Məhkəmə qərarları › İş №2(005)-3651/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3651/2020

26.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3651/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İddiaçı Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, sosial sığorta ödənişlərinin, qeyri-iş günlərində işləməyə görə pul əvəzinin, istifadə edilməmiş əmək məzuniyyətinin ödənilməsi və mənəvi zərər” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, qeyri-iş günlərində işləməyə görə pul əvəzinin, ödənilməsi və mənəvi zərər” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx tərəfindən ona ödənilməmiş pul vəsaitinin, əlavə işlərə görə 15 min manat, məzuniyyət ödənişinə görə 1800 manat ümumi ödənilməmiş 11 7 11 0 manat məbləğində pul vəsaitinin ona ödənilməsini və iş yerinə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məlumat üçün yazıb bildirir ki, 2019cu il may ayından etibarən o xxxx şirkətində öz əmlakı ilə Renault markalı ** VP *** dövlət nömrə nişanlı yarımqoşqu ** ZG *** dövlət nömrə nişanlı n.v-si ilə işə başlayıb. İşlədiyi işdə ona pul ödənişi düzgün ödənilməmişdir və iş saatları əmək qanunvericiliyinə uyğunluq təşkil etməmişdir. xxxx şirkəti isə iş saatını 7.30-18.00 kimi dəyişdirərək öz mənafeyinə uyğun iş qrafiki təsis etmişdir. Bu cur iş qrafiki ilə də kifayətlənməyərək nahar fasiləsini də öz mənafeyinə uyğunlaşdıraraq 12.30-13.00 olaraq müəyyənləşdirmişdir. Bu məsələ əmək məcəlləsində öz əksini tapmışdır: Yuxarıda sadalanan iş qrafıkinə nəzər saldıqda bizim işəgötürənin mülahizəsi və istəyinə uyğun işlədiyimiz üzə çıxır. Əmək məcəlləsinin bu göstərişlərinə şirkət tərəfindən əməl edilməmişdir. Mənə istirahət və sağlam iş şəraiti yaradılmadığı kimi bu əlavə işlərə görə də heç bir ödəniş edilməmişdir. Bütün bu olanlara nəzər saldıqda işəgötürənin öz üzərinə düşən öhdəliklərə əməl etmədiyi açıq şəkildə görünür. İşəgötürən əlavə işə cəlb etdiyinə görə heç bir ödəniş etməmişdir, o cümlədən də şənbə və bayram günləri üçün ikiqat ödənişlərdən boyun qaçırmışdır. Hətta Nazirlər Kabinetinin qərarı ilə may ayının 23,24,25,26,27,29-u ödənişli istirahət günləri elan edilsə də, onlar işə cəlb olunmuşlar; bu isə ödənişdə adi iş günü kimi hesablanmışdır. İşəgötürən ona aid əmlakdan istifadə etdiyi halda ona pul ödənişi etməmiş günləri (bayram və bazar günləri) yüklü saxlayaraq ona maddi, mənəvi və fiziki zərər vermişdir. 2019 avqust ayı üçün yüklü saxlama və ödənilməmiş məbləğ cəmi 27 gün. 13 gün x 24 x 15 saat xl 5 manat+5gün x 22saal xl5 manat +9 gün x 12 saat xl5 manat = 7950 manat. 2019.sentyabr ayı üçün yüklü saxlama və ödənilməmiş məbləğ 2.3.4.5.6.7.9.11.12.13.14.16.17.18.19.20.21.22.23.24.25.26.27.28.30. cəmi 25 gün.5 gün xl2saat x l5 manat +1 gün x 20saat x l5manat+4 gün x 24 saat xl5 manat+4 gün x 16 saat x 15 manat + 11 gün x 10 saat x 15 manat = 5250. 2019 oktyabr ayı üçün yüklü saxlama və ödənilməmiş məbləğ . cəm 27 gün.9 gün x24saat xl5 manat + 5 gün x 16 saat x 15 manat+13 gün x 10 saat xl5 manat=6390 manat.2019 noyabr ayı üçün yüklü saxlama və ödənilməmiş məbləğ 1.2..4.5.6.7.8.9.11.12.13.14.15.16.18.19.20.21.22.23.25.26.27.28.29.30. cəm 26 gün.3 gün x24 saat xl5manat + 7 gün x 16 saat xl 5 manat+ 16 gün x 10 saat x 15 manat=5160 manat. 2019 dekabr ayı üçün yüklü saxlama və ödənilməmiş məbləğ. cəm 25 gün 16 x24 saat xl5 manat + 9 gün xlO saat x 15 manat =7110. 2020. Yanvar ayı üçün yüklü saxlama və ödənilməmiş məbləğ cəm .21. gün 17 gün x 24 saat x 15 manat +4 gün x 10 saat x l5 manat = 6720. 2020.Fevral ayı üçün yüklü saxlama və ödənilməmiş məbləğ cəmi 28 gün. 22 gün x 24 saat x 15 manat +4 gün x 10 saat x l 5 manat = 7960 manat.2020. Mart ayı üçün yüklü saxlama və ödənilməmiş məbləğ cəm.26 gün 21 gün x 24 saat x 15 manata + 5 gün x 10 saat xl5 manat = 8310 manat.2020. Aprel ayı üçün yüklü saxlama və ödənilməmiş məbləğ cəm 29 gün 21 gün x 24 saat x 15 manat +8 gün xlO saat 15 manat = 7680 manat – 195 manat=7485 manat .2020. May ayı üçün yüklü saxlama və ödənilməmiş məbləğ cəm 28 gün 25 gün x 24 saat x 15 manat +3 gün x 11 saat xl 5 manat = 9495 manat-260 manat=9235 manat. 2020. İyun ayı üçün yüklü saxlama və ödənilməmiş məbləğ. cəm 23 gün 15 gün x 11 saat x 15 manat + 3 gün x 16 x 15 manat +5 gün x 24 saat x 15 manat = 4995 manat. 2020 iyul ayı üçün yüklü saxlama və ödənilməmiş məbləğ cəm 28 gün 24 x 24 saat x 15 manat +4 günx 16 saat x 15 manat =11040. 2020. Avqust ayı üçün yüklü saxlama və ödənilməmiş məbləğ 1.3.4.5.6.7.8.9.10.11.12.13.14.15.16.17.18.19.20.21.22.24.25.26. cəm 26 gün 17 gün x 24 saat xl5 manat +4 gün x 16saat x 15 manat +5 gün x 1 İsaat xl5 manat = 7905. Avqustun 26-sından sentyabrın 14 -nə kimi nəqliyyat vasitəsi şirkətə aid ərazidə saxlanıldığı halda o işlədilməyib. Ona işdən çıxarılması barədə rəsmi sənəd təqdim edilməmişdir. 20 gün müddətinə də x 24 saat x 10 manat = 4800 manat.cəmi 100310 manat O da bu yuxarıda göstərilən şəxslərdən biridir.Göründüyü kimi, əmək məcəlləsinin bu tələbləri də yerinə yetirilməmişdir. İş yerində heç bir ixtisar olmadığı halda nəqliyyat üzrə formen Əli Babayev ona xx.xx.2020-ci ildə səhər saat 10 radələrində telefonla zəng vuraraq işdən çıxarıldığını söylədi. O həmin şəxsə son haqq-hesab üçün sənədlərin ödənilməmiş hissələrinin hesablanması tələbini Whatsapp vasitəsilə bidirsə də, o iddiaçının bu tələbinə etinasızlıq göstərmişdir. O iddiaçıya aid olan əmlakını xx.xx.2020-ci ildə ərazidən çıxarmağa məcbur olmuşdur. Bütun bu özbaşınaqlan sübut etmək üçün sənədlər,işçilərin iş qrafiki və ödəniş hesablarının məhkəməyə təqdim edilməsi ilə mümkündür. İşə başlama və bitmə saatlarını giriş- çıxış kartının qeydləri əsasında müəyyən etmək olar. Bütün bu sübutlar işəgötürəndən tələb edilmslidir. O n.v-lə işlədiyinə görə anbardan yük qaimələri və giriş çıxışa nəzarət edən soqar mühafizə dəstəsinin qeydləri ilə tam və qüsursuz olaraq sübut edir.Bu sübutlardan bir qismini özü məhkəməyə təqdim edir. N.v-sinin H.Əliyev adına X5 buraxılışın verilməsi, həmçinin SOCAR-ın TCM -KT JV HAOR PROJECT Cavabdeh-nin icazəsi ilə iş icazəsinin verilməsini təsdiq edən sənədlər,N.V-sinin yük daşıma qaimələrini, SOCAR-ın mühafizə postlarının qeydlərini və paşa bankın plastik kartının surətlərinin çıxarılaraq məhkəməyə təqdim edir.Yüklü saxlanan n.v-sinin şəkillərlə təsviri, saatı, günü, ayı, ili göstərən dəlilləri məhkəməyə təqdim edir. Onun telefonundakı şəkillərin sübut kimi məhkəməyə təqdim etməyisinə şərait yaradılmasını xahiş edir. xxxx şirkəti yuxanda qeyd edilən Konstitusiya, Əmək Məcəlləsi, Nazirlər Kabinetinin göstərişlərinə əməl etməmişdir və bununla da onun hüquqları kobud surətdə pozulmuş, ona maddi, mənəvi ziyan vurulmuşdur. Daha sonra xx.xx.2020-ci il tarixdə iddiaçı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, sosial sığorta ödənişlərinin, qeyri-iş günlərində işləməyə görə pul əvəzinin, istifadə edilməmiş əmək məzuniyyətinin ödənilməsi və mənəvi zərər” tələbi barədə iddia ərizəsinə əlavə təqdim edərək, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə, dövlət sosial sığorta ödənişlərinin ödənilməyən hissəsinin ödənilməsinə, işlədiyi müddətlərin əmək kitabçasında rəsmiləşdirilməsinə, işlədiyi əmək haqqlarının ödənilməsinə, normadan artıq işlərə görə yəni 11-12 saat əmək haqqı, qeyri iş günlərinə və əmlakının günlərlə qeyri iş günlərində yüklü saxlanaraq istismar edilməsinə görə pul əvəzi 100310 manat, vəzifəsinə aid olmayan işlərə görə (yükün bağlanması, açılması, bortların açılıb, bağlanması, yük platformasının müntəzəm təmizlənməsi, fəhlələrin sərnişin qismində sahələrə daşınması, kabinənin təmizlənməsi və s.) əmək haqqı 15000, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi 1800 manat, 6000 manat məbləğində mənəvi ziyanın əvəzi kimi pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələblərinə əlavə onunla əsaslandırılmışdır ki, "Əmək müqaviləsinə xitam verilmədən işə buraxılmır, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə,dövlət sosial sığorta ödənişlərinin ödəniməyən hissəsinin ödənilməsinə, işlədiyi müddətlərin əmək kitabçasında rəsmiləşdirilməsinə, işlədiyi əmək haqqlarının ödənilməsinə, normadan artıq işlərə görə (yəni 11-12 saatjəmək haqqı, qeyri iş günlərinə və əmlakının günlərlə qeyri iş günlərində yüklü saxlanaraq istismar edilməsinə görə pul əvəzi, vəzifəsinə aid olmayan işlərə görə (yükün bağlanması, açılması,bortların açılıb,bağlanması, yük platformasının müntəzəm təmizlənməsi, fəhlələrin sərnişin qismində sahələrə daşınması, kabinənin təmizlənməsi və s. əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, mənəvi ziyanın əvəzi kimi pul tutulması barədə" Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən "iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır". Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu maddəsini əsas tutaraq iddia tələbini aşağıda göstərilən qaydada artırır.O xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən reqlameti pozaraq ona ünvanlanan suala ( siz əmək müqaviləsilə işləyirdiniz?) yox deyərək cavab verməsi onu məcbur etdi ki bu işi araşdırsın. Şəxsi kabinet açaraq ordakı informasiyanı iddia ərizəsinə köçürdü. Məlum oldu ki, onun sosial sığorta ödənişləri ödənməyib. Əmək müqaviləsi isə xx.xx.2020- tarixində bağlanıb. xx.xx.2020-də isə müddətin bitməsinə görə xitam verilib. O, xx.xx.2019-cu ildən etibarən "xxxx" şirkətində maneəsiz işləyib. xx.xx.2020-ci il tarixində nəqliyyat üzrə formen Əli Babayev saat 10 radələrində telefonla zəng vuraraq işdən azad edildiyini bildirdi. Rəhbərliyə müraciət etsə də cavab verilmədi. Maddə 73-ə nəzər saldıqda o, xx.xx.2020-yə kimi işləyib. Bu da ona əsas verir ki, istənilən halda o işdən azad edilmiş sayılmır. Xidməti bir daha bütün işəgötürənlərə xəbərdarlıq edir ki, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verən, həmçinin karantin dövründə şəxslərin sərbəst hərəkətini təmin etmək məqsədi ilə "Əmək müqaviləsi bildirişi" altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcək. İşçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi ilə əlaqədar aşağıdakı məsuliyyət tədbirləri nəzərdə tutulur: Yuxarıda qeyd edilən maddə üzrə o işlətdiyi yarımqoşquya xidmət etmiş, onun yuyulması texniki qulluq işlərinin yerinə yetirilməsi və bunun üçün texnikaya vaxt ayrılması üçün cavabdeh heç bir addım atmamışdır. Halbuki, fəhlələrin sahələrə daşınmasında (nəzərə alsa ki,bu N.V-si yük üçün nəzərdə tutulub) və digər ara işləri üçün istifadə etdiklərinə baxmayaraq günlərlə qeyri iş günlərində yüklü saxlamış əmək məcəlləsi ilə müəyyən edilmiş vaxtdan əlavə işlərə görə heç bir ödəniş etməmişdir. Bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol verilir. Məcəllənin bu yuxarıdakı maddəsinə əsasən o, iddia tələbinə sosial sığorta ödənişinin ödənilməmiş hissəsinin ödənilməsini və işlədiyi müddətin (yəni xx.xx.2019 -tarixdən) əmək kitabçasına bərpa edilməsini məhkəmədən xahiş edir. Yuxarıda qeyd edilənə əsasən onunla müddətli əmək müqaviləsinə görə xitam verildiyi göstərilir. O isə xx.xx.2020-ci ildən etibarən cavabdehin şəxsi mülahizəsinə görə işə buraxılmır. Yuxarıda göstərilənləri, Əmək Məcəlləsinin 300-cü maddəsini və "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3.11.2008-ci il tarixli 7 saylı Qərarını əsas tutaraq cavabdeh müəssisədən mənim xeyrinə 6000 manat məbləğində mənəvi ziyanın əvəzi kimi pul tutulması barədə Qətnamə qəbul etməyi məhkəmədən xahiş edir. İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsinə dair yazılı etiraz təqdim etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əlavə işlərə görə 15000 manat; məzuniyyət ödənişinə görə 1800 manat və ümumi ödənilməmiş 117110 manat məbləğində pul vəsaitinin ödənilməsi və işə bərpa barədə verdiyi iddia tələbinin artırılmasına dair ərizəsini aşağıdakılara görə əsassız hesab edirlər: Aydınlıq gətirmək məqsədi ilə bildirirlər ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət təyinatı tikinti-quraşdırma işləridir, İddiaçı ilə bu Cəmiyyət arasında əlavə iş yeri üzrə əmək haqqı 250 manat olmaqla xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 1 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Bu müddət başa çatdıqda bağlanmış əmək müqaviləsi xx.xx.2020-ci il tarixinədək uzadılmışdır və bu müddət bitdikdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə xitam verilmişdir (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və xitam verilməsi ilə bağlı bildirişlər) İddiaçı Cəmiyyətdə əlavə iş yeri üzrə iki istirahət günü olan 5 günlük iş rejimi üzrə gündə 1 saat (19:00-dan 20:00-dək) işləməsi nəzərdə tutulmuşdur ki, bu da Əmək Məcəlləsinin 58ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğundur. Belə ki, Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Bu səbəbdən iddiaçının Cəmiyyət tərəfindən ona əlavə işlərə görə 15000 manat ödənilməsi tələbi əsassızdır. İddiaçının “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmək münasibətləri xx.xx.2020-xx.xx.2020-ci il dövrünü əhatə edir ki, bu müddət ümumilikdə 1 ay 24 gündür və ona bu dövr üçün əmək məzuniyyətinin müddəti maximum 3,5 t/g müəyyən edilə bilər. Nəzərə alsalar ki, əmək müqaviləsi üzrə işçinin tarif (vəzifə) maaşı 250 manat təşkil edir, iddiaçının məzuniyyət ödənişinə görə 1800 manat tələbi əsassızdır. İddiaçının istifadə etmədiyi əsas məzuniyyətlərinə görə pul əvəzi (250/30,4)*3.5=28.79 manat təşkil edir ki, bu da təmin edilib. İddiaçının ümumi ödənilməmiş 117110 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbi onun fantaziyasının nəticəsidir. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olduğundan iddiaçının işə bərpa haqqında tələbi əsassızdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları və tərəflərin təqdim etdiyi sübutlar ilə məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları aşağıdakı kimidir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatın surətinə əsasən, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2020-ci il tarixli xxxxxxx0004X0 nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin tarixi xx.xx.2020-ci il. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin nömrəsi və tarixi: İR-X-844/20, xx.xx.2020. Əmək müqaviləsinə xitam verilməsinin əsası 68.2.b) əmək müqaviləsinin müddətinin qurtarması. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 1151 nömrəli xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişikliyə əsasən, əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilir: “Bu Əmək müqaviləsi Azərbaycan Respublikasının 47-ci maddəsinin f) bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2020 tarixinədək bağlanmışdır.” Bu dəyişikliklər qanunvericiliyə uyğun olaraq “Əmək müqavilələri bildirişlərinin elektron informasiya sisteminə” daxil edildiyi tarixdən qüvvəyə minir və “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 1151 nömrəli xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. xx.xx.2020-ci il tarixli 1151 nömrəli əmək müqaviləsindən görünür ki, “xxxx” MMC-nin baş direktoru X4 ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən sonuncu əlavə iş yeri üzrə kran operatoru peşəsinə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək 1 ay müddətinə bağlanmışdır. Müqavilə ilə əmək haqqı vaxtamuzd ödəniş sistemi tətbiq edilir və aylıq 250 manat müəyyən edilmişdir. İşçi iki istirahət günü olan 5 günlük iş həftəsi üzrə həftənin İ-V günlərində 1 saat, həftə ərzində isə 5 saatdan çox olmayaraq işləyir. İşçinin iş ilini xx.xx.2020- xx.xx.2020-ci il tarixli dövr əhatə edir. Əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. xx xxxxxxx 2020-ci il tarixli Arayışdan görünür ki, “xxxx” MMC tərəfindən İddiaçı 250 manat əmək haqqı, 25,48 manat son haqq hesab olmaqla 275,48 manat hesablanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məktubundan görünür ki, , “xxxx” MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlar xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, müddətli xx.xx.2020-ci il tarixdə ƏM 68.20) b maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73.2-ci maddəsinə əsasən, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 58.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. 58.2-ci maddəsinə əsasən, əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. 58.3-cü maddəsinə əsasən, iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. 58.4-cü maddəsinə əsasən, əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 87.2-ci maddəsinə əsasən, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onları işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 87.3-cü maddəsinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. 165-ci maddəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. 43-cü maddəsinə əsasən, işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; ) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması; ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN) əmək müqaviləsində mütləq göstərilməlidir. 54-cü maddəsinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsini təmin etməlidir. 304-cü maddəsinə əsasən, sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir. 307-ci maddəsinə əsasən, işçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, «Sosial sığorta haqqında» “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir. Məhkəmədə müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli 1151 nömrəli əmək müqaviləsindən görünür ki, “xxxx” MMC-nin baş direktoru X4 ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən sonuncu əlavə iş yeri üzrə kran operatoru peşəsinə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək 1 ay müddətinə bağlanmışdır. Müqavilə ilə əmək haqqı vaxtamuzd ödəniş sistemi tətbiq edilir və aylıq 250 manat müəyyən edilmişdir. İşçi iki istirahət günü olan 5 günlük iş həftəsi üzrə həftənin İ-V günlərində 1 saat, həftə ərzində isə 5 saatdan çox olmayaraq işləyir. İşçinin iş ilini xx.xx.2020- xx.xx.2020-ci il tarixli dövr əhatə edir. Əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 1151 nömrəli xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişikliyə əsasən, əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilir: “Bu Əmək müqaviləsi Azərbaycan Respublikasının 47-ci maddəsinin f) bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2020 tarixinədək bağlanmışdır.” Bu dəyişikliklər qanunvericiliyə uyğun olaraq “Əmək müqavilələri bildirişlərinin elektron informasiya sisteminə” daxil edildiyi tarixdən qüvvəyə minir və “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 1151 nömrəli xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatın surətinə əsasən, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2020-ci il tarixli xxxxxxx0004X0 nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin tarixi xx.xx.2020-ci il. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin nömrəsi və tarixi: İR-X-844/20, xx.xx.2020. Əmək müqaviləsinə xitam verilməsinin əsası 68.2.b) əmək müqaviləsinin müddətinin qurtarması. Bu dəyişikliklər qanunvericiliyə uyğun olaraq “Əmək müqavilələri bildirişlərinin elektron informasiya sisteminə” daxil edildiyi tarixdən qüvvəyə minir və “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 1151 nömrəli xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. xx xxxxxxx 2020-ci il tarixli Arayışdan görünür ki, “xxxx” MMC tərəfindən İddiaçı 250 manat əmək haqqı, 25,48 manat son haqq hesab olmaqla 275,48 manat hesablanmışdır. Cavabdeh tərəfindən verilmiş əmrdən görünür ki, iddiaçının işdən çıxarılmasına əsas işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi olmuşdur. İlkin olaraq məhkəmə bildirir ki, hazırki mübahisə üzrə İddiaçı işdən çıxmasına əsas olan “xxxx” MMC MMC-nin xx xxxxxx 2020-ci il tarixli 29/İX nömrəli əmrinin qanuniliyi mübahisələndirilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin b) yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Qeyd edilən Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Yuxarıda qeyd edilmiş qanununun normasından göründüyü kimi əmək müqaviləsində göstərilən müddət qurtardıqda işəgötürən əmək münasibətlərinin davam etdirilməsini deyil, xitam verilməsini tələb etmiş, və buna dair işəgötürən tərəfindən İR-X-844/20 saylı , xx.xx.2020-ci il tarixli əmr verilmişdir. İddiaçı işdə “xxxx” MMC tərəfindən ona aid verilmiş əmri mübahisələndirməmiş, yalnız kran operatoru kimi işləməsini və müəyyən edilmiş müddətdən artıq işləməsini əsas göstərək, “xxxx” MMC-yə işə bərpası, dövlət sosial sığorta ödənişlərinin ödənilməyən hissəsinin ödənilməsi, əmək haqqının ödənilməsi və s. tələbi ilə MMC-yə qarşı tələb irəli sürmüşdür. Lakin, iddiaçının “xxxx” MMC-nin müəyyən edilmiş müddətdən artıq işləməsinə dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir və belə bir sübut iş materiallarında yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, habelə əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, məhkəmə iddia ərizəsindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Cavabdeh isə xx.xx.2020-ci il tarixli 1151 nömrəli əmək müqaviləsindən başqa tərəflər arasında sonradan əmək müqaviləsinin bağlanması barədə sübut təqdim etmişdir. Belə ki, müddət başa çatdıqdan sonra tərəflər arasında yenidən əmək münasibətlərinin davam etdirilməsi yazılı bağlanmış əmək müqaviləsi ilə rəsmiləşdirilmişdir. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə digər hissələrdə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə uyğun hesab edir. Qeyd olunanlara əsasən, məhkəmə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, sosial sığorta ödənişlərinin, qeyri-iş günlərində işləməyə görə pul əvəzinin, istifadə edilməmiş əmək məzuniyyətinin ödənilməsi və mənəvi zərər” tələbinə dair iddiasını əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, sosial sığorta ödənişlərinin, qeyri-iş günlərində işləməyə görə pul əvəzinin, istifadə edilməmiş əmək məzuniyyətinin ödənilməsi və mənəvi zərər” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar