Məhkəmə qərarları › İş №2(005)-3653/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3653/2022

17.11.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3653/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Nuriyeva X5 Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin ölmüş elan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşamış Maraqlı şəxs2 ölmüş elan edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü il tarixdə Maraqlı şəxs2 ilə nikaha girmiş, həmin nikahdan 4 uşaqları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra 8 il Bakı şəhərində yaşamış, sonra isə 2001-ci ildə Rusiya Federasiyasının Yakutski şəhərinə köçmüş, 2014-cü ilədək orada ailəsi, o cümlədən həyat yoldaşı ilə birlikdə yaşamışdır. 2014-cü ildə həyat yoldaşı Maraqlı şəxs2 Bakı şəhərinə gəlmiş və sonradan sənədləri qaydasında olmadığı üçün Rusiya Federasiyasının Yakutski şəhərinə qayıda bilməmişdir. Sonuncu dəfə xx.xx.2014-cü il tarixdə Bakı şəhəri,Nərimanov rayonu, A.M.Cümə küçəsi, məhəllə 1969, ev 34. mənzil 30-dan telefonla danışmış, danışıq zamanı sənədləri qaydasında olmadığı üçün Rusiya Federasiyasının Yakutski şəhərinə başqa yollarla gələcəyini demişdir. Lakin qeyd olunan tarixdə evdən çıxdıqdan sonra həyat yoldaşı nə gəlməmiş, nə də əlaqə saxlamamışdir. Yoldaşının itkin düşməsi ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət etmişdir. X10 xx.xx.2015-ci il tarixli, 9/7-1405 saylı arayışından göründüyü kimi həyat yoldaşı Maraqlı şəxs2 itkin düşməsi ilə bağlı axtarış işi açılmış və tapılması üçün əməliyyat axtarış tədbirlərinin aparılması qeyd olunmuşur. Həmin vaxtdan, yəni xx.xx.2014-cü il tarixdən 7 il 8 ay keçmiş və ərinin harada olması barədə məlumat yoxdur və axtarış işi heç bir nəticə verməmiş, ona görə də Qanunun tələbinə uyğun olaraq həyat yoldaşının ölüm şəhadətnaməsini almaq üçün onun ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsi tələb olunduğundan, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birgə nikahdan 4 uşağı anadan olmuş və həmin uşaqlara tək ana kimi baxmış, lakin həyat yoldaşının ölüm barədə şəhadətnaməsi olmadığı üçün tək analar üçün təyin edilmiş pensiya almaq hüququndan məhrum olmuşdur. Bundan başqa həyat yoldaşının mülkiyyətində olan mənzil və torpaq sahəsini də sənədləşdirmək istəsə də, ölüm şəhadətnaməsi olmadığından bu da mümkünsüz olmuşdur. Məhkəmə iclasında izahat verən Ərizəçi nümayəndəsi X6 uzun illərdir atasından məlumat olmadığını, axtarışın heç bir nəticə vermədiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır; Nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs2 ilə X7 arasında nikah Nərimanov rayon qeydiyyat şöbəsində xx.xx.1993-cü il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Nuriyeva” soyadı verilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7061/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək, onunla birlikdə, daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq hüququnun verilməsi qət edilmişdir; AR DİN Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin xx.xx.2015-ci il, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 xx.xx.2014-cü il tarixdə itkin düşmüş, onun itkin düşməsi ilə bağlı Binəqədi RPİ-nin 7-ci PB-də xx.xx.2015-ci il tarixdə 3269 nömrəli axtarış işi açılmış və tapılması üçün əməliyyat axtarış tədbirləri aparılır; AR DİN Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, itkin düşən Maraqlı şəxs2 barəsində Binəqədi RPİ-də xx.xx.2015-ci il tarixdə 3269 nömrəli axtarış işi açılmışdır; Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2015-ci il tarixli qərarın surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə ərizə ilə polis idarəsinə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü qardaşı Maraqlı şəxs2 Rusiya Federasiyasında qeydiyyatsız yaşadığına görə 2014-cü ilin noyabr ayında ölkədən çıxarıldığını, xx.xx.2014-cü il tarixdə Rusiyaya ailəsinin yanına qayıtması üçün Bakı şəhərində yaşadığı evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirmiş, həmçinin onun RF-də 1993-cü ildən yaşaması, orada həkim işləməsi, heç kimlə ədavəti, düşmənçiliyi olmaması barədə məlumat vermişdir. Cinayət xarakterli məlmat daxil olmadığından cinayət təqibinin başlanması rədd edilmiş, Maraqlı şəxs2 itkin düşməsi ilə əlaqədar axtarış işinin açılması üçün material cinayət axtarış şöbəsinə göndərilmişdir; AR DİN İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Maraqlı şəxs2 İNTERPOL kanalları ilə beynəlxalq axtarışda olmasına dair məlumat yoxdur; AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Maraqlı şəxs2 itkin düşmüş kimi Binəqədi RPİ tərəfindən xx.xx.2015-ci il tarixdən axtarışdadır; Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Maraqlı şəxs2 sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2013-cü il tarixində çıxış və xx.xx.2014-cü il tarixdə giriş istiqamətində qeydiyyat aparılmışdır; AR DİN Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 barəsində Nərimanov RPİ-də heç bir təqsirləndirici material qeydiyyata alınmamışdır; AR Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Maraqlı şəxs2 ölümü haqqında məlumat aşkar edilməmişdir; AR Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Maraqlı şəxs2 balanslarında olan hər hansı qəbirstanlıqda, həmçinin qəbirstanlığın “kimsəsizlər” sektorunda dəfn olunub-olunmaması barədə heç bir məlumat yoxdur; AR Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Maraqlı şəxs2 doğumu, nikahın pozulması, ölümü, soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hə hansı məlumat aşkar edilməmişdir; AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 xx.xx.2012-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır; “Elektron Notariat” X1 çıxarışdan görünür ki, Maraqlı şəxs2 tərəfindən sonuncu notarial hərəkət xx.xx.2014-cü il tarixdə aparılmışdır; AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 barədə nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemi məlumat bazasında məlumat aşkarlanmamışdır; AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü istefada olan leytenant Maraqlı şəxs2 12.1981-ci tarixdən 11.1983-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. Maraqlı şəxs2 əlavə xidmətləri barədə heç bir məlumat yoxdur; AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluğun olubolmaması barədə məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Maraqlı şəxs2 barəsində yalnız itkin düşməsi haqda axtarış işi vardır; “X12” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Maraqlı şəxs2 ünvan 1 ünvanında order əsasında qeydiyyatda olsa da, sonuncu 2010-cu il tarixdən həmin ünvanda yaşamamış və görünməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Maraqlı şəxs2 sonuncu dəfə dövlət sərhədindən xx.xx.2013-cü il tarixində çıxmış və xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasına daxil olmuşdur. Maraqlı şəxs2 barəsində Binəqədi RPİ-də xx.xx.2015-ci il tarixdə axtarış işi açılmışdır. xx.xx.2014-cü il tarixdən hazıradək həyatda olması barədə hər hansı məlumatın olması müəyyən edilməmişdir. Hazırda ərizəçinin qeyd edilən hüquqi əhəmiyyətli faktı məhkəmədən kənar əldə etməsi qeyri-mümkündür. Ərizəçi həmin faktın müəyyən edilməsini ailə başçısını itirməyə görə pensiya almaq və əmlakı sənədləşdirmək məqsədilə lazım olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə görə, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1, 41.3 və 42.1-ci maddələrinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Maddələrin məzmunundan göründüyü kimi, şəxsin ölmüş elan edilməsi üçün qanunverici iki müstəqil əsas nəzərdə tutmuşdur: “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması” və “ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan altı ay ərzində xəbər çıxmaması”. Göstərilən əsaslardan hər hansı biri mövcud olduqda məhkəmə şəxsi ölmüş elan etməkdə haqlıdır. Birinci halda (şəxsin yaşayış yerində harada olması barədə beş il ərzində məlumat olmazsa) qanunverici şəxsin ölməsinə güman verən halın, hadisənin olmasını tələb etmir. Bu zaman şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması ərizəçiyə şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312, 313 və 315.2-ci maddələrinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. İş materiallarından göründüyü kimi, ərizəçinin əri olan Maraqlı şəxs2 harada olması haqda 7 ildən artıq müddətdə məlumat olmamış, itkin düşməsi barədə axtarış işi açılmış və müxtəlif dövlət orqanlarına ünvanlanmış sorğulara cavab məktublarına əsasən onun barəsində hər hansı yeni məlumatın aşkar edilmədiyi müəyyən olunmuşdur. Beləliklə, şəxsin ölmüş elan edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edildiyindən məhkəmə hesab edir ki, Ərizəçi əri xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda doğulmuş Maraqlı şəxs2 ölmüş elan edilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gün - Maraqlı şəxs2 ölüm günü hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,233, 312-315 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixində Ermənistan Respublikasının Sisiyan rayonunda doğulmuş Maraqlı şəxs2 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün - Maraqlı şəxs2 ölüm günü hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar