Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3553/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, Quliyeva Nigar Ülfət qızının katibliyi ilə, İddiaçı cavabdeh “Nərimanov-10” Mənzil Mülkiyyətçinin Müştərək Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMMC-dən 800 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki İddiaçı “İcarədar”-İddiaçı ilə cavabdeh “İcarəçi”- Nərimanov 10“ M MMC arasında 01.10.2018-ci il tarixdə bağlanmış icarə Müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.Aİı küçəsində yerləşən 4 nömrəli evin 2 saylı mənzilinin altında terləşən ümumi sahəsi 107,5 kv.m olan qeyri yaşayış sahəsinin 38 kv.m sahəsini cavabdehə icarəyə verir. Cavabdeh isə bunun qarşılığında iddiaçıya hər ay 200 manat pul ödəməyi öhdəsinə götürür. 2020-ci ilin sentyabr ayınadək müqaviləyə uyğun olaraq tərəflər öhdəliklərini yerinə yetirir. 2020-ci ilin sentyabr ayının ilk günlərindən cavabdeh müxtəlif bəhanələr gətirərək hər ayın əvvəli ödəməli olduğu 200 (iki yüz) manat pulu ödəmir və bu hal 2020-ci ilin son günlərinədək davam edir. Beləliklə cavabdeh icarəyə götürdüyü obyekti 4 ay müddətində istifadə etsədə həv ay üçün 200 (iki yüz) manat olmaqla cəmi 800 (səkkiz yüz) manat icarə haqqnı ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə dəftrərxanası vasitəsilə 07.09.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini bildirərək, “Nərimanov-10” Mənzil Mülkiyyətçinin Müştərək Cəmiyyətinə qarşı olan iddiasından imtina etdiyini bildirmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, bununla bağlı iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan və iddiaçının iradəsini ifadə etdiyindən təmin olunmalı, iddiaçının iddia ərizəsindən imtinası qəbul edilərək, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iddiadan imtina barədə ərizədən görünür ki, iş üzrə mübahisə məhkəmədən kənar qaydada həll edilmişdir, bu səbəbdən iddiaçı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.1-191.2-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalıdır. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxarır. 52.4-cü maddəsinə görə iddiaçının iddiadan imtinası qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də İddiaçı cavabdeh “Nərimanov-10” Mənzil Mülkiyyətçinin Müştərək Cəmiyyətinə qarşı “pul” tələbinə dair mülki iş üzrə İddiaçı iddia ərizəsindən imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsindən imtinası qəbul edilsin. İddiaçı cavabdeh “Nərimanov-10” Mənzil Mülkiyyətçinin Müştərək Cəmiyyətinə qarşı “pul” tələbinə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3553/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3553/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver