Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3653/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borcu 91.4 manat, cərimə borcu 9.6 manat,15.10.2020-ci il tarixli müqaviləyə əsasən məhsulun qaytarlmasından sonra qalan borc üzrə əsas borcu 105.1 manat, cərimə borcu 0 manat, ümumilikdə 206.1 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 20 manat dövlət rüsumunun, İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 02.04.2020-ci il və 15.10.2020-ci il tarixli müqaviləsinə əsasən, Sony playstatıon-4, oyun pultu, məhsulun qaytarılmasından sonra qalan borc üçün 206.1 manat borc yaranmışdır. Cavabdeh 02.04.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1166.4 manat olan Sony playstatıon-4, oyun pultu üçün ümumilikdə 101 manat olmaqla ondan 91.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.6 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 02.04.2020-ci il tarixli müqaviləsinə əsasən, Sony playstatıon 4 15.10.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 818 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh 15.10.2020ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 167.1 manat olan mehsulun qaytarılmasından sonra qalan borc üçün ümumilikdə 105.1 manat olmaqla ondan 105.1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə pulu borcu yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştərimübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 02.04.2020-ci il tarixli 20210013 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh 6 ay müddətinə hissə-hissə ödəmək şərti ilə dəyəri 1166.4 manat dəyərində Sony playstatıon-4 və oyun pultu satılmışdır. İş materiallarında olan 23.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 206.1 manat borcu vardır. İş materiallarında olan 02.04.2020-ci il tarixli 20210013 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği hər ay üçün 189.4 manat müəyyən edilmişdir. İş materiallarında olan 11.11.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan 31.05.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh razılığı əsasında 02.04.2020-ci il tarixli 20210013 saylı müqavilənin predmetləri olan Sony playstatıon-4 və oyun pultu istifadədən sonrakı dəyəri 818 manat müəyyən olunmuş və geri qaytarılmışdır. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh nisyə satış müqaviləsinə görə 6 ay müddətinə hissə-hissə ödəmək şərti ilə, cəmi 1166.4 manat dəyərində mallar satmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı nisyə alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə.o icranı xatırlatma üzrə gecikdirmiş sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 02.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc 91.4 manat, cərimə borcu 9.6 manat,15.10.2020-ci il il tarixli müqaviləyə əsasən məhsulun qaytarlmasından sonra qalan borc üzrə əsas borcu 105.1 manat, ümumilikdə 206.1 manat borc, həmçinin ərizəyə görə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı “İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 02.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc 91.4 manat, cərimə borcu 9.6 manat,15.10.2020-ci il il tarixli müqaviləyə əsasən məhsulun qaytarılmasından sonra qalan borc üzrə əsas borcu 105.1 manat, ümumilikdə 206.1 (iki yüz altı manat on qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı “İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3653/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3653/2021
16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver