Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3613/2023 01.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında akt qeydlərində düzəliş edilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında akt qeydlərində düzəliş edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında anasının soyadının “Ştamp” əvəzinə “Ştamm” qeyd edilməsi, anasının adının “Roza” əvəzinə “Rozaliya” qeyd edilməsi, onun soyadının qrafasında “Rojeviç” əvəzinə “Ştamm” qeyd edilməsi, anasının milli mənsubiyyətinin “rus” əvəzinə “alman” qeyd olunaraq hüquqi əhəmiyyətli olan faktın təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarının 9.1 bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6.2.-ci bəndinə əsasən, 9.1-ci bəndin redaksiyasından “(vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli)” sözləri çıxarılsın və ikinci halda “imtina olunması” sözlərindən sonra“, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi” sözləri əlavə edilsin. Göründüyü kimi, Ərizəçi ərizəsinə xüsusi icraat qaydasında baxıla bilməz. Çünki Ərizəçi ərizə ilə akt qeydlərinin dəyişdirilməsi (düzəliş edilməsi ) üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və milliyyətindəki ziddiyyətin aradan qaldırılması ilə bağlı müvafiq akt qeydlərinə düzəliş edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu ilə ərizəçinin doğum haqqında şəhadətnaməsindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsinin mümkün olmaması səbəbindən məhkəməyə müraciət etməsi bildirilmişdir. Yuxarıda bəhs edilən Plenum Qərarından göründüyü kimi, ərizəçi inzibati orqanın imtina məktubunu inzibati məhkəmədə mübahisələndirməli olduğu halda, bunu etmədən ümumi məhkəməyə müraciət etmiş və vətəndaşlıq vəziyyəti akt qeydlərində anasının ad və soyadında müvafiq dəyişikliklər edilməklə, o cümlədən miliyyətinin "rus”dan “alman”a dəyişdirilməklə düzəliş edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 153.3-cü madəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğum haqqında akt qeydlərində düzəliş edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ona izah olunmalıdır ki, ərizəçi doğum haqqında akt qeydlərində müvafiq dəyişiklik və ya düzəlişin edilməsi üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Ona görə də ərizəçi doğum haqqında akt qeydlərində müvafiq dəyişiklik və ya düzəlişin edilməsi üçün ilə bağlı halı ilk öncə inzibati orqanda mübahisələndirə, inzibati orqanın hərəkətindən (və ya hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə müvafiq icra hakimiyyəti orqanının hərəkətindən (və ya hərəkətsizliyindən) aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğum haqqında akt qeydlərində düzəliş edilməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməli, eyni zamanda ərizəçiyə müvafiq ərizə ilə aidiyyəti üzrə inzibati orqana, həmin orqandan narazı qaldığı təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında akt qeydlərində düzəliş edilməsi tələbinə dair ərizənin qəbul edilməsindən imtina edilsin. Ərizə, ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3613/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3613/2023
01.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver