nəyəsə görə vaxt udmasına çalışmasından başqa bir şey deyildi. xx.xx.2024-cü il tarixdəki Məhkəmənin hazırlıq iclasında qarşı tərəf israrla qeyd edir ki, İddiaçı ilə xidməti müqavilə bitib və müqavilənin müddətinin uzadılmaması haqqında qərar qəbul edilib. Yəni, guya onun işinə qanunlar çərçivəsində xitam verilib. Bir daha geniş olaraq yazıb qeyd edir ki, o, 5 may 2022-ci ildən “Futbol+Qəzeti Redaksiyası” MMC –ə işə düzəlmiş, amma 1 il 2 ay qanunsuz əsaslarla işlədilmiş, istismar olunmuş, minimum əmək haqqından da az maaş almış və dəfələrlə X10 Məcəlləsinə uyğun olaraq işimi leqalaşdırmasını, ştata salmasını xahiş, tələb etsə də, hər dəfəsində yola verilmişdir. Yalnız iyulda o, artıq leqal işlədiyini vurğulasa da, nə ona hansı şərtlərlə işləyəcəyini, nə müqavilə şərtləri, nə də müqavilə nüsxəsi təqdim olunmamışdır. Mahir Rüstəmli iyun ayının axırlarında ona VÖEN-in aktivliyi və istiqamətiylə bağlı “mühasib Yeganə xanıma (soyadını bilmir) sənin işinin gələcəkdə leqallaşdırılmasıya əlaqədar imza atmalısan” dedi və qarşısına onun ilə iddiaçının VÖEN-lərinin inisialı qeyd olunan vərəq qoydu və ona qol çəkdirdi. Qol çəkdiyi sənəddə yalnız iki VÖEN ilə iki bank hesabları vardı və direktor M.Ə.Rüstəmov ilə Fərdi sahibkar İddiaçı sözləri qeyd edilmişdir. Bildirir ki, onun dediklərinə inanıb qol çəkdi. Ona müqavilərin yer aldığı səhifələr göstərilmədi. Amma bilsəydi ki, Mahir Rüstəmli saxtakarlıq edərək ona müqaviləyə qol çəkdirir, həyatı boyu müqaviləylə tanış olmamış imza atmazdı. Zatən sonrakı 6 ay ərzində də ona müqavilə təqdim olunmadı. Qanunsuz olaraq işdən çıxarddıqdan sonra Mahir Rüstəmliylə hüquqi müstəvidə mübarizə aparanda 8 saylı Mediasiyada mediator Mayıl Əhmədin sayəsində müqavilənin kserosurətini əldə etdi. Hətta, mediasiya zamanı Mahir Rüstəmlidən niyə ona müqavilənin nüsxəsini vermədiyini sual edəndə qayıtdı ki, "ağlın olardı istəyərdin, mən də verərdim”. Əldə etdiyi müqavilə Mülki Məcəlləyə uyğun tərtib edilmişdir. Bunun özü də qanun pozuntusudur. Həmçinin 8 saylı Mediasiyada əldə etdiyi “Xidməti müqavilə”nin 9-cu maddəsi olan “Yekun müddəalar”da qeyd olunur: Hazırkı Müqavilə hər biri 3 (üç) səhifədən ibarət olmaqla eyni hüquqi qüvvəyə malik və hər tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilmişdir.Həmçinin onun əmək haqqı 500 manat olsa da, müqavilədə 400 manat göstərilib. Müqaviləylə tanış olmamışdan da öncə Unibankdakı VÖEN-ə bağlı hesabına 400 manat yüklənir, 100 manatı isə Mahir Rüstəmli maaş köçəndən bir həftə, 10 gün ərizndə əlbəəl verirdi. Ondan bir neçə dəfə niyə pulunu bütünlüklə kartına yükləmədiyini soruşanda hər dəfə deyirdi ki, “Maaşını 500 manat kimi göstərsə, dövlətə daha çox vergi verməliyəm ki, bu da mənə sərf etmir. Xidməti müqavilənin 4-cü maddəsində “Müqavilə müddəti” göstərilib. Orda qeyd olunur ki, “müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2023-cü il tarixə qədər qüvvədədir. Tərəflərin yazılı razılıqları və bildirişləri ilə müqavilənin müddəti azaldıla və ya yeni müqavilə bağlana bilər”. Bildirir ki, Mahir Rüstəmli ilə arasında müqaviləmin bitməsinə nə 1 ay qalmış, nə 1 həftə qalmış, nə də 1 gün qalmış vaxtlarda bir dəfə də olsun söhbət olmayıb. Həmçinin o, demədi ki, sənin xidmətin müqavilən bitir və sənlə müqaviləni yeniləməyəcək (və ya yenilənəcək). Əksinə 29 dekabr 2023-cü ildə tarixdə bayram günlərində iş vaxtlarını müəyyən edəndə hansı günlər istirahət edib, hansı günlərdə çalışmağı ilə bağlı sual verdi. O da dedi ki, 31 dekbar - 2 yanvar arası işləməyəcək və yanvarın 3-dən xəbərlər atacaq. Mahir Rüstəmli etiraz etmədi. Birdə qarşı tərəfdən maaşın 700 manata qaldırılmasını tələb etdi. Mahir Rüstəmli isə vurğuladı ki, yanvardan maaşın 600 manat olacaq. O isə dedi ki, bu qədər məvacib yetərli deyil. Mahir Rüstəmli isə vurğuladı ki, hələ yanvardan 600 manat ilə davam elə, martdan sonra çalışacaq artırsın. Beləliklə yanvarın 3-dən 15-nə kimi o qəzet və sayt üçün məhsuldar işləmiş, reportajlara getmiş, müsahibələr götürmüş, açıqlamalar almış və onların hər biri sayt ilə qəzetdə getmişdir. xx.xx.2024-cü il tarixdə demotiya.com saytında Mahir Rüstəmlinin həm dövlətin, həm də beynəlxalq qanunları tapdalayaraq idmanı aşkarcasına siyasətə qarışdırdığına görə tənqidi yazı yazdıqdan 10 gün sonra ona qondarma iclas qurmaqla işdən qovduğunu dedi, 22 yanvarda müqavilənin uzadılmaması haqqında qanunvericiliyə zidd natamam əmr hazırlatdı. Bu əmri isə ona əlbəəl 13 fevral 2024- cü ildə təqdim etmişdi. X7 Şurasının sədri Rəşad Məcidə ünvanladığı şikayətində qeyd edir. İddiaçı (İsmayıl oğlu) 2022-ci ilin yayından rəhbərlik etdiyi «Futbol+Qəzeti Redaksiyası” MMC qəzeti ilə müxtəlif formalarda əməkdaşlıq edib. Təxminən 1 illik sınaq dövründən sonra 2023-cü ilin iyul ayında onunla dekabr ayının 31-nə qədər xidməti müqavilə bağlamışlar. Təkcə müqavilə müddəti bitdiyinə görə yox, kollektivdə yer tapa bilmədiyinə, hər zaman mehribançılığı ilə seçilən «Futbol+Qəzeti Redaksiyası” MMC ailəsinin bütün üzvləri ilə problem yaşadığına, habelə əməkdaşlıq edən qurumlar, reklam tərəfdaşları ilə münasibətlərə xələl gətirdiyinə görə İddiaçı ilə yollarını birdəfəlik ayırmışlar. Amma nədənsə Mahir Rüstəmli qanunda göstərilmədiyi halda onunla 1 ilə qədər sınaq müddətində olmağı və müxtəlif formalarda onunla əməkdaşlıq etdiyini vurğulayır. Mahir Rüstəmli güya onu təhqir etdiyi, aşağıladığı üçün xüsusi ittiham qaydasında 4 dəfə məhkəmələrə şikayət versə də, hər dəfəsində məhkəmə dəlillər, sübutlar, faktlar olmadığına görə onun ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, cavabdeh müəssisədə xx.xx.2022-ci il tarixdən qanunsuz şəkildə 1 il 2 ay müddətinə çalışmışdı. Sonradan cavabdeh onun əmək faəliyyətini leqallaşdırsa da, bu da qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, cavabdeh onu mülki müqavilə əsasında işə qəbul etmişdir ki, bu da yolverilməzdir. Belə ki, əmək münasibətləri mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilə bilməz. Həmin müqavilə də ona cavabdeh tərəfindən təqdim olunmamışdır, yalnız mediasiya mərhələsində onu əldə edə bilmişdir. Həmçinin, Rəşad Məcidin adına olan şikayət ərizəsində də, 1 il sınaq müddətindən sonra onunla müqavilə bağlanıldığı qeyd olunmuşdur. Halbuki, əmək qanunvericiliyinə əsasən, sınaq müddəti ən çoxu 3 ay müddətinə ola bilər. Lakin, cavabdeh 1 il sınaq müddətindən sonra onunla xidməti müqavilə bağlamışdır. Bundan başqa, xidməti müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitsə də, müqavilə ona təqdim olunmadığı üçün bundan xəbəri olmamış və faktiki olaraq yanvar ayının 15-nə qədər çalışmışdır. xx.xx.2024-cü il tarixli işdən azad olunma ilə bağlı əmr isə ona yalnız fevral ayında təqdim olunmuşdur. Həmçinin, guya tərəfindən təhqir olunma ilə bağlı yazı tərtib edildiyi üçün cavabdeh müəssisədə iclas da keçirilmişdir ki, həmin iclasın protokolu ilə audio-yazısı da bir-birilə ziddiyyətlidir. Bundan əlavə, cavabdeh tərəf onun barəsində 4 dəfə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etsə də, həmin şikayətlər də təmin olunmamışdır. Həmçinin bildirdi ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər cavabdeh müəssisədə heç bir müqavilə olmadan işləmişdir. Sonradan bununla bağlı DVX-yə və DƏM-ə müraciət etmişdir. X8 isə şikayəti üzrə araşdırma aparılmasının mümkün olmadığını bildirmişdir. Buna görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmirlər. İddiaçı ilə bağlanılan müqavilənin müddəti bitən zaman ona xitam verilmişdir. İddiaçı da xidməti müqavilə barədə xəbərdar olmuş və onu şəxsən imzalamışdır. Həmçinin, iddiaçı orta hesabla, hər ay 3-4 gün ərzində işə çıxmışdır. Bundan əlavə, iddiaçı cavabdeh müəssisənin kollektiv üzvləri ilə də uzlaşa bilməmişdir. İddiaçı xidməti müqavilə əsasında 3 ay müddətinə işə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə müqavilə müddəti bitdikdən sonra, iddiaçı işə gəlməsə də, ona dəvət olunaraq müddətin bitdiyi bildirilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər cavabdeh müəssisədə işləməmişdir. İddiaçının cavabdeh müəssisədə əmək fəaliyyəti yalnız 3 ay olmuşdur. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, 03 saylı Xidmət müqaviləsindən görünür ki, sifarişçi “Footballplus.az” saytının rəhbəri X9 ilə icraçı İddiaçı arasında bağlanmış müqaviləyə əsasən icraçı sifarişçinin müəyyən etdiyi sosial media marketinqi sahəsində layihələr həyata keçirəcək, sayt ilə auditoriya arasında interaktiv əlaqənin güclənməsinə imkan verəcək intellektual və əyləncəli layihələr aparacaq, saytın kontentinin öyrənilməsi istiqamətində xidmətlər göstərəcək. -Müqavilə müddətinin uzadılmaması haqqında «Futbol+Qəzeti Redaksiyası” MMC qəzetinin baş redaktorunun xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı ilə xx.xx.2023-cü il tarxdə bitən müqavilə müddətinin uzadılmaması qərara alınmışdır. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. - Azərbaycan Respublikasının X8 Xidmətinə İddiaçı tərəfindən ünvanlanmış şikayətdən görünür ki, “Futbol +” qəzetinin Baş Redaktoru Mahir Rüstəmlinin xx.xx.2024cü ildə onunla əmək müqaviləsinə xitam verilməsi, redaksiyada baş verən özbaşınalıq, qanunsuzluq, vergidən yayınma, işçi ilə əmək müqaviləsi bağlamadan işlədilməsi, əmək haqlarının minimumdan aşağı göstərilərək ödənilməsi,əmək qanunvericiliyinin dəfələrlə və kobudcasına pozulması faktlarının araşdırılması, tədbirlər görülməsi və pozulmuş hüquqlarının bərpa edilərək işə bərpa edilməsi barəsə göstəriş verilməsini xahiş etmişdir. - Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və “Futbol + Qəzeti Redaksiyası”-nın nümayəndəsi X3 ilkin mediasiyada iştirak etmiş, İddiaçı əvəzinə 50 manat mediasiya xərci dövlət büdcəsindən ödənilmiş, və İddiaçı 10 manat kargüzarlıq xərcini ödəmişdir. -AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, 3-17- 5/2-i-210024/2024 nömrəli İddiaçı müraciətinə dair cavab məktubundan görünür ki, “Sizin “Futbol+ Qəzeti redaksiyası” MMC-də əmək hüquqlarınızın pozulması barədə Əmək Müfəttişliyi Xidmətinə ünvanladığınız müraciətinizə X8 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar ətraflı izahat verməyiniz məqsədilə ünvanınıza (ünvan 2 nömrəli, .2024-cü il tarixli məktub göndərilmiş lakin, tərəfinizdən araşdırmaya izahat, əmək haqqı bank hesabından çıxarış və digər təsdiqedici sənədlər təqdim olunmamışdır. Müraciətə baxılması zamanı "Futbol+Qəzeti Redaksiyası" MMC-nin ünvan 3 ünvanına xx.xx.2024-cü il tarixli, 3-17-5/2-10459/2024 nömrəli məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu əsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur lakin, tələb olunan sənədlər təqdim edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdir. Həmçinin tərəfimizdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və ulluq” altsisteminə baxış zamanı "Futbol+Qəzeti Redaksiyası" MMC ilə aranızda bağlanmış əmək müqaviləsi bildirişinin mövcud olmadığı müəyyən edilmişdir. Bildiririk ki, "Futbol+Qəzeti Redaksiyası" MMC tərəfindən sənədlər Xidmətin Bakı şəhər İdarəsinə təqdim olunacağı təqdirdə müraciətinizə yenidən baxılaraq cavab veriləcəkdir. Həmçinin ərizənizdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb olunmuş şəxslərlə bağlı müraciətinizlə əlaqədar bildiririk ki, qeyd olunan şəxslərin nümayəndə kimi səlahiyyətlərini təsdiq edən sənədləri X8 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etmədiyinizdən müraciətiniz “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 6.6-cı maddəsinin (yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır) tələblərinə uyğun olaraq həmin qanunun 8.1.2-ci maddəsinə əsasən tərəfimizdən baxılmamış saxlanılmışdır. Nəzərinizə çatdırırıq ki, həmin maddənin 8.3-cü maddəsinə əsasən müraciətin baxılmamış saxlanmasına əsas verən hallar aradan qaldırıldıqda müraciətə baxan subyekt ona baxılmanı təmin etməlidir. Tərəfinizdən ərizənizdə qeyd etdiyiniz şəxslərin səlahiyyətlərini nümayəndə kimi təsdiqləyən sənədin surətini X8 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən baxılaraq cavab veriləcəkdir. Nəzərinizə çatdırırıq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01.01,2025-ci il tarixinədək dayandırıldığından müraciətdə östərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün almamışdır. Müraciətdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır”. -xx.xx.2024-cü il tarixli Futbol+ Qəzet Redaksiyasının kollektivdaxili iclasının protokolundan çıxarışdan görünür ki, kollektiv üzvləri yekdilliklə Abdulla İbrahimlli ilə əməkdaşlığın davam etdirməyin mümkünsüz olduğununu imzaları ilə təsdiq etmişdirlər. -Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarəndan görünür ki, İddiaçı AR CM-nin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsi və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. -Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-361/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarəndan görünür ki, İddiaçı AR CM-nin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. -Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-544/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarəndan görünür ki, İddiaçı AR CM-nin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli, 03 saylı Xidmət müqaviləsinə əsasən sifarişçi “Football-plus.az” saytının rəhbəri X9 ilə icraçı İddiaçı arasında bağlanmış müqaviləyə əsasən icraçı sifarişçinin müəyyən etdiyi sosial media marketinqi sahəsində layihələr həyata keçirəcək, sayt ilə auditoriya arasında interaktiv əlaqənin güclənməsinə imkan verəcək intellektual və əyləncəli layihələr aparacaq, saytın kontentinin öyrənilməsi istiqamətində xidmətlər göstərəcək. Həmin müqavilədə qeyd olunmuşdur ki bu müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədədir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Futbol+ Qəzet Redaksiyasının kollektivdaxili iclasının protokolundan görünür ki, kollektiv üzvləri yekdilliklə Abdulla İbrahimlli ilə əməkdaşlığın davam etdirməyin mümkünsüz olduğununu imzaları ilə təsdiq etmişdirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və ulluq” altsisteminə baxış zamanı "Futbol+Qəzeti Redaksiyası" MMC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsi bildirişinin mövcud olmadığı müəyyən edilmişdir. Hazırda iddiaçı bildirir ki, işdən çıxarılma barədə əmr qanunsuz olmuş, həmin əmr əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan iddiaçı işdən azad olması ilə bağlı natamam əmrin qanunsuz hesab olunaraq ləğv edilməsi və s.ni tələb edərkən iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmayan iddia ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddiaçının hazırda cavabdeh "Futbol+Qəzeti Redaksiyası" MMC-dən iddia etdiyi kimi əmrin ləğv edilməsini, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı, müddətsiz əmək müqaviləsinin bağlanmasını tələb etməsinin qanuni əsasının dispozisiya şərtləri mövcud deyildir. Belə ki, iddiaçı cavabdehə qarşı belə bir iddia irəli sürməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “tapşırıq” müqaviləsi təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Bu baxımdan tərəflər arasında iddiaçı xx.xx.2023-cü il tarixli, 03 saylı Xidmət müqaviləsinə əsasən icraçı tərəfindən sifarişçinin müəyyən etdiyi sosial media marketinqi sahəsində layihələr həyata keçirməsi, sayt ilə auditoriya arasında interaktiv əlaqənin güclənməsinə imkan verəcək intellektual və əyləncəli layihələr aparması, saytın kontentinin öyrənilməsi istiqamətində xidmətlər göstərməsi sahəsində xidmətləri işin mübahisəsiz halıdır. Mübahisə isə, iddiaçıya görə yerinə yetirilmiş işə görə haqqının tam ödənilməməsi, işdən çıxarma əmrinin qanunsuz hesab edilməsi, əvvəlki işinə bərpa edilməsi ilə bağlıdır. Cavabdeh isə xidməti müqavilənin xx.xx.2023-cü il tarixədək müddətə bağladığını, iddiaçı ilə bağlanılan müqavilənin müddəti bitən zaman ona xitam verildiyini bildirir. İddiaçı da xidməti müqavilə barədə xəbərdar olmuş və onu şəxsən imzalamışdır. Həmçinin cavabdeh bildirir ki, iddiaçı müəssisənin kollektiv üzvləri ilə də uzlaşa bilməmişdir.Həmin müqavilədə qeyd olunmuşdur ki bu müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədədir. İddiaçı ilə bağlanılan müqavilənin müddəti bitən zaman ona xitam verilmişdir. İddiaçı da xidməti müqavilə barədə xəbərdar olmuş və onu şəxsən imzalamışdır. Həmçinin, iddiaçı orta hesabla, hər ay 3-4 gün ərzində işə çıxmışdır. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüurlu) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Bu baxımdan işin müəyyən edilmiş faktiki hallarına əsasən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi onunla cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC arasında bağlanmış müqaviləyə istinad edərək həmin müqavilə üzrə əmək hüquqlarının pozulmasının qarşısını alınması və işə bərpa olunmasını tələb edir. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. “Media haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən, jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir. Həmin Qanunun 74.2.12-ci maddəsinə əsasən, fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır. Qeyd edilənlərdən göründüyü kimi jurnalist əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərə bilər. Hazırki mülki iş üzrə iş materiallarından da göründüyü kimi tərəflər arasında xidməti (mülki –hüquqi) müqavilə bağlanmışdır. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. Həmin Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 03 saylı Xidmət müqaviləsinin ləğv edilməsinin qanunsuz olması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçının cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-nin 22 yanvar 2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsinə dair tələbləri təmin edilməməlidir. Eyni zamanda Məhkəmə, iddiaçının digər tələblərinə əlavə qiymət verilməsinə zərurət görməyərək, özünün gəldiyi bu nəticəni prosessual qənaət prinsipi baxımından əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X8 Xidməti və X4 cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar