Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3558/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Kərimli Elvin Şəkur oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili X3, Cavabdeh ARDNŞ-nin Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh ARDNŞ-nin Cavabdehnə qarşı “birdəfəlik sosial ödənişin gecikdirilməsinə görə faiz məbləğinin və 2016-2021-ci illər üzrə vaxtında ödənilməyən vəsaitin faizlərinə uyğun məbləğlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh ARDNŞ-nin Cavabdehnə qarşı “birdəfəlik sosial ödənişin gecikdirilməsinə görə faiz məbləğinin və 2016-2021-ci illər üzrə vaxtında ödənilməyən vəsaitin faizlərinə uyğun məbləğlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, peşə xəstəliyinə görə iş qabiliyyətinin 50% itirilməsi ilə əlaqədar təyin edilmiş 67045,86 birdəfəlik sosial ödənişinin gecikdirilməsinə görə hər gün üçün 1% olmaqla ümumilikdə ******* (67045.86 x 1% x 1727 gün) (15.05.2016-cı il tarixindən 11.02.2021-ci il tarixinə qədər) manat pul məbləğinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20.09.1975-ci ildən olmaqla uzunmüddətli iş stajına malikdir. Müharibə Veteranıdır, eyni zamanda Zəngilan rayonundan məcburi köçkündür. Məlum səbəblərdən 1993-cü ilin noyabr ayında ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. 13.10.1994-cü il tarixindən etibarən ARDNŞ-nin “Bayıl Limanı adına X9 İdarəsinə” (sonralar bu idarə ləğv edildi) Xəzər dənizində yerləşən “Günəşli” yatağının X10 Özüllərində buruq avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə qəbul olunmuşdur. 21 il fasiləsiz dənizdə (10 il çilingər peşəsində, 8 il buruq avadanlıqlarına xidmət üzrə mexanik və 3 il texniki təhlükəsizlik üzrə mühəndis vəzifələrində) çalışmışdır. Sağlamlığında yaranmış qüsurla əlaqədar olaraq öz təşəbbüsü ilə 28.10.2015-ci il tarixindən işdən azad olunmuşdur. Hal-hazırda peşə əmək qabiliyyətini 50 faiz itirməklə, 2ci qrup əlilidir. Peşə xəstəliyinə əmək müqaviləsi bağlamaqla ARDNŞ-nin “X8” (bundan sonra KQİ) trestində işlədiyi müddətdə tutulmuşdur. Qanunvericiliyə görə onun iş qabiliyyətinin itirilmə faizinin təyin edilməsi üçün KQİ tresti DTSERX-ya yazılı sorğu məktubu ilə müraciət etməli idi. 2016-cı ilin aprel ayından başlayaraq tərəfindən KQİ trestinin rəhbərliyinə sözügedən sorğunun verilməsi barəsində müraciətlərinə əsassız mülazihələrlə inkar cavabı almışdır. Yaranmış mübahisə ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət etmiş və məhkəmə 22.02.2019-cu il tarixli 2(005)-564/2019 saylı qətnaməsi ilə ərizəni təmin etmişdir. Qətnamənin icrası ilə əlaqədar olaraq KQİ trestinin baş mütəxəssisləri müşavirə edərək onun peşə xəstəliyinə tutulma ehtimalının olmasını qərar qəbul etmişlər və müəssisənin müdiri onu peşə xəstəliyindən əlil kımı qeydiyyata götürülməyinə dair əmr. Sözügedən sorğu məktubunu 11.12.2020- ci il tarixində KQİ tresti tərəfindən aidiyyəti üzrə ünvanlamışdır. 01.02.202l-ci il tarixində TSEK onu əyani müayinə edərək 05.05.2016-ci il tarixində sorğu məktubu olmadan təyin etmiş olduqları 50% iş qabiliyyətinin itirilmə dərəcəsini bərpa etmişdi. 11.02.2021-ci il tarixində "Paşa Həyat Sığorta” ASC iş qabiliyyətinin təyin edilmiş 50% itirilməsinə müvafiq birdəfəlik sosial ödənişini (bundan sonra BSÖ) ödəmişdir. 15.05.2016cı il tarixində ona ödənilməli olan 67045.86 manat BSÖ KQİ trestinin təqsirindən 11.02.2021 -ci il tarixinə kimi gecikdirilmişdir. Belə ki, uzun müddət KQİ tresti hüquqlarından sui istifadə edərək bilərəkdən illərlə onu əlil çəlikləri ilə daimi ağrılarla və ailə üzvlərinin fiziki köməkliyi ilə zülüm çəkərək (2016-cı ildən 2021-ci ilə kimi) getməli olmadığı idarələrə və məhkəmələrə gedərək maddi-mənəvi itkilərə məruz qalmağına məcbur etmişdir. Həmin illər müddətində mənəvi sarsıntılara məruz qalmaqla əlilliyinə səbəb olan və yanaşı xroniki xəstəlikləri çəkdiyi əzablara görə daha da ağırlaşmışdır. BSÖ-nur. ödənilməsinin gecikməsində birbaşa təqsirgah olan KQİ tresinin qanunvericilikdə məsuliyyət öhdəliyi vardır. Bununla əlaqədar 01.03.2021-ci il və 27.04.2021-ci il tarixlərdə KQİ trestinin rəhbərliyinə müraciət edərək, gecikdirilmiş günlərə uyğun olaraq hər gecikdirilmiş gün üçün ödənişin ödənilməsini xahiş etmişdir. Lakin müraciətlərinə müsbət cavab verilməmiş və ya ümumiyyətlə cavab verilməmişdir. Ona görə də, hesab edir ki, bu məsələ məhkəmə qaydasında öz həllini tapmalıdır. Gecikdirilməyə görə ödəncin hesablanması: iş qabiliyyətinin 50% itirilməsinə müvafiq Birdəfəlik Sosial Ödənişin məbləği 67045,86 manat təşkil edir, ödəncin ödənilməsinin iş üzrə cavabdehin təqsirindən gecikdirilən günlərin ümumi sayı 1727 gün (15.05.2016-cı il tarixindən 11.02.2021-cı il tarixinə qədər) təşkil edir. Birdəfəlik Sosial Ödənişinin ödənilməsinin gecikdirilməsinə görə qanunvericiliyə əsasən hesablanan məbləğ ******* manat təşkil edir. 26.07.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 məhkəməyə yazılı etiraz təqdim edərək etirazı onunla əsaslndırmışdır ki, iddiaçı düzgün olmayaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə istinad etmiş və ya həmin maddənin tələblərini təhrif etməyə çalışmışdır. Belə ki, həmin maddə ümumilikdə əməyin ödənilməsi formaları, qaydaları və əmək haqqından tutmaları müəyyən edir. İddiçıya ödənilən sosial müavinət əmək haqqı hesab edilə bilməz. Belə ki, həmin Məcəllənin 154cü maddəsi əmək haqqının anlayışını vermişdir: Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən 67054.86 manat məbləğində birdəfəlik sosial ödəniş Cavabdeh tərəfindən deyil, "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi ilə cavabdehdən hər hansı bir ödəncin tutularaq, iddiaçıya ödənilməsi ilə bağlı tələb tamamilə əsassızdır. Odur ki, iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahuş etmişdir Məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili X5 iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh ARDNŞ-nin Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək təqdim edilən etiraza uyöun izahat verərək bildirdi ki, iddiaçı düzgün olmayaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə istinad etmiş və ya həmin maddənin tələblərini təhrif etməyə çalışmışdır. Belə ki, həmin maddə ümumilikdə əməyin ödənilməsi formaları, qaydaları və əmək haqqından tutmaları müəyyən edir. İddiçıya ödənilən sosial müavinət əmək haqqı hesab edilə bilməz. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA ******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 05.05.2016-cı il tarixli qiymətləndirməyə əsasən müddətsiz ikinci qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 05.05.2016-ci il tarixli müayinə olunan şəxs barədə məlumatdan görünür ki, İddiaçı peşə xəstəliyi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlildir və 50% əmək qabiliyyətini itirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.02.2019-cu il tarixli, 2(005)- 564/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı peşə xəstəsi kimi qeydiyyata götürmək və iş qabiliyyətinin itmə faizinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sorğu məktubunun verilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks Qazma Trestinin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. 15.12.2020-ci il tarixli SOCAR Cavabdeh məktubundan görünür ki, Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin ünvanladığı məktubda Nərimanov Rayon Məhkəməsinin 2(005)-564/2019-004 nömrəli, 22.02.2019-cu il tarixli icra sənədində Babayev liman Abdul oğlu ilə bağlı trestin üzərinə qoyulmuş hər iki vəzifə (İ- Peşə xəstəsi kimi qeydiyyata götürmək, il- iş qabiliyyətinin itmə faizinin müəyyən edilməsi barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sorğunun verilməsi) icra olunması, Əməyin mühafizəsi üzrə müdir müavini N.Əhmədova tapşırılsın ki, İddiaçı peşə xəstəsi kimi qeydiyyata aınmasını və bu əmrdən irəli gələn digər məsələləri qanunvericiliyin tələbinə uyğun icra olunmasını təmin edilməsi və Trestin bu icraatla bağlı 11.12.2020-il tarixli SOCAR **********00040020A00225 saylı əmri qüvvədən düşmüş hesab olunması əmr edilmişdir. 01.12.2020-ci il tarixli, 1 saylı Protokoldan görünür ki, İddiaçı peşə xəstəliyi ilə əlaqədar “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin” “KQİ” trestinə ünvanladığı NQİ 527/1513 saylı 26.11.2020-ci il tarixli Xəbərdarlıq məktubundakı tələblər tam olaraq icra olunması qərara alınmışdır. İddiaçı SOCAR Cavabdeh müdiri E.Süleymanova ünvanladığı 01.03.2021-ci il tarixli ərizədən görünür ki, E.Süleymanovdan BSÖ-nün ödənilməsinin gecikdirilməsinə görə faiz məbləğlərinin mümkün qısa müddətdə ona ödənilməsini təmin etməsini xahiş etmişdir. KQİ trestinin müdirinin vəzifə səlahiyyətlərini müvəqqəti icra edən E.Süleymanovun İddiaçı 13.04.2021-ci il tarixli “Müraciətə baxılmasının nəticəsi barədə” məktubundan görünür ki, müraciət onlar tərəfindən araşdırılmaqda idir və araşdırma nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. İddiaçı SOCAR Cavabdeh müdiri E.Süleymanova ünvanladığı 27.04.2021-ci il tarixli ərizədən görünür ki, E.Süleymanovdan BSÖ-nün ödənilməsinin gecikdirilməsinə görə faiz məbləğlərinin mümkün qısa müddətdə ona ödənilməsini təmin etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarından görünür ki, birdəfəlik sığorta ödənişi növbəti formada hesablanmışdır: (Müqavilənin müvafiq əlavəsinə əsasən illik əmək haqqı fondu) 14592 * (Əmsal 3№-li cədvəldən yaşa uyğun) 9.1894 * (Peşə əmək qabiliyyətinin itirilmə faizi) 50%=67045.86 manat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.02.2021-ci il tarixli, 2(103)- 831/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-342/2020 saylı işi üzrə 10.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. 29.04.2011-ci il tarixli, № 0175-11 nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, "xxxx" ASC ilə “ARDNŞ-nin X8” Tresti arasında sığorta müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən sığortalının (“ARDNŞ-nin X8” Tresti) qanunvericiliklə müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və həmin müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında dənizdə və quruda X8 fəaliyyətinə cəlb edilmiş fiziki şəxlərin (sığorta olunanlar) həyatına və sağlamlığına istesalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı ("xxxx" ASC) qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. Bundan başqa müqavilənin 12.1-ci bəndinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı ona itirilmiş aylıq əmək haqqı əvəzində qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanan aylıq sığorta ödənişi verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri klinikasının xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı hər iki diz oynağının 3-cü dərəcəli qonartrozu diaqnozu qoyulmuşdur. İddiaçı SOCAR Cavabdeh müdiri İ.Şirəliyə ünvanladığı 29.04.2016-cı il tarixli ərizədən görünür ki, əmək qabiliyyətinin itirilmə faizinin təyin etmək üçün Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sorğu verməyini xahiş etmişdir. “Paşa Həyat”-ın 19.08.2021-ci il tarixli, PHS-**********1 saylı sorğuya cavabından görünür ki, baş vermiş sığorta hədisəsinə görə hesablanmış 67045,86 manat məbləğində birdəfəlik sığorta ödənişi şirkət tərəfindən İddiaçı bank hesabına köçürülmüşdür. **********200010 nömrəli sığorta aktından görünür ki, əmək qabiliyyətinin 50% itirilməsinə görə (hər iki diz oynağının 3-cü dərəcəli qonartozu, varus deformasiyası davamlı ağrılarla, hər iki diz oynağının kəskin hərəkət məhdudluğu-diaqnoz) 67045,86 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan ARDNŞ-nin Cavabdeh 28.10.2015-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı öz təşəbbüsü ilə 28.10.2015-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə cavabdeh təşkilat arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçı trestə işlədiyi müddətdə peşə xəstəliyinə tutulmuş və bu səbəbdən 2015-ci il tarixdə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı peşə xəstəliyinə görə sığorta ödənilməsi üçün 2016-cı ildən başlayaraq çalışsa da, ona həmin ödəniş 29.04.2016-ci il tarixdə ödənilmişdir. Ona görə də, iddiaçı sığorta ödənişin gecikmə səbəbini cavabdeh təşkilatın hərəkətsizliyində hesab etdiyindən, hazırli iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Sadalanan qanunvericiliyin tələbindən göründüyü kimi, gecikdirilmiş ödənişlər üçün faiz əmək haqqının ödənişlərinə aiddir. Əmək münasibətindən irəli gələn sığorta ödənişinin geçikdirilməsi ilə əlaqədar faizlər qanunvericikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ARDNŞ-nin Cavabdehnə qarşı “birdəfəlik sosial ödənişin gecikdirilməsinə görə faiz məbləğinin və 2016-2021-ci illər üzrə vaxtında ödənilməyən vəsaitin faizlərinə uyğun məbləğlərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3558/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3558/2021
25.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver