Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3494/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı işdən çıxarılma barədə əmrin ləğv edilərək işə bərpa, məcburi işburaxmaya görə itirilmiş əməkhaqqının və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı işdən çıxarılma barədə əmrin ləğv edilərək işə bərpa, məcburi işburaxmaya görə itirilmiş əməkhaqqının və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə iddia ərizəsi ilə müraciət edərək, onun Cavabdeh Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsindən azad olunması haqqındakı xx.xx.2023-cü il tarixli, 3-29-/3-1-800K/2023 saylı əmək müqaviləsinə xitam verilməsi barədəki Cavabdeh əmrinin məhkəmə tərəfindən tam qanunsuz hesab olunaraq ləğv olunması və Cavabdeh Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsinə bərpa edilməsi, onun məcburi iş buraxmasına görə əməkhaqqının tam şəkildə birdəfəlik ödənilməsi, qanuni hüquqlarının pozulduğuna görə ona dəymiş mənəvi ziyan 50000 manat məbləğində pul, eyni zamanda vəkil xidmətlərindən istifadə etməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının “Yusifbəyli və Partnyorları” vəkil bürosunun hesabına ödədiyi 120 manat pulun və vəkilə etibarnamə vermək üçün Dövlət Notariusuna ödədiyi 17,25 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsinin bir vəzifə kimi Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Azərbaycan Milli Elmlər X2 qərarına əsasən hazırda Cavabdeh Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29-13-1-800K/2023 saylı əmrinə əsasən heç bir qanuni əsas olmadan, tamamilə qanunsuz olaraq, xx.xx.2023-cü il tarixdən onun əmək müqaviləsinə xitam verilmiş və heç bir qanuni əsas olmadan vəzifəsindən azad olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə öz tabeliyində olan elmi müəssisə, təşkilat və qurumlara ünvanladığı məktubda bildirmişdir ki, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə elm sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndiniməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Ölkə Prezidentinin digər Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Cavabdeh tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilmişdir. Ümumilikdə, 37 müəssisə təşkilat və qurumlar üzrə səlahiyyətlərin icrası Nazirliyə həvalə edilmişdir. Bu müəssisə, təşkilat və qurumlarda müddətli əmək müqaviləsi ilə çalışan rəhbər heyət ilə hazırda qüvvədə olan Nizamnamə və Əsasnamələrə uyğun olaraq müqavilə müddətinin 2023-cü ilin yanvar ayının 31-dək uzadılması, eyni zamanda, elmi müəssisə təşkilat və qurumların fəaliyyətində vakant saxlanması fasilələr yarada biləcək vəzifələr (maliyyə-təsərrüfat) istisna olmaqla, digər vəzifələr üzrə işə qəbulun müvəqqəti dayandırılması, xüsusi zərurət olduğu halda 2023-cü ilin yanvar ayının 31-dək müddətli əmək müqaviləsi ilə təyinatın aparılması məqsədəmüvafiq hesab edilir". Lakin 31 yanvaradək əsasnamələr təsdiq olunmadığından bu müddət iyun ayınadək uzadıldı. Bu müddət ərzində də əsasnamələr təsdiq olunmadığından müqavilə müddətləri qeyri-müəyyən müddətədək uzadılmışdır. X6 Cavabdeh də aldadaraq, xx.xx.2021-ci ildə AMEA X5 Rüstəmov arasında bağlanan müqavilənin, belə bir müqavilənin faktiki olmamasına baxmayaraq bilmə tarixə əsaslanaraq, həmin tarixdən onu işdən azad edilməsinə nail olmuşdur. Unutmuşlar ki, göstərilən əmək müqavilələri bütün rəhbər işçilər üçün Prezidentin fərmanından sonra qüvvədən düşmüş və elə bu səbəbdən yuxarıda sadalanan müddətlərədək əmək müqavilələri uzadılmışdır. AMEA Rəyasət Heyəti ilə bağlanan və Prezident fərmanı ilə qüvvədən düşmüş və göstərilən səbəblərdən Cavabdeh tərəfindən də qeyri-müəyyən müddətədək (Cavabdeh yanında “Elm və Ali Təhsil üzrə X1 Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Yəni əmək müqavilələrinin müddətləri faktiki xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır) uzadılan əmək müqaviləsinə (xx.xx.2021-ci il) yenidən istinad edilərək onun işinə xitam verilməsi heç bir məntiqə sığmayan qanun pozuntusudur. Cavabdeh ona ünvanladığı xx.xx.2022-ci il tarixli, R-16902/02/11-24 saylı məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1769 nömrəli Fərmanına əsasən elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilmiş, AMEA-nın bir sıra elmi müəssisə və təşkilatları Nazirliyin tabeliyinə verilmişdir. Eyni zamanda AMEA yenidən təşkil olunaraq öz fəaliyyətini müstəqil qurum olaraq davam etdirir. Qeyd olunanlara əsasən Nazirliyin yeni əsasnaməsinin və AMEA-nın yeni nizamnaməsinin hazırlandığını nəzərə alaraq, qaldırılan məsələyə adıçəkilən sənədlər təsdiq edildikdən sonra baxılmasını məqsədəmüvafiq hesab edirik. Yəni bir ildən artıqdır ki, Əlövsət Quliyevin dövlətin büdcəsini öz ata malı kimi talan etməsinin qarşısının alınması və məsuliyyətə cəlb edilməsini tələb edən ona “bu məsələlər nizamnamə və digər sənədlər təsdiq olunduqdan sonra baxılacağı cavabı verilir, lakin dərhal məsuliyyətə cəlb olunmalı bir adamın saxta tərtib etdiyi sənədlərə əsasən o, dövlət büdcəsinin talan olunmasının qarşısını almağa çalışan həmin müddət gözlənilmədən dərhal tələm tələsik, saxta əmrlə işdən azad olunur. Məntiqi nəticə ondan ibarətdir ki, burada yaranmış boşluqdan istifadə edib, cinayət əməlində ittiham olunan birini müdafiə etməklə cinayəti ört-basdır etmək məqsədi güdülmüşdür. Ağlı başında olan heç bir məmur bu kimi saxtakarlığa getməzdi. Heç Allah da bunu bağışlamaz. Cavabdeh Əsasnaməsi və Cavabdeh yanında Elm və Ali Təhsil üzrə X1 Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanına əsasən təsdiq olunmuşdur. Bu tarixdən sonra təsdiq edilmiş əsasnaməyə uyğun olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturu formalaşdırılacaqdır. Onun Cavabdeh ilə heç bir əmək müqaviləsi bağlamadığından, (yeni əsasnamələr təsdiq olunmadığından) odur ki, onun işdən azad olunmasına səbəb onun Cavabdeh Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru Əlövsət Quliyevin cinayət əməllərini ifşa etməyə cəhd etməsi olmuşdur. Eyni zamanda, yaranmış müvəqqəti boşluqdan məharətlə istifadə edən Əlövsət Quliyev müxtəlif yollarla Cavabdehndə özünə havadar taparaq, özünün tərtib etdiyi saxta sənədlərlə onları da aldadaraq, onun işdən çıxarılmasına nail olmuşdur. Əsas məqsədi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində haqqında aparılan cinayət işlərinin araşdırmalarından canını qurtarmaq olmuşdur. Hər həftə bu haqda, Əlövsət Quliyevin cinayət əməllərinin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılması haqqında Baş Prokurorluqdan iddiaçıya SMS-lə məlumat verilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı məxsus əmək kitabçasından görünür ki, o xx.xx.2021-ci il tarixdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-29-/3-1- 800K/2023 saylı əmrinə əsasən “Rəhbərlik” bölməsində “İcraçı direktor” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 “b”- əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iddia tələbinə dair gəldiyi nəticə barədə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 68-ci maddəsinin ikinci bəndinin “b” yarımbəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Beləliklə məhkəmədə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021ci il tarixdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsinə təyin edilmiş, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə elm sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə olunmuşdur. Həmin Fərmanla təsdiq olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Cavabdeh tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının Siyahısı”nın 1.23-cü maddəsində Torpaqşünaslıq və Aqrokimya İnstitutu da göstərilmişdir. Cavabdeh müvafiq əmrinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsini 68-ci maddəsinin ikinci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. İş materialları ilə də təsdiq olunmuşdur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə öz tabeliyində olan elmi müəssisə, təşkilat və qurumlara ünvanlanan məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə verilən müəssisə, təşkilat və digər qurumlarda müddətli əmək müqaviləsi ilə çalışan rəhbər heyət ilə qüvvədə olan Nizamnamə və Əsasnamələrə uyğun olaraq müqavilə müddətinin 2023-cü ilin yanvar ayının 31-dək uzadılması məqədəmüvafiq hesab edilir. Lakin bu müddətədək əsasnamələr təsdiq olunmadığına görə bu müddət iyun ayına qədər uzadılmış və yenə bu müddət ərzində də əsasnamə və nizamnamələr təsdiq olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsini icra etdiyi müddətdə qüvvədə olan əmək müqaviləsinə xitam verilməsi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Cavabdeh tabeliyinə verilməsi “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə əlaqədar olaraq Nizamnamə və Əsasnamələrin təsdiq edilməsi prosesi yekunlaşdırılmadığı üçün Cavabdeh tərəfindən həyata keçirilə bilməz. Cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilməsi səlahiyyətinə malik olması üçün İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2023-cü il tarixdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nizamnaməsi təsdiq edilməli idi. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanı təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilərək işə bərpa, məcburi işburaxmaya görə itirilmiş əməkhaqqının və dəymiş mənəvi ziyanın ödənilməsi”nə dair iddia tələbi məhkəmə araşdırması zamanı müvafiq əsaslar sübuta yetirildiyindən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə 68.2 “b”- əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xitam verilməsi barədə 04 iyul 2023-cü il tarixli, 3-29-/3-1-800K/2023 saylı əmri ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 120 manat, eləcə də vəkilə etibarnamə verilməsi üçün ödənilmiş 17,25 manat pulun cavabdehdən tutulması hissəsində də iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün “Yusifbəyli və Partnyorları” vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülmüşdür. Etibarnamədən görünür ki, vəkilə etibarnamə verilməsi üçün 17,25 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə 68.2 “b”- əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xitam verilməsi barədə 04 iyul 2023-cü il tarixli, 3-29-/3-1-800K/2023 saylı əmri ləğv edilsin, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin. Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 120 manat və vəkilə etibarnamə verilməsi üçün ödənilmiş pulun əvəzi olaraq 17,25 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Quliyev Ramin
Məhkəmə qərarları › İş №2(005)-3494/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3494/2023
24.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver