Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3575/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 1 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 17 avqust 1985-ci ildə Ermənistan Respublikasının Sepanavan rayonunda anadan olmağı barədə yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında X10, ana qrafasında X4 göstərilməsi və doğum haqqında şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 SAYLİ Bakı “ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 17 avqust 1985-ci ildə Ermənistan Respublikasının Sepanavan rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnaməni təxminən 2 ay əvvəl naməlum şəraitdə itirmişdi. Doğum haqqında şəhadətnamənin tapılması üçün 25 iyul 2022-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinə yazılı ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin 29 iyul 2022-ci il tarixli 039-11933A-3122 saylı cavab məktubunda ona məxsus olan doğum haqqında şəhadətnaməmin tapılması barədə Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmadığı göstərilmişdir. Eyni vaxtda doğum haqqında akt qeydinin bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 SAYLİ Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 01 avqust 2022-ci il tarixli 05/Q- 744/15 saylı cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən, hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyəti üzrə Məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Məhkəmə iclasında şahid X10 ifadə verərək bildirdi ki, Ərizəçi onun oğludur. xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikasında doğulmuşdur. X1 Qəzənfər Vəli oğlunun anasıdır. Ərizəçi doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. Belə ki, iş materiallarında olan; AA******* nömrəli, FİN identifikasiya nömrəsi xxxxxxx olan şəxsiyyət vəsiqəsindən Ərizəçi xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikasında doğulduğu görünür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixində Ermənistan, Stepanavan rayonunda doğulmuşdur. xx.xx.2013-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 01 avqust 2022-ci il tarixli 05/Q- 744/15 saylı cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən, hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyəti üzrə Məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı Şəhəri Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş, xx.xx.2006-cı il tarixli, AZ-1 184511 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə ölmüşdür. AZE 08571352 nömrəli şəxsiyyət vəsiqəsindən X7 xx.xx.1960-cı il tarixdə Ermənistan, Spitak rayonunda doğulduğu görünür. Nərimanov Rayon Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 031453 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi M.Arif küçəsi 27 saylı evin 122 saylı mənzilində pasport qeydiyyatındadır. X2 xx.xx.2005-ci il tarixdə ölüb və öləndən sonra Ərizəçi, X11, X10, X6 qeydiyyatdadırlar və onlardan başqa heç kim qeydiyyatda deyil. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki iş materiallarından və şahid ifadəsindən müəyyən olunur ki, Ərizəçi doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Doğum haqqında şəhadətnamənin tapılması üçün 25 iyul 2022-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinə yazılı ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin 29 iyul 2022-ci il tarixli 039-11933A- 3122 saylı cavab məktubunda ona məxsus olan doğum haqqında şəhadətnaməmin tapılması barədə Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmadığı göstərilmişdir. Daha sonra doğum haqqında akt qeydinin bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 SAYLİ Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 01 avqust 2022-ci il tarixli 05/Q- 744/15 saylı cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən, hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyəti üzrə Məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Belə olan halda Ərizəçi doğum akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, vətəndaşın xx.xx.2020-ci il tarixli şəxsiyyət vəsiqəsindən və yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan Ərizəçi xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikasında doğulduğu öz təsdiqini tapır. Mülki iş materiallarında olan arayışlardan Ərizəçi ilə eyni ünvanda X7 qeydiyyatda olduğu, ölüm haqqında şəhadətnamədən və qəbirüstü abidədən isə X3 xx.xx.2005-ci il tarixdə öldüyü müəyyən olunur. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx.xx.1985-ci il tarixində Ermənistan Respublikasının Sepanavan rayonunda doğulması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Ermənistan Respublikasının Sepanavan rayonunda xx.xx.1985-ci ildə doğulması barədə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında X10 və ana qrafasında X4 qeyd edilsin. Bu barədə doğum haqqında şəhadətnamənin verilməsi 1 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3575/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3575/2022
03.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver