Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-365/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, X1 iştirakı ilə, X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31.200 (otuz bir min iki yüz) manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasında rəsmi qaydada nikaha daxil olmaqla azyaşlı oğlu və ailəsi ilə birlikdə qeydiyyatda olduğu ünvanda yaşayır. Bakı şəhərində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, belə ki, qabaqcadan tanıdığı və şəxsi münasibətdə olduğu Bakı şəhərində yaşayanlar Əliyev Bəhruz və Həsənov Fərhad adlı şəxslər onunla söhbətlərində Bakı şəhəri Azərbaycan Prospekti 28 ünvanında “TADİM DÖNƏR” adlı xidmət sahəsinin işlətdiklərini, oradan çıxmaq istədiklərini və dönər evinin işlətmək üçün ona vərəcəklərini bildirməklə orada olan ləvazimatların və əşyaların (stol stul, qab qaşıq və sair yemək bişirmə ləvazimatları) onlara məxsus olmasını qeyd etməklə iddiaçıdan həmin ünvanda ləvazimatlara görə 9.000 (doqquz min) manat məbləğində pulu almışdırlar. Bundan sonra onunla qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh arasında xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanmış, qeyri-yaşayış sahəsi dönər evi kimi fəaliyyət göstərməklə hər ay icarədara tərəfindən 3000 manat məbləğində icarə haqqı verilsə də, icarə müqaviləsi iizrə aylıq ödəniş 600 manat məbləğində göstərilmişdir. O, qeyri-yaşayış sahəsində 13 ay ərzində fəaliyyət göstərmiş, hər gün iş vaxtının sonunda icarədara tərəfindən 100 (yüz) manat məbləğində pul verilmişdir. Həmin pul məbləğini dönər evində çalışan kassir işini yerinə yetirənlər X4 və X5 vasitəsi və iştirakı ilə cavabdehə, onun etibarnamə üzrə təmsil edən oğluna təhvil vermişdir. Cavabdehə tərəfindən hər gün 100 (yüz) manat olmaqla bir təqvim ayı ərzində 3000 (üç min) manat 13 ay ərzində isə 39000 (otuz doqquz min) manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh isə bütün bunları inkar edərək iddiaçı barədə Abşeron Rayon Məhkəməsində pul tələbi üzrə iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(012)-4084/2019 saylı qətnaməsində iddiaçı Cavabdeh ona qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun və vurulmuş maddi ziyanın ödənilinəsi tələbinə dair" iddiası qismən təmin edilməklə, ondan 600 manat məbləğində pul, 2 ədəd “MOPED”, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cavabdeh bu günə kimi iddiaçıdan qeyd etdiyi pul məbləğini alıb bunları inkar etsə də, qeyri-yaşayış sahəsinə dair bağlanan icarə müqaviləsinin 600 manat məbləğində müəyyən etməsi vergidən yayınma məqsədi ilə bağlamışdır. Bakı şəhəri Azərbaycan Prospekti 28 ünvanında yerləşən iaşə xidməti fəaliyyəti üçün nəzərdə tutulan qeyri-yaşayış sahələrində icarə haqqları 600 manat deyil 30xx xxxxxxxx 8000 manata qədərdir. Cavabdehlə qeyri-yaşayış sahəsinə dair bağlanmış icraə müqaviləsinin məbləği 600 manat müəyyən edildiyindən hesab edirəm ki, cavabdeh ondan əsassız olaraq 600 manat məbləğdən əlavə aldığı hər ay üçün 2400 manat məbləği qanunsuz şəkidə qəbul etmişdir. 13 ay ərzində cavabdeh ondan 31.200 (otuz bir min iki yüz) manat məbləğində artıq pul məbləği almışdır. Artıq ödənilmiş və müqavilədən kənar qəbul edilmiş 31.200 manat pul məbləği cavabdehdən alınaraq iddaçıya qaytarılmalıdır. Məhkəmə iclasında X3 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X6 iddianı qəbul etməmiş və iddiaya etiraz edərək məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır, belə ki, iddiaçının iddia ərizəsində göstərdiklərinin heç bir əsası yoxdur. Onların arasında xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Azərbaycan prospekti 28 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair notariat qaydasında təsdiq olunmuş icarə müqaviləsi bağlanmışdır. Müqavilə bağlanan zaman qeyri-yaşayış sahəsində olan 45000 manat dəyərində avadanlıqlar da ona icarəyə verilmişdir. Müqavilə ilə icarə haqqı hər ay üçün 600 manat müəyyən edilmişdir. İcarə müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsində nöqsanlara yol verdiyi üçün iddiaçı qeyri-yaşayış sahəsindən çıxmış, müqavilə üzrə götürdüyü avadanlıqları ona təhvil verməmiş və borcu yaranmışdır. Borcla və avadanlıqlardan 2 ədəd mopedin yerində olmaması ilə bağlı o, məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4084/2019 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, cavabdeh Dilçi Necatdan 600 ( altı yüz ) manat məbləğində pulun, 2 ( iki ) ədəd “Moped ”, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 ( otuz ) manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 100 ( bir yüz ) manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Dilçi Necat həmin məhkəmə prosesində pul tələbi irəli sürməmişdir. O, qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini təmin etməmiş, qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İddiaçının hər gün 100 manat olmaqla hər ay 3000 manat icarə haqqı ödəməsi barədə iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. Dilçi Necat icarə müqaviləsində göstərilən 600 manat məbləğdən başqa ona heç bir məbləğ ödəməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində göstərir ki, cavabdeh bu günə kimi ondan qeyd etdiyi pul məbləğinin alıb bunları inkar etsə də, qeyri-yaşayış sahəsinə dair bağlanan icarə müqaviləsinin 600 manat məbləğində müəyyən etməsi vergidən yayınma məqsədi ilə bağlanmışdır. Tamamilə yanlış və əsası olmayan bir mülahizədir. Belə ki, onlar arasında bağlanmış icarə müqaviləsinin 3.3-cü bəndində göstərilir ki, icarəyə verənin ödəyəcəyi vergi ödəmələri icarəçi tərəfindən ödənilir. Belə bir bəndin olması onu göstərir ki, iddiaçının ona qarşı irəli sürdüyü vergidən yayınmaq barədə göstərdiyinin heç bir əsası yoxdur, çünki icarə müqaviləsinin şərtinə görə bütün vergiləri iddiaçı özü ödəməlidir. Göstərilənləri nəzərə alınaraq, X1 Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə hazırkı işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı X3 tərəfindən təmin edilmiş şahid X14 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Dilci Nicat onun əridir, “TADİM DÖNƏR” adlı xidmət sahəsində kassada işləmişdir. Cavabdeh tərəfə hər gün 100 manat olmaqla icarə pulu verilirdi, lakin müqavilədə 600 manat göstərilmişdir. Məhkəmə iclasında iştirakı X3 tərəfindən təmin edilmiş şahid X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, “TADİM DÖNƏR” adlı yerdə kassada işləmişdir. Tərəflər arasında icarə müqaviləsi və şərtləri barədə məlumatı yoxdur. Gündəlik 100 manat icraə pulunu Cavabdeh verilirdi. Məhkəmə iclasında iştirakı X3 tərəfindən təmin edilmiş şahid X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X15ın TADİM DÖNƏR” adlı yerdəbir sıra əşyaları qalmışdır. Həmin əşyaları Dilci Nicata vermiş, icarə haqqı və şərtləri barədə məlumatı yoxdur. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 21 saylı notariat kontorunun xüsusi notariusu D.F.Kərimov tərəfindən təsdiq edilmiş icarəyə verən Cavabdeh (etibarnamə əsasında X6) ilə icarəçi Dilci Necat arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin surətinə əsasən icarəyə verən Cavabdeh (etibarnamə əsasında X6) onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Azərbaycan prospekti 28 ünvanında yerləşən (keçmiş 33 saylı çörək mağazası) qeyri-yaşayış sahəsinin özünə məxsus olan hissəsini və orada yerləşən avadanlıqları icarəçi Dilci Necata müvəqqəti istifadəsinə vermiş, icarəçi isə aylıq 600 manat ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. Müqavilənin 3.3-cü bəndində göstərilir ki, icarəyə verənin ödəyəcəyi vergi ödəmələri icarəçi tərəfindən ödənilir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4084/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qətnaməsinin surətinə əsasən iddiaçı Cavabdeh Dilçi Necata qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilərək, cavabdeh Dilçi Necatdan 600 (altı yüz) manat məbləğində pul, 2 (iki) ədəd "Moped", habelə iddia ərizəsinin məhkəmə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 100 (bir yüz) manat məbləğində pul tutularaq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir; Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş DYİ seriyalı, 00***** Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətinə əsasən xx.xx.1969-cu il tarixdə Türkiyədə anadan olmuş X16 rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ünvan 4 mənzil 38 ünvanında qeydiyyatdadır; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün X11 tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4084/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətinə əsasən iddiaçı Cavabdeh Dilçi Necata qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilərək, cavabdeh Dilçi Necatdan 600 (altı yüz) manat məbləğində pul, 2 (iki) ədəd "Moped", habelə iddia ərizəsinin məhkəmə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 100 (bir yüz) manat məbləğində pul tutularaq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Həmin qətnamə ilə iddiaçı Cavabdeh Dilçi Necata qarşı iddia tələbində 3400 manat icarə haqqından yaranmış borc tələb etmiş, lakin işin halları ilə müəyyən olunmuşdur ki, tərəflər 03.11,2017-ci il tarixdə notarial qaydada icarə müqaviləsi bağlayaraq, müqavilə münasibətlərinə girmişlər. Dilçi Necat müqavilə üzrə üzərinə düşən müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir, belə ki, tərəflər arasında yaranmış müqavilə münasibətlərinə faktiki olaraq, 2018-ci ilin noyabr ayında son verilərkən Dilçi Necat sonuncu ayın icarə haqqını ödəməmişdir. Bu hal tərəflərin izahatı və mülki işin materialları ilə öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, iddia tələbi icarə haqqı kimi 600 (altı yüz) manat məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən qeyd olunan qətnamə hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən icarə müqaviləsi üzrə tərəflərin 600 manat icarə haqqı ödəməklə razılığa gəlməsi müəyyən edilmişdir. Buna görə də hazırkı iş üzrə iddiaçı D.Nicatın icarə haqqı olaraq 600 manat deyil, 3000 manat verməsi sübut olunmur. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn tələblərin tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehin müqavilə öhdəliyinə görə borcu qaldığını kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Mülki Məcəllənin 700.1-ci madəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Hazırkı mülki iş üzrə icarəyə verən Cavabdeh (etibarnamə əsasında X6) ilə icarəçi Dilci Necat arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndinin şərtlərinə görə tərəflər arasında müəyyənləşdirilmiş icarə haqqı hər ay üçün 600 manat müəyyən olunmuşdur. Bu səbəbdən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-365/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-365/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver