Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-365/2022 14.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı X3, onun nümayəndəsi X1, Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X3 Cavabdeh MMC-yə qarşı “mənzilin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus 2 otaqlı yaşayış evinin Cavabdeh MMC tərəfindən sökülərək cavabdehə məxsus həmin ərazidə tikilmiş yeni çoxmənzilli, hündürmərtəbəli binada yerləşən həmin binanın mənzillərin planına (Cavabdeh MMC tərəfindən təsdiq edilmiş eskiz layhələrinə) uyğun olaraq və aralarında 29 sentyabr 2017-ci il tarixli, 102 No-li müqaviləyə əsasən iki otaqlı mənzilin ona - İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı X5 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən ona məxsus 2 otaqlı yaşayış evinin Cavabdeh MMC tərəfindən sökülərək cavabdehə məxsus həmin ərazidə tikilmiş yeni çoxmənzilli, hündürmərtəbəli binada yerləşən həmin binanın mənzillərin planına (Cavabdeh MMC tərəfindən təsdiq edilmiş eskiz layhələrinə) uyğun olaraq və aralarında 29 sentyabr 2017-ci il tarixli, 102 Noli müqaviləyə əsasən iki otaqlı mənzilin ona verilməsini və onun tərəfindan təsis edilmiş və qeyd olunan ünvanda qanuni fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət göstərilməsinin təmin edilməsi üçün 12.31 kv.m. qeyri-yaşayış sahəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan mənzilin yerləşdiyi binanın pilot layihə əsasında sökülərək yerində yeni binanın tikintisi qərara alınmışdır. Bu məqsədlə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli. 85 saylı qərarı və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 430 saylı 12.12.2016-cı il tarixli sərəncamına əsasən, Cavabdeh MMC ilə onun arasında 29 sentyabr 2017-ci i tarixli, 102 № -li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, o, İddiaçı, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42.21 kv.m. olan mənzili sökülmək üçün “İnteks" MMC-yə təhvil verməyi. “Tikinti şirkəti" (“İnteks" MMC) isə bunun müqabilində ona həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış evində mənzil verməyi öhdəsinə götürür. Həmçinin qeyd edir ki, həmin müqavilənin 1.1.2-ci bəndinə əsasən, inşa olunan binada 42.21 kv.m-lik ümumi sahəyə və həmçinin, əlavə olaraq 20 % sahəyə malik təmirli mənzili “Əmlak mülkiyyətçisinə” yəni iddiaçıya verməyi öz öhdəsinə götürür. Müqavilənin həmin bəndinə müvafiq olaraq, “Əmlak mülkiyyətçisinin” istəyinə əsasən, verilməli olan əlavə 20 % sahə əvəzində 10 000 (on min) manat məbləğində birdəfəlik vəsaitin ödənilməsi də nəzərdə tutulmuşdur. Bildirmək istəyir ki, Cavabdeh MMC tərəfindən ona verilməli olan 20 % əlavə sahə qarşılığında təklif olunan 10 000 manat pul məbləğindən imtina olunması, onun əvəzində isə mənzilin ümumi sahəsinin artırılması ilə bağlı rəsmi qaydada Cavabdeh MMC-nin direktoru Fərid Qəhrəmanova ərizə ilə müraciət olunmuşdur. Bildirmək istəyir ki, hazırda çoxmərtəbəli bina inşa edilərək hazır vəziyyətə gətirilmişdir və o da müqaviləyə və müvafiq qanunvericiliyə əsasən "Tikinti şirkəti”nə təhvil verdiyi 42.21 kv.m. ümumi sahəsi olan iki otaqlı yaşayış sahəsi əvəzində “Tikinti şirkəti” ilə razılaşdırdığı ümumi sahəsi 42.21 kv.m. və 20 % əlavə sahəsi olan, iki otaqlı mənzilin ona təhvil verilməsi üçün müraciət etmişdir. Lakin "Tikinti şirkəti” tərəfindən ona iki otaqlı verə bilməyəcəklərini və onun əvəzində həmin sahədə, yalnız birotaqlı mənzil verə biləcəklərini bildirmişlər. Bildirmək istəyir ki, müvafiq müqavilə əsasında “Tikinti şirkətrnə (“İnteks" MMC) təhvil verdiyi onun mülkiyyətində olan həmin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42.21 kv.m. olan yaşayış evi təyinatına və daxili bölgüsünə görə iki otaqlı mənzil olmuşdur. Belə ki. Qarabağ küçəsindəki 9 No-li evin, 28 No-li mənzilin yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının 321 No-li. 08.08.2017-ci il tarixli Sərəncamına əsasən evimə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, doğurdan da həmin yaşayış evi ümumi sahəsi 42.21 kv.m. olmaqla 2 otaqlı mənzildir. Həmçinin, Nərimanov RİH tərəfindən təsdiq edilərək təqdim olunmuş 28.07.2017-ci il tarixli texniki rəyə əsasən həmin mənzilin 2 otaqlı olması faktı bir daha sübut olunur. Bununla yanaşı, həmin sözügedən mənzilin eskizindən də aydın olaraq görünür ki, mənzilin mətbəxindən, giriş hissəsindən (hamam) əlavə olaraq, iki otaqdan ibarətdir. Əlavə olaraq qeyd etmək istəyir ki, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən təqdim olunan ünvan 3 ünvanında yerləşən mənzilin texniki pasportunda həmin mənzilin planından mənzilin 2 otaqdan ibarət olması aydın olaraq görünür və təsdiq olunur. Yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, cavabdeh müvafiq qanunvericiliklə və aralarında bağlanan 102 No-li müqaviləyə əsasən cavabdeh tərəfindən onun yerləşdiyi binanın sökülərək yerində tikilmiş yeni binada ümumi sahəsi 42.21 kv. m. və əlavə sahəsi 20 % olmaqla 50.69 kv.m. sahəsi olan iki otaqlı mənzili ona təhvil verməsi ilə bağlı öhdəliyindən qərəzli olaraq boyun qaçırır və öz öhdəliklərini icra etmir. Bildirmək istəyir ki, cavabdehə iki otaqlı mənzilin verilməsi ilə bağlı dəfələrlə cavabdehin özünə müraciət olunmuşdur. Lakin cavabdeh binada 42.21 kv.m. sahədə yalnız bir otaqlı mənzillərin olduğunu bildirmişdir. O isə haqlı olaraq ona məxsus və cavabdehə sökülməsi üçün təhvil verdiyi mənzilin müqavilə bağlanılarkən mənzilin planına və eskiz layihəsinə əsasən iki otaqlı olduğunu cavabdehə bildirsə də, cavabdeh müraciətlərinə məhəl qoymamışdır. Hətta, mənzilin ümumi sahəsinin 20 % əlavə hissəsinin müqabilində təklif olunan 10 000 (on min) manatın verilməsindən və həmçinin, təmir xərcləri ilə bağlı ödənişlərin verilməsindən imtina edərək, bunun əvəzində ona veriləsi mənzilin ümumi sahəsinin artırılması və iki otaqlı mənzilin verilməsi ilə bağlı ərizə ilə müraciət etsə də, cavabdeh ərizənin və şərtləşdiyi iki otaqlı mənzilin verilməsi ilə bağlı öhdəliyin icrasından boyun qaçırır. Ona məxsus həmin yaşayış evinin iki otaqlı olması da yuxarıda qeyd etdiyi dəlillərlə və sübutlarla bir daha təsdiq olunur. Əlavə olaraq qeyd etmək istəyir ki, cavabdehin binada həmin sahədə iki otaqlı mənzilin olmaması əsası ilə öhdəliyin icrasından yayınması tamamilə əsassız və qanunsuzdur. Belə ki, cavabdeh müqavilə bağlanarkən ona məxsus mənzilin planından və otaqlarının sayından xəbərdar idi. Yeni tikilmiş binada həmin sahədə iki otaqlı mənzilin olmaması, onun mülkiyyət hüququnu və iki otaqlı mənzillə təmin olunmaq hüququnu məhdudlaşdırmamalıdır. Əks halda bu onun konstitusiya ilə qorunan mülkiyyət hüququmun kobud surətdə pozulmasına gətirib çıxara bilər. Qeyd etmək istəyir ki, bağlanan 102 №-li müqavilənin 2.2.5 bəndinə əsasən tikinti 36 ay müddətinə qədər başa çatdıraraq mənzil təhvil verilməlidir, lakin bu günə qədər mənzil təhvil verilməmişdir. Məhkəmə iclasında iddiaçı X5 və nun nümayəndəsi X2 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, iddia tələbinə etiraz edərək, izahatında göstərdi ki, tərəflər arasında bağlanan 29 sentyabr 2017-ci il tarixli, 102 №-li müqavilənin 1.1.2-ci bəndinə əsasən: “Tikinti şirkəti” ünvan 3 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, İnşa etdiyi binada 42.21 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi və “Əmlak mülkiyyətçisi”-nin istəyinə əsasən, ona veriləcək əlavə 20 % sahə əvəzində 10 000 (on min) manat məbləğində birdəfəlik vəsaiti ödəməyi öhdəsinə götürüb. 20 % sahə əvəzində 10 000 (on min) manat məbləğində birdəfəlik vəsaiti də iddiaçıya ödənilmişdir. İddiaçı müqavilə bağlanılan zaman müqavilə üzrə bütün şərtlərdən xəbərdar olub və həmin şərtləri qəbul etmişdir. İddiaçı ilə bağlanılan müqavilədə ona 2 (iki) otaqlı mənzil verilməsi barədə öhdəlik götürülməyib. Həmin müqavilədə tikinti şirkəti yalnız 42,21 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı da bu şərti qəbul edibdir. Digər tərəfdən isə tərəflər arasında bağlanan 29 sentyabr 2017-ci il tarixli, 102 №-li müqavilənin 1.2-ci bəndinə əsasən: “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 400(dörd yüz) manat məbləğində kirayə haqqını, yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”ndən bu Müqavilənin 2.1.2-ci bəndinə müvafiq şəkildə təhvil götürdüyü tarixdən sonra ilk ödəniş gününə istinad edilməklə hər ay üzrə əvvəlcədən, ayda 1 (bir) dəfə ödəyir. Qeyd edilən şərt üzrə də Cavabdeh MMC öz öhdəliyini yerinə yetirərək aylıq kirayə haqqını da hal-hazırda da vaxtı-vaxtında ödəyir. Qeyd edir ki, mənzillər hələ tam hazır olmadığından heç bir sakinə mənzil təhvil verilməmişdir. Ona görə də iddiaçıya məxsus olan mənzil bina tam hazır olduğu təqdirdə müqavilə üzrə ona mənzil təhvil veriləcəkdir. Hazırki vəziyyətdə mənzilin təhvil verilməsi qeyri-mümkündür. Məhkəmə proses iştirakçılarının izahatlarını, çıxışlarını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan 29.09.2017-ci il tarixli 102 №-li müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarını və Azərbaycan Respublikası qanunvericiliyini əsas tutaraq, bir tərəfdən Cavabdeh MMC adından onun nizamnaməsinə əsasən fəaliyyət göstərən icracı direktoru X6 şəxsində (bundan sonra - “Tikinti şirkəti” adlandırılacaq) və digər tərəfdən bundan sonra “Mülkiyyətçi” adlanacaq Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 9, mənzil 28 ünvanında yerləşən yaşayış sahəsinin sahibi X5, bir yerdə “Tərəflər” adlanacaq, aşağıdakı şərtlərlə bu müqaviləni bağladılar. Müqavilənin predmeti: 1.1. Tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının 1.3. maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərilərinə öhdəliklər götürürlər: 1.1.1. “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən 18.08.2017-ci il tarixində, ********** qeydiyyat və **********09-05101-093014 reyestr nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarış” ilə öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 42.21 kv.m ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərədə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. 1.1.2. “Tikinti şirkəti” ünvan 3 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-niıı mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 42,21 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi və “Əmlak mülkivyətçisi”-nin istəyinə əsasən, ona veriləcək əlavə 20 % sahə əvəzində 10 000 (on min) manat məbləğində birdəfəlik vəsaiti ödəməyi öhdəsinə götürür. Əlavə 20 % sahə əvəzində ödənilən 10 000 (on min) manat məbləğində birdəfəlik vəsaitin ödəmə müddəti (tarixi) və qaydası tərəflər arasında qarşılıqlı şəkildə razılaşdırılacaqdır. 1.2. “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 400(dörd yüz) manat məbləğində kirayə haqqını, yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”-ndən bu Müqavilənin 2.1.2-ci bəndinə müvafiq şəkildə təhvil götürdüyü tarixdən sonra ilk ödəniş gününə istinad edilməklə hər ay üzrə əvvəlcədən, ayda l(bir) dəfə ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəh., Nərimanov rayonu, Qarabağ küçəsi ev 9, mənzil 28 ünvanında yerləşən yaşayış sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 1172 nömrəli reyestr kitabının 106433 nömrəli vərəqində 12.05.2016-cı ildə qeydiyyata alınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında 29.09.2017-ci il tarixli 102 №-li Müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının 1.3-cü maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən 18.08.2017-ci il tarixində, ********** qeydiyyat və **********09-05101-093014 reyestr nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarış” ilə öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 42.21 kv.m ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərədə tutulmuş mənzili qəbul etməyi öhədəsinə götürür. “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 400 (dörd yüz) manat məbləğində kirayə haqqını, yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”-ndən bu Müqavilənin 2.1.2-ci bəndinə müvafiq şəkildə təhvil götürdüyü tarixdən sonra ilk ödəniş gününə istinad edilməklə hər ay üzrə əvvəlcədən, ayda 1 (bir) dəfə ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin etməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı cavabdehə təhvil verdiyi 42.21 kv.m. ümumi sahəsi olan iki otaqlı yaşayış sahəsi əvəzində, 42.21 kv.m. və 20 % əlavə sahəsi olan, iki otaqlı mənzilin ona təhvil verilməsini, yəni, cavabdeh tərəfindən onun yerləşdiyi binanın sökülərək yerində tikilmiş yeni binada ümumi sahəsi 42.21 kv. m. və əlavə sahəsi 20 % olmaqla 50.69 kv.m. sahəsi olan iki otaqlı mənzili ona təhvil verməsini və qeyd olunan ünvanda qanuni fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət göstərilməsinin təmin edilməsi üçün 12.31 kv.m. qeyri-yaşayış sahəsinin ona verilməsi xahiş edir.Cavabdeh isə etiraz ərizəsi ilə müraicət edərək bildirir ki, mənzillər hələ tam hazır olmadığından heç bir sakinə mənzil təhvil verilməmişdir. İddiaçı müqavilə bağlanılan zaman müqavilə üzrə bütün şərtlərdən xəbərdar olub və həmin şərtləri qəbul etmişdir. İddiaçı ilə bağlanılan müqavilədə ona 2 (iki) otaqlı mənzil verilməsi barədə öhdəlik götürülməyib. Həmin müqavilədə tikinti şirkəti yalnız 42,21 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürüb. Ona görə də iddiaçıya məxsus olan mənzil bina tam hazır olduğu təqdirdə müqavilə üzrə ona mənzil təhvil veriləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 29.09.2017-ci il tarixli 102 №-li müqavilənin 1.1.2-ci maddəsindən də göründüyü ki, cavabdeh olan “Tikinti şirkəti” ünvan 3 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-niın mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 42,21 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi və “Əmlak mülkivyətçisi”-nin istəyinə əsasən, ona veriləcək əlavə 20 % sahə əvəzində 10 000 (on min) manat məbləğində birdəfəlik vəsaiti ödəməyi öhdəsinə götürmüş, iddiaçı isə həmin müqaviləni imzalayaraq həmin şərti təsdiqləmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə təhvil verdiyi 42,21 kv.m-lik ümumi sahəyə malik mənzilin əvəzində ünvan 3 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-niın mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 42,21 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili götürəcəyi ilə razılaşmışdır. Tərəflər arasında bağlanmış 29.09.2017-ci il tarixli 102 №-li müqavilənin şərtlərində 42,21 kv.m-lik ümumi sahəyə neçə otaqlı mənzilin verilməsi göstərilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin verdiyi izahatdan da göründüyü kimi, 42,21 kv.m-lik ümumi sahəyə 2 otaqlı mənzillər mövcud deyil. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət göstərilməsinin təmin edilməsi üçün 12.31 kv.m. qeyri-yaşayış sahəsinin ona verilməsi tələbi hissəsində də iddia tələbi əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış 29.09.2017-ci il tarixli 102 №-li müqavilədə belə şərt nəzərdə tutulmayıb. Bu səbəbdən də iddiaçının hazırki iddia tələb üzrə məhkəməyə müraciət etməsi əsaslı deyil. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının öhdəliyin icrası ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 Cavabdeh MMC-yə qarşı “mənzilin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-365/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-365/2022
14.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver