Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3642/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Quliyeva Nigar Ülfət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etməklə “doğum akt qeydinin müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs kimi qeyd etməklə məhkəməyə müraciət edərək, onun Ermənistan SSR-də qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi, Doğum haqqında şəhadətnamənin ona məxsus hissəsində soyad və adının Ərizəçi, doğum yerinin Ermənistan, Amasiya rayonu, doğum tarixinin xx.xx.1945-ci il qeyd edilməsi, ata qrafasında X14 milliyyəti azərbaycanlı, ana qrafasında X9 milliyyəti azərbaycanlı qeyd edilməsi və doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1945-ci il tarixdə Ermənistan SSRİ, Amasiya rayonunda anadan olmuşdur. Amasiya rayonunda orta məktəbi bitirmişdir. 14.11,1964-cü ildə hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rus dili ədəbiyyatı fakültəsini bitirib. Hazırda ali təhsil ocaqlarında ixtisas üzrə müəllim kimi fəaliyyət göstərir. Evlidir, həyat yoldaşı X11 (1948-ci il təvəllüdlüdü, Ermənistan, Şurabad rayonunda anadan olub) öz qohumudur. Birgə nikahlarından iki övladı var. Hətta böyük qızı Nəzakət də Ermənistanda anadan olmuşdur. Daha sonra məlum səbəblərdən öz doğma torpaqlarından onları qovdular. Azərbaycana gələrkən sənədlərinin bir qismini götürmədi, bir qismi sənəd arxasınca gedərkən dövlət orqanlarında it-bat oldu. Daha sonra valideynləri rəhmətə gedəndə notariusda yaranmış problemlərlə əlaqədar Nərimanov Rayon Məhkəməsinə müraciət etdi. 2004-cü il tarixdə Nərimanov Rayon Məhkəməsi qətnamə qəbul edərək onun valideynlərinin anası- X10, atasının isə Bayramov Bayram olması faktı təsdiqlənmişdir. Pensiya ilə əlaqədar olaraq doğum haqqında şəhadətnaməni istədilər. Maraqlı şəxsnə müraciət etdi, lakin 2004-cü il tarixli Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin düzgün olmadığını bu qətnamə əsasında doğum haqqında şəhadətnamənin verilməsinin yolverilməz olduğunu bildirdilər. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X5 məhkəmədə ifadə verərək bildirdi ki, 1956-cı ildə Gürcüstanda anadan olub, sonradan Amasyada yaşayıblar. Ərizəçi əmisi oğludur. Amasya rayonu, Şurabad kəndində anadan olmuşdur. Şəhadətnaməsinin itməsi ilə bağlı məhkəməyə müraciət edib. Əmimin 5 qızı, 3 oğlu var. Digər şahid X3 məhkəmədə ifadə verərək bildirdi ki, Amasya rayonunun Şurabad kəndində anadan olub. Ərizəçi əmisi oğludur. Əmisinin 3 oğlu, 5 qızı olub. Hazırda onlardan dördü rəhmətə gedib. Əmisinin adı Bayramdır, X14. Şahidin əmisi 1982-ci ildə Ermənistanda olanda rəhmətə gedib. Onun həyat yoldaşının adı Bayramova Qüdrətdir. O, Azərbaycanda dünyasını dəyişib. O, sənədlərini Ermənistandan qaçqın düşəndə itirməmişdi, amma əmisi oğlu sənədlərini itirib. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1945-ci il tarixdə Ermənistan, Amasiya rayonunda doğulmuşdur. İş materiallarına əlavə edilmiş 16.07.1968-ci il tarixdə verilmiş, İ-ZJ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 1949-cu ildə Ermənistan SSR, Amasiya rayonu, Şurabad kəndində anadan olmuşdur. X2, anası X6r. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 01.12.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE seriyalı 14123502 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 01.09.1963-cü il tarixdə Ermənistan, Amasiya rayonunda doğulmuşdur. İş materiallarına əlavə edilmiş 03.06.2001-ci il tarixdə verilmiş, İİ-JQ № 431717 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 01.03.2001-ci il tarixdə ürək çatışmamazlığı, bronxial asma xəstəliyindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.06.2001-ci il tarixində 97 nömrəli ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 01.07.2021ci il tarixli, 142 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarının 16-cı bəndinə uyğun olaraq məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-276/2004 saylı, 12 fevral 2004-cü il tarixli qətnaməsi ilə Ərizəçi X9 və X8 oğlu olması faktının müəyyən edilməsi və bu barədə Nərimanov rayon X1 X7 müvafiq qeydiyyatın aparılması qət edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi xx.xx.1945-ci il tarixdə Ermənistan, Amasiya rayonunda doğulmuşdur. X2, anası X6r. Lakin, bu faktı təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən X1 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1945-ci il tarixdə Ermənistan, Amasiya rayonunda doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, Doğum haqqında akt qeydi bərpa edilməli, "ata" qrafasında X14, "ana" qrafasında isə X9, “milliyyəti” qrafasında “azərbaycanlı” göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov Rayon Qeydiyat Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1945-ci il tarixdə Ermənistan, Amasiya rayonunda doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin, "ata" qrafasında X14, "ana" qrafasında isə X9, milliyəti qrafasında “azərbaycanlı” göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov Rayon Qeydiyat Şöbəsinə həvalə edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3642/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3642/2021
14.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver