Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3531/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzildən və qeydiyyatdan çıxarılma, çıxarışın ləğv edilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, X4, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsinin hazırki inzibati binasının yerləşdiyi ünvan 1 ünvanının sağ tərəfindən 3-5 metrliyində təxminən 0.05 ha torpaq sahəsində tikilmiş ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 15A saylı fərdi yaşayış evindən Cavabdeh2 kiçik müəssisəni və oranı zəbt etmiş digər şəxslərin avadanlıqları ilə birlikdə mənzildən və qeydiyyatdan çıxarılmaları, həmin mənzilin cavabdehlərin vəsaiti hesabına tam olaraq boşaldılması və mənzilin təmir edilərək əvvəlki vəziyyətə gətirilib əşyaları ilə birlikdə kommunalı yoxlanılaraq ona təhvil verilməsi, həmin 160 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilərək, dövlət reyestrindən çıxarılması, onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər məhkəmənin icraatında olan mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzildən və qeydiyyatdan çıxarılma, çıxarışın ləğv edilməsi və sair” tələbinə dair mülki işin birlikdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X3rşı “ona məxsus mənzilə mülkiyyət hüququnun tanınması və bununla bağlı müvafiq çıxarış verilməsi ilə yaşayış sahəsinə köçürülmə” tələbinə dair 2(005)-4559/2022 saylı mülki işlə bir icraata birləşdirilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzildən və qeydiyyatdan çıxarılma, çıxarışın ləğv edilməsi və sair” tələbinə dair mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-4559/2022 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərardadlarından yalnız Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, mülki işlərin bir icraatda birləşdirilməsi və ayrılması barədə qərardadlardan şikayət verilməsi mülki prosessual qanunvericiliklə nəzərdə tutulmadığından və bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264 və 395-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzildən və qeydiyyatdan çıxarılma, çıxarışın ləğv edilməsi və sair” tələbinə dair 2(005)-3531/2022 nömrəli mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-4559/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3531/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3531/2022
19.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver