Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3573/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Bakı şəhəri, Nərimanov rayonu, R.Məmmədov, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, evin 6-cı mərtəbəsi, ümumi sahəsi 93.75 kv.m olan izolə olunmuş, 2 otaqdan ibarət 203 saylı mənzilinə onun sahiblik və istifadə hüququnun tanınması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Sipark yaşayış kompleksi Cavabdeh MMC-nin təsisçisi X1 iştirakı ilə İddiaçı və X3 arasındakı şifahi razılaşmaya əsasən İddiaçı tərəfində ona dəyəri 230000 (iki yüz otuz min) dollar olan “Mercedes-Benz” “G-500” (Galendwagen) markalı avtomobil təqdim etməli, qarşılığında isə ona Sipark yaşayış kompleksi Cavabdeh MMC-də 2 mənzil sahəsi verilməli idi.Cavabdeh MMC-nin direktoru X4 və iddiaçı arasında Bakı şəhəri, Bakı şəhəri, Nərimanov rayonu, R.Məmmədov, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, evin 6-cı mərtəbəsi, ümumi sahəsi 93.75 kv.m olan izolə olunmuş, 2 otaqdan ibarət 203 saylı mənzilin tikintisini podratçıya yəni Cavabdeh MMC-yə həvalə edilmiş, bu barədə xx.xx.2019-cu il tarixində müqavilə bağlanmışdır və həmin tarixli maliyyə arayışdan görünür ki, mənzilin tam dəyəri üzrə İddiaçı borcu yoxdur.Eyni qayda ilə digər mənzil sahəsi də ona təqdim edilmiş, lakin sonradan həmin müqavilə X5 tərəfindən ondan alınaraq digər binadan mənzil sahəsi veriləcəyi vəd olunmuşdur.Lakin bugünəqədər həmin müavilə nə geri qaytarılmış, nə də yeni mənzil sahəsi verilmişdir.Alınan məlumatlara əsasən həmin mənzil sahəsi başqa şəxslərə də satılmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, R.Məmmədov, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, evin 6-cı mərtəbəsi, ümumi sahəsi 93.75 kv.m olan izolə olunmuş, 2 otaqdan ibarət 203 saylı mənzili satacağı şəxslə bielikdə qeydiyyat məsələlərini həll etmək üçün Cavabdeh MMC-nin ofisinə yaxınlaşmış, lakin şirkətin rəsmisi heç bir əsas olmadan qeydiyyat aparılmasının mümkün olmayacağını bildirmişdir.Məsələ ilə bağlı təsisçi X2 dəfələrlə müraciət edilməsinə baxmayaraq, onları qəbul etməkdən boyun qaçırmışdır.Bununla bağlı səlahiyyətli orqanlara müraciət edilmiş, AR Cinayət Məcəlləsinin 178.3.2 və 309.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini, barələrində qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi bildirilsə də, heç bir müsbət cavab tədbiri görülməmişdir.Bu isə onun hüquqlarını pozur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasında nümayənəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli 139A saylı müqavilənin surətindən görünür olunur ki, Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, R.Məmmədov, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, evin 6-cı mərtəbəsi, ümumi sahəsi 93.75 kv.m olan izolə olunmuş, 2 otaqdan ibarət 203 saylı mənzili payçı İddiaçı verməyi öhdəsinə götürmüşdür. İşdə olan 23 yanvar 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, R.Məmmədov, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, evin 6-cı mərtəbəsi, ümumi sahəsi 93.75 kv.m olan izolə olunmuş, 2 otaqdan ibarət 203 saylı mənzilin tam dəyəri üzrə İddiaçı Cavabdeh MMC-yə borcu yoxdur. İşdə olan xx.xx.2022-ci il tarixli №945577048 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı 100 (bir yüz) manat məbləğində dövlət rüsumunu ödəmişdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, R.Məmmədov, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, evin 6-cı mərtəbəsi, ümumi sahəsi 93.75 kv.m olan izolə olunmuş, 2 otaqdan ibarət 203 saylı mənzilə dair iddiaçı ilə xx.xx.2019-cu il tarixli 139A saylı müqavilə bağlanmış və eyni tarixli maliyyə arayışı verilmişdir. (həmin sənədlərin əsli məhkəmədə təqdim olunmamışdır) Digər tərəfdən mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, R.Məmmədov, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, evin 6-cı mərtəbəsi, ümumi sahəsi 93.75 kv.m olan izolə olunmuş, 2 otaqdan ibarət 203 saylı mənzilin hazırkı vəziyyətdə Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilmədiyi müəyyən edilmişdir. İddiaçı ərizəsində Cavabdeh MMC tərəfindən mənzilin başqa şəxslərə satılmasını, cavabdehin məsul şəxsləri tərəfindən sənədlərin ondan alınmasını qeyd etsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəf iddiayə dair hər hansı münasibət bildirməmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı müqavilə öhdəliklərinin cavabdeh tərəfindən icra edilməsini deyil, həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 178.8-ci maddəsinə müvafiq olaraq, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericilik dövlət reyestrində qeydə alınmamış tikiliyə istifadə hüququnun tanınmasını nəzərdə tutmadığı və belə bir yanaşma mülki qanunvericiliyin daşınmaz əmlaka hüquqların yaranmasını tənzimləyən normalarına zidd olduğu halda, mübahisəsi gedən əmlaka iddiaçının istifadə və sahiblik hüququnun tanına bilməz. Digər tərəfdən, iddiaçının mənzillə bağlı olan sənədləri kserosurətdir, halbuki Azərbaycan Respublikası MPM-nin 89.3-ci maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli mənzili inşa edən hüquqi şəxslə iddiaçı arasında müqavilənin olması, onun kooperativ üzvü kimi qəbul edilməsi müəyyən edilmədiyi halda, mənzilə dair istifadə və sahiblik hüququnun tanınması tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı – Bakı şəhəri, Nərimanov rayonu, R.Məmmədov, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, evin 6-cı mərtəbəsi, ümumi sahəsi 93.75 kv.m olan izolə olunmuş, 2 otaqdan ibarət 203 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınmasına dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3573/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3573/2022
01.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver