Məhkəmə qərarları › İş №2(005)-3689/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3689/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3689/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Camalov Cavabdeh qarşı “borcun tutulması tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Camalov Cavabdeh qarşı “borcun tutulması tələbinə” dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cuil tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********26497 olan Samsung Galaxy A50 markalı telefon iiçiin 702 (yeddi yüz iki) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə, ümumilikdə 772 manat borc, 30 manat dövlət rüsumu, cəmi 802 manatməbləğində pul vəsaiti cavabdeh Camalov Cavabdeh alınaraq “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Camalov Cavabdeh “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bagladıgı xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********26497 olan Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 772 (yeddi yüz yetmiş iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 702 manat (yeddi yüz iki) (yəni 18 ay x 59 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********26497 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 772 (yeddi yüz yetmiş iki) manat olmaqla ondan 702 (yeddi yüz iki) manat ödənilməmiş hissə, 128 (yüz iyirmi səkkiz) manat cərimə pulu (320 gün x 0.39 manat), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu)hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 70 (yetmiş) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Camalov Cavabdeh “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bagladıgı xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********26497 olan Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 772 (yeddi yüz yetmiş iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 702 manat (yeddi yüz iki) (yəni 18 ay x 59 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********26497 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 772 (yeddi yüz yetmiş iki) manat olmaqla ondan 702 (yeddi yüz iki) manat ödənilməmiş hissə, 128 (yüz iyirmi səkkiz) manat cərimə pulu (320 gün x 0.39 manat), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu)hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 70 (yetmiş) manat cərimə pulu borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə cavabdeh Camalov Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Camalov Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********26497 olan Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 772 (yeddi yüz yetmiş iki) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Camalov Cavabdeh xx.xx.2019-cuil tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********26497 olan Samsung Galaxy A50 markalı telefon üçün 702 (yeddi yüz iki) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə, ümumilikdə 772(yeddi yüz yetmiş iki)manat borc və 30 manat dövlət rüsumu tutularaq “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar