Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3669/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə Samsung Galaxy A50 markalı telefon üçün 330 (üç yüz otuz) manat ödənilməmiş hissənin, 99 (doxsan doqquz) manat dəbbə pulunun, cəmi 429 (dörd yüz iyirmi doqquz) manat məbləğində borcun, və xx xxxxxx 2020-ci il tarixli müqavilə üzrə Samsung Galaxy S10 markalı telefon üçün 1857.60 (min səkkiz yüz əlli yeddi manat 60 qəpik) manat ödənilməmiş hissənin, 277.4 (iki yüz yetmiş yeddi manat dörd qəpik) dəbbə pulunun, cəmi 2135 manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2594 (iki min beş yüz doxsan dörd) manat məbləğində pulun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh“xxxx” MMC ilə bağladığı xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, 2 ədəd İMEİ kod **********89079 olan Samsung Galaxy A50 və İMEİ kodu **********39026 olan Samsung Galaxy S10 markalı telefonlar almış və nəticədə 2564 (iki min beş yüz altmış dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 660 (altı yüz altmış) manat (6 ay x 110 manat +0 manat ilkin ödəniş) olan İMEİ kod **********89079 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 429 (dörd yüz iyirmi doqquz) manat olmaqla ondan, 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 99 manat (1.10 manat x 90 gün) dəbbə hesablanmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2207.60 (iki min iki yüz yeddi manat 60 qəpik) manat (12 ay x 154.80 manat+350 manat ilkin ödəniş) İMEİ kodu **********239026 olan Samsung Galaxy S10 markalı telefon üçün ümumilikdə, 2135 (iki min yüz otuz beş) manat olmaqla ondan 1857.60 (min səkkiz yüz əlli yeddi manat 60 qəp.) manat ödənilməmiş hissə, 277.4 manat (1.54 manat x 180 gün) dəbbə hesablanmaqla cavabdehin cəmi ödədiyi məbləğ 680 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməbaxışıiclasınınvaxtıvəyeribarədəqanunlamüəyyənedilmişqaydadaxəbərdared ilməsinəbaxmayaraq, cavabdeh məhkəməiclasınagəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli 01001865 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh Samsung Galaxy A50 markalı satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 660 (altı yüz altmış) manat (6 ay x110 manat+0 manat ilkin ödəniş) hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 20029627 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh Samsung Galaxy S10 markalı satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 2207.60 (iki min iki yüz yeddu manat altmış qəpik) manat (12 ay x154.80 manat+350 manat ilkin ödəniş) hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli bildirişdən görünür ki, ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli bildirişdən görünür ki, ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə ödənilməmiş 2564 manat əsas borc və 376.4 manat dəbbə pulu borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli Mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli 01001865 nömrəli müqaviləyə, xx.xx.2020-ci il tarixli 20029627 nömrəli müqaviləyə əsasən cavabdehin “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 2 564 (iki min beş yüz altmış dörd) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli 01001865 nömrəli və xx xxxxxx 2020-ci il tarixli 20029627 nömrəli müqavilənin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmişdir. Beləliklə cavabdehlə iddiaçı arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər etmədiyindən müvafiq müqavilə üzrə ümumilikdə əsas borcu 2 594 (iki min beş yüz doxsan dörd) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx xxxxxxx 2019-cu il tarixli 01001865 nömrəli müqavilə üzrə 330 (üç yüz otuz manat) manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 99 (doxsan doqquz manat) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 10 (on manat) manata, xx xxxxxx 2020-ci il tarixli 20029627 nömrəli müqavilə üzrə 1857.60 (min səkkiz yüz əlli yeddi manat 60 qəpik) manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 277.4 (iki yüz yetmiş yeddi manat dörd qəpik) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 50 (əlli manat) manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli 01001865 nömrəli müqavilə üzrə 330 (üç yüz otuz manat) manat əsas, 10 (on manat) manat cərimə borcu olmaqla, cəmi 340 (üç yüz qırx manat) manat məbləğində pul və xx xxxxxx 2020-ci il tarixli 20029627 nömrəli müqavilə üzrə 1857.60 (min səkkiz yüz əlli yeddi manat 60 qəpik) əsas, 50 (əlli manat) manat cərimə borcu olmaqla, cəmi 1907.60 (min doqquz yüz yeddi manat altmış qəpik) olmaqla 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli 01001865 nömrəli müqavilə üzrə 330 (üç yüz otuz) manat əsas, 10 (on) manat cərimə borcu və xx xxxxxx 2020-ci il tarixli 20029627 nömrəli müqavilə üzrə 1857.60 (min səkkiz yüz əlli yeddi manat 60 qəpik) əsas, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 2 247.60 (iki min iki yüz qırx yeddi manat 60 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3669/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3669/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver