Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3637/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və mənzildən istifadə edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və mənzildən istifadə edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 8 Mart küçəsində yerləşən, 0.3 ha torpaq sahəsində onun tərəfindən inşa edilmiş, 204 kv.m ümumi yaşayış sahəsi olan, 5 otaqlı fərdi yaşayış evinə məcburi köçürülməyi və evin tərkib hissələrindən istifadə etməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi (iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 8 Mart küçəsində yerləşən, 0.3 ha torpaq sahəsində onun tərəfindən inşa edilmiş, 204 kv.m ümumi yaşayış sahəsi olan, 5 otaqlı fərdi yaşayış evinə məcburi köçürülməyi və evin tərkib hissələrindən istifadə) yuxarıda qeyd olunan maddənin təsir dairəsində olmaqla, qeyd olunan iddia tələbi üzrə mülki işə cavabdehin qeydiyyatda olduğu yer üzrə yox, əmlakın olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia tələbi Bakı şəhəri, ünvan 1 ünvanına köçürülməsi ilə bağlı olduğundan Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunanlara əsasən aidiyyət qaydalarına riayət etməklə müvafiq iddia ərizəsi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və mənzildən istifadə edilməsi» tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və 50 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizə ilə aidiyyət qaydalarına riayət etməklə aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3637/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3637/2024
26.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver