Məhkəmə qərarları › İş №2(005)-3529/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3529/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3529/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı sənədlərin əslinin möhürün, ştampın verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhərrəm oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi və (xxxx) "xxxx" KM-nə aid sənədlərin əsillərinin, möhürünün və ştampının alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon İK-nin 235 nömrəli, xx xxxxxxx 1991-ci il tarixli qərarına əsasən yaradılmış "xxxx” (Layihətikinti) Kiçik Müəssisəsinin direktoru olmuş, 2000-ci ildə qardaşı Cavabdeh Məhərrəm oğlu kiçik müəssisəni türklərə satacağını bildirərək kiçik müəssisəyə aid sənədləri ondan istəmiş, xx xxx 2000-ci ildə "xxxx" Kiçik Müəssisəsinə aid 2 ədəd smeta kitabı, 1 ədəd baş xəritə, 1 ədəd balans surəti, Əsasnamənin əslini, tikilmiş evlərin texniki pasportlarını (6 ədəd), möhür və ştamp, balans dəyəri barədə arayışın əslini, rayon üzrə torpağın aktların komplekt əslini, rayon üzrə xəritənin əslini, sərəncam, aktlar və qərarın əslini, smeta kitabının əslini (4 ədəd), 1991-ci ildən 1996-cı ilədək illər üzrə "xxxx" KVİ-nin sənədlərinin əslini Cavabdeh təhvil vermişdir. Bu barədə akt tərtib edilmişdir . Həmin sənədləri Allahverdiyev X2, X3 və X1 iştirakı ilə təhvil vermişdir. Lakin türklərə satması baş tutmayıb, sonra Cavabdeh təhvil aldığı sənədləri ona qaytarmasını bildirdi, lakin Ə. Allahverdiyev müxtəlif bəhanələrlə həmin sənədləri ona qaytarmadı. Hansı məqsədə sənədləri qaytarmaması məlum deyildir. Dəfələrlə ondan sənədləri geri qaytarmasını tələb etsə də, buna əhəmiyyət verməmiş və qeyri-qanuni olaraq kiçik müəssisəyə aid sənədlərin əslini özündə saxlamaqla cinayət törətmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Məhərrəm oğluna məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019 tarixli ərizədən görünür ki, Novruzova İ.V., NovruzovaL.M., Məmmədov A.M adlı şəxslər İddiaçı xx.xx.2000-ci il tarixdə (xxxx) “xxxx” Kiçik Müəssisəsinə aid sənədlərin əslini, möhürü və ştampı Cavabdeh bizim iştirakımızla təhvil vermişdir və biz sənədlər təhvil verilərkən orada olmuşlar. İddiaçı tərəfindən əlyazma ilə tərtib edilmiş sənəddən görünür ki, 11 adda göstərilmiş sənədlər Cavabdeh Məhərrəm oğluna təhvil verilmiş, həmin sənəddə “İddiaçı M” yazılmaqla imza edilmişdir. Həmin sənəd xx.xx.2000-ci ildə tərtib edilmişdir. xx xxxxx 2011-ci il tarixli "xxxx" Kiçik Müəssisəsinin yenidən təşikli barədə qərardan görünür ki, "xxxx" Kiçik Müəssisəsi yenidən təşkil olunaraq "xxxx" MMC yaradılmışdır. "xxxx" MMC-nin təsisçisinin xx xxx 2011-ci il tarixli əmri ilə İddiaçı “xxxx" MMC-nin direktoru vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron baza sistemində "xxxx" MMC adlı vergi ödəyicisi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı) “xxxx” Kiçik Müəssisəsinin direktoru olduğunu və həmin MMC-nin sənədlərinin Cavabdeh Məhərrəm oğlunda olduğunu iddia edir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü ilk öncə “xxxx” Kiçik Müəssisəsinin direktoru olması, yəni tələb etmə hüququnun ona məxsus olduğunu sübut etməli, digər tərəfdən MMC-yə məxsus sənədlərin cavabdehdə olmasını sübut edilməlidir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, MMC-yə məxsus sənədlərin cavabdehdə olmasını sübut edilməsi yükü iddiaçının üzərinə düşür. X9 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə istinadən iddiaçının sənədlərin ona təhvil verilməsi ilə bağlı hesab edir ki, iddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə (xxxx) "xxxx" KM-yə aid sənədlərin əsllərinin, möhürünün və ştampın cavabdehdə olmasını sübut etməli idi. İddiaçı əlyazma ilə tərtib edilmiş sənədə istinad etməklə bu halı sübut etməsi əsassızdır. Belə ki, həmin sənəd mötəbər dəlil kimi qəbul edilmə bilməz. Tərtib edilmiş sənəddə iddiaçının imzası əks olunmuş, Cavabdeh Məhərrəm oğlu tərəfindən qəbul edilməsi müəyyən olunmamışdır. İddiaçı həmin sənədlərin cavabdehdə olmasını əsaslandıra bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla belə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı sənədlərin əslinin möhürün, ştampın verilməsi tələbinə dair iddia rədd edilməlidır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı sənədlərin əslinin möhürün, ştampın verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar