Məhkəmə qərarları › İş №2(005)-356/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-356/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-356/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1anov rayonu, Ağa Nemətulla küçəsi, ev 20b, 5 saylı mənzildən dair istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1anov rayonu, Ağa Nemətulla küçəsi, ev 20b, 5 saylı mənzilin İddiaçı adında və xüsusi mülkiyyətində olmasına dair AR DƏDRX tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh 10 ildir ki daim yaşamaq üçün İddiaçı məlum olmayan yuvana köçüb. Lakin cavabdeh iki azyaşlı övladları ilə bu günə kimi mənzildən qeydiyyatdan çıxmamışlar. Bu isə mülkiyyətçi kimi onun sahiblik, mənzildən maneəsiz istifadə hüquqlarını pozmaqla, onun üzərində sərəncam vermək hüququnu həyata keçirməyinə maneçilik törətməklə əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıdığından qeydiyyatdan çıxarılmalıdırlar. Hal-hazırda cavabdehin hansı ünvanda yaşaması barədə İddiaçı heç bir məlumat yoxdur. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbiniin təmin olunmasını xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə İddiaçı onun anasıdır. Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 20 b saylı evin mübahisəli olan 5 saylı mənzilində anası, bacısı Nümayəndə Vitorovna, özü və iki azyaşlı övladları qeydiyyatdadırlar. X7 anası İddiaçı ilə boşanandan sonra özünə məxsus Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 20 b saylı evin 4 saylı mənzilini Cavabdeh və bacısı Nümayəndə verərək köçüb getmişdir. Həmin mənzildə Cavabdeh, bacısı və anası yaşamış, lakin həmin vaxtlarda Cavabdeh azyaşlı olduğundan həmin mənzilə yalnız bacısı Nümayəndə qeydiyyata salınmışdır, Cavabdeh isə anası ilə birlikdə nənəsi X1 məxsus Bakı şəhəri, Heydər Əliyev prospekti 72 saylı evin 29 saylı mənzilində qeydiyyatda olmuşlar. Daha sonra, yaşadığı mənzilə (atası verən mənzil) bitişik olan, yəni Ağa Nemətulla küçəsi 20 b saylı evin 5 saylı mənzilini anası satın almış və Cavabdeh anası ilə birlikdə həmin mənzilə qeydiyyata düşməklə orada yaşamışlar. Daha sonra anası əsaslı təmir işləri apararaq iki mənzili birləşdirmiş və həmin mənzildə bacısı Nümayəndə ailəsi - uşaqları ilə Cavabdeh və anası ilə birlikdə yaşamışlar. Daha sonra Cavabdeh ailə qurmuş, rəsmi nikahdan iki övladı var və yaşadığı mənzil çox darısqal olduğundan məcburiyyət qarşısında qalaraq kirayə mənzildə yaşamışlar. Hesab edir ki, nikahın pozulmasından sonra atasının onlara verdiyi 4 saylı və sonradan ona birləşdirilmiş 5 saylı mənzilə Cavabdeh və övladlarının istifadə hüququ var və həmin istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilə bilər. İddia ərizəsini alandan sonra ona məlum olmuşdur ki, məhkəmədə iddia qaldırmaq anasının deyil bacısın fikridir. Anasının böyük övladı olduğuna görə anası onun sözündən çıxa bilməmişdir. Bu əsasla da anası məhkəmədə iddia qaldırmışdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirdi ki, o İddiaçı qonşusudur. Cavabdeh İddiaçı qızıdır və 10 ildir ki anasından ayrı yaşayır. Əvvəllər kirayə yaşasa da, hazırda mülkiyyətində mənzili var. Məhkəmə iclasına şahid qismində ifadə vermiş X2 bildirdi ki, o İddiaçı qonşusudur. Cavabdeh uzun müddətdir ki mübahisəli ünvanda deyil, ayrı mənzildə yaşayır. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları xx.xx.1991-ci il tarixli 035233 nömrəli orderin surətindən görünür ki, ünvan 1anov rayonu, Ağa Nemətulla küçəsi, ev 20b, 5 saylı mənzilə istifadə hüququ İddiaçı və X4 verilmişdir. Bakı Şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 146556 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1anov rayonu, Ağa Nemətulla küçəsi, ev 20b, 5 saylı mənzil İddiaçı tam paylı xüsusi mülkiyyəti kimi xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 1 saylı bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən məlum olur ki, İddiaçı ünvan 1anov rayonu, Ağa Nemətulla küçəsi, ev 20b, 5 saylı mənzilə dair qeydiyyat vəsiqəsini itirdiyi üçün yeni çıxarışın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1anov rayonu, Ağa Nemətulla küçəsi, ev 20b, 5 saylı mənzil tam payda İddiaçı mülkiyyətindədir. Bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.2013-cü il təvəllüdlü Məmmədov cavid Səfər oğlu, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh ünvan 1anov rayonu, Ağa Nemətulla küçəsi, ev 20b, 5 saylı mənzil ünvanında qeydiyyatdadırlar. “AZEMİS” elektron məhkəmə informasiya sistemində vətəndaşın əmlak məlumatlarından edilmiş çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində ünvan 2 ünvanında ümumi sahəsi 80,20 kv.m olan 2 otaqlı 5 saylı ev vardır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: xx.xx.1991-ci il tarixdə ünvan 1anov rayonu, Ağa Nemətulla küçəsi, ev 20b, 5 saylı mənzilə dair istifadə hüququ İddiaçı və Cavabdeh verilmişdir. Həmin mənzil İddiaçı tam paylı xüsusi mülkiyyəti kimi xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmış və ona bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı sonradan müvafiq dövlət orqanına ərizə ilə müraciət edərək, qeydiyyat vəsiqəsinin əslini itirdiyini bildirmiş və ona yeni çıxarış verilməsini xahiş etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ünvan 1anov rayonu, Ağa Nemətulla küçəsi, ev 20b, 5 saylı mənzilin tam payda İddiaçı mülkiyyətində olduğu və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeyd aparıldığı göstərilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, qızı Cavabdeh sözüdegən ünvanda yaşamadığını bildirmiş və onun həmin mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki işin materiallarından görünür ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ həmin mənzilə orderin verilməsi ilə eyni vaxtdan – yəni xx.xx.1991-ci il tarixdən yaranmışdır. Sonradan Cavabdeh könüllü olaraq sözügedən mənzili tərk etmişdir və həmin tarixdən etibarən mənzildə yaşamır. Cavabdehin “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan onun mülkiyyətinə evi olduğu müəyyən olunur. ünvan 1anov rayonu, Ağa Nemətulla küçəsi, ev 20b, 5 saylı mənzil isə 1991-ci il tarixdən İddiaçı mülkiyyətində olmuş, 2003-cü il tarixdə mənzilə tam payda mülkiyyət hüququ haqqında qeydiyyat vəsiqəsi, 2021-ci il tarixdə isə çıxarış almışdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin: 100-1-ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir; 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir; 147-ci maddəsinə əsasən pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 118.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır; 124-cü maddəsinə əsasən xüsusi mülkiyyətində yaşayış evi olan vətəndaş bu evi və ya evin bir hissəsini başqa vətəndaşa icarəyə vermək ixtiyarına malikdir. xx.xx.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin: 228.5-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenumunun Qərarında qeyd edilir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. - Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə cavabdehin iddia ərizəsinə yazılı etirazı ilə bağlı qeyd edir ki, cavabdeh atasının ölümündən sonra Ağa Neymətulla küçəsi, 20b saylı evin 4 saylı mənzilinin qalmasını, sonradan iddiaçı tərəfdən həmin ünvanda yerləşən 5 saylı mənzilin alınması və mənzillərin birləşdirilməsi göstərilsə də, etiraz ərizəsinin dəlilləri ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan qanunvericilik aktlarının təhlilindən aydın olur ki, cavabdehin ünvan 1anov rayonu, Ağa Nemətulla küçəsi, ev 20b, 5 saylı mənzildən istifadə hüququ yaranmış olsa da, hazırda faktiki olaraq orada uzun müddətdir yaşamadığı üçün; həmçinin mənzil İddiaçı xüsusi mülkiyyətinə keçməsi və tərəflər arasında mənzildən istifadə hüququnu nəzərdə tutuan razılığın olmaması əsası ilə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından aydın olduğu kimi, yaşayış sahəsi mülkiyyətçisinin ali üzvü həmin yaşayış sahəsinə qalmadıqda və digər ünvanda daimi yaşadıqda yaşayış sahəsindən istifadəyə kompensassiya verilmədən xitam verilə bilər. Belə ki cavabdeh 10 ilə yaxın müddət ərizdən mübahisəli mənzildə yaşamamışdır. Cavabdehin mülkiyyətində evi mövcuddur, mübahisəli mənzili özü könüllü tərk edərək, daimi başqa ünvanda yaşayır. Belə olan halda məhkəmə cavabdehə kompensassiya verilmədən onun mənzildən istifadə hüququna xitam verilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, cavabdehlər hazırki qanunvericiliyə görə sözügedən mənzilə istifadə hüquqları saxlanmamalıdır, çünki mənzilə formal olaraq qeydiyyatda qalmışdır. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddianın hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı tələbini Cavabdeh onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə yə sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. İddiaçının məqsədi cavabdehin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafıq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxslərə və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh İddiaçı məxsus ünvan 1anov rayonu, Ağa Nemətulla küçəsi, ev 20b, 5 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar