Məhkəmə qərarları › İş №2(005)-3572/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3572/2021

26.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3572/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X6 Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 doğum akt qeydinin bərpa edilməsi və vətəndaşlıq vəziyyəti haqqında müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1969-ci il tarixdə Ermənistan SSR, Kalinno rayonunun, Qızıldaş kəndində doğulmuşdur. O, 1988-ci ildə məlum hadisələrdən sonra Ermənistandan Azərbaycana köçmüş və ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Hazırda ünvan 1 ünvanında yerləşən 36 saylı mənzildə pasport qeydiyyatındadır. Anasına məxsus olan əmlakın ona bağışlanmasını təmin etmək üçün onun doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin, doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Doğum haqqında akt qeydinin bərpa olunması barədə ərizə ilə AR Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmişdir. AR Ədliyyə Nazirliyi Maraqlı şəxs 22.06.2021-ci il tarixli cavab məktubu ilə doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müracət etməyi tövsiyə olunur. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında ərizəçi X6 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə 15 iyul 2021-ci il tarixli məktubla müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin nümayəndəsinin izahatını və dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs 22.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müracət etməyi tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 29 iyun 2021-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, X6 xx xxxxxxxx 1969cu il tarixində Ermənistan SSR, Kalinno rayonunda doğulmuşdur.22 iyun 2021-ci il tarixdən ünvan 2 ünvanında yerləşən 36 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx xxxxxxxx 1969-cu il tarixində Ermənistan SSR-də doğulmuşdur. İş materiallarında olan AZE 16195247 seriya və nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 30 noyabr 1976-cı il tarixində Ermənistan SSR, Kalinno rayonunda doğulmuşdur. İş materiallarında olan AA1921585 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 10 dekabr 1942-ci il tarixində Ermənistan SSR-də doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 30 noyabr 1976-cı il tarixində Ermənistan SSR, Kalinno rayonunda doğulmuşdur. X1, anası X2r. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X3 xx xxxxxxxx 1969-cu il tarixində Ermənistan SSR, Kalinno rayonunda doğulması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx xxxxxxxx 1969-cu il tarixində Ermənistan SSR, Kalinno rayonunda doğum akt qeydi bərpa edilsin. Bu barədə doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar