Məhkəmə qərarları › İş №2(005)-363/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-363/2024

24.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-363/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.2002-ci il doğum tarixli Cavabdeh1, xx.xx.2000-ci il doğum tarixli Cavabdeh3, xx.xx.1980-cı il doğum tarixli Cavabdeh2 ünvan 1 ünvanında olan fərdi yaşayış evindən məcburi çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X14, Cavabdeh2 ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 2B, 32 nömrəli mənzil ünvanında qeydiyyatda olmalarına baxmayaraq, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2anov rayonu, Oktay Kərimov küçəsi, ev 68C ünvanında yerləşən fərdi yaşayış evini zəbt edərək, orada yaşayırlar. Sözegedən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Bir neçə dəfə şifahi xəbardarlıqlar edilməsinə baxmayaraq, evi tərk etmiyərək, bununla bağlı məhkəməyə müraciət edilməsinin, vacib olduğunu bildirmişlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericliklə iddiaçıya verilmiş, mülkiyyət hüququ cavabdehlər tərəfindən kobudcasına pozulur. Daha sonra iddiaçı iddia ərizəsini dəqiqləşdirərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, 2B saylı evin 32 nömrəli mənzilinə qeydiyyatı və yaşayış hüququ olduğundan onların iddiaçıya məxsus ünvan 1 saylı mənzildən məcburi çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi . Məhkəmə hazırlıq və baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə, o cümlədən SMS-bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəf iclaslarda iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - 26 may 2015-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, "xxxx" ASC adından X10 tərəfindən ünvan 1 saylı mənzili Cavabdeh2 satmışdır. - AR Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam payda Cavabdeh2 xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - 24 fevral 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2 tərəfindən ünvan 1 saylı mənzil Cavabdeh1 bağışlanmışdır. - AR Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam payda Cavabdeh1 xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. -24 fevral 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 tərəfindən ünvan 1 saylı mənzil X4 bağışlanmışdır. - AR Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam payda X3 xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə ********* nömrəli qeyd aparılmışdır. - 26 may 2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, X6 tərəfindən ünvan 1 saylı mənzil İddiaçı bağışlanmışdır. - AR Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam payda İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2022-ci il tarixdə **********8 nömrəli qeyd aparılmışdır. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-260/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ünvan 4 ünvanında yerləşən icra sənədində qeyd eidlən əmlakların hər biri tam olaraq yerindədir. Həmin əmlaklar AR CM-nin 303-cü maddəsinin tələbləri izah olunaraq Cavabdeh2 müvəqqəti saxlanc üçün təhvil verildi. - “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan görünür ki, xx.xx.1980-cı il doğum tarixli Cavabdeh2, xx.xx.2000-ci il doğum tarixli Cavabdeh3 və xx.xx.2002-ci il doğum tarixli Cavabdeh1 ünvan 1 ünvanında qeydiyatdadırlar. - ünvan 5, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2 (eyni zamanda, məhdud fəaliyyət qabiliyyətli X12 qanuni nümayəndəsi) və Cavabdeh1 cavabdehlər X4 və Qanuni nümayəndə qarşı, Bakı şəhəri 3 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz və daşınar əmlaklarla bağlı əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - "xxxx" MTK-nın 24 yanvar 2024-cü il tarixli arayışlarından görünür ki, X14, Cavabdeh1 və Cavabdeh3 həqiqətən də 2020-ci il tarixə qədər ünvan 2anov rayonu, Həsənoğlu küçəsi, ev 2B, mənzil 32 ünvanında yaşamışdır. - AZ-İV seriyalı 061244 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə doğulmuşdur, atası X7, anası Qanuni nümayəndədır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Beləliklə məhkəmə iddiaçının subyektiv hüququnun pozulubpozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri araşdırarkən hesab edir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.2-ci maddəsi ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu və s.). Həmçinin, yaşayış sahəsindən istifadə etmək hüququ mütləq deyildir, müvafiq əsaslar aradan qalxdığı andan keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olur. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 anasıdır. İddiaçı isə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ataları X8 Ağayeva ilə evliliyindən olan qızıdır. Digər Cavabdeh2 isə Vasif Allahverdiyevin 2001-ci il tarixdən rəsmi nikaha daxil olmadan faktiki ailə münasibətləri qurduğu şəxsdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Ruhiyyə Yusifəli qızının adına xx.xx.2015-ci il tarixdə çıxarış verilmişdir. Daha sonra Cavabdeh2 tərəfindən ünvan 1 saylı mənzil Cavabdeh1 24 fevral 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi əsasında bağışlanmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2021ci il tarixdə Cavabdeh1 qızına çıxarış verilmişdir. Cavabdeh1 tərəfindən ünvan 1 saylı mənzil 24 fevral 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi əsasında X4 bağışlanmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixdə X2 adına çıxarış verilmişdir. X6 tərəfindən ünvan 1 saylı mənzil 26 may 2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi əsasında İddiaçı bağışlanmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2022-ci il tarixdə çıxarış verilmişdir. Eyni zamanda iddiaçılar Cavabdeh2 (eyni zamanda, məhdud fəaliyyət qabiliyyətli X12 qanuni nümayəndəsi) və Cavabdeh1 cavabdehlər X4 və Qanuni nümayəndə qarşı, Bakı şəhəri 3 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz və daşınar əmlaklarla bağlı əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh2 – Bakı şəhəri 3 saylı və 9 saylı notariat ofislərində cavabdeh V.Y.Allahverdiyevə verdiyi etibarnamələr əsasında sonuncunun adından bağladığı əqdlərin, etibarsız hesab edilməsi; yetkinlik yaşına çatmayan – məhdud fəaliyyət qabiliyyətli oğlanları X12, eyniliklə cavabdeh V.Y.Allahverdiyevin digər varislərinin – qızı Cavabdeh1, Cavabdeh3 hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıran, hazırda (maddi durumlarının kəskin pisləşməsilə nəticələnən) və gələcəkdə (vərəsələr arasında miras paylarının ədalətli bölünməsinə birbaşa mənfi təsir göstərən) cavabdeh V.Y.Allahverdiyevin Bakı şəhəri 3 saylı notariat ofisində 22 (iyirmi iki) adda/çeşiddə daşınmaz əmlakın azyaşlı qızı İddiaçı bağışlanması barədə sonuncunun anası/digər cavabdeh Qanuni nümayəndə ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bağladığı “daşınmaz əmlakın bağışlanması barədə” müqavilələrin etibarsız hesab edilməsi; iddiaçı Cavabdeh1 – cavabdeh V.Y.Allahverdiyev ilə Bakı şəhəri 3 saylı notariat ofisində xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə bağladığı və 22 (iyirmi iki) adda/çeşiddə daşınmaz əmlakın ona bağışlanması barədə“daşınmaz əmlakın bağışlanması” barədə müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. ünvan 5, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 (eyni zamanda, məhdud fəaliyyət qabiliyyətli X12 qanuni nümayəndəsi) və Cavabdeh1 cavabdehlər X4 və Qanuni nümayəndə qarşı, Bakı şəhəri 3 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz və daşınar əmlaklarla bağlı əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı qanuni nümayəndələri X6 və Qanuni nümayəndə Fazail qızı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Vasi Cavabdeh3 oğlunun, Cavabdeh2 fərdi yaşayış evindən çıxarılmasını məhkəmdən xahiş edir. Mülki işin materialları ilə müəyyən edilir ki, cavabdehlər mübahisəli fərdi yaşayış evində 2020-ci ildən sonra yaşamağa başlamışlar. 22 fevral 2021-ci il tarixdə fərdi yaşayış evi X5 tərəfindən qızı Cavabdeh1, 24 fevral 2021-ci il tarixdə isə sonuncu tərəfindən atası X4, 26 may 2022-ci il tarixdə isə V.Allahverdiyev tərəfindən qızı İddiaçı bağışlanmışdır. Həmin bağışlanılma müqavilələri sonradan məhkəmədə mübahisələndirilsə də, iddia tələbləri təmin edilməmiş, məhkəmənin yekun aktı qanuni qüvvəyə minmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, fərdi yaşayış evi Yusif Allahverdiyevin mülkiyyətinə keçən andan Cavabdeh2, İddiaçı mülkiyyətinə keçən andan isə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilmişdir. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Artıq qeyd edildiyi kimi, Allahverdiyev Vasif ilə Cavabdeh2 rəsmi nikahları olmamışdır. Fərdi yaşayış evinin hazırki mülkiyyətçisi isə məhdud fəaliyyət qabiliyyətinə malik şəxsdir, cavabdehlərin ailə üzvü deyil. Göründüyü kimi, iddiaçı Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 1-ci cümləsinin dispozitiv şərtləri çərçivəsində əmlak mülkiyyətçinin ailə üzvü hesab edilmir. Qeyd edilən normada (2-ci cümlədə), həmçinin qeyd edilmişdir ki, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarındakı hüquqi mövqeyinə (gəldiyi nəticəyə) görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). İddiaçı isə qeyd edilən kateqoriya şəxslərə aid deyildir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair» xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələrhəmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014- cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Beləliklə, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən faktiki istifadə etməsi heç bir hüquqi əsasa söykənməməklə, qanunsuzdur. Belə olan halda isə iddia əsaslıdır. Odur ki, hazırda əşyaları mübahisəli mənzildə olan cavabdehlərin oradan çıxmaması iddiaçının öz mülkiyyətindən istifadəsinə maneçilik törədir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə hazırki vəziyyətdə iddiaçıya tam mülkiyyət hüququ ilə məxsus yaşayış sahəsindən istifadə etməsi (yaşaması) hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər xx.xx.2002-ci il doğum tarixli Cavabdeh1, xx.xx.2000-ci il doğum tarixli Cavabdeh3, xx.xx.1980-cı il doğum tarixli Cavabdeh2 ünvan 1 saylı mənzildən çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdehlər xx.xx.2002-ci il doğum tarixli Cavabdeh1, xx.xx.2000-ci il doğum tarixli Cavabdeh3, xx.xx.1980-cı il doğum tarixli Cavabdeh2 ünvan 1 saylı mənzildən çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar