Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3641/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayonu qeydiyyat şöbəsi cəlb edilməklə “nikah haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov Rayonu Qeydiyyat Şöbəsi cəlb edilməklə “nikah və doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X3 xx.xx.1945-ci il tarixdə Ermənistan Respublikasının Mehri rayonunda anadan olması faktınının müəyyən edilməsi ilə doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydinin ata adı qrafasında X2, ana adı qrafasında X1 göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi və Ermənistan Respublikası Nüvədi kənd nümayəndəliyində ərizəçi ilə X5 arasında 12 noyabr 1968-ci il tarixdə nikahın bağlanması faktının müəyyən edilməsi, nikah akt qeydində həyat yoldaşının X5 özünün isə Ərizəçi kimi qeyd edilərək nikah akt qeydinin bərpa edilməsi və nikah haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, X5 ilə 1968-ci ildə bağlanmış nikah qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxxxx 1951-ciil tarixdə Ermənistan Respublikasının Mehri rayonunda anadan olmuşdur. Həyat yoldaşı X5 ilə 01 fevral 1945ci il tarixdə Ermənistan Respublikasının Mehri rayonunda anadan olmuşdur. 12 noyabr 1968-ci il tarixdə Nüvədi kənd nümayəndəliyində nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar. Həmin nikahdan 5 övladları dünyaya gəlmişdir. Həyat yoldaşı X5 vəfat etmişdir. 1987-1990-cı illərdə Ermənistan Respublikasında aparılan etnik təmizləmə nəticəsində doğma ata-baba yurdlarından qovularaq qaçqın kimi Bakı şəhərində məskunlaşmışlar. Bildirir ki, ona məxsus doğum haqqında şəhadətnamədə, eyni zamanda şəxsiyyət vəsiqəsində adı "Saab" kimi qeyd edilmişdir. Lakin nikah haqqında şəhadətnamədə adı səhvən "Sahab” kimi qeyd edilmişdir. Eyni zamanda mərhum həyat yoldaşına məxsus doğum haqqında şəhadətnamədə və nikah haqqında şəhadətnamədə ata adı "Calal" kimi qeyd edilmişdir. X8 şəxsiyyət vəsiqəsində və ölüm haqqında şəhadətnaməsində ata adı "Cəlal" kimi qeyd edilmişdir. ərizəçi bildirir ki, məlum hadisə və səbəblərlə əlaqədar Ermənistan Respublikası ilə heç bir əlaqələri olmadığından onun nikah və mərhum həyat yoldaşı Vaqif Abbasovun doğum akt qeydləri orada aparıldığından nikah və doğum akt qeydlərinin yalnız məhkəmə qaydasında bərpa etmək mümkündür. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayonu qeydiyyat şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR-nın ƏN Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məktubda bildirilir ki, “Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydinin bərpası ilə bağlı müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətədaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur”. İş materiallarında olan AR-nın ƏN Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən Nümayəndə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məktubda bildirilir ki, “Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydinin bərpası ilə bağlı müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətədaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur”. İş materiallarında olan AR-nın ƏN Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən Nümayəndə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məktubda bildirilir ki, “Sizin atanız vətəndaş X3 doğum haqqında akt qeydində atanın ata adını “Calal”-dan “Cəlal"-a düzəliş edilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Nərimanov rayon qeydiyyat şöbəsi Sizin ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar"nın 1-ci bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Atanızın ata adında düzəliş etmək üçün kifayət qədər əsas olmadığından xahişiniz imkanımız xaricindədir, doğum haqqında akt qeydinizdə düzəliş edilməsi üçün məhkəməyə müraciət etməlisiniz”. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin və onun erməni dilindən tərcümə olunmuş surətindən görünür ki, X5 ilə X6 arasında 12 noyabr 1968-ci il tarixdə Ermənistan SSR, Nüvədi kənd nümayəndəliyində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 06 saylı qeydiyyat aparılmışdır. Ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, AZ-İİ 433835 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə “qaraciyərin ikincili bədxassəli yeni törəməsi” səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 456 №-li qeyd edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi xx.xx.1968ci il tarixdə Ermənistan SSR, Mehri rayonunun Nüvədi kənd nümayəndəliyində X5 ilə nikaha daxil olmuşdur. X5 03 iyun 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi mərhum əri X3 vəfat etməsi ilə əlaqədar dövlət orqanlarına müraciət edərkən sənədlərdə ziddiyyət yarandığı üçün qeyd olunan faktın bərpa edilməsinə ehtiyac yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2020-ci il tarixli Plenum Qərarının 4.5-ci bəndinə əsasən, nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. 5-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir. 5.1-ci bəndinə əsasən, məhkəmələrə izah olunur ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X12 Heyətinin 08 iyul 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi və X3 arasında 12 noyabr 1968-ci il tarixində Ermənistan SSR, Nüvədi kənd nümayəndəliyində nikahın qeydə alınması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməli, bu barədə Ərizəçi nikah haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərimanov Rayonu Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Ərizəçi “nikahın qeydə alınması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməli və ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi və X3 arasında 12 noyabr 1968-ci il tarixində Ermənistan SSR, Nüvədi kənd nümayəndəliyində qeydə alınmış nikah akt qeydi bərpa edilsin. Nikah haqqında şəhadətnamədə “əri” qrafasında X5, “arvadı” qrafasında Ərizəçi qeyd edilsin. Bu barədə onlara nikah haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərimanov Rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3641/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3641/2024
26.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver