Məhkəmə qərarları › İş №2(005)-3565/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3565/2022

04.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3565/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1987-ci il tarixində, Ermənistan SSK, Spitak rayonunun, Şenavan kəndində doğulması haqqında akt qeydinin bərpa edilməsi və vətəndaşlıq vəziyyəti haqqında müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1987-ci il tarixdə Ermənistan SSR, Spitak rayonunun, Şenavan kəndində doğulmuşdur. Ərizəçi 1988-ci ildə məlum hadisələrdən sonra ailəsi ilə birlikdə, yəni atası X11 və anası Şabanova (əvvəlki soyadı Məsimova) Qüdrət Əhməd qızı ilə Ermənistandan Azərbaycana köçmüş və Bakı şəhərində məskunlaşmışlar. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Atasına məxsus olan əmlakın ona bağışlanmasını təmin etmək üçün ərizəçinin doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin ərizəçinin doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. Doğum haqqında akt qeydinin bərpa olunması barədə ərizə ilə AR Ədliyyə Nazirliyi Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, AR Ədliyyə Nazirliyi Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 111 saylı cavab məktubu ilə doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunur. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X11 vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, ötən dövrdə doğum haqqında akt qeydinin bərpasına hər hansı zərurət olmamışdır. Lakin hazırda yaranmış bir sıra hüquqi məsələlərin həll üçün onun doğum haqqında akt qeydinin bərpa edilməsinə zərurət yaranmışdır. Göstərilənlərin nəzərə alınmasını və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X9 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qızıdır, ərizəçinin nümayəndəsi isə əridir. Qızı Ermənistanda anadan olmuşdur. Məlum hadisələrlə bağlı 1988-ci il tarixdə onlar qaçqın düşmüşlər və ərizəçiyə məxsus doğum haqqında şəhadətnaməni özü ilə gətirməmişdir. Həmin vaxtdan da şəhadətnaməsi yoxdur. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X5, X12 ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə bacı-qardaşdılar. Ərizəçi 1987-ci il tarixində Ermənistanda doğulmuşdur. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, maraqlı şəxsin məsələyə münasibətini nəzərə alıb, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə doğulmuşdur. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 223784 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – X11, anası – X7r; Vİ-SL nömrəli, xx.xx.1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1987-ci il tarixdə Ermənistan SSR, Spitak rayonu, Şenavan kəndində doğulmuş Ərizəçi atası X11, anası X8r; Bakı şəhəri Nərimanov rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 067006 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X12 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – X11, anası – X7r; xx.xx.1986-cı il tarixdə verilmiş İİİ-SL seriyalı, 270600 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X11 ilə X10 arasında xx.xx.1986-cı il tarixdə bağlanmış nikah 11 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şabanov, arvada Şabanova soyadı verilmişdir; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 111 nömrəli məktubunun surətinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. xx.xx.2022-ci il tarixli qəbzə əsasən X11 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Ermənistanın Spitak rayonunda doğulmuşdur. Ərizəçi hazırda ünvan 3 ünvanında qeydiyyatdadır və bu ünvanda yaşayır. Doğum haqqında şəhadətnaməsini itirmişdir. Şəxsiyət vəsiqəsinə əsasən atasının adı Əlirzadır. Ərizəçi atası X11, anası X9 qızıdır. Doğum akt qeydinin bərpa edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə sənədləşdirilmə və bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1987-ci il tarixdə Ermənistanın Spitak rayonunda anadan olması, atasının atası X1, anası X9 olması faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq, ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbsəinə həvalə edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir.. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Milliyyətcə azərbaycanlı olan Ərizəçi xx.xx.1987-ci il tarixdə Ermənistan, Spitak rayonunda doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında xx.xx.1987-ci il, doğum yeri qrafasında Ermənistan, Spitak rayonu, atası qrafasında (milliyyətcə azərbaycanlı olan) X11, anası qrafasında (milliyyətcə azərbaycanlı olan) X2 göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizəçi yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar