Məhkəmə qərarları › İş №2(005)-3543/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3543/2025

01.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3543/2025 01.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyənüçüncü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında və digər müvafiq sənədlərdə xx.xx.2021-сi il tarixində əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsi barədə olan qeydinin ləğv edilməsi və bu əsasın Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "a" yarımbəndi (tərəflərdən birinin təşəbbüsü) ilə əvəz olunması, əmək müqaviləsinə xitam verilməsində yol verilmiş texniki səhv və bu səbəbdən uzun müddət iş tapa bilmədiyinə görə ona dəymiş zərərin kompensasiyası kimi 5000 manat məbləğində təzminatın cavabdehdən tutularaq ona ödənilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin mənəvi zərərin ödənilməsi hissəsində azaldılması barədə ərizə təqdim edərək, əmək kitabçasında və digər müvafiq sənədlərdə xx.xx.2021-сi il tarixində əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsi barədə olan qeydin ləğv edilməsini və bu əsasın Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "a" yarımbəndi (tərəflərdən birinin təşəbbüsü) ilə əvəz olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixində fərdi sahibkar X2 ilə əmək müqaviləsi bağlamış və həmiņ tarixdən etibarən iş fəaliyyətinə başlamışdır. 1 ay müddətində işlədikdən sonra işdən çıxmaq niyyətini işəgötürənə bildirmiş və əmək münasibətlərinə xitam verilməsini xahiş etmişdir. 2020-ci ilin oktyabr ayında Rusiya Federasiyasına getmiş və faktiki olaraq əmək funksiyanı icra etməmişdir. Lakin onun bu müraciətinə baxmayaraq, cavabdeh - işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməmiş və müqavilə xx.xx.2021-ci il tarixinədək qüvvədə saxlanılmışdır. Bundan əlavə, həmin müddət ərzində o işə gəlmədiyi və əmək funksiyasını icra etmədiyi halda, cavabdeh tərəfindən onun adına əmək haqqı yazılmış, lakin bu məbləğlər faktiki olaraq ona ödənilməmiş, işəgötürən tərəfindən mənimsənilmişdir. Həmçinin Rusiya Federasiyasında olduğu üçün də əmək münasibətlərinin davam etdiyindən məlumatı olmamışdır. xx.xx.2021-ci il tarixində isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdəvə ya əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasında xitam verilmişdir. Bu hal əmək kitabçasında qeydə alınmışdır. Lakin bu əsasla xitam verilməsi hüquqa zidd olmuş, subyektiv niyyətə əsaslanmamış və əsassız şəkildə onun nüfuzuna zərər vurmuşdur. 2023-cü ildə Azərbaycana qayıtdıqdan sonra bir neçə müəssisəyə iş üçün müraciət etsə də, əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verildiyinə görə heç bir müraciəti müsbət nəticələnməmişdir. Bu hal onun əmək bazarına çıxışına əngəl yaratmış və ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Bu məsələ ilə bağlı fərdi sahibkar Günay Xəlilovaya müraciət etmiş və onunla söhbət zamanı məlum olmuşdur ki, 70-ci maddənin "ç" bəndi ilə xitam verilməsi əslində ona aid deyildi, bu xitam əsası başqa bir işçiyə tətbiq edilməli imiş və sənədləşmədə yol verilmiş texniki yanlışlıq nəticəsində onun adında rəsmiləşdirilmişdir. Cavabdeh X2 məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinə etirazının olmadığını qeyd etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə müvafiq izahat verərək bildirmişdir ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə fərdi sahibkar X2 ilə əmək müqaviləsi bağlamış, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə fərdi sahibkar olan cavabdeh tərəfindən baş usta vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı bir neçə ay sonra əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə müraciət etmişdir. Lakin əmək münasibətləri faktiki mövcud olmadığı təqdirdə əmək müqaviləsinə xitam verilməmiş və yalnız xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilməsini xahiş etməsinə baxmayaraq işəgötürən tərəfindən yanlışlıqla ƏM-in 70-ci maddəsinin “ç” bəndi xitam verildiyinə istinad edərək, əmək müqaviləsinin xitam verilməsi əsasının dəyişdirilməsini və Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə əvəz edilməsini xahiş edir. Cavabdeh isə məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini bildirmişdir. Bu səbəbdən iddiaçı iddia tələbini sübut etmə vəzifəsindən azaddır. Məhkəmə tərəfindən cavabdehin etirafının qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021сi il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsi barədə qeyd ləğv edilərək Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə əvəz olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-сi il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsi barədə qeyd ləğv edilərək Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə əvəz edilsin. Əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə, əmək kitabçasına düzəliş edilməsi vəzifəsi isə X1 həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar