Məhkəmə qərarları › İş №2(005)-3509/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3509/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3509/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil Cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Quliyev X10 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumilikdə 10.000 (on min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər “xxxx” MMC-dən, Cavabdeh3 və Cavabdeh2 müşətərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı vasitəçiliyi ilə X5 ilə Cavabdeh1 MMC arasında imzalanmış xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən birinci tərəfindən borc olaraq cavabdeh MMC-nin fəaliyyətini maliyyələşdirmək üçün 10 000 (on min) ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş müqaviləyə əsasən sərmayə məbləği 2 ildən az olmamaq şərti ilə MMC-yə verilmiş, həmin məbləğ MMC tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq MMC hər ayın 20-si tarixinədək iddiaçıya 200 (iki yüz) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə sərmayəçi (indiki halda iddiaçı) tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Lakin, MMC tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Bundan sonra X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-dən iddiaçı X1 xeyrinə ümumilikdə 15 000 (on beş min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilmiş və iddiaçının xeyrinə ümumilikdə 15 000 (on beş min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3715/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İşə baxan məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi ilə bağlı qəbul edilmiş qətnamə əsaslandırılarkən qeyd edilmişdir ki, “Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə çıxarılmış xx xxxxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən, ünvan 1 ünvanında yaşayan İddiaçı Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək, 2016-cı ilin fevral-mart aylarında şərikli iş qurmaq üçün Yasamal rayonu ərazisində müxtəlif yerlərdə və vaxtlarda Cavabdeh2 adlı şəxs onun etibarından sui-istifadə edərək 260000 (iki yüz altmış min) ABŞ dolları məbləğində pul vəsaitini mənimsədiyini bildirmişdir. Müvafiq ərizə araşdırılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir. Aparılmış araşdırma zaman X1 verdiyi izahatından müəyyən olunmuşdur ki, o rəfiqəsi Ziniyət Hüseynovanın qardaşı Zaura rəfiqəsi vasitəsi ilə 10.000 (on min) ABŞ dolları məbləğində pul vəsaitini sonuncunun tanışı Cavabdeh2 verməsi və müvafiq müqavilənin bağlanması üçün vermişdir. Sonradan Cavabdeh2 vədinə əməl etmədiyindən İddiaçı pullarım seri tələb etmişdir. Zaur da öz növbəsində 10.000 (on min) ABS dolları məbləğində pul vəsaitini ona qavtarmısdır.Göründüyü kimi müvafiq pul vəsaiti ilkin iddiaçı şəxsə qaytarılmış, qaytarılmış pul vəsaitinin yenidən və hesablanmış faizlərlə geri tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçı şəxs haqlı olmamışdır. Beləliklə, iddiaçı şəxs tərəfindən tələb edilən pul vəsaitinin ona məhkəmə araşdırması zamanı qaytarılması müəvvən edildiyindən, ilkin iddia təmin edilməməlidir. L.Rəhimova tərəfindən Nərimanov rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılaraq apelyasiya şikayətinin təmin edilməməsi, Nərimanov rayon Məhkəməsinin 2(005)-3715/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə 2(103)- 1514/2020 saylı, xx.xx.2020-ci il tarixli (sədrlik edən hakim Aida Hüseyn) qətnamə qəbul edilmişdir. L.Rəhimova ilə cavabdehlər arasında münasibətlərin qurulmasında İddiaçı vasitəçi olmuş və L.Rəhimova öz vəsaitini cavabdehlərə məhz iddiaçının vasitəsi ilə çatdırmışdır ki, bu da cavabdehlərdən Cavabdeh2 həm Nərimanov rayon Məhkəməsində verdiyi izahatında, həm də Yasamal Rayon Polis İdarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli qərarındakı ifadələrində öz təsdiqini tapmışdır. Belə ki, Yasamal Rayon Polis İdarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, "Cavabdeh1” MMC qeyri-rəsmi olsa da, reallıqda özünə məxsusdur, lakin həmin MMC 2005-ci ildə dövlət qeydiyyatından keçərkən onu tanışı və həmin vaxtlar mühasib kimi ona köməklik edən X6 adna rəsmiləşdirilmişdir... Bundan sonra isə 2008-ci ildə o həmin MMC R.Xəlilovun adından rəsmi qaydada öz anası Cavabdeh3 adına keçirmiş və bununla bağlı MMC Vergi orqanlarından yenidən qeydiyyatdan keçirərək MMC-nin 100%-i anası Cavabdeh3 adına rəsmiləşdirilmiş və həmçinin MMC-nin direktoru kimi X3 təyin olunmuşdur. Rəsmi sənədlərə uyğun olaraq onun həmin MMC-yə hüquqi əsaslarla isə heç bir aidiyyəti yoxdur. 20İ6-cı ilin mart ayında İddiaçı öz bacısı Z.Hüseynovanın rəfiqəsi X1 10.000 ABŞ dolları miqdarında pul vermək istəyi barədə bildirmiş və o da, həmin pulları MMC-nin işləri ilə bağlı dövriyyəyə buraxacağı təqdirdə əvəzində hər ay üçün 330 ABŞ dolları miqdarında qazancı L.Rəhimovaya verə biləcəyini bildirmişdir. İddiaçı onun sözlərini L.Rəhimovaya çatdırıb və sonuncu da razılaşdığı üçün İddiaçı vasitəsi ilə həmin pulları ona göndərmiş, lakin İddiaçı bu kimi vasitəçiliyinə görə əlavə qazanc əldə etmək istədiyi üçün ondan xahiş etmişdir ki, L. Rəhimova ilə bağlayacağı müqaviləyə qazanc kimi ödəniləcək, pulun miqdarı 330 deyil, 200 ABŞ dolları kimi qeyd etsin ki, o da, yəni İddiaçı bu yolla da 130 ABŞ dolları xeyir götürə bilsin. L.Rəhimova həmin pulları verməmişdən əvvəl və özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini İddiaçı vasitəsi ilə ona göndərmişdir və 2016-cı ilin mart ayında, dəqiq günü xatırlamadığı gündə onunla Cavabdeh1 MMC-nin aralarında 10.000 ABŞ dollarına aid olan müqaviləni tərtib edib, İddiaçı vasitəsi ilə L.Rəhimovaya göndrmişdir və sonuncuda həmin müqaviləni imzalayaraq 10.000 ABŞ dolları ilə birlikdə həmin müqavilənin bir nüsxəsini İddiaçı vasitəsi ilə ona geri qaytarmışdır. O, L.Rəhimovanın adına müqaviləni tərtib edərkən onun üzərində bağlanma tarixini xx.xx.2017-ci il pulların verilmə tarixini xx.xx.2017-ci il kimi mexaniki səhv ucbatından düzgün yazmamışdır. Eyni olaraq həmin müqavilə bağlandığı 2016-cı ilin mart ayında anası Cavabdeh3 xəstə olduğu üçün onu narahat etməmək məqsədi ilə L.Rəhimova ilə bağlanmış müqaviləni də anasının əvəzinə özü imzalayaraq MMC-nin möhürü ilə təsdiq etmişdir. Bu kimi ödənişlər təxminən 6 ay davam edəndən sonra İddiaçı bildirmişdir ki, L.Rəhimova onun bacısı və özü ilə mübahisə yaradaraq pullarını geri tələb etməyə başlamış və buna görə də o, yəni İddiaçı xəbər vermədən özü öz hesabına L.Rəhimovava 10.000 ABŞ dollarını geri qaytarmışdır. Bununla da, İddiaçı ona bu barədə məlumat verməklə L.Rəhimovanın ona vermiş olduğu 10.000 ABS dollarını İddiaçı pulları kimi hesab etməsini xahiş etmişdi. Yuxarıda qeyd edilənlərdən və L.Rəhimovanın iddia tələbi üzrə Nərimanov rayon Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin araşdırmalarından da göründüyü kimi L.Rəhimovanın İddiaçı vasitəsilə Cavabdeh1 MMC-yə verilmiş vəsait daha sonra İddiaçı tərəfindən L.Rəhimovaya qaytarılmışdır ki, bu faktın özü də cavabdehlərdən Cavabdeh2 ifadə və izahatlarında təsdiq edilmişdir. Bu səbəbdən də müqavilə əsasında Cavabdeh1 MMC-yə həmin MMC-nin faktiki sahibi, hazırki iş üzrə Cavabdeh2 vasitəsilə verilmiş 10.000 ABŞ dolları məbləğindəki vəsait cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılmalıdır. Belə ki, cavabdehlərdən Cavabdeh2 həm məhkəmədə, həm də Yasamal rayon Polis İdarəsində verdiyi izahatından da göründüyü kimi Cavabdeh2 müqaviləni anası Cavabdeh3 adından imzalamış və möhür vurmuş və MMC-nin fəaliyyətini faktiki olaraq özü idarə etdiyindən 10.000 ABŞ dolları məbləğindəki vəsaiti də İddiaçı şəxsən alaraq cavabdeh MMC-nin fəaliyyətinə sərf etmişdir. Vəsaitin alınmasında və sərf edilməsində cavabdehlər Cavabdeh2, anası Cavabdeh3 iştirak etdiyindən və həmin vəsait Cavabdeh1 MMC-nin fəaliyyətinə sərf edildiyindən 10.000 ABŞ dolları məbləğindəki vəsait də hər üç cavabdehdən müştərək qaydada tutulmalıdır. Tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar pretenziya qaydasında həll etməyə çalışsa da, lakin bu da heç bir nəticə verməmişdir. Beləliklə də, bu günki gündə cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ümumilikdə 10.000 (on min) ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMCnin nümayəndəsi və vəkili X7 iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, X5 ilə Cavabdeh3 arasında Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən 2 (iki) il müddətinə imzalanır və 2 (iki) ildən az olmamaq şərti ilə vəsait “Sərmayəçi” geri tələb oluna və xitam verilə bilməz. 2.2-ci bəndə əsasən müqavilənin müddətinin artırılması ilə əlaqədar müddətin bitməsinə 30 (otuz) gün qalmış müraciət olumalıdır. Müraciət olunmadığı halda hər müddət sonunda müqavilə müvafiq olaraq 1 (bir) il müddətə uzadılmış sayılır. 3.2-ci bəndə əsasən sərmayə “sərmayəçi” tərəfindən xx.xx.2017-ci il tarixində tam olaraq 10.000 (on min) ABŞ dolları məbləğində ödənilmişdir. 3.3-cü bəndə əsasən “sərmayəni qəbul edən” hər növbəti ayın 20-si tarixnədək “sərmayəçiyə” yatırılmış sərmayə qarşılığında 200 (iki yüz) usd məbləğində ödənişin edilməsini təmin edir. 3.7-ci bəndə əsasən müqaviləyə “sərmayəçi” tərəfindən birtərəfli qaydada xitam verildiyi təqdirdə “sərmayəni qəbul edən” “sərmayəçi” tərəfindən yatırılan pul vəsaitini ona 12 ay müddətində qaytarılmasını təmin edir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “sərmayə məbləğinin geri qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməyərək, ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilərək, qarşılıqlı iddia ərizəsi təmin edilərək, Cavabdeh1 ilə X5 arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, X5 (sərmayəçi) ilə Cavabdeh1 (sərmayəni qəbul edən) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən, sərmayəçi tərəfindən borc olaraq sərmayəni qəbul edən cəmiyyətin fəaliyyətini (mobil telefon istifadəçilərinin istifadəsi üçün müxtəlif xidmətlərin göstərilməsi) maliyyələşdirmək üçün 10.000 (on min) ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Tərəflər arasında rəsimləşdirilmiş müqaviləyə əsasən sərmayə məbləği iki ildən az olmamaq şərti ilə sərmayə qəbul edən cəmiyyətə verilmiş (qeyd edilən məbləğ sərmayəçi tərəfindən xx xxx 2017-ci il tarixdə tam olaraq ödənilmişdir), həmin məbləğ müvafiq cəmiyyət tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq müvafiq cəmiyyət hər ayın 20-dək sərmayəçiyə 200 (iki yüz) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə sərmayəçi tərəfindən birtərəfli qaydada xitam verildirkdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Müqavilə müddəti bitdiyindən X5 Cavabdeh1nə xx xxxx 2019-cu il tarixli bildirişlə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilənin müddəti xx xxxx 2019-cu il tarixdə başa çatdığından, həmin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilə müddəti başa çatdığından müqaviləyə onun tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu baxımdan müqavilə üzrə qoyulmuş 10.000 (on min) ABŞ dolları sərmayə məbləğini, eyni zamanda sərmayə məbləğinə görə aylıq ödənilməli, lakin müqavilə bağlandığı tarixdən bu günədək ödənilməmiş ümumilikdə 5.000 (beş min) ABŞ dolları məbləğində gəlirin, cəmi 15.000 (on beş min) ABŞ dolları məbləğində vəsaitin 5 (beş) iş günü müddətində ona ödənilməsini xahiş etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 qanuni təmsilçisi X3 qeyd edilmiş, Cavabdeh1 təsisçiləri və nizamnamə kapitalında mayalarının 100% miqdarı hazırkı vaxtda Cavabdeh3 məxsusdur. X5 rəfiqəsi Ziniyət Hüseynovanın qardaşı Zaura rəfiqəsi vasitəsilə 10.000 ABŞ dolları pulu sonuncunun tanışı Cavabdeh2 verməsi və müvafiq müqavilələrin bağlanması üçün vermişdirş Samir vədinə əməl etmədiyindən İddiaçı pullarını geri tələb etmişdir. Zaur da onun pulunu geri qaytarmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-1514/2020 saylı qətnaməsi ilə ilk iddia tələbi üzrə iddiaçı X5 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3715/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx xxxxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilərək İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora və digər maraqlı şəxslərə göndərilməklə toplanmış material saxlanması üçün Yasamal RPİ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Asan 3 tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı 18538662 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Asan 3 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Yasamal RPİ tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 5 mənzil. 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyesteri məlumatlarından görünür ki, Cavabdeh1 MMC-nin hüquqi ünvanı ünvan 6 materiallarında olan xx.xx.2012-ci il tarixli dövlət reyesterindən çıxarışdan görünür ki, Cavabdeh3 Cavabdeh1 MMC-də 100% dəyərində nizamnamə kapitalı paya malikdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat (otuz manat) məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan “PİTS” proqramından çıxarışdan əldə edilmiş təftiş aktından görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə labaratoriyaya müraciət edərək ona aid olan goole e-poçt ünvanına sorğu göndərərək onunla paylaşılmış “X11” adlı excel sənədinin nə zaman yaradılması, olunmuş dəyişikliklərin xronoloji ardıcıllığı, sənədin digər şəxslərlə paylaşması vaxtı və kimlərin bu sənədə giriş icazələrinin olması xüsusunda aktın tərtib olunmasına başlanlması qeyd edilmişdir. İş materiallarında olan kassa mədaxil orderinin qəbzindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh2 “Pits” Məhdud Məsuliyyətli Cəmiyyətinin xidmətlərindən istifadə etmək üçün 200 manat (iki yüz manat) məbləğində ödəniş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X5 (sərmayəçi) ilə Cavabdeh1 (sərmayəni qəbul edən) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən, sərmayəçi tərəfindən borc olaraq sərmayəni qəbul edən cəmiyyətin fəaliyyətini (mobil telefon istifadəçilərinin istifadəsi üçün müxtəlif xidmətlərin göstərilməsi) maliyyələşdirmək üçün 10.000 (on min) ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Tərəflər arasında rəsimləşdirilmiş müqaviləyə əsasən sərmayə məbləği iki ildən az olmamaq şərti ilə sərmayə qəbul edən cəmiyyətə verilmiş (qeyd edilən məbləğ sərmayəçi tərəfindən xx xxx 2017-ci il tarixdə tam olaraq ödənilmişdir), həmin məbləğ müvafiq cəmiyyət tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq müvafiq cəmiyyət hər ayın 20-dək sərmayəçiyə 200 (iki yüz) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə sərmayəçi tərəfindən birtərəfli qaydada xitam verildirkdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Müqavilə müddəti bitdiyindən X5 Cavabdeh1nə xx xxxx 2019-cu il tarixli bildirişlə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilənin müddəti xx xxxx 2019-cu il tarixdə başa çatdığından, həmin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilə müddəti başa çatdığından müqaviləyə onun tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu baxımdan müqavilə üzrə qoyulmuş 10.000 (on min) ABŞ dolları sərmayə məbləğini, eyni zamanda sərmayə məbləğinə görə aylıq ödənilməli, lakin müqavilə bağlandığı tarixdən bu günədək ödənilməmiş ümumilikdə 5.000 (beş min) ABŞ dolları məbləğində gəlirin, cəmi 15.000 (on beş min) ABŞ dolları məbləğində vəsaitin 5 (beş) iş günü müddətində ona ödənilməsini xahiş etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 qanuni təmsilçisi X3 qeyd edilmiş, Cavabdeh1 təsisçiləri və nizamnamə kapitalında mayalarının 100% miqdarı hazırkı vaxtda Cavabdeh3 məxsusdur. X5 rəfiqəsi Ziniyət Hüseynovanın qardaşı Zaura rəfiqəsi vasitəsilə 10.000 ABŞ dolları pulu sonuncunun tanışı Cavabdeh2 verməsi və müvafiq müqavilələrin bağlanması üçün vermişdir. Samir vədinə əməl etmədiyindən İddiaçı pullarını geri tələb etmişdir. Zaur da onun pulunu geri qaytarmışdır. Qeyd edilən hallar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-1514/2020 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Hazırki iddia ilə İddiaçı cavabdehə verdiyi pulu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəni nəzərə alır. Həmin Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 431.1-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. İşin faktiki hallarından göründüyü kimi X5 (sərmayəçi) ilə Cavabdeh1 (sərmayəni qəbul edən) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilə şərtlərinin yerinə yetirilmədiyindən X5 rəfiqəsi Ziniyət Hüseynovanın qardaşı Zaura rəfiqəsi vasitəsilə 10.000 ABŞ dolları pulu sonuncunun tanışı Cavabdeh2 verməsi və müvafiq müqavilələrin bağlanması üçün vermişdir. Samir vədinə əməl etmədiyindən İddiaçı yuxarıda sadalanan qanunvericlik əsaslarına uyğun olaraq bağlanmış müqavilə şərtlərinin yerinə yetirilmədiyindən borclunun əvəzinə X2 borclunun ödəməli olduğu məbləği tam ödəmişdir. Bu səbəbdən pulun geri qaytarılması tələbində iddiaçının tələbi əsaslıdır. Bununla belə məhkəmə hesab edir ki, Cavabdeh3 digər cavabdehlərlə pulun tələb edilməsi hissəsində iddia əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh3dır. Bu hal müvafiq iş materiallarında olan məhkəmə qətnaməsilə də təsdiqini tapmışdır. Məhdud məsuliyyətli cəmiyyətin öhdəlikləri üzrə məsuliyyət daşımadığı üçün iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikəri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Qeyd edilənlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 10.000 (on min) ABŞ dolları məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2005ci il tarixli Plenum Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq borc ödəniş günü AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq azərbaycan manatı ilə hesablanmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 10.000 (on min) ABŞ dolları məbləğində pul (ödəniş günü manata məzənnə ilə) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar