Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3627/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin satışından qalan pul vəsaitinin və gecikmə faizinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomobilin satışından qalan pul vəsaitinin və gecikmə faizinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomaşının satılmasından borclu qaldığı 32.300 (otuz iki min üç yüz) manat məbləğiində pul vəsaiti, bir il altı ay ərzində gecikdirdiyinə görə 2.422 (iki min dörd yüz iyirmi iki) manat gecikmə faizi olmaqla, cəmi 34.722 (otuz dörd min yeddi yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xeyli müddətdir tanıdığı Cavabdeh iddiaçı şəxsin oğlu X1 adına rəsmiləşdirdiyi “X8” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşını “turbo.az” internet səhifəsində satışa qoyulduğunu görüb, həmin avtomaşına onun müştərisi olduğunu bildirmişdir. Aralarında olan söhbət zamanı Cavabdeh avtomobili 24.000 (iyirmi dörd min) ABŞ dolları qiymətinə satacağını bildirmişdir. Cavabdeh isə avtomobili Bakı şəhəri, Ziya Bünyadov küçəsində yerləşən “057” adlı avtosalona gətirtməyi xahiş etmişdir ki, orada avtomobilə yaxından baxa bilsin. Avtomobil onun tapşırığı ilə oğlu X3 avtomobili həmin avtosalona aparmış, orada avtomaşına baxıldıqdan sonra salona yerləşdirilmişdir. Təxminən iki gün sonra Cavabdeh zəng edərək, Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşmüş, avtomobili almaq istəyən müştəridən 5.000 (beş min) ABŞ dolları məbləğində beh aldığını bildirmişdir. Beh kimi təqdim etdiyi 5.000 (beş min) ABŞ dolları məbləğində pulu ondan qəbul edərkən, Cavabdeh bildirmişdir ki, avtomaşının qalan 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində pulunu həmin günün səhəri avtomaşının satışını lizinqlə rəsmiləşdirərək, ona verəcəkdir. Bundan sonra o, Cavabdeh inanaraq, oğlu X2 avtomaşının satışı ilə bağlı etibarnamə verməsini tapşırmışdır. Elə həmin gün etibarnamə Cavabdeh dediyi Ruslan adlı şəxsin adına verilmişdir. Həmin günün səhəri o Cavabdeh zəng edib maşının qalan pulunu, yəni 19.000 (on doqquz min) ABŞ dolları məbləğində pul vəsaitini istəyəndə Cavabdeh ona dedi ki, pulu lizinqdən götürə bilməmişdir. Cavabdeh sonrakı on gün ərzində hər dəfə zəng edəndə bildirmişdir ki, hələ avtomaşını lizinqə sala bilməmişdir. Ona görə də özü araşdırıb müəyyən etdi ki, Cavabdeh onu aldadır, əslində avtomaşınını lizinqə salaraq satmışdır və ona pulu əlində saxlayıb qazanc götürməklə məşğuldur. Bundan sonra Cavabdeh ilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Keşlə bazarı” ərazisində görüşmüş və pulu ondan istəyəndə sonuncu bildirmişdir ki, avtomaşının 19.000 (on doqquz min) ABŞ dolları məbləğində qalan pulunu tezliklə qaytaracaqdır. Bu barədə Cavabdeh ona xx xxxxxx 2019-cu il tarixdə yazılı iltizam da vermişdir ki, ona məxsus olan “X8” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşın üçün 5.000 (beş min) ABŞ dolları məbləğində beh verib ondan götürmüş, avtomobili satıb qalan məbləğini özündə saxlamışdır. Həmin maşının pulunun qalan 19.000 (on doqquz min) ABŞ dolları məbləğində hissəsini 2019-cu ilin avqust ayının sonuna kimi qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra da, Cavabdeh pul vəsaitini qaytarmamaq üçün telefon zənglərinə cavab verməmiş, cavab verəndə də bidirmişdir ki, tezliklə maşının qalan pulunu qaytaracaqdır. Vəziyyətin belə şəkil almasını görüb o, 2019-cu ilin sonlarında ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Polis tərəfindən uzun müddətli araşdırma aparılaraq, xx xxxxx 2020-ci il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş, ona isə mülki qaydada məhkəməyə müraciət edilməsinə dair cavab verilmişdir. Odur ki, o Cavabdeh ona məxsus “X8” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşının satılmasından qalan 32.300 (otuz iki min üç yüz) manat (məzənnə ilə 19.000 (on doqquz min) ABŞ dolları) məbləğində hissəsini ona qaytarmasını tələb edir. Cavabdeh ona borclu olduğu 32.300 (otuz iki min üç yüz) ABŞ dolları məbləğində pulu bir il altı ay ərzində gecikdirmişdir. Borc məbləğinin illik 5% isə 1.615 (bir min altı yüz on beş) manat, altı ay ərzində gecikməyə görə isə 5% hissəsi 807 (səkkiz yüz yeddi) manat məbləğində olmaqla, cəmi 2.422 (iki min dörd yüz iyirmi iki) manat məbləğində təşkil edir. Odur ki, Cavabdeh ona 2.422 (iki min dörd yüz iyirmi iki) manat məbləğində pul vəsaiti də ödəməyə borcludur. Beləliklə, Cavabdeh ona məxsus “X8” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşının satılmasından ona borclu qaldığı 19.000 (on doqquz min) ABŞ dolları (manata olan məsənnə ilə 32.300 (otuz iki min üç yüz) manat) məbləğində pul vəsaiti, illik 5% olmaqla bir il altı ay ərzində gecikdirdiyinə 2.422 (iki min dörd yüz iyirmi iki) manat məbləğində gecikmə faizi olmaqla, cəmi 34.722 (otuz dörd min yeddi yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarması üçün kifayət qədər əsasları vardır. Məhkəmə iclasında İddiaçı ogu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx xxxxxx 2019-cü il tarixli öz imzası ilə məzmununu təsdiqlədiyi Cavabdeh tərəfindən yazılmış əlyazmanın surətindən və məzmunundan görünür ki, o, yəni Cavabdeh İddiaçı məxsus olan “X8” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşın üçün 5.000 (beş min) ABŞ dolları məbləğində beh verib ondan götürmüş, avtomobili satıb qalan məbləğini özündə saxlamışdır. Həmin maşının pulunun qalan 19.000 (on doqquz min) ABŞ dolları məbləğində hissəsini 2019-cu ilin avqust ayının sonuna kimi qaytarmağı öhdəsinə götürmüşdür; Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X4 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarının surətindən və məzmunundan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti İddiaçı göndərilməklə qəbul edilən qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 212.3-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək hüququnun olması izah edilmiş, İddiaçı Cavabdeh ilə aralarında yaranan mülki münasibətlərdən irəli gələn öhdəliklər ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddələrinin tələblərinə uyğun olaraq iddia ərizəsi ilə mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur; Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxxxx 1980-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ona məxsus olan “X8” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində satmağı öz öhdəsinə götürmüş, avtomobili başqa şəxsə satmış, 5.000 (beş min) ABŞ dolları məbləğində olan hissəsini vermiş, qalan 19.000 (on doqquz min) ABŞ dolları məbləğində pul vəsaitini isə qaytarmamışdır. Bu barədə Cavabdeh ərizə yazaraq da həmin borc üzrə öhdəliyini etiraf etmişdir. Həmçinin, qeyd edilən məbləğ Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X4 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarının məzmununda da öz hüquqi təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi 32.300 (otuz iki min üç yüz) manat məbləğində pul vəsaitinin qaytarılması hissəsində təmin olunmalı və Cavabdeh İddiaçı xeyrinə 32.300 (otuz iki min üç yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddia tələbinin “cavabdeh şəxsin borclu olduğu pul vəsaitini gecikdirdiyinə görə 2.422 (iki min dörd yüz iyirmi iki) manat məbləğində faiz borcunun” tutulması hissəsi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsinin borc məbləğinin tutulması hissəsi əsaslıdır, iddiaçı iddiasının həmin hissəsini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını nəinki məhkəməyə təqdim etməmiş, həmçinin təyin edilmiş məhkəmə iclaslarında belə iştirak etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 32.300 (otuz iki min üç yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, qalan hissədə iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 32.300 (otuz iki min üç yüz) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3627/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3627/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver