Məhkəmə qərarları › İş №2(005)-3678/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3678/2020

02.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3678/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs kimi qeyd etməklə məhkəməyə müraciət edərək, xx xxxxxx 1966-cı ildə Ermənistan SSR, Kirovakan şəhərində anadan olmuş Məmmədova (Ələkbərova) Elmira Gülməmməd qızının doğumunun Ermənistan SSR Kirovkan şəhər Zaqs şöbəsində xx.xx.1966-cı il tarixdə 381 saylı akt qeydi ilə qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X8, ana qrafasında isə X16 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Məmmədova (Ələkbərova) Elmira Gülməmməd qızı xx.xx.1966-cı ildə Ermənistan SSR, Kirovakan şəhərində anadan olmuş və onun doğumu Ermənistan SSR Kirovakan şəhər ZAQS Şöbəsində xx.xx.1966-cı il tarixdə 381 saylı akt qeydi ilə qeyd edilmişdir. Bunu təsdiq edən şəxsiyyətini təsdiq edən digər sənədləri və doğum haqqında şəhadətnamənin kserosurəti vardır. Ərizəçinin ata soyadı Ələkbərova olsa da, xx xxxxxx 1988-ci ildə X9 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikaha daxil olduqdan sonra ərizəçiyə Məmmədova soyadı verilmişdir. X2 xx.xx.1931-ci ildə Ermənistan SSR, Quqark rayonunda anadan olmuş və hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Anası isə X16 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Anası ilə atası arasında rəsmi nikah qeydiyyatı olmuş və ərizəçinin doğum haqqında şəhadətnaməsində ata qrafasında X8, ana qrafasında isə X16 qeyd olunmuşdur. Məlum hadisələrlə əlaqədar Ermənistandan Azərbaycan Respublikasına gəlmiş, şəxsiyyət vəsiqəsi olsa da, doğum haqqında şəhadətnamənin əslini itirmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat Şöbəsi ərizəçinin doğumunun Ermənistan Respublikasında qeydə alındığından Bakı şəhəri Maraqlı şəxs doğum akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. X3 məhkəmədə ifadə verərək bildirdi ki, Ərizəçi atasıdır. O, xx.xx.1966-cı il tarixdə Ermənistan SSR, Kirovakan şəhərində anadan olmuşdur. Orta məktəbi orada bitirmişdir. X7 məhkəmədə ifadə verərək bildirdi ki, Ərizəçi əmisidir. O, xx.xx.1966-cı il tarixdə Ermənistan SSR, Kiroavkan şəhərində anadan olmuşdur. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə məktub göndərərək iş həcminin çox olması, məhkəmədə iştirak etmək imkanlarının olmaması səbəbindən işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1966-cı il tarixdə Ermənistan SSR, Kirovakan şəhərində doğulmuşdur və hal-hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Kirovakan şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.1966-cı il tarixdə verilmiş İ-ЗЖ902753 seriyalı 381 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan SSR, Kirovakan şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş İV-ЖГ 474758 nömrəli xx.xx.1988-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə Ərizəçi aralarırında nikahları bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixli 337 nömrəli qeyd mövcuddur. İş materiallarında olan Nərimanov Qeydiyyat şöbəsi tərərfindən Ərizəçi ünvanlanmış 148 nömrəli xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsi tərfindən qeyd edilmiş AZ-İ 574825 nömrəli xx.xx.2010-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası X1 Qumaş Rza qızı ilə xx.xx.1965-ci ildə nikaha daxil olmuşlar və bu barədə nikah bağlanması haqqında 494 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 955601 nömrəli xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi anası X16 xx.xx.2018-ci il tarixdə ölmüş və 1125 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 5 saylı Asan xidmət tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 2019-cu il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti ev 130, mənzil 62 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X8, X4r. İş materiallarında olan xx.xx.1992-ci il tarixli 1/693 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi Azərbaycan Qaçqınlar Cəmiyyətinin üzvüdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistanın Kirovakan şəhərində doğulmuşdur. X2, anası X12r. Lakin, bu faktı təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VM-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1- ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktian müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır, 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli oian digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti oian faktları o zaman müəyyən edə biiər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəanı»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin ediiməli, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistanın Kirovakan şəhərində doğulması, ata qrafasında X8, ana qrafasında X16 yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon qeydiyat şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistanın Kirovakan şəhərində doğulması, ad, soyad və ata adı qrafasında X5, ata adı qrafasında X8, ana qrafasında X16 yazılması ilə doğum akt qeydi bərpa edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon qeydiyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar