Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3659/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********90811 olan Samsung galaxy Aİ0 markalı telefon üçün 124 (yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, 09.07.2020-ci il tarixli müqavilə üzrə İMF.İ kodu **********90182 olan Samsung galaxy A10 markalı telefon üçün 349.4 (üç yüz qırx doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 34.6 (otuz dörd manat altmış qəpik) manat cərimə, 22.06.2020-ci il tarixli müqavilə üzrə Realme qulaqlıq üçün 150.4 (yüz əlli manat qırx qəpik) manat ödənilməmiş hissə, 15.6 (on beş manat altmış qəpik) manat cərimə, 27.05.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********08847 olan Samsung galaxy A10 markalı telefon üçün 318.6 (üç yüz on səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 31.4 (otuz bir manat qırx qəpik) manat cərimə, ümumilikdə 1036 manat borc. 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 11.12.2019-cu il, 09.07.2020-ci il, 22.06.2020-ci il və 27.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********90811 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********90182 olan Samsung galaxy A10 markalı telefon, Realme qulaqlıq, İMEİ kodu **********08847 olan Samsung galaxy A10 markalı telefon almış və nəticədə 1036 (min otuz altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372 (üç yüz yetmiş iki) manat (12 ay x 31 manat ı 0 manat ilkin ödəniş) İMEİ Kodu **********90811 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 136 (yüz otuz altı) manat olmaqla ondan, 124 (yüz iyirmi dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 (on iki) manat cərimə miqdarında borc yaranmışdır. 09.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 395.4 (üç yüz doxsan beş manat qırx qəpik) manat (18 ay x 21.8 manat - 3 manat ilkin ödəniş İMEİ kodu **********90182 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 384 (üç yüz səksən dörd) manat olmaqla ondan, 349.4 (üç yüz qırx doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.6 (otuz dörd manat altmış qəpik) manat cərimə; 22.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 164.4 (yüz altmış dörd manat qırx qəpik) manat (12 ay x 13.7 manat + 0 manat ilkin ödəniş) Realme qulaqlıq üçün ümumilikdə, 166 (yüz altmış altı) manat olmaqla ondan, 150.4 (yüz əlli manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.6 (on beş manat altmış qəpik) manat cərimə; 27.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 381.6 (üç yüz səksən bir manat altmış qəpik) manat (12 ay x 31.8 manat - 0 manat ilkin ödəniş) İMEİ kodu **********08847 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 350 (üç yüz əlli) manat olmaqla ondan, 318.6 (üç yüz on səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31.4 (otuz bir manat qırx qəpik) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 371 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 11.12.2019-cu il, 09.07.2020-ci il, 22.06.2020-ci il və 27.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********90811 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********90182 olan Samsung galaxy A10 markalı telefon, Realme qulaqlıq, İMEİ kodu **********08847 olan Samsung galaxy A10 markalı telefon almış və nəticədə 1036 (min otuz altı) manat borc yaranmışdır. 22.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, qısa zamanda ödəniş etməyəcəyi təqdirdə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir; 17 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 464.1-ci maddəsinə əsasən-kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 464.2. Əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 11.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********90811 olan Samsung galaxy Aİ0 markalı telefon üçün 124 (yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, 09.07.2020-ci il tarixli müqavilə üzrə İMF.İ kodu **********90182 olan Samsung galaxy A10 markalı telefon üçün 349.4 (üç yüz qırx doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 34.6 (otuz dörd manat altmış qəpik) manat cərimə, 22.06.2020-ci il tarixli müqavilə üzrə Realme qulaqlıq üçün 150.4 (yüz əlli manat qırx qəpik) manat ödənilməmiş hissə, 15.6 (on beş manat altmış qəpik) manat cərimə, 27.05.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********08847 olan Samsung galaxy A10 markalı telefon üçün 318.6 (üç yüz on səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 31.4 (otuz bir manat qırx qəpik) manat cərimə, ümumilikdə 1036 (bir min otuz altı) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3659/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3659/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver