Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3618/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Su qızdırıcı X5 üçün 87 (səksən yeddi) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə, 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV, Plitə, Aspirator Paltary uyan, Soyuducu üçün 1871 (min səkkiz yüz yetmiş bir) manat ödənilməmiş hissə, 567 (beş yüz altmış yeddi) manat dəbbə, ümumilikdə 2550 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, 25.08.2019-cu il tarixli müqavilə üzrə hoffman led, plitə hoffman, apsirator hoffman paltaryuyan hoffman, soyuducu hoffman üçün 1859 (min səkkiz yüz əlli doqquz) manat ödənilməmiş hissə, 30 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 06.09.2019-cu il və 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Su qızdırıcı X5, HOFFMANN LED TV, Plitə, Aspirator Paltaryuyan, Soyuducu almış və nəticədə 2550 (iki min beş yüz əlli) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməıi 336 (üç yüz otuz altı) manat (12 ay x 28 manat + 0 manat ilkin ödəniş) olan Su qızdırıcı X5 üçün ümumilikdə, 112 (yüz on iki) manat olmaqla ondan, 87 (səksən yeddi) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3122 (üç min yüz iyirmi iki) manat (18 ay x 172 manat + 26 manat ilkin ödəniş) olan HOFFMANN LED TV, Plitə, Aspirator Paltary uyan, Soyuducu üçün ümumilikdə, 2438 (iki min dörd yüz otuz səkkiz) manat olmaqla ondan, 1871 (min səkkiz yüz yetmiş bir) manat ödənilməmiş hissə, 567 (beş yüz altmış yeddi) manat dəbbə; Cavabdeh 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, yeni qizil zemaneti və hoffmann Aspiratoru 12.09.2019-cu il tarixinə qədər istifadə etdikdən sonra məhsul 206 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1500 manat təşkil edir. Məhkəmə baxışı iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 00867581 nömrəli 25.08.2019-cu il tarixli müqaviləsindən məlum olur ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: HOFFMANN LED TV, Plitə, Aspirator Paltary uyan, Soyuducu İş materiallarında olan 00891886 nömrəli 06.09.2019-cu il tarixli müqaviləsindən məlum olur ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Su qızdırıcı X5. İş materiallarında olan 25.08.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00867581 Müqaviləyə əsasən HOFFMANN LED TV, Plitə, Aspirator Paltary yuyan, və soyuducunu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 06.09.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00891886 nömrəli Müqaviləyə əsasən X5 markalı su qızdırıcını tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan, 25.08.2019-cu il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25.08.201-ci il tarixli müqavilə üzrə borc məbləğini 18 ay müddətinə aylıq 172 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, 25.08.2019-cu il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25.08.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 12 ay müddətinə aylıq 336 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.08.2019-cu il tarixli əlavədən görünür ki, bu əlavə 28.08.2019-cu il tarixli, 00867581 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 3,122 manat təşkil edir. İş materiallarında olan 06.09.2019-cu il tarixli əlavədən görünür ki, bu əlavə 06.09.2019-cu il tarixli, 00891886 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 336 manat təşkil edir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 06.09.2019-cu il tarixli, 00891886 saylı müqavilə üzrə 87 manat ödənilməmiş əsas və 25 manat cərimə borcu ümumilidə 112 manat, 28.08.2019-cu il tarixli 00867581saylı müqaviləyə əsasən cavabdehin 1871 manat ödənilməmiş əsas və 567 manat cərimə borcu ümumilikdə 2438manat, cəmi 2550 manat borcu yaranmışdır. İş materiallarında olan 28.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə 06.09.2019-cu il və 25.08.2019-cu il tarixli müqavilələr üzrə öz öhdəliyini yerinə yetirməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 25.08.2019-cu il tarixli müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, 25.08.2019-cu il tarixli müqaviləyə əsasən 1859 (min səkkiz yüz əlli doqquz) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 25.08.2019-cu il tarixli müqaviləyə əsasən 1859 (min səkkiz yüz əlli doqquz) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 25.08.2019-cu il tarixli müqaviləyə əsasən 1859 (min səkkiz yüz əlli doqquz) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3618/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3618/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver