Məhkəmə qərarları › İş №2(005)-3689/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3689/2021

03.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3689/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur. Hazırda İsrail Respublikasında yaşayan oğlunun yanına getmək istədikdə ondan qohumluğu tələb edən doğum haqqında şəhadətnamə tələb edilir. Lakin, ərizəçi doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməni əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, Qeydiyyat şöbəsinin 23.06.2021 -ci il tarixli cavab məktubundan məlum olur ki. Ərizəçi barəsində Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin arxivində doğum akt qeydi aşkar olunmamışdır. Ona görə də yaranmış problemlə əlaqədar doğum akt qeydinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məlumat üçün qeyd etmək zəruridir ki, milliyəti azərbaycanlıdır, Ərizəçi ata adı X9, ana adı isə X1r. Ərizəçi məhkəmə iclasında ərizə təqdim edərək onun xx.xx.1961-ci il tarixdə Ermənistan, Amasiya rayonunda anadan olmağına dair doğum akt qeydi bərpa edilərək, ata qrafasında X9, ana qrafasında X5 qeyd ediləməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 23 iyun 2021-ci il tarixli 135 nömrəli məktubunun məzmunundan görünür ki, onun Bakı şəhəri Maraqlı şəxsnə doğum haqqında akt qeydinin bərpa olunması haqqında ərizəsinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq, aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur; Xocalı RPŞ tərəfindən 16.05.2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuş Ərizəçi yaşayış yeri Xocalı şəhəri göstərilmişdir. 36 saylı MKİS-in 22.06.2021-ci il tarixli 36/3655 nömrəli arayışdan Ərizəçi K.Rəhimov küçəsi 824-835 №-li evdə qeydiyyatdadır. Xocalı şəhər məcburi köçkünü kimi məskunlaşıb. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29.08.1979-cu il tarixdı anadan olub. X3, anası X2r. 05 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur.X3, anası X5 olmuşdur. Doğum şəhadətnaməsi itmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi 29 avqust 1961-ci il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olması faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, onun doğum haqqında şəhadətnaməsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2, 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 29 avqust 1961-ci il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olması haqqında doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydində ərizəçinin valideynləri qrafasında atası - “X9”, anası - “X5” kimi göstərilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar