Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-352/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi X7, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, X15 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzili boşaldaraq ona təhvil verməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzil AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Lakin buna baxmayaraq cavabdehlər mənim mənzildə yaşamaqda davam edirlər. Halbuki, mənzil onun adına qeydiyyatdan keçdiyi gündən cavabdehlər oradan istifadə hüquqlarını itiriblər. Cavabdehlərin sözügedən mənzildə yaşaması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Onlarla heç bir qohumluq əlaqəsı yoxdur və onlar iddiaçının xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmasına razılaşmışdır. Həmçinin, onların onun mənzilində qeydiyyatda qalması X5 həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, onların razılığının alınması iddiaçı üçün əlavə problemlər yarada bilər. Cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli, onlar həmin mənzili boşaldaraq iddiaçıya təhvil verməli, oradan çıxarılmalıdırlar. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər X19 və Cavabdeh3 bildirdi ki, iddianı qəbul etməyərək, icraata xitam verilməsi barədə yazılı ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən 46 saylı mənzil mərhum X20 xüsusi mülkiyyətində olmuşdur. Həmin mənzilə dair İddiaçı ilə X16 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi, mənzilə dair xx.xx.2015-ci ildə ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə götürülmüş borc məbləği ödənilmədiyindən İddiaçı iddia ərizəsi ilə X8, X21 və qeyrilərinə qarşı Nərimanov rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə xx.xx.2017-ci il tarixində Nərimanov Rayon Məhkəməsində baxılmış və məhkəmənin qəbul etdiyi qətnaməsi ilə iddiaçının iddia tələblərinin qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında X20 xüsusi mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən 46 saylı mənzilin açıq hərracda satılması qət edilmiş və qətnamə məcburi icraya yönəldilmişdir. X26 xx.xx.2016-cı ildə vəfat etdiyindən, məhkəmə gedişatlı və qətnamə barəsində onlarda məlumat olmamış və qətnamənin icrası zamanı maraqlı tərəf kimi apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. Qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsində baxılmış və məhkəmənin qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi tələb üzrə tutmanın X20 xüsusi mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilin açıq hərracda satılması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sonradan İddiaçı onlara qarşı məhkəmədə iddia qaldıraraq, kredit tələbinin ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun iddia tələbinin təmin edilməsi qət edilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmənin qətnaməsi həmin hissədə ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. O, da qeyd olunmalıdır ki, DƏDRXnin BƏİ-i tərəfindən İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli Çıxarışın verilməsinə əsas olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-3448/2017 saylı qətnaməsinin ləğv edilməsinə baxmayaraq, qətnaməsinin icrasında dönüş edilməmişdir. Məhz bu səbəbdən də, tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edilərək, Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 3448/2017 saylı qətnaməsinin icrasında dönüş edilməsi, DƏDRX-nin BƏİ-i tərəfindən İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli Çıxarış üzrə qeydlərin ləğv edilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 2 saylı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il tarixdə Azərbaycan Respublikası, Naxçıvan şəhərində anadan olmuş İddiaçı ünvan 4 mənzil 4 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 mənzil 46 ünvanında yerləşən ümumi sahəsi 60,3 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1361 nömrəli reyestr kitabının 124367 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətinə əsasən iddiaçı X6 cavabdehlər X8, X17, X2 və X21 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh X4 və X9 müştərək qaydada 84.000 (səksən dörd min) ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı X6 xeyrinə tutulması, tələb üzrə tutma X20 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzilinə - həmin mənzilin ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyən edilməklə; X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ sahəsi 241 saylı BTKnın 5857 saylı bağ sahəsinin bir hissəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə - həmin torpaq sahəsinin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilməklə; X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ sahəsi 241 saylı BTK-nın 5857 saylı bağ sahəsinin bir hissəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 kv/m olan torpaq sahəsinə - həmin torpaq sahəsinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməklə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçı X6 borc tələbi ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ mülkiyyətçilərə qaytarılması, ipoteka predmetlərinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər X26 və X3 həmin mənzildən və torpaq sahəsindən çıxmazsa, onların məcburi qaydada çıxarılması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1039/2018 xx.xx.2018-ci il tarixli qərardadı ilə işə məhkəmədə baxılmalı olmaması səbəbindən işin icraatına xitam verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4997/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ilk iddia ərizəsi təmin edilmiş, qanuni qüvvəyə minmiş qətnaməsi əsasında tutulmalı olan 84.000 (səksən dörd min) ABŞ dolları kredit məbləği ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, A.Heydəroy küçəsində yerləşən 35 nömrəli evin 46 nömrəli mənzilə yönəldiməsi, həmin mənzil açıq hərrac vasitəsilə satılması, satışdan əldə edilmiş vəsait hesabına 84.000 (səksən dörd min) ABŞ dolları məbləğində borc İddiaçı ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 35 nömrəli evin 46 nömrəli mənzili açıq hərrac vasitəsilə satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi barədə" qarşılıqlı iddia ərizəsinin rədd olunması qət edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4997/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadının surətinə əsasən iddiaçılar X10 və X13 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi barədə" qarşılıqlı iddia ərizəsi iddiaçılar X11 və X18 münasibətdə baxılmamış saxlanılmışdır; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2173/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinə münasibətdə ləğv edilmiş, iddiaçılar Cavabdeh3, X10 və X13 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi barədə" qarşılıqlı iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2173/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X15 qarşı “kredit tələbinin ipoteka predmetinə yönəldilməsi barədə” ilk iddiası baxılmamış saxlanılmışdır; xx.xx.2020 il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Мящкямя илк юнъя гейд едир ки, мцлки иш цзря тяряфляр арасында мящкямя мцбащисяляри олмуш, йухарыда гейд олунмуш гануни гцввяйя минмиш мящкямя актлары мювъуддур. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Məhkəmə baxışında təдгиг edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 35 nömrəli evin 46 nömrəli mənzilə dair İddiaçı adına mülkiyyət sənədi mövcuddur. Göründüyü kimi, mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzili boşaldaraq ona təhvil verməsi və həmin mənzildən çıxarılmalarını tələb etsə də, cavabdehlər əmlakı boşaltmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, hər hansı hər hansı hüquqi əsas olmadan cavabdehlərin мянзилдян istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Həmin tarixli qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yuxarıda istinad edilən maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə hesab edir ki, mübahisəli əmlak артыг iddiaçının mülkiyyətində olduğundan mübahisəli mənzildən cavabdehlərin istifadə hüquqları itirilməlidir. Belə ki, cavabdehlər iddiaçıya münasibətdə “ailə üzvü” deyil, “digər ailə üzvü” statusuna malik olan şəxsdir. Bu baxımdan da cavabdehlər Mülki Məcəllənin 228.1-ci maddəsinin tələblərinə uyğun olaraq “digər ailə üzvü” kateqoriyasına aid edilməli və bu səbəbdən onun həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Məhkəmə iddia tələbinin "əmlakın boşaldılması" hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bу hissədə də təmin edilməli, mübahisəli mənzil boşaldılmalı və iddiaçının istifadə və sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən cavabdehlər Cavabdeh3, X15 və Cavabdeh1 istifadə hüquqları itirilsin. ünvan 1 ünvanda yerləşən 46 saylı mənzil boşaldaraq İddiaçı təhvil verilsin, cavabdehlər həmin mənzildən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-352/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-352/2021
02.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver