Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3527/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı28 və qeyrilərinin iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26 Əbdürrəhman oğlu, X1 və İddiaçı28 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Arxitektura və Şəhərsalma Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) Cavabdeh MTKya qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müəyyən hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26 Əbdürrəhman oğlu, X1 və İddiaçı28 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Arxitektura və Şəhərsalma Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) Cavabdeh MTKya qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müəyyən hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməsi və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli bina ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş 10-cu mərtəbə, ümumi sahəsi 134,9 kv.m olan, 2 otaqlı, 253 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2023-cü il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı2 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş 11-ci mərtəbə, ümumi sahəsi 91.1 kv.m olan, 2 otaqlı, 162 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2023-cü il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı3 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş 10-cu mərtəbə, ümumi sahəsi 75.4 kv.m olan, 1 otaqlı, 60 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2021-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı4 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş 10-cu mərtəbə, ümumi sahəsi 89,1 kv.m olan, 2 otaqlı, 58 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2019-cu il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı5 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş 7-ci mərtəbə, ümumi sahəsi 55.4 kv.m olan, 1 otaqlı, 141 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı6 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş 7ci mərtəbə, ümumi sahəsi 155.5 kv.m olan, 3 otaqlı, 40 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı7 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş 11-ci mərtəbə, ümumi sahəsi 155.5 kv.m olan, 3 otaqlı, 68 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı8 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş 11-cu mərtəbə, ümumi sahəsi 97.7 kv.m olan, 2 otaqlı, 259 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2023-cü il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı9 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş 16-ci mərtəbə, ümumi sahəsi 83.9 kv.m olan, 2 otaqlı, 300 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2022-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı10 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş 11-ci mərtəbə, ümumi sahəsi 89.1 kv.m olan, 2 otaqlı, 65 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2019-cu il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı11 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş 5-ci mərtəbə, ümumi sahəsi 83.9 kv.m olan, 2 otaqlı, 223 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2019-cu il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı12 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş 15-ci mərtəbə, ümumi sahəsi 89.1 kv.m olan, 2 otaqlı, 93 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı13 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş 8-ci mərtəbə, ümumi sahəsi 89.1 kv.m olan, 2 otaqlı, 44 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2021-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı13 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş 6-cı mərtəbə, ümumi sahəsi 89.1 kv.m olan, 2 otaqlı, 130 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı14 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş 5-ci mərtəbə, ümumi sahəsi 75.4 kv.m olan, 1 otaqlı, 25 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı15 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş 12-ci mərtəbə, ümumi sahəsi 83.9 kv.m olan, 2 otaqlı, 272 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2022-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı16 xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş 5-ci mərtəbə, ümumi sahəsi 134.9 kv.m olan, 2 otaqlı, 218 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2023-cü il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı17 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş 14-cü mərtəbə, ümumi sahəsi 89.1 kv.m olan, 2 otaqlı, 285 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı18 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş 2-ci mərtəbə, ümumi sahəsi 91.1 kv.m olan, 2 otaqlı, 108 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2022-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı19 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş 16-cı mərtəbə, ümumi sahəsi 97.7 kv.m olan, 2 otaqlı, 105 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2022-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı20 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş 5-ci mərtəbə, ümumi sahəsi 134 kv.m olan, 3 otaqlı, 125 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2021-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı21 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş 15-ci mərtəbə, ümumi sahəsi 89.1 kv.m olan, 2 otaqlı, 292 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2021-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı22 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş 11-ci mərtəbə, ümumi sahəsi 83.9 kv.m olan, 2 otaqlı, 265 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı23 xx.xx.2024-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş 11-ci mərtəbə, ümumi sahəsi 89.1 kv.m olan, 2 otaqlı, 264 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı24 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş 14-cü mərtəbə, ümumi sahəsi 134 kv.m olan, 3 otaqlı, 182 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MMC (MTK)-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı25 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş 6-cı mərtəbə, ümumi sahəsi 91.1 kv.m olan, 2 otaqlı, 133 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MMC (MTK)-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2021-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı26 Əbdürrəhman oğlu xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş 12-ci mərtəbə, ümumi sahəsi 134 kv.m olan, 3 otaqlı, 167 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2022-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1ci giriş 17-ci mərtəbə, ümumi sahəsi 97.7 kv.m olan, 2 otaqlı, 307 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2023-cü il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. İddiaçı28 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş 6-cı mərtəbə, ümumi sahəsi 134 kv.m olan, 3 otaqlı, 134 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın direktoru Zahidov Q.M. ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini, yəni pay haqqını tam ödəmiş, bunu xx.xx.2022-ci il tarixdə verilmiş maliyyə arayışı təsdiq edir. Mənzilə dair pay haqqını tam ödənilməsinə baxmayaraq mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək təqdim edilməmiş və qərarı verməkdən boyun qaçırmışdır. Adı çəkilən sənəd mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarış verilməsi üçün qanunvericiliyə əsasən tələb edildiyindən, bu sənədlərin MTK tərəfindən təqdim edilməməsi mənzilə çıxarış alınmasına süni maneçilik törətməklə qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı28 və qeyriləri iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Digər iddiaçılar məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdilər. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçılar tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış ərizədən görünür ki, 20 təqvim günü ərzində onlara kooperativin ümumi yığıncağının qərarının təqdim edilməsi və qanunvericiliyə əsasən tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması xahiş edilmişdir; Cavabdeh MTK tərəfindən İddiaçı18 və digərlərinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh MTK "xxxx" çoxmərtəbəli yaşayış binasında MTK tərəfindən görülmüş tikinti-quraşdırma işlərinin müvafiq qaydada, mövcud normativ tələblərə uyğun aparıldığını müvafiq aktlar təsdiq edir. Mülkiyyət hüququnun qeydiyyata alınması üçün tələb olunan istismara qəbul aktının verilməsi məqsədi ilə tələb olunan bütün sənədlər Azərbaycan Respublikası Dövlət Arxitektura və Şəhərsalma Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin saytına toplu şəkildə yerləşdirilmişdir. Qeyd olunan faktlar və sənədlər binanın tikintisi ilə bağlı MTK tərəfindən üzərinə düşən vəzifə və öhdəliklərə tam riayət etdiyini göstərir; Azərbaycan Respublikası Dövlət Arxitektura və Şəhərsalma Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin qeyd olunan binanın sakini İddiaçı24 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh MTK tərəfindən e-tikinti.gov.az internet səhifəsi üzərindən daxil olmuş müraciəti icraat qəbil edilmiş və müraciətə cavab olaraq xx.xx.2025-ci il tarixli çatışmazlıq bildirişi göndərilməsinə baxmayaraq, həmin çatışmazlıqlar aradan qaldırılmamışdır; “Satıcı” Cavabdeh MTK ilə iddiaçılar arasında bağlanmış müqavilələrin surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasında müvafiq mənzil alıcının mülkiyyətinə verilməsini, “alıcı” isə mənzilin dəyərini müqavilə ilə müəyyən qaydada ödəməsini öhdəsinə götürmüşdür; Cavabdeh MTK-nın Maliyyə arayışdarının surətilərindən görünür ki, iddiaçılar tərəfindən əldə edilmiş mənzillərin ümumi dəyəri tam ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar cavabdeh tərəfindən inşa edilmiş Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının sakinləridilər və həmin binadan əldə etdikləri mənzillərə görə iddia ərizəsinə əlavə edilmiş müqavilələr və maliyyə arayışları əsasında onlara MTK-ya üzv qəbul edilmələri barədə ümumi yığıncağın qərarının verilmədiyini və binanın istismara qəbul edilməsi üçün cavabdeh tərəfindən zəruri hərəkətlər edilmədiyini iddia etmişlər. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binası istismara qəbul aktının alınmamasına baxmayaraq, sakinlərin sahibliyinə və istifadəsinə verilmişdir. İddiaçılar tərəfindən həmin binanın tərkib hissəsi olan müvafiq mənzillərin inşasına dair bağlanılmış müqavilələrin və maliyyə arayışlarının surətləri iş materiallarına əlavə edilməklə məhkəməyə təqdim edilmişdir. Zəruri qaydada məlumatlandırılmış Cavabdeh MTK iddia tələblərinə münasibətdə hər hansı etiraz irəli sürməmişdir. Məhkəmə həmçinin qeyd ki, müqavilələrin tələblərinə əsasən müvafiq mənzillər tikildikdən sonra iddiaçılara təhvil verilməli və iddiaçılar isə mənzillərin dəyərini ödəmək öhdəliyi daşıdıqlarından, mənzil tikintisi ilə bağlı iddiaçıların bağladıqları müqavilələr podrat müqavilələridir. Nəzərə alınmalıdır ki, “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə vermək” podratçının müqavilə üzrə vəzifəsi kimi müəyyən edilib. Mənzil podratın maddiləşmiş nəticəsidir, iddiaçıların sifarişi və maliyyəsi hesabına əmələ gəlib, ona görə də podratçının vəzifəsidir ki, mənzillərə dair mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər də iddiaçılara verilsin. Cavabdehin müvafiq sənədləri təqdim etməməsi nəticəsində iddiaçıların əmlak hüquqları pozulur və onlar mənzillərini öz adlarına dövlət qeydiyyatına ala bilmirlər. Bundan başqa podrat münasibətlərində podratçının “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə vermək” öhdəliyi mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan ağlabatan bütün hərəkətlərin də icrasını, misal üçün binanın istismara qəbul aktının alınması üçün müvafiq dövlət orqanına podratçının müraciətini də nəzərdə tutur. Məhkəmə qeyd ki, iddia tələblərində göstərilmiş müqavilələrə əsasən “tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün cavabdehin müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi hissəsində iddia tələbləri bütün iddiaçılara münasibətdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109.5-ci maddəsinə əsasən mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. 109.3-ci maddəsinə əsasən kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. 111.3.3-ci maddəsinə əsasən kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39- cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 110.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. 110.5-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir. 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri- yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) dövlət qeydiyyatı üçün əsaslarından biridir. 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə,müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən normaların məzmunundan göründüyü kimi, yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş və mənzilin dəyərini ödəyən istənilən şəxs avtomatik olaraq kooperativin üzvü hesab olunur. Yəni, mənzil tikinti kooperativinə üzv olmayan şəxsin ilkin olaraq mütləq qaydada "xxxx" MTK-nın üzvü olduqdan sonra yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağın qərarının verilməsi barədə imperativ qayda qanunvericilikdə nəzərdə tutulmamışdır. İşin mübahisəsiz halıdır ki, müvafiq mənzillər dair müqavilələr bağlandığı tarixdən həmin mənzillər iddiaçıların faktiki istifadəsində və sahibliyindədir. Başqa sözlə desək əgər mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək üçün, yaşayış sahəsinin ayrılması barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı isə mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün əsasdırsa, onda müqavilələr bağlanılan müddətdən etibarən müvafiq mənzillər iddiaçıların sahibliyində və istifadəsindədir və mənzilin dəyəri, yəni pay haqqı onlar tərəfindən tam ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar mənzilin dəyərini, yəni pay haqqını tam ödəməklə bilavasitə MTK-nın üzvləri hesab olunurlar. Ona görə də, onlara münasibətdə ümumi yığıncağın qərarının verilməsi öhdəliyi də cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçılar mənzillərin dəyərini tam şəkildə ödəyərək, öz öhdəliyini yerinə yetirmiş və bununla da mənzil üzərində mülkiyyətə dair hüquqlarını əldə edilməsinə dair əsası və hüququ yaranmışdır. Göründüyü kimi iddiaçılar öz öhdəliyini lazımınca icra etdiyindən, adıçəkilən əmlaka dair qanuni gözləntisi mövcuddur. Lakin cavabdeh MTK tərəfindən ümumi yığıncağının qərarı təqdim edilmədiyindən və müvafiq icra hakimiyyəti orqanına müraciət etmədiyindən hazırda daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması həyata keçirilə bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26 Əbdürrəhman oğlu, X1 və İddiaçı28 mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı təqdim edilməsi və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli bina ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26 Əbdürrəhman oğlu, X1 və İddiaçı28 mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməsi və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Bakı şəhəri, ünvan 1 küçəsi, “4”, “6” və “8”- 3 girişli bina ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3527/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3527/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver